Yerdən ən uzaq məsafədə yerləşən qalaktika kəşf edilib
06:51
Yeni qalaktika planetimizdən 13.2 milyard işıq ili uzaqlıqdadır.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Birləşmiş Ştatların Milli Aerrokosmik Agentliyinin (NASA) “Spitzer” və “Hubble” kosmik teleskopları Yerdən təxminən 13.2 milyard işıq ili uzaqlıqda yeni qalaktika kəşf edib.
Alimlərin fotoşəklini çəkməyə müyəssər olduqları qalaktikanın indiyədək kəşf edilmiş ən uzaq planetlər toplusu olduğu bildirilib. “Nature” jurnalında yerləşdirilən araşdırma nəticələrinə görə, astronomlar “MACS 1149-JD” adlandırdıqları qalaktikanın böyük partlayışdan 500 milyon il sonra formalaşdığını güman edirlər.
ABŞ-ın Cons Hopkins universitetinin əməkdaşı Vei Jenq “MACS 1149-JD”-nin indiyədək müşahidə edilən ən uzaq və köhnə qalaktika olduğunu deyib. Alim sözügedən qalaktikanın 2018-ci ildə kosmosa göndəriləcək “Ceyms Vebb” teleskopu ilə daha ətraflı öyrənə biləcəklərini qeyd edib.