Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (18464 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (15438 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (12470 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8604 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (8591 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (274)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Sentyabr » 3 » Yavuz Sultan Səlimin Misir səfəri və portuqalların “Peyğəmbərin məzarı” planı
    Yavuz Sultan Səlimin Misir səfəri və portuqalların “Peyğəmbərin məzarı” planı
    16:50
    Görəsən, nə üçün Osmanlı sultanı Yavuz Sultan Səlim sünni dövləti Məmlüklərə qarşı döyüşərək, müsəlman qanının tökülməsinə səbəb olmuşdu? Bu, tez-tez verilən, ancaq cavabı, sanki, gizli qalan sualdır.

    Həmçinin, bu sual əslində Osmanlı dövlətinin əbəs yerə müsəlman qanı tökməsindən söz açmaqla Dövləti-Aliyənin islam dövləti olub-olmadığını gündəmə gətirmək məqsədi güdən tələdir. Bu səbəbdən, sözügedən məsələdə ehtiyatlı və diqqətli davranmaq tələb olunur.

    Düşünürəm ki, birbaşa mövzuya keçməzdən qabaq 2005-ci ilin yanvarında gündəmə gətirdiyim Portuqaliya tarixinə dair bir məlumat bu suala ən tutarlı cavabdır. Fikrimcə, müəyyən məqamları təkrarlasaq belə əldə etdiyimiz yeni məlumatları da əlavə edərək, mövzunu tədqiq etmək yerinə düşəcəkdir.

    Görəsən, Sultan Yavuzun 1516-cı ildə Suriya və Misirə səfərinin arxasında hansı səbəblər dayanırdı? Məsələlərə şaquli nəzər salsaq, tarix bizə öz sirlərini açmada xəsis davranacaqdır. Onun məhrəminə daxil ola bilmək üçün bir qədər “girintili-çıxıntılı” nöqteyi-nəzərlərə ehtiyacımız var. Oxuduğunuz məqalədə Məmlük elinə nə üçün səfər edildiyini araşdırmaqla yanaşı, keçmişdə baş verən hadisələrin ən azı bugünkü hadisələr qədər qarmaqarışıq olduğunu göstərməyə çalışacağıq.

    1516-cı ildə Yaxın Şərqdə nə baş verirdi? - Nə baş vermirdi ki! Bölgədə yeni bir aktyor peyda olmuşdu - Portuqaliya. Bu ölkə Avropanın yeni qabaqcıl milisi kimi Hind okeanında hegemonluq edir və tədricən Qırmızı dənizə soxulurdu.

    Həmin dövrə aid mənbələr 1507-ci ilin ərəb tarixinin ən qaranlıq ili olduğunu təsdiqləyir. Portuqaliya gəmiləri heç bir maneə ilə üzləşmədən Qırmızı dənizdə üzür, Bəsrə körfəzinin girişindəki Hörmüz adasını işğal edir və Yəməni istila etməyə hazırlaşırdı. Məmlüklər müqavimət göstərirdi, bununla belə dəniz qüvvələri kifayət qədər güclü deyildi. Odur ki, sonda Osmanlıdan yardım istəmək qərarına gəlmişdilər. Bunun nəticəsi idi ki, 1510-cu ildə Sultan II Bəyazid 30 gəmilik taxta-şalban, dəmir, silah və digər zəruri avadanlığı Qahirəyə göndərmişdi. Təəssüf ki, göndərilən yardım yolda Rodos cəngavərlərinin əlinə keçmişdi. İslam dünyasının qəlbinə yönəlmiş portuqal mizraqının qarşısını almaq üçün bir il sonra göndərilən yardımın üzərində “Göndərən: Osmanlı” yazılırdı.

    Təhlükə, həqiqətən də, qorxunc idi. Portuqaliyanın Hind okeanındakı hərbi qüvvələrinin rəhbəri Albukerkin gözü dönmüş, Qoa və Malakka kimi qalalar ələ keçirilmişdi. Gəmilər Qırmızı dəniz istiqamətində irəliləyirdi. Hədəf “rumi”lərin kökünü kəsməkdi.

    “Rumi”dən məqsədin Osmanlı əsgəri olduğunu qeyd etsək, komandan Albukerkin kimlərdən çəkindiyini, qorxduğunu başa düşmək çətin olmayacaqdır. Anadoludan, Kayseridən, Qaramandan və başqa diyarlardan könüllü surətdə Yaxın Şərq torpaqlarına gələn Osmanlı əsgərləri Ciddə və Yəməndə Portuqaliya qüvvələrinə qarşı müqavimət hərəkatını təşkilatlandırır, yerli əhaliyə yeni hərb taktikalarını öyrədir, Aralıq dənizində qazandıqları təcrübəni dindaşları ilə bölüşürdülər. Deməli, portuqallar rumilərin qorxusundan “sarılarını udmuşdular”.

    Albukerk krala göndərdiyi məktubunda yazırdı: “Qırmızı dənizə üzərək, insanları rumi adlandırılan məxluqların olmadığına inandırmalıyıq. Zati-alilərinizin təbəəsi üçün bu bölgədə nə əmin-amanlıq, nə də sülh ola biləcəyini hörmətlə nəzərinizə çatdırıram”.

