Ana Səhifə » 2012 » İyul » 7 » Almaniya “Yaşıllar” Partiyası: “Yəhudi və xristianlara verilən hüquqlar müsəlmanlara da verilməlidir”...
Almaniya “Yaşıllar” Partiyası: “Yəhudi və xristianlara verilən hüquqlar müsəlmanlara da verilməlidir”...
18:45
Almaniya “Yaşıllar” Partiyası hökumətə “yol xəritəsi” təqdim edib.
“Selef.my1.ru” Türkiyənin “Zaman” qəzetinə istinadən xəbər verir ki, Almaniya “Yaşıllar” Partiyası (AYP) müsəlman icmasının ölkə mədəniyyətinin bir parçası olduğunu bəyan edib.
Partiya hökumətə müraciətində yəhudi və xristianlara verilən haqqların müsəlmanlara da tanınmasını tələb edib. İslam dininin bərabər və hüquqi baxımdan Almaniyaya uyğunlaşdırılması ilə bağlı “yol xəritəsi” hazırlayan AYP müsəlmanlara sosial həyatda, ibadətdə, mətbuatda və təhsildə digər din mənsublarına tanınan haqların verilməsinin vacibliyini vurğulayıb.
Bəyanatda hökumətin uzun illərdir ki, bu məsələdə heç bir addım atmaması nöqsan kimi xarakterizə edilib. AYP-nin parlament qrupunun sədri Renat Künast tərəfindən ölkə ictimaiyyətinə açıqlanan yol xəritəsində müsəlmanlar üçün məscid, xəstəxana və həbsxana açılması, İslam dini mənsubları olan müvafiq şəxslərin orduda imam işləyə bilməsi, halal məhsulla təminat və digər məsələlərin həlli tələb edilib.