Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19494 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16482 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13499 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9362 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8982 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyun » 24 » TÖVHİDİN CƏMİYYƏTƏ (ÜMMƏTƏ) VƏ AXİRƏTDƏ OLAN TƏSİRLƏRİ
    TÖVHİDİN CƏMİYYƏTƏ (ÜMMƏTƏ) VƏ AXİRƏTDƏ OLAN TƏSİRLƏRİ
    14:04


    TÖVHİDİN CƏMİYYƏTƏ (ÜMMƏTƏ) TƏSİRI - Tövhidin təsiri həmçinin də fərdlərə deyil bunları da aşaraq cəmiyyətə, insanlara da böyük təsiri vardır. Tövhidin ümmətlərə olan təsirindən ümmətin müstəqil olmasıdır. Ümmətin müstəqilliyi yalnız onun əqidəsində, tövhiddə müstəqilliyinə bağlıdır. Ümmət yalnız öz əqidəsi ilə müstəqil ola bilər. Bundan qeyrisi ilə müstəqil ola bilməz. Əgər ümmət tövhidə, əqidəyə bağlanmasa o, ümmət tabeçilik həyatı sürər. Bu da artıq tarixdə baş verən hadisələr gözümüzün qabağında günəş kimidir. Ərəblər Rumlulara tabe idilər. Öz aralarında baş verən işlərdə hökm vermək üçün onlara müraciət edərdilər. Onlar da bu məsələ ilə bağlı hökmlərini verərdilər. Nə vaxt ki, Allah Tövhid əqidəsini, Peyğəmbər - sallallahu aleyhi və səlləm - i göndərdi və İslam dövləti Mədinədə böyüdü və müstəqilliyi yarandı artıq bütün ölkələrdən müstəqil oldular. Onlar hətta Əhli Kitabdan da, böyük miras sahibləri sayılan Yəhudilərdən də, Xristianlardan da, cəhalətdən də, bütpərəstlikdən də azad oldular. Bütün yer əhlindən müstəqil oldular. Bu ümmətin müstəqilliyi yalnız bu əqidənin müxtəlif vasitələrlə əkilməsindəndir. Çünki bu əqidə balacanı da, böyüyü də, yaşlı və cavanı da, qadın və kişini də yaşından və cinsindən aslı olmayaraq Allaha qul edir. Onlar əmin-amanlıqda olurlar. Çünki bu əmin-amanlıq fərdi şəxslərdən keçərək ümmətin əmin-amanlığına çevrilir.

