Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19630 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13829 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9100 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 1 » 1931-CI İL İSLAM TARİXİ ÜÇÜN NƏ ƏHƏMİYYƏT DAŞIYIR?
    1931-CI İL İSLAM TARİXİ ÜÇÜN NƏ ƏHƏMİYYƏT DAŞIYIR?
    10:54
    Xəlifəsiz – başsız buraxılmış islam ümmətini bir qurum ətrafında toplamaq məqsədilə 1931-ci ildə Fələstinin Qüds şəhərində keçirilən İslam Birliyi Konqresinin (İBK) bayram günlərində belə həmrəy ola bilməyən indiki müsəlmanlar üçün əhəmiyyəti bu gün daha yaxşı başa düşülür.

    Bu gün İslam Ölkələrinin Birləşmiş Millətləri Təşkilatı kimi xarakterizə edilə biləcək İBK-nin toplantısı sözügedən tarixdə Qüds şəhər müftisi olmuş Hacı Əmin əl-Hüseyninin təşəbbüsü və səyi ilə 1931-ci il dekabr ayının 10-da Qüds şəhərində çağırılmışdı. Həmin
    dövrdə hələ müstəqil islam torpaqları daxilində olan Qüdsdəki İBK toplantısında olduqca vacib qərarlar qəbul edilmişdi. Belə ki, 22 islam ölkəsinin iştirak etdiyi konqresdə İslam inancını və dəyərlərini yaymaq üçün etnik mənşə və məzhəb ayrı-seçkiliyinə yol vermədən müsəlmanlar arasında əməkdaşlığa nail olmaq və müsəlman qardaşlığını
    inkişaf etdirmək istiqamətində mühüm qərarlar qəbul olunmuşdu. Türkiyə, Suriya, İran, İraq, Fələstin, Yəmən, Tunis, Liviya, Misir, Yuqoslaviya, İndoneziya, Şərqi Türküstan da daxil olmaqla 22 ölkədən 153 nümayəndə heyətinin iştirak etdiyi konqres məzhəb ayrı-seçkiliyinə yol vermədən müsəlmanlar arasındakı qardaşlıq məfhumunu inkişaf
    etdirmək və islam ümmətinin mənfəətlərini birlikdə müdafiə etmək üçün toplantıda iştirak edən ölkələrin nümayəndələrinin öz iradələri ilə bir araya gəlməsi ilə baş tutmuşdur.

    Konqresin digər iştirakçı ölkələri isə Əlcəzair, Səudiyyə Ərəbistanı, Rusiya (Mərkəzi Asiyanın türkdilli dövlətləri), Mərakeş, Hindistan, Şri-Lanka, Nigeriya, Qafqaz regionunun müsəlman ölkəsi idi. İBK-nin 81 il əvvəl müəyyən etdiyi hədəflər müasir dövrdə islam dünyasının üzləşdiyi məzhəb zəminində çəkişmələr, xarici hücumlar kimi mənfi hallar qarşısında gözəl bir nümunədir.

    Konqresin sonunda 17 maddəlik bəyannamənin yekdilliklə qəbulu xüsusi vurğulanmalıdır. İmperialist-xaçpərəst Qərbin təcavüzkar siyasəti və Qüdsdə özünü yavaş-yavaş hiss etdirməyə başlayan sionist təhlükənin yaşandığı həmin dövrdə müsəlmanları yaxınlaşan təhlükələrdən qorumaq və aralarında birlik və həmrəyliyə nail olmaq məqsədilə keçirilən İBK toplantısının müasir dövrdə müsəlmanların vəziyyəti nəzərə alındıqda tam şəkildə uğur qazandığını iddia etmək qeyri-mümkündür.

    Qeyd edilməlidir ki, İBK toplantılarında qəbul edilən qərara müvafiq olaraq, müsəlmanlar arasında birliyin təminin örnəyi kimi şiə məzhəbindən olan alim Məhəmməd əl-Hüseyn Əli Kaşif sünni, şiə və İbadiyyələrdən ibarət on mindən çox müsəlmana Əqsa məscidində cümə namazını qıldırmışdı.

    İBK-nin qəbul etdiyi 17 maddəlik bəyannamədə hazırkı dövrdə əksikliyi bütün islam coğrafiyasında hiss edilən iqtisadi və müdafiə sahəsində əməkdaşlıq da öz əksini tapmışdı. İslam Konfransı Təşkilatı kimi öz funksiyasını yerinə yetirməkdən uzaq qurumların hərəkət qüvvələrini 1931-ci il İBK-dən aldıqlarını bildirmələrinə baxmayaraq,
    müsəlmanların bu gün düşdükləri vəziyyət və məlum nəticə etibarilə belə qurumların 1931-ci ildəki İBK səmimiyyətindən çox uzaqda olduğu deyilə bilər.

    1931-ci ildə Qüdsdə keçirilən İBK ilə bağlı tarixçi professor Gürsoy Solmaz qeyd edir:

    “İBK dövrünün mütərəqqi hadisəsi idi. I Dünya müharibəsindən dərhal sonra yerlə-yeksan edilmiş islam dünyasının qərib övladlarının 81 il əvvəl, 1931-ci ildə Qüdsdə bir araya gəlmələri və 17 maddədən ibarət çox mühüm bəyannamə qəbul edə böyük iradənin və qərarlılığın nəticəsidir. Bu, böyük bir hadisədir. Konqresin Quranda adı keçən
    ərazidə baş tutması da xüsusilə əlamətdardır. Təəssüf ki, konqresin qəbul etdiyi qərarları həyata keçirilə bilməmişdir. Ancaq müasir dövrdə müsəlmanlar 1931-ci ildə müəyyən edilən hədəfləri bu gün xəyallarından belə keçirə bilmirlər. Qəbul edilən qərarların yenilənməsi islam dünyasının gələcəyi, təhlükəsizliyi, rifahı və azadlığı üçün zəruridir. Bu gün hədəf və məqsədlərimizi, həmrəylik məfkurəmizi 1931-ci ildə keçirilmiş belə bir
    konqreslə əlaqələndirə bilməliyik. Dövrünün fövqündə dayanan, bu günümüzə işıq tutan 1931-ci il konqresi və orada qəbul edilən qərarlar islam dünyası üçün bir ümid mənbəyi olmalıdır. Avropa ölkələrinin birləşərkən bizi parçalamağa çalışdığı dövrümüzdə bu konqres daha böyük əhəmiyyət kəsb etməlidir”.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 621 | Tarix: 25.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru