Argentinada ictimai məkanlarda başörtüyü geyinmək sərbəstdir
16:15
Braziliya məhkəməsi isə “Youtube.com”-a 10 gün vaxt verib.
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Argentinada ictimai məkanlarda başörtüyü geyinilməsinə sərbəstliyi nəzərdə tutan və parlament tərəfindən qəbul edilən qanun layihəsi prezident tərəfindən təsdiq olunub.
Ölkə başçısı xanım Kristina Kirçnerin təsdiq etdiyi qərar “tarixi hadisə” kimi xarakterizə edilib. Bununla da Argentinada yaşayan müsəlman qadınlar ictimai məkanlarda başörtüyü ilə işləmək, həmçinin, şəxsiyyəti təsdiq edən sənədlərdə müvafiq qaydada şəkil çəkdirmək hüququ əldə ediblər.
Bu arada Braziliya Ali Məhkəməsi isə “Youtube.com” videoportalına Həzrəti Məhəmmədi təhqir xarakterli filmin yığışdırılması üçün 10 gün vaxt verib. Məhkəmənin qərarında 10 gün ərzində filmin saytdan yığışdırılmayacağı təqdirdə ölkədə sözügedən videoportala girişin məhdudlaşdırılacağı bildirilib.