Ana Səhifə » 2012 » Sentyabr » 3 » Putin: “İslam dəyərləri yaxşılığa, mərhəmət və ədalətə söykənən dindir”
Putin: “İslam dəyərləri yaxşılığa, mərhəmət və ədalətə söykənən dindir”
16:53
Rusiya prezidenti İslamı Rusiyanın müasir dini adlandırıb.
“Selef.my1.ru” Türkiyənin “Sabah” qəzetinə istinadən bildirir ki, Rusiya federasiyasının prezidenti Vladimir Putin İslamın ölkəsinin müasir dini, ictimai və mədəni həyatının ayrılmaz hissəsi olduğunu deyib.
Rusiyadakı müsəlman təşkilatlarının məhsuldar fəaliyyətini təqdir etdiyini bildirən Putin dövlətin islam dünyasının müqəddəs məkanlarına həcc ziyarəti də daxil olmaqla müsəlman cəmiyyətin öz inanclarına görə yaşamaq hüququnu təminat altına aldığını ifadə edib.
Rusiya Müsəlmanları Həcc Təşkilatının quruluşunun 10-cü ildönümü münasibətilə federasiyada yaşayan müsəlmanları təbrik edən prezident sözügedən dinin dəyərlərinin yaxşılığa, mərhəmət və ədalətə söykəndiyini vurğulayıb.
Məlumat üçün deyək ki, 143 milyon əhalisi olan federasiyada 20 milyondan çox müsəlman yaşayır.