    Qureyş qorxu içərisində bir həyat sürürdü. Nə vaxt ki, Yəmən hökmüdarı Əbrəhə Kəbəni dağıtmağa gəlirdi. Qureyş dağlara qaçdı. Bütpərəstliyin heç bir köməyi olmadı. Düşmənlərə yol açıldı. Əqidəsiz insanlar düşmənə özləri yol açdılar ki, düşmən gəlib girsin. Kəbəni qurtaran kim oldu - Allah - subhənəhu və təalə - (1). Bu böyük hadisə Peyğəmbər - sallallahu aleyhi və səlləm - in gəlişi üçün bir hazırlıq idi. Beləliklə qureyş əmin-amanlıq diyarına çevrildi. Çünki bundan əvvəl qureyş müxtəlif tayfaların, ölkələrin hücumlarına məruz qalır və qarət olunurdu. Bu hadisədən sonra onlar dedilər ki, əgər bu böyüklükdə qoşun məhv oldusa deməli bu evin müqəddəsliyi vardır. Həmçinin də bu evin ətrafında yaşayan qureyşlilərin də dərəcəsi vardır. Bundan sonra ətrafda olan tayfalar, ölkələr hücum barəsində düşünmürdülər. «Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O, Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin amanlıq bəxş etdi». (əl-Qureyş 3,4). Nə vaxt qureyş şirkin içərisində boğulurdu Allah Rəsulunu Peyğəmbər olaraq göndərdi. O, da onlara dedi ki, deyin: «Lə iləhə illəllah». Onlar bu kəliməni qəbul etmədilər. Qəribə orasındadır ki, onlar bu kəliməni qəbul etməməklə yanaşı qəribə bir səbəb də gətirdilər. «(Qureyşlilər) dedilər: «Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz, müqəddəs bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyəti (Allahm onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz». (əl-Qəsəs 57). Onlar dedilər ki: «Sən bizim əmin-amanlığımızı pozma. Biz indi əmin-amanlıqdayıq».
    Əmin-amanlığı verən kimdir? Allah! Bu göndərilən Peyğəmbər də kimdir? Allah - subhənəhu və təalə - nin Peyğəmbəri. Onu kim göndərib? Allah! Əgər əmin-amanlığı verən Allahdırsa, Peyğəmbəri də göndərən Allahdırsa onda Peyğəmbər göndəriləndən sonra əmin-amanlıq pozulacaq! Yoxsa əmin-amanlığın üstünə əmin-amanlıq gələcək.
    Eyni sözləri indi də deyirlər. Əgər biz İslamı qəbul etsək dövlətlər bizə güləcəklər, inkişafdan geri qalacağıq, dövlətlər bizə hücum edəcəklər. Bu iddia doğru iddia deyildir. Çünki tövhid əqidəsi əmin-amanlığı əkir. Əmin-amanlığı dağıtmır. Həm daxildə, həm də düşmənlərin qəlbində. Əgər biz Allaha haqqı ilə iman gətirsək bu əqidə həm bizdə, həm də cəmiyyət də əmin-amanlıq yaradar. Əgər əmin-amanlıq istəyiriksə gərək biz əqidəyə, Allaha qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu ilə əvəz olunsun onda biz ixtiyar sahibiyik. Çünkü qorxunun məsdəri şirkdir. «Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarma görə kafırlərin ürəklərinə qorxu saldıq». (Ali-İmran 151). Əmin-amanlığın məsdəri isə Tövhiddir. «İman gətirib imanlarmı zülmlə qanşdırmayanlar əmin- amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır». (əl-Ənam 82).
    İnsanların dindən uzaq düşdükləri bir gündə, şirkin baş alıb getdiyi bir gündə, yad adət-ənənələrin İslam adı ilə dinimizə daxil edildiyi bir gündə hansı əmin-amanlıqdan danışmaq olar. Dünyaya nəzər salsaq görərik ki, müsəlmanların saylarının çox olmasına baxmayaraq zəlil gündədilər. Cürbəcür təziqlərə, işkəncələrə, hücumlara məruzdular. Çünki müsəlmançılıqdan (İslamdan) yalnız adı qalıb. Əli - radiyallahu aııhu - deyir ki: «Vaxt gələcək ki, İslamdan yalnız onun adı qalacaqdır, vaxt gələcək ki, Qurandan yalnız onun şəkili qalacaqdır, məscidlər boş qalacaqlar, qondarma alimlər çıxacaqdır». Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurur: «Ümmətlərin (dövlətlərin) birləşərək sizin üzərinizə vəhşi heyvanların öz şikarlarının üzərinə hücum etdikləri kimi hücum etmələri artıq yaxındır. Səhabələrdən: «Ya Rəsulallah! Bizim sayımızın az olduğuna görə belə olacaqdır?» deyə soruşdu. Peyğəmbər: «Əksinə sizin sayınız onda çox olacaqdır. çayın gətirdiyi çör-çöp kimi. Lakin Allah düşmənlərin qəlbindən sizə qarşı olan qorxunu çıxaracaqdır. Sizin qəlbinizdə isə Allah VƏHM yerləşdirəcəkdir» deyə buyurdu. Səhabələr: «VƏHM nədir ya Rəsulullah!». Peyğəmbər: «Dünyaya sevgi, ölümə isə nifrət»
    (2). Ömər - radıyallahu aııhu -deyir ki: «Biz elə bir ümmətik ki, Allah bizi İslanı ilə izzətləndirib. Əgər biz İslamdan qeyri yerdə izzət axtarsaq Allah bizi zəlil edər».
    Ona görə də insan nə qədər Allahdan qorxarsa, düşmənləri də bir o, qədər ondan qorxarlar. İnsan nə qədər özü ilə Allah arasında olanı islah edərsə, Allah da onunla başqaları arasında olanları islah edər.

    TÖVHİDİN AXİRƏTDƏ OLAN TƏSİRİ - Olduqca böyükdür. Çünki tövhid əhli olan kimsə əbədi Cəhənnəmdə qalmaqdan qurtulacaqdır. Bu da tövhidin ən mühüm və böyük təsiridir müsəlman olan bir kimsənin həyatmda. «Kim (malıılı Allah yolunda) versə, (Allahdan) qorxsa və ən gözəl sözü (Lə İləhə İlləllah kəlməsini) təsdiq etsə biz ona Cənnəti müyəssər edərik, Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü (Lə İləhə İlləllah kəliməsini) yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq». (əl-Leyl 5-10). Bu haqda daha geniş axirətə iman haqqındakı bölümdə danışacağıq.


    (1)Bu haqda daha geniş Fil surəsindən və Peyğəmbər - sallallahu aleyhi və səlləm - in həyatı ilə bağlı kitablardan oxuya bilərsiniz. 
    (2)Əbu Davud 4297, Əhməd 5/278.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 1106 | Tarix: 28.09.2023
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2010  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2023 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru