Bilməməzliyin üzürlü olması və bidətçi təkfirçilərin tənqidi
|
| | |
Umar | Tarix: Bazar ertəsi, 04.05.2009, 22:58 | Yazı # 1 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Misirli alim Əhməd Fəridin "Bilməməzliyin üzürlü olması və bidətçi təkfirçilərin tənqidi" əsərini necə dəyərləndirirsiniz. Öz fikir və rəylərinizi qısa və ya geniş şəkildə bildirə bilərsiniz. Fikirlərin müqayisəli və əsaslandırılmış tənqid formasında olması qardaş və bacılar üçün daha xeyirli olardı. Kitabı oxumaq istəsəniz kompyuterinizə buradan endirə bilərsiniz: http://www.boxca.com/rq80wnw79tge/cehalet_uzrdur.pdf.html
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını ğurabə - Çərşənbə axşamı, 05.05.2009, 11:19 |
|
| |
Umar | Tarix: Çərşənbə axşamı, 26.05.2009, 16:52 | Yazı # 2 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Mərhəmətli, Rəhimli Allahın adı ilə! Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, ləə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin. Əziz Müsəlmanlar! Əhməd Fəridin cəhalət üzrü barədə yazdığı kitabda işarə etdiyimiz xətaları bu bölmədə göstərməyə çalışacağıq, Allahın izni ilə! Allahdan işimizə tövfiq nəsib etməsini istəyirəm və hamımızı haqqı tapmaqda yönləndirməsini diləyirəm! Kitabdakı səhifələri elektron variantına uyğun olaraq göstərəcəyik. Çünki kitab orijinal şəkildə əlimizdə yoxdur. Müəllif kitabının 22-ci səhifəsində qeyd edir: Quote "islamdan çıxaraq kafir olmağı qarşısında məqsəd qoymadığı halda kimsə küfr bir iş görərsə, onun əməli kafir sayılması üçün kifayət etmir..." Bu batil bir sözdür əslində. Külli aləm bilir ki, heç kəs küfr etmək istəməz. "Kufr bil-qəsd" olaraq tanılan bu məsələdə çoxları alimlərin sözlərini yanlış anlamışlar. Onlar, insanın küfrü qəsd etmədikcə kafir olmayacağını söyləyirlər, yəni bir insan küfr əməl etsə də qəlbində bunu istəməsə kafir olmaz. Bu Allahın dinini təhrif etməkdir. Bununla nəzərdə tutulan, küfr olan əməli qəsd etməkdir. Bunun daha da yaxşı aydın olması üçün misal vermək uyğun olar. Bir insan büt qarşısında səcdə edərsə, lakin bütə səcdə etməyi qəsd etməzsə, yalnız Allaha səcdə etməyi qəsd edərsə bununla o kafir olmaz. Çünki o, küfr olan əməli qəsd etməmişdir. Müəllifin İmam Qurtubinin sözlərini gətirməsi isə onun sözlərini dəstəkləmir. Çünki İmam Qurtubi bununla, söylədiyim kimi, küfr olan əməli qəsd etmək incəliyinə işarə etmişdir, yoxsa bununla insanın qəlbində küfrü qəsd etmədikcə kafir olmayacağına dair heç bir şeyə işarə etməmişdir. İbn Teymiyyə söyləmişdir: "Bir kimsə küfr olan bir söz söyləyər, ya da bir əməl edərsə, kafir olmağı qəsd etməsə də bu səbəblə kafir olmuşdur. Çünki Allahın istədiklərindən başqa heç kəs küfrü qəsd etməz." (əs-Sarimu'l-Məslul, s:177-178) Halbuki Qurani Kərimdə Allahın ayələrini lağa qoyanların təkfir edilməsi barədə gələn ayələr məşhurdur. "Allaha and içirlər ki, deməyiblər. Halbuki onlar küfr sözünü demiş, islamı qəbul etdikdən sonra kafir olmuşlar." (Tövbə, 74) Burada Allah onları bir-başa söylədikləri söz səbəbi ilə təkfir etmişdir. Bunun bir misalı da bu ayət-i kərimədir: "Allah Məryəm oğlu Məsihdir deyənlər kafir oldular." (əl-Maidə, 17) Bu mövzuda bənzər başqa ayələr də var. Əhli-Sünnətin bu məsələdə məzhəbi budur: Kim küfrə salan bir söz söyləyər və yaxud bir əməl edərsə bir başa bu söz ya da əməl səbəbi ilə dünyəvi hökmdə zahirən, həqiqi hökmə görə isə batinən kafirdