Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19624 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16671 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13820 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9570 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9095 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 23 » Qəbir əzabı haqdır və ya bir iddianın təkzibi haqda mülahizələr
    Qəbir əzabı haqdır və ya bir iddianın təkzibi haqda mülahizələr
    11:39
    Həzrəti Aişəyə (Allah ondan razı qalsın!) istinadən İmam Əhməd "Müsnəd” kitabında belə rəvayət edib: "Bir yəhudi qadın Aişəyə xadiməlik edirmiş. Aişə hər dəfə yaxşılıq etdikdə qadın ona: "Allah səni qəbir əzabından qorusun!” – deyirmiş.

    (Aişə deyir:) "(Bir dəfə) Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) yanıma gəlmişdi. Soruşdum: "Ey Allahın rəsulu, qiyamətdən qabaq qəbirdə əzab vardırmı?” Peyğəmbər: (Ona Allahın xeyir-duası və salamı olsun!) "Xeyr, yoxdur, – dedi və soruşdu – Bunu kim iddia edir?” Dedim: "Bu yəhudi qadın. Hər dəfəsində ona yaxşılıq etdikdə mənə: "Allah səni qəbir əzabından qorusun!” – söyləyir.” Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) dedi: "Yəhudilər yalan söyləyirlər. Onlar Allah barədə ən çox yalan danışanlardır. Əzab təkcə Qiyamət günündə vardır.” (Həzrəti Aişə deyir:) "O (Peyğəmbər – mütərcim), Allahın istədiyi müddət keçdikdən sonra, bir dəfəsində günorta paltarına bürünmüş və gözləri qızarmış halda evindən çıxıb, uca səslə dedi: "Qəbir zülmət qaranlığın bir parçasıdır. Ey insanlar, əgər bildiyimi bilsəydiniz, çox ağlayar, az gülərdiniz. Ey insanlar, qəbir əzabından Allaha sığının. Doğrudan da, qəbir əzabı bir həqiqətdir”[1].

    Hədisin istinadı Buxari və Müslimin səhihlik şərtlərinə görə səhihdir. Amma onlar bu hədisi rəvayət etməyiblər.

    Bu hədis barədə bəzi qeydlərimiz vardır. Belə ki, hədis Quranın üç ayəsinə ziddir:

    1. "Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Quran) kimi bir kitab endirəcəyəm”, – deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çapalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – dediklərini görəydin!” (əl-Ənam, 93);

    2. "Onlar (ölən gündən qiyamətə qədər qəbir evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): "Firon əhlini ən şiddətli əzaba salın!” (Ğafir, 46);

    3. "(Ya Rəsulum!) Kaş sən kafirləri mələklər onların üzünə və yanlarına vura-vura: "Dadın atəşin əzabını!” – deyib canlarını alanda görəydin!

    Bu (əzab) sizin öz əllərinizlə qazandığınız (əllərinizin törətdiyi) günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir!” (əl-Ənfal, 50-51).

    Habelə sözügedən hədis qəbirdə əzab və mükafatın olduğunu isbatlayan digər hədislərlə ziddiyyət təşkil edir. Bədr döyüşündən sonra meyitləri eyniadlı quyuya atılmış kafirlərə xitabən Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun!) "Rəbbinizin vədinin haqlı olduğunu gördünüzmü? Biz də rəbbimizin bizə verdiyi vədin haqq olduğunu gördük...” deməsi; Buxarinin də rəvayət etdiyi kimi, iki qəbrin yanından keçərkən Peyğəmbərin "Bu qəbirlərdəkilərə əzab olunur...” – deməsi və s.

    Bu mövzuya dair dəlillər hədsiz çoxdur. Elə isə necə iddia oluna bilər ki, Peyğəmbər qəbir əzabı nədir bilmirmiş? Bu bir yana qalsın, görün nə vəziyyət yaranıb ki, bir yəhudi qadın gəlib bu haqda xəbər verir!

    Məkkə və Mədinədə ona nazil olan Quran işarə edirdi ki, insan həyatı ölümdən qabaq və sonrakı mərhələlərdən ibarətdir; insanlar dünyadan köçən kimi, ya mükafatlandırılır, ya da cəza görürlər. Necə ola bilər ki, Peyğəmbər bunu inkar etsin?!

    İbn Kəsir ayələri yozmuş, bu "qərib” hədisi müdafiə etmişdir. O iddia edirdi ki, ayələrdə söhbət mənəvi əzabdan gedir, həqiqi (hiss olunan) qəbir əzabından deyil! Bu ki səhvdir!

    Məgər mənəvi əzab zamanı insanın yanı və üzünə vurmaq mümkündür?! Əgər əzab mənəvidirsə, qəbrin sıxılması zamanı sümüklərin bir-birinə girməsi baş verərmi?!

    İstinadla kifayətlənib, məzmuna diqqət yetirmək – bu ki tədqiqatçı alimlərimizin rədd etdiyi qəribəliklərə qapı açmaqdır!

    Yuxarıda dərc etdiyimiz fitvadan məlum olur ki, hər şeydən qabaq Quranı dəlil seçmək lazımdır; əqidə mövzularında "ahad” hədislər təkbaşına dəlil rolunu oynaya bilmir.

    Bir şeyi tövsiyə edək ki, Quranı düşünərək oxuyub, ondakı məlumatları uzun-uzadı təhlil etməklə yanaşı, hədisləri də ayələr kontekstində araşdırmaq lazımdır.

    O kəslər ki ayələrin üstündən ötəri keçir, bəzi hədislərdə isə dərinə dalırlar, onların bu yanaşması qəbuledilməzdir.

    Bir insanın Quran qarşısında kor, hədislər qarşısında isə dirigözlü olmağı düzgün deyildir. Bəzilərinin ağzından çıxmış belə bir iyrənc söz eşitmişdim: Quranın hədislərə ehtiyacı hədislərin Qurana ehtiyacından daha çoxdur... Bax buna deyərlər tərəflərin yerini səhv salmaq!

    Biz həm Qurana, həm də hədislərə (Sünnəyə) inanırıq. İnanırıq ki, Quran kökdür, Sünnə – budaq (və ya: Quran əsasdır, Sünnə ikinci dərəcəlidir)! Biz əmin olmalıyıq ki, bu və ya digər hədis Peyğəmbərin dilindən səslənib, ya yox! Bunu da ki həm istinadı, həm də məzmunu birlikdə götürməklə müəyyən etmək mümkündür...

    Elmdə söz sahibi alimlərin, mötəbər kişilərin yolu məhz budur! Bu yoldan qeyrisinə etibar edilməz!

    İslam elmləri bir dəryadır: həqiqətlərə əsaslandıqda möhtəşəm mədəniyyət yaratmışdır; xurafat və xülyalar onu çulğayıb "dayazlatdığı” zaman ümmət də əldən getmiş, mədəniyyəti də!

    Peyğəmbərin ailəsinə axirət cəzasını, qəbir mükafatı və əzabını xatırlatmış(!) yəhudi qadının əhvalatına qayıdaq. Sən demə, Peyğəmbər bundan qabaq heç nə bilmirmiş!!!

    Görəsən, yəhudi qadın bunu haradan öyrənmişdi? Musanın Əhdi-ətiqdəki Beş Kitabındanmı? Söhbət Tövratdan gedir. Tövratda isə cənnət və cəhənnəm, savab və cəzalandırma haqda heç nə deyilmir!

    Tövrat bu dünyada həyat və fərqlənmə axtarışında olan bir xalqa xas maddi kitaba çevrilib.

    Bu xalq xeyir işləməklə, şərdən əl çəkməklə axirət həyatına can atmır, savabın da, cəzalandırılmanın da, az qala, bu dünyada olduğuna inanır!

    Yəhudilər axirətə ən az can atan xalqdır.

    Düzdür, bəzi "kitablar”da (Musanın Beş Kitabından söhbət gedir – mütərcim) cənnət, cəhənnəm, ruhlar aləmi haqda cüzi məlumat vardır. Amma, dediyimiz kimi, bu məlumat çox cüzidir...

    Bu səbəbdən mən qəbir mükafatı və əzabı haqda deyilənlərin bu yəhudi qadının ağzından çıxdığına şübhə edirəm...

    Məlum hədis məna baxımından Qurana və "mənaca mütəvatir” adlandırıla biləcək hədislərə ziddir.

    Həmçinin, bu hədisin bir yəhudi qadın tərəfindən rəvayət edilməsi Böyük Səhradan suyun axıb-keçməsinə oxşayır, – bu ki xariqüladə şeydir! Buna baxmayaraq, hələ bir deyirlər: "Hədisin istinadı Buxari və Müslimin səhihlik şərtlərinə görə səhihdir. Amma onlar bu hədisi rəvayət etməyiblər”.

    Buxari və tələbəsi Müslim bu hədisi rəvayət etməyəcək qədər ağıllı adamlar olmuşlar. Mövcud istinad mətn ziddiyyətli olduqda heç bir işə yaramır...

    Xülasə, Sünnə Quranın açıqlamasıdır, ondakı yaxın və uzaq mənalarla səsləşən açıqlamadır! Elə isə hədislərin Qurana zidd məzmun daşımağı, əks hökm ifadə etməyi qeyri-mümkündür.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 561 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru