Ana Səhifə » 2012 » Avqust » 3 » Türkiyədə dövlət qurumlarında başörtüyü qadağasının birdəfəlik həllinə start verilib
Türkiyədə dövlət qurumlarında başörtüyü qadağasının birdəfəlik həllinə start verilib
10:30
Hakim partiya yeni konstitusiyaya növbəti təkliflərini verib.
"Selef.my1.ru" xarici KİV-ə istinadən bildirir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (ƏİP) hazırlanma ərəfəsində olan yeni konstitusiyanın "Əsas haqq və sərbəstliklə" başlığına öz təkliflərini təqdim edib.
Belə ki, ƏİP-dən olan millət vəkilləri konstitusiyanın 70-ci maddəsindəki "İctimai xidmətə daxil olma haqqı" bəndinə nəzərdə tutulan dəyişikliklərlə ictimai və bir sıra dövlət qurumlarında başıörtülü halda işləməyə icazə verilməsinə dair təklifləri Konstitusiya Razılaşdırma Komissiyasına göndəriblər.
Belə ki, layihədə konstitusiyanın 70-ci maddəsindəki "İşə qəbulda vəzifədən irəli gələn məsələlərdən başqa hər hansı bir ayrı-seçkilik yolverilməzdir" ifadəsinin: "İşə qəbulda ləyaqətlilik istisna olmaqla əlavə tələblər irəli sürülə bilməz" kimi dəyişdirilməsi təklif olunub.
Qeyd edək ki, sözügedən dəyişikliyin qəbul ediləcəyi təqdirdə başıörtülü qadınlar sosial dövlət qurumlarında işə qəbul edilə biləcəklər.