Ana Səhifə » 2012 » İyul » 3 » Filippin və Moro İslam Qurtuluş Cəbhəsi arasında sülh müqaviləsi imzalana bilər...
Filippin və Moro İslam Qurtuluş Cəbhəsi arasında sülh müqaviləsi imzalana bilər...
09:50
Filippin hökumətinin nümayəndələri belə deyiblər.
“Selef.my1.ru” Rusiya mətbuatına istinadən bildirir ki, Filippin prezidentinin müşaviri Teresita Deles bu il hökumət və Moro İslam Qurtuluş Cəbhəsi (MİQC) arasında sülh müqaviləsinin imzalanacağını istisna etməyib.
“Assoşiayted-Press” informasiya agentliyinin məlumatına görə, Deles rəsmi Manila və MİQC-in Mindanaoda müsəlmanlar üçün muxtar vilayət formalaşdırılması barədə razılığa gəlməyə yaxın olduqlarını bildirib.
Xəbərlərdə Delesin sözügedən fikirləri indoneziyalı 15 yüksək çinli hərbçilərlə görüşündə səsləndirdiyi qeyd olunub. Filippin MİQC-nin nümayəndəsi Mohaqer İqbal Delesin optimizmini bölüşdüyünü deyərək, İndoneziya sülhməramlılarının iştirakının danışıqlara müsbət təsir göstərəcəyini vurğulayıb.