Ana Səhifə » 2012 » İyul » 24 » “İsraili dəstəklə, cihadı məğlub et!” şüarı müsəlmanları qəzəbləndirib
“İsraili dəstəklə, cihadı məğlub et!” şüarı müsəlmanları qəzəbləndirib
09:22
ABŞ-da “İsrail reklamı” müsəlmanları qəzəbləndirib.
“Selef.my1.ru” xarici KİV-ə istinadən bildirir ki, Birləşmiş Ştatların Nyu-York şəhərində bir qrup İsrail tərəfdarı avtobuslarda “İsraili dəstəklə, cihadı məğlub et” ifadəsinin həkk olunduğu reklam lövhələrini yerləşdirmək hüququnu əldə ediblər.
Hakim Pol Engelmayerin qəbul etdiyi qərarla Amerika Azadlıq Müdafiə Təşəbbüsü (AAMT) adlı qrupun hazırladığı reklam lövhələrinin müsəlmanların etirazlarına rəğmən avtobusların üzərinə yerləşdirilməsinə icazə verilib.
“SATAR”-ın məlumatına görə, hakim Engelmayer Şəhər Nəqliyyat Departamentinin reklamlarda təhqir xarakterli ifadələrin istifadəsini qadağan edən 1997-ci il tarixli qanunun ifadə azadlığının pozulması olduğu barədə hökm çıxarıb.
Bununla da AAMT 25 min dollar ödəyərək, Nyu-York şəhərindəki 318 marşrut avtobusunda 4 həftə ərzində müsəlmanları qəzəbləndirən “Mədəni insan və vəhşi arasındakı mübarizədə birincini dəstəklə! İsraili dəstəklə, cihadı məğlub et!” ifadəsini reklam edəcək.