Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (18464 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (15438 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (12470 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8604 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (8591 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (274)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » İyun » 18 » HiCAB
    HiCAB
    20:35

    HICAB...
    Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)

    Nur surəsi 31-ci ayə.

    Ayədə bir yox,bir neçə əmr gəlib.
    Mömin qadınlar,yəni, "mən müsəlmanam" deyən bütün qadınlar :
    1.Gözlərini haram buyurulmuş şeylərdən çevirməlidirlər.Yəni,onlara yad olan kişilərə şeytani niyyətlə baxmamalı,göz-qaş etməməlidirlər.Yəni,gözləri ilə özlərini günaha salmamalıdırlar.( Söhbət adi baxmaqdan getmir,şeytani niyyətlə baxmaqdan gedir)
    2.Ayıb yerlərini zinadan( qeyri-qanuni cinsi əlaqədən ) qorumalıdırlar.
    3.Allahın buyurduqu hisssələri örtməlidirlər.
    4.Ayədə adi çəkilən qohumlardan,yaxınlardan başqa heç kimə hicabsız görünməməlidirlər və .s.
    Ayənin sonunda qabaqkı günahlarına görə tövbə etməklərini və yuxarıdakı şərtləri( və digər əmrlərini)nicat yolu kimi möminlərə göstərir.
    Hicab haqqında bir digər ayə:
    Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!

    Əhzab surəsi 59-cu ayə.
    Çox güman ki, şərhə ehtiyac yoxdur inşaAllah.
    Allahın əmrlərinə tabə olmayanın cəzası varmı?

    Hər bir əmri verənin əmrinə tabe olmayanların halının məntiqi nəticəsi budur ki, onlara cəza verilsin.Çünki əmri yerinə yetirənə mükafat,əmrdən çıxana cəza verilməsə əmrin heç bir mənası olmaz.Bu da çox mənasız iş olar.Haşa,Allah mənasız işlər görməkdən uzaqdır.
    "O qədər hicab taxıb min hoqqadan çıxan var ki" deyənlər üçün:

    Düşünün ki, dövlət hərbiçilər üçün hərbi geyim qərar vermiş və ordu generalları bütün orduya əmr etmiş ki, hər kəs hərbi xidmət boyunca hərbi forma geyinməlidir.Amma,hərbi hissələrin birində əsgər hərbi formanı geyinmir.Komandir səbəbini soruşanda "o qədər hərbi forma geyinib min hoqqadan çixan var ki" deyir."ona görə mən əmrə tabe olmuram" deyə mənasız bir bəhanə gətirir.Halbuki,onun borcu başqasına baxıb əmrdən çıxmaq yox,ər verənin əmrinə tabe olmaqdır.Eləcədə müsəlmanların borcu kiməsə baxıb əmrdən çıxmaq yox,Allahın əmrinə tabe olmaqdır." Onlar hərbi forma geyinib min hoqqadan çıxırlar deyə mən də əmrə tabe olmuram" deyən əsgərə də cəza var,həmin min hoqqadan çıxanlara da.Həmçinin hicab geyinib ,hicaba Allahın buyurduğu kimi layiq olmayanlara da cəza var,onların hərəkətini bəhanə gətirib Allahın əmrindən çıxanlara da .

    Əsas odur ki...

    Bəzilər Allahın hökmü qarşısında ,Allahın əmrləri qarşısında yenə də bəhanələr gətirirlər.
    Məsələn:
    Əsas odur ki, ürəyin təmiz olsun!
    Əsas odur ki, dişlərin təmiz olsun!
    Əsas odur ki, geyindiyin geyim sənə yaraşsın!
    Əsas odur ki ...
    Əsas odur ki...
    Əsas odur ki...
    Allahın əmrləri qarşısında "əsasnamələr" qəbul edib o əsasnamələrə görə yaşayanlar Qimayət günü hər kəsin məhşərdə toplanacağı gün,Allahın ədalət məhkəmində nə cavab verəcəklər artıq özləri düşünsünlər.Görəsən , "İlahi, mən sənin əmrlərinə tabe olmadım.Çünki, sənin əmrlərin əsas deyildi ( haşa!!!) Əsas o idi ki, mənim "əsaslarım" əsas idi " deyə biləcəklərmi ?
    Ümumiyyətlə Allahın sözünün qarşısına söz qoymaq ixtiyari kimə verilmişdir ?
    Allahın əmrləri qarşısında "əsasnamələr" düzəltmək ixtiyari kimə verilmişdir?
    "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. (Möminlər peyğəmbəri özlərindən çox sevməli, onun hər bir əmrini sözsüz yerinə yetirməlidirlər)......."

