Ana Səhifə » 2012 » Sentyabr » 25 » Soğan insan orqanizmində qocalma prosesini ləngidir və xərçəngin qarşısını alır
Soğan insan orqanizmində qocalma prosesini ləngidir və xərçəngin qarşısını alır
17:59
Yapon və fransız alimləri bu fikirdədirlər.
Yapon alimlərinin araşdırmalarının nəticələrinə görə, adi soğan insan orqanizmində qocalma proseslərini ləngidir. Soğanın tərkibindəki aktiv kükürd birləşmələri bir çox mühüm zonalara yaxşı təsir edir. Bu birləşmələr hisslərə və yaddaşa görə cavabdeh olan beyin hüceyrələrini cavanlaşdırır. Mütəxəssislər adi baş soğanın immunitetə faydalı təsir göstərdiyini, soyuqdəymə ilə mübarizə aparmağa kömək etdiyni, eyni zamanda, onun faydalı xassələrinin hətta bişirildikdən sonra da 70 faiz qorunub saxlanıldığını qeyd ediblər. Fransız alimləri də soğanın bir sıra faydalı xüsusiyyətlərini aşkar ediblər. Onlar qidada soğandan və sarımsaqdan müntəzəm istifadənin süd vəzisi xərçənginin azalmasına səbəb olduğunu müəyyən ediblər.