Ana Səhifə » 2012 » Avqust » 3 » Çində müsəlman dövlət məmurlarına və şagirdlərə oruc tutmaq qadağan edilib
Çində müsəlman dövlət məmurlarına və şagirdlərə oruc tutmaq qadağan edilib
10:27
Qadağalar Ramazan ayı boyu "ictimai stabilliyin təmini" məqsədi daşıyır.
"Selef.my1.ru" Türkiyə mətbuatına istinadən bildirir ki, Çinin işğalı altında olan muxtar Şərqi Türküstan vilayətində dövlət idarələrində işləyən vətəndaşların və şagirdlərin oruc tutmaları qadağan edilib.
Vilayət rəhbərliyinin rəsmi internet səhifəsində yerləşdirilən bildirişdə Çin Kommunist Partiyası rəhbərliyinin təqaüddə olanlar da daxil olmaqla dövlət idarələrində işləyən şəxslərin və şagirdlərin Ramazan ayına məxsus ibadətləri yerinə yetirmələrinin qadağan edildiyi qeyd olunub.
Bildirişdə qadağaların Ramazan ayı boyu ictimai stabilliyin təmin edilməsi məqsədilə tətbiq olunduğu irəli sürülüb.