Ana Səhifə » 2012 » İyul » 14 » Məhəmməd Mürsi göz yaşları içərisində Kəbəni ziyarət edib (VIDEO)
Məhəmməd Mürsi göz yaşları içərisində Kəbəni ziyarət edib (VIDEO)
10:29
Ərəb telekanalları prezidentin göz yaşlarını əks etdirən kadrları yayımlayıb.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, Misir prezidenti Səudiyyə Ərəbistanına səfəri zamanı ümrə ziyarətini yerinə yetirib.
Krallıq telekanalları Mürsinin Məkkədəki əl-Həram məscidində səhər namazını qılarkən göz yaşlarını saxlaya bilmədiyini əks etdirən kadrları yayımlayıb. Xəbərlərdə Mursinin məscid imamının “əl-İbrahim” surəsinin 45-ci ayəsini oxuduğu zaman göz yaşlarına hakim ola bilmədiyi bildirilib.
Məlumat üçün deyək ki, xarici KİV Səudiyyə Ərəbistanı hökumətinin Misirin yeni prezidentinin ölkəyə səfərinə jest olaraq, həbsxanalardakı misirlilərdən bir qismini azadlığa buraxacağını yazıb.