Alimlər Ayın formalaşma mərhələlərini müəyyən ediblər
07:07
“Selef.my1.ru” Türkiyə mətbuatına istinadən bildirir ki, Amerika alimləri Yerin Mars planeti qədər böyük asteroidlə toqquşması nəticəsində Ayın əmələ gəlməsi iddiasını dəstəkləyən yeni model yaradıblar.
ABŞ-ın Texas ştatındakı tədqiqat institutlarından birinin əməkdaşı olan Robin Kanup modeldə Yer və asteroidin nəhəng toqquşmasının necə baş verdiyinin əks olunduğunu deyib. Alimin fikrincə, toqquşma əsnasında həm Yer planeti, həm də məlum asteroid Marsdan 4-5 dəfə daha böyük, bugünkü dünyanın isə yarısı böyüklüyündə idi.
“Birinci toqquşmadan sonra böyüklüyü baxımından demək olar ki, yaxın olan göy cismləri bir-birinin içərisinə keçməyə başladı. Daha sonra Yer planetinin ətrafında Ayı meydana gətirəcək materiallardan ibarət disk formalaşdı. Toqquşma və yenidən birləşmə Yer və Ay kimi iki göy cismini yarada bilər. Belə ki, hazırda istifadə edilən kimyəvi qarışıqlarda da bənzər proseslər müşahidə edilir”, - deyə Kanup bildirib.
Qeyd edək ki, 2010-cu ildə Danimarkada toqquşmanın Günəş sistemi formalaşdıqdan 150 milyon il sonra baş verdiyini ortaya qoyan araşdırma aparılmışdı.