Ana Səhifə » 2012 » İyul » 11 » Ümumdünya Müsəlman Alimlər Birliyi Myanmarda müsəlman qətliamı ilə bağlı bəyanat yayıb...
Ümumdünya Müsəlman Alimlər Birliyi Myanmarda müsəlman qətliamı ilə bağlı bəyanat yayıb...
22:32
Şeyx Yusif əl-Qərdavinin rəhbərlik etdiyi qurum İslam Əməkdaşlıq Təşkilatını və BMT-ni məsələyə təcili müdaxilə etməyə çağırıb.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Ümumdünya Müsəlman Alimləri Birliyi (ÜMAB) Myanmarda müsəlmanların buddistlər tərəfindən kütləvi şəkildə qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Birliyin sədri Şeyx Yusif əl-Qərdavinin imzaladığı bəyanatda Myanmardakı qorxunc qətliamın kəskin şəkildə qınandığı bildirilib.
Qurum İslam Əməkdaşlıq Təşkilatını Myanmarda müsəlman qətliamına müdaxilə etməyə və kütləvi qırğının qarşısının alınması üçün təxirəsalınmaz addımlar atmağa çağırıb. Bəyanatda dünya müsəlmanlarına da müraciət edilərək, onlardan Myanmardakı müsəlman dindaşlarının vəziyyətinə biganə qalmamaq tələb edilib.
Myanmarda son dövrlərdə törədilən müsəlman qətliamının 1942-ci ildə bu ölkədə yenə müsəlmanlara qarşı həyata keçirilmiş kütləvi qətlləri xatırlatdığı qeyd edilən bəyanatda 1962-1991-ci illərdə 1,5 milyon müsəlmanın Banqladeşə sığınmaq məcburiyyətində qaldığı da vurğulanıb.
ÜMAB müsəlman ölkələrini və beynəlxalq humanitar yardım təşkilatlarını Myanmarda və sözügedən ölkədən didərgin düşən müsəlmanlara yardım göstərməyə çağırıb.