Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19622 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16669 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13818 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9568 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9093 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2011 » Yanvar » 2 » Yaxınları ilə (məhrəmlərlə) cinsi yaxınlıq günah baxımından daha şiddətli və daha ağır cinayətdir
    Yaxınları ilə (məhrəmlərlə) cinsi yaxınlıq günah baxımından daha şiddətli və daha ağır cinayətdir
    22:37

    Cavab:

     Həmd Allaha məxsusdur.

    Birincisi:

    Məhrəm qohum (evlənməsi şəriətdə haram buyurulanlar) ilə zina naməhrəm ilə zina etməkdən daha ağır, şiddətli günahdır. Çünki bu əməl qohumluq əlaqələrinə qarşı təcavüz etmək və qohumluq əlaqələrimizi saxlamaq əmr olunduğumuz kəslərə qarşı həddi aşmaqdır. Məhz buna görə də, alimərdən bir qrupu belə rəy irəli sürürlər ki, məhrəmi ilə zina edən  kəs istənilən halda evli və ya subay olmasından asılı olmayaraq hökmən edam olunmalıdır. Bu barədə İmam Əhməddən (Allah ona rəhmət etsin) rəvayət olunur. Alimlərin əksəriyyətinin (cumhurun) rəyi budur ki, həmin adama hədd cəzası tətbiq olunmalıdır; evli isə daşqalaq olunmalı, günahının böyük olmasına rəğmən evli deyilsə yüz şallaq vurularaq cəzalandırılmalıdır.

     

    "Mətalib Uli ən-Nuha” (6/18) adlı əsərdə belə deylir: "Bacısı ilə zina edən kəs (hədd cəzası baxımından) rəvayətlərin ümumi mənasından (çıxarılan hökmə görə) digərləri ilə zina edən kimidir. İmam Əhmədə istinadən onun belə söylədiyi xəbər verilir: "Nə olursa-olsun məhrəmi ilə zina edən kəs qətlə yetirilməlidir, istər evli olsun, istərsə də subay. Ondan soruşdular: "Bəs qadın? O dedi: "Bu hökm hər ikisinə aiddir. Lakin bizim rəyimiz yuxarıda bildirildiyi kimidir. Yəni, məhrəmi ilə zina digərləri ilə zina etmək hökmündədir. Sitatın sonu.

     

    İbn əl-Qeyyim (Allah ona rəhmət etsin) anası, qızı və yaxud bacısı ilə cinsi yaxınlıq edən kəs barədə belə demişdir: "İnsanın fitrətində bu əmələ qarşı tam bir (təbii) iyrənclik, nifrət var: və buna görə hədd cəzası alimlər arasındakı iki rəydən birinə əsasən ən şiddətli cəza tətbiq olunmalıdır. Evli və ya subay olmasından asılı olmayaraq hər bir halda edam olunmalıdır. Bu İmam Əhməddən xəbər verilən iki rəydən biridir və həmçinin İshaq ibn Rəhaveyh və bir qrup hədisşünas alimlər bu rəyi irəli sürmüşlər. Əbu Davud rəvayət edir ki, Bəra ibn Azib dedi: "Mən əmimlə rastlaşdım və o əlində bayraq var idi. Ona dedim: "Hara gedirsən? O dedi: "Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) məni atası vəfat etdikdən sonra onun arvadı ilə evlənən adamın boynunu vurub malını müsadirə etmək üçün göndərdi.” Şeyx Əlbani "İrva əl-Ğalil” (2351) əsərində hədisi səhih deyə təsnif edib.

     

    Əbu Davudun "Sünən”ində və İbn Macənin "Sünən”ində İbn Abbasın belə söylədiyi xəbər verilir: "Allahın Rəsulu (Allahın ona salavatı və salamı olsun) dedi: "Hər kim məhrəm ilə cinsi yaxınlıq edərsə onu qətlə yetirin”. Şeyx Əlbani "Daif əl-Cami” (5524) əsərində hədisi zəif deyə təsnif edib.

     

    Müsəlmanlar arasında yekdil rəy vardır ki, məhrəmi ilə zina edən kəsə hədd cəzası tətbiq olunmalıdır; alimlər arasında fikir ayrılığı hədd cəzasının şəkli ilə bağlıdır: edam hər bir halda olmalıdır yoxsa zinakara tətbiq olunan hədd cəzası olmalıdır? Bu barədə iki rəy var. Şafei, Malik və Əhməd və Əhmədə istinad olunan bir xəbərdə bildirilir ki, (bunu edən) adama zinaya verilən hədd cəzası tətbiq olunmalıdır. Əhməd, İshaq və bir qrup hədisşünas alimin rəyinə görə həmin adamın cəzası istənilən halda edamdır. Sitatın sonu. "əl-Cəvəb əl-Kafi”, səh.270

     

    Şeyx ibn Üseymin (Allah ona rəhmət etsin) məhrəmi ilə zina edən kəsin hər bir halda edam olunmalı olduğu rəyini üstün tutmuşdur. O demişdir: "Müəlliflərin sözlərindən zahir olan məna budur ki, məhrəm qohum ilə zina etməklə başqa birisi ilə zina etmək arasında fərq yoxdur, lakin məhrəmi ilə zina edənə hər bir halda edam cəzası verilməlidir. Çünki bu barədə səhih bir hədisdə bildirilir. Bu rəyi ibn əl-Qeyyim "əl-Cəvəb əl-Kafi”də qeyd etmiş və bildirmişdir ki, məhrəmi ilə zina edən kəs məsələ necə olursa olsun qətlə yetirilməlidir.”

     

    Məsələn, bir nəfər-Allah uzaq eləsin-bacısı və yaxud bibisi və yaxud xalası və ya qaynanası və yaxud nikah bağladığı qadının qızı ilə və sair kəslər ilə zina işləyərsə bu halda məsələ nə olursa-olsun o edam olunmalıdır. Çünki istənilən bir halda bu yaxınlıq ona qadağandır. Çünki sözügedən qadınlar onun məhrəmlərindəndir və həmçinin bu əxlaqsız, fahiş bir əməlidir. Həmçinin, məhrəmlərindən biri ilə cinsi yaxınlıq edənin edam olunmasına dair Allahın Rəsulundan (Allahın ona salavatı və salamı olsun) rəvayət olunan hədis var. Bu Əhməddən rəvayət olunub. Məhrəmlərindən hər hansı biri ilə zina edən kəsin edam olunmalı olduğu doğru rəy doğrudur. Sitatın sonu. "Şərh əl-Mumti” (6/132)

     

    "əl-Məvusəh əl-Fiqhiyyə” (24/20)əsərində deyilir: "Zina günahı dərəcəsinə görə fərqlənir. Məhrəm və yaxud evli qadın ilə zina etmək naməhrəm və yaxud evli olmayan qadın ilə zina etməkdən günah baxımından daha ağırdır. Çünki kişinin müqəddəs hüquqlarına qarşı təcavüz etmək və onun nəsil-nəcabətini korlamaqdır. Eləcə də, ondan olmayan uşağı ona nisbət etmək kimi elementlər və digər növ zərər, əziyyətllər var. Odur ki, bu əri olmayan və yaxud naməhrəm qadınla edilən zinadan daha şiddətli bir günahdır. Əgər qadının əri qonşudursa bu halda qonşuya pis davranmaq elementi var. Qonşularla pis davranmaq pis davranışların ən pis növündən sayılır və insanı cəhənnəmə məhkum edən ən pis günahlardan biridir. Qonşu onun qardaşı və yaxud qohumlarından isə, burada da qohumluq əlaqələrinə qarşı həddi aşmaq var.  Deməli günahın şiddəti artır. Peyğəmbərə (Allahın ona salavatı və salamı olsun)  istinadən onun belə söylədiyi sübuta yetirilib: "Qonşusu onun əziyyətindən əmin olmayan kəs cənnətə daxil olmaz.” Qonşunun arvadı ilə zina etməkdən daha ağır bir əzab-əziyyət yoxdur. Qonşu ibadət, elm tədris etmək və yaxud cihad kimi Allaha itaətlə məşğuldursa bu halda günahın ağırlıq dərəcəsi artır. Allah yolunda döyüşən birinin arvadı ilə zina edən kəs qiyamət günü onun (zina etdiyi qadının əri) qarşısında duracaq və o istədiyi qədər həmin adamın (zinakarın) xeyir əməllərindən (savabından və s.) götürəcək. Allahın Rəsulu demişdir: "Mücahidlərin zövcələrinin toxunulmazlığı (haramlığı, müqəddəsliyi, namus-şərəfi) arxada qalan kəslərin analarının haramlığı (haramlığı, müqəddəsliyi, namus-şərəfi) onlar üçün necə (əhəmiyyətli isə), onların (mücahidlərin zövcələrinin) da (toxunulmazlığı, namus-şərəfi) o cürdür. Mücahidlərin ailəsinin qayğısına qalmaq üçün arxada qalıb bununla belə ailəsi barəsində onlara (mücahidlərə) xəyanət edən kəs Qiyamət Günü (mücahidin) önündə duracaq və mücahid istədiyi qədər onun (xeyir) əməllərindən götürəcək. Siz bu barədə nə düşünürsünüz?” (yəni, sizcə mücahid həmin adama hansısa bir savab buraxacaqmı?)Hədisi Müslim (1897) rəvayət edib. Artıq belə hökm verilib ki, mücahidin istədiyi qədər götürmək haqqı var. Halbuki həmin gün bütün insanlar bircə dənə belə olsun savaba dəhşət ehtiyac içində olacaqlar.

     

    Əgər işdir qadın onun qohumu olsa qohumluq əlaqələrinə qarşı təcavüz etmək günahı da onun boynuna yüklənəcək.

     

    Əgər işdir zina edən kəs evli olubsa bu halda günahın dərəcəsi daha böyük olacaq.

     

    Əgər yaşlı olubsa günah və cəza daha ağır olacaq. 

     

    Əgər (bu cinayət) Allah Təalanın uca tutduğu haram ayda və yaxud haram (toxunulmaz,mübarək) bir yerdə və yaxud vaxtda işlənibsə, məsələn namaz vaxtı və yaxud duanın qəbul olunduğu vaxtlarda, bu halda günah daha da ağırlacaq. Sitatın sonu.

     

    İkincisi:

    Bu əməli işləyən adam Allah Sübhənahu və Təalaya tövbə etməyə tələssin. Böyüklüyündən asılı olmayaraq istənilən bir günah üçün tövbə qapısı açıqdır. Allah Təala buyurur:

     

    "Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədə­qə­ləri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?” ət-Tövbə, 104

     

    Allah Təala buyurur:

     "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.

    Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.

     Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!

     Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar. ” əl-Furqan, 68-71

     

    Allah Təala buyurur

     "Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.” Ta-Ha, 82

     

    Bu ayələr göstərir ki, tövbə edən kəs hökmən çoxlu xeyirxah işlər, əməllər işləməli və hidayət yoluna tabe olmalı və fintə-fəsad, şərrə aparan yollardan uzaq durmalıdır.

     

    Ən doğrusunu Allah bilir.

    http://www.islam-qa.com/en/ref/84982/intercourse

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: ABDULLAH | Baxılıb: 851 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Yanvar 2011  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru