Ana Səhifə » 2012 » İyul » 17 » “Dini-mədəni islam fikri: tənqidi mülahizələr” kitabı çap edilmişdir...
“Dini-mədəni islam fikri: tənqidi mülahizələr” kitabı çap edilmişdir...
20:29
Bu yaxınlarda “İdrak” ictimai birliyi Misirli mütəfəkkir M. Qəzalinin daha bir kitabını nəşr etmişdir.
AMEA Şərqşümaslıq institutunun əməkdaşı, Fəlsəfə doktoru Elvüsal Məmmədov tərəfindən tərcümə edilmiş kitabda müəllif müsəlman fikrinin problemlərinə toxunur. Mövcud problemlərin detallı təsvirini böyük bacarıqla təqdim edən müəllif həll yollarını da göstərir.
Kitabda əsas diqqət Müsəlman dünyasındakı cəhalətə, geriliyə, savadsızlığa yönəldib. Qəzali müsəlmanlardan tələb edir ki, islamı sevməklə kifayətlənməsinlər, həm də onu doğru-dürüst başa düşsünlər, zehinlərini “itiləsinlər”. Kitabda dinə şüursuzca, kortəbii surətdə inanmağa “yox” deyilir, müsəlmanların geriliyi islama, təlimlərinə, kitabına münasibətdəki problemlərlə əlaqələndirilir.