    Albukerk mənfur planlarını həyata keçirmək niyyətində idi. O, müsəlmanları müqəddəs torpaqlardan qovub çıxarmaq üçün hiyləgərcəsinə plan hazırlamış və krala ünvanladığı 1512-ci ilin 1 aprel tarixli məktubunda məqsədini açıq şəkildə bildirmişdi: Qırmızı dəniz və Bəsrə körfəzində giriş-çıxış nöqtələrini tutmaq, Yəmənin Ədən şəhərini ələ keçirmək, Nil çayının kənarında kanal açaraq, Misirin quraqlıqdan məhvinə nail olmaq, ən əhəmiyyətlisi isə Məkkəni istila, Kəbəni yerlə-yeksan etmək və Məhəmməd peyğəmbərin Mədinədəki məzarını xristian torpaqlarına aparmaq!

    Ancaq portuqal Albukerkin qorxduğu başına gələcək, “məxluq” adlandırdığı rumilər onun həvəsini qursağında buracaqdılar… Albukerk 1513-cü ildə böyük ümidlərlə qorxunc planını həyata keçirmək üçün çıxdığı səfərdən əli boş dönmüş, geri çəkilmək məcburiyyətində qalmışdı. Müvəffəq olsaydı, Məkkə və Mədinə şəhərləri daxil olmaqla İslamın qəlbi xristian çəkmələri altında əziləcəkdi. Axı onsuz da döyüşlər əsnasında Ciddə də daxil olmaqla Qırmızı dənizdə xarabaya çevrilməyən liman qalmamışdı.

    Albukerk güman edildiyi qədər tez qərarından vaz keçən hərbçilərdən deyildi. Belə ki, o, 1514-cü il 20 oktyabr tarixində kral Don Manuelə yazdığı başqa bir məktubunda Yəmənin Ədən şəhərinin işğal edilməsi üçün 4-5 min əsgərə ehtiyacı olduğunu vurğulayır, region haqda ətraflı məlumat verir, Ciddə yaxınlığındakı Fərsəx adası kimi bir neçə bazaya malik olduqlarını, vaxtında hərəkət ediləcəyi təqdirdə Ciddə, Məkkə və Süveyşin ələ keçirilməsinin mümkünlüyünü iddia edirdi.

    Portuqal komandan məktubunda aşağıdakıları qeyd edirdi:

    “400 portuqal süvarinin Ciddəyə yaxınlaşmaq üçün bir neçə qayığa minmələri, şəhəri ələ keçirdikdən sonra Məkkəyə doğru irəliləyərək, müqəddəs əmanətləri soyub talamaları, nəhayət, Məhəmməd peyğəmbərin məzarının Mədinədən çıxarılaraq, Avropaya qaçırılması və Qüdsdə Məqami-Müqəddəsə qarşı girov kimi Avropa torpaqlarında saxlanılması asan bir işdir”.

    Bu qorxunc plan bir növ Əbrəhənin Kəbəyə hücum planını xatırladır. Əbrəhə ticarətin Yəmənə köçürülməsi üçün Kəbəni dağıtmaq istəyirdi. Albukerk isə Məkkəni yerlə-yeksan etdikdən sonra gözünü islam peyğəmbərinin məzarına dikmiş, onu müsəlmanlara qarşı silah kimi istifadə etməyi planlaşdırmışdı.

    Albukerk fikrində qərarlı idi. O, bu məqsədlə Şah İsmayıl da daxil olmaqla bölgənin nüfuzlu bəyləri və şahları ilə ittifaq qurmağa səy göstərmişdi. Onun ən böyük hədəfi Məmlüklərin nəzarətində olan müqəddəs torpaqların ələ keçirilməsi idi.

    Ancaq bu “ikinci Əbrəhə”nin qarşısına bu dəfə Yavuz Sultan Səlim çıxacaq və Məmlüklərin bölgəni qoruya bilməyəcəkləri aydın olduqda hərbi qüvvələrini regiona göndərəcəkdi… 1515-ci il dekabrın 16-da Albukerkin ölümü ilə layihəsi də yarımçıq qaldı.

    Yavuz Sultan Səlim Məmlüklərin diyarına edəcəyi səfərə Məkkə və Mədinənin təhlükə ilə üzləşdiyi bir vaxtda qərar verir. O, İslamın qəlbini qorumaq üçün səfərə çıxmışdı…

    Osmanlı tarixi bir dünya tarixidir və yalnız daxili mənbələrə müraciət edilərək, açıqlanması qeyri-mümkündür!

    Osmanlı tarixi bir mənəviyyat tarixidir. Bu səbəbdən, bu tarix yalnız maddi səbəblərlə də açıqlana bilməz!
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 368 | Tarix: 13.12.2019
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2012  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6316, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • JafidRor (JafidRor)
  • WilsonCig (WilsonCig)
  • teym (muslim)
  • DenriOr (DenriOr)
  • audioNoobSl (audioNoobSl)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru