Ana Səhifə » 2012 » İyul » 24 » Misir Silahlı Qüvvələri tarixində bir ilk: ordu müxtəlif şəhərlərdə iftar süfrələri açıb
Misir Silahlı Qüvvələri tarixində bir ilk: ordu müxtəlif şəhərlərdə iftar süfrələri açıb
09:17
Əsgərlərə iftar vaxtı əhaliyə su və xurma paylamaq əmr edilib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Ramazan ayının gəlişi ilə Misir Silahlı Qüvvələri (MSQ) tarixində ilk dəfə ölkənin bir çox şəhərində ilk dəfə iftar süfrələri açıb. Hər Ramazanda xalqa yardım paketləri ənənəsini davam etdirən ordu builki orucluq ayında 7 şəhərdə iftar süfrələrinin qurması ilə yeniliyə imza atıb.
Misir ordusunun açıqlamasında MSQ-nin iftar süfrələrini ölkə əhalisinin sıx məskunlaşdığı 7 şəhərdə 44 müxtəlif məntəqədə olmaqla açıb. Habelə açıqlamada bəzi hərbi qurumlara iftar zamanı əhaliyə xurma və su verməsi tapşırılıb.
MSQ-nin bu addımını şərh edən türkiyəli ekspert Sadəddin İbrahim “Anadolu Agentliyi”nə müsahibəsində ordunun keçid prosesində zədələnən imicini bərpa etməyə çalışdığını deyib. İbrahim Misir ordusunun siyasətdəki nüfuzunu qoruyub saxlamağa çalışdığını, belə ki, açılan iftar süfrələrinin bunun bariz nümunəsi olduğunu qeyd edib.