Ana Səhifə » 2012 » Sentyabr » 27 » Rusiyada dini dəyərləri təhqir edənlər 5 il müddətinə azadlıqdan məhrum ediləcəklər
Rusiyada dini dəyərləri təhqir edənlər 5 il müddətinə azadlıqdan məhrum ediləcəklər
21:12
Müvafiq qanun layihəsi parlamentin aşağı qanadı Dumaya təqdim olunub.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Rusiya parlamentinin aşağı qanadı Dumaya təqdim edilən yeni qanun layihəsinə görə dini dəyərləri təhqir edənlər 5 il müddətinədək azadlıqdan məhrum ediləcəklər.
Rusiya parlamentinin Liberal Demokrat Partiyasından olan millət vəkili Yaroslav Nilovun hazırladığı layihəni digər siyasi partiyaların da dəstəklədiyi bildirilib. Nilov yerli mətbuata açıqlamasında dini dəyərləri təhqirin daha ağır cəzalandırılması üçün belə bir layihə işləyib hazırladığını deyib.
Rusiya Kommunist Partiyasının üzvü, deputat Sergey Obuxov isə “Ria-Novosti” agentliyinə açıqlamasında qanun təklifinin qəbul ediləcəyinə ümidvar olduqlarını bildirib. Obuxov dövlətin vətəndaşların dini hüquqlarını qorumaq məcburiyyətində olduğunu, din əleyhinə kampaniyaların cəmiyyətdə qeyri-stabillik yaratdığını qeyd edib.
Deputat dini dəyərlərə hücumun daha ağır şəkildə cəzalandırılmasının ictimai təhlükəsizlik və müxtəlif millətlərdən olan insanların sülh şəraitində yaşaması baxımından əhəmiyyət daşıdığını vurğulayıb.