    Əl-Əhzab surəsi ,6-cə ayə.
    BU AYƏNİ DİQQƏTLƏ OXUYUN:
    Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!

    Əl-Əhzab surəsi 36-cı ayə

    "Dində məcburiyyət yoxdur" deyənlər üçün:
    Təbii ki,dində məcburiyyət yoxdur.Ancaq bu "Allah verdiyi əmrlərə tabe olmayan,öz əsasnamələrinə görə yaşayan insanlara cəza verməyəck " anlamına gəlməz.
    Düşünün ki, iki dost dövlət imtahanlarına girir.
    İmtahanlarda əsas şərtlər,tələblər,göstərişlər var.Məsələn:
    Adınızı və soyadınızı yazmağı unutmayın!
    Bir suala iki cavab vermək olmaz!
    verəcəyiniz cavabın qarşısındakı xananı tam qaralayın! və.s.
    Dostlardan biri " bunları yerinə yetirməkdə məcburiyyət yoxdur" deyərək Adını soyadını qeyd eləmir.Bir suala iki cavab birdən yazır.xanaları da tam qaralamır.Təbii ki, onu nə bu hərəkətə,nə də bunun əksini etməyə məcbur edən yox idi.
    Amma,digər dost bütün tələbləri yerinə yetirir və suallara da biliyindən istifadə edib cavab yazır.
    Təbii ki, tələbləri yerinə yetirməyib "məcburiyyət yoxdur" deyən insan savadlı olsada Universitetə daxil olma bilməyəcək.Amma, tələbləri yerinə yetirən digər savadlı dost isə Universitetə qəbul olacaq.əgər ikisi arasında heç bir fərq olmasaydı ,o zaman tələblər,göstərişlər mənasız bir iş kimi görünəcəkdi.Eləcə də kimin ürəyi nə qədər təmiz olsa da , Allahın əmrlərini yerinə yetirməyib " məcburiyyət yoxdur" deyənlər "imtahandan kəsiləcək" ( Təmiz qəlb -sahibinin Allah əmrlərini yerinə yetirdiyi qədər təmizdir) Amma, allahın əmrlərini yerinə yetirən isə mükafatlandırılacaq inşaAllah.
    Çəkdiyimiz misallardan Allah qat-qat ucadır.Sadəcə məsələ aydın olsun deyə misallar çəkdik.
    BU AYƏLƏRİ DƏ DİQQƏTLƏ OXUYUN!
    Bölmə: | Əlavə etdi: Muslimah_92 | Baxılıb: 392 | Tarix: 13.12.2019
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 3
    20.06.2012
    3. Aishe (My_God)
    İnşallah, bacı. İnşallah, ALLAHdan ancaq səbr istəyirəm

    19.06.2012
    2. Muslimah (Muslimah_92)
    Amin,Əcmain,uxti) İnşAllah tezliklə hicaba keçərsən,bacım,çünki bu bizə fərzdir.Valideyinlerinə yaxşı davran,onlara qarşı mülayim ol, dünya məsələlərində onlara itaət et.Amma dinə gəldikdə ALLAHın əmrləri hər şeydən üstündür.Çalış hicaba keç.

    19.06.2012
    1. Aishe (My_God)
    Sona qədər oxudum. ALLAH sizdən razı olsun. Şübhəsiz, ALLAHın əmrlərinin qarşısında biz nə çarəyik ki. Hicabı geyinməyi, dinimə layiq xanım olmağı mən də çox istəyirəm. Amma valideynlərim icazə vermir, əslində qadağa da etmirlər. Lakin narazıdırlar..İndi onlarla yaşadığıma və yaşımın az olduğuna görə özümə hicab ala bilmirəm..Ümidim ALLAHadır, inşallah onlara hidayət verər, mənə də bu şərəfli əmri yerinə yetirməyi qismət edər. AMİN

    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyun 2012  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6316, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • JafidRor (JafidRor)
  • WilsonCig (WilsonCig)
  • teym (muslim)
  • DenriOr (DenriOr)
  • audioNoobSl (audioNoobSl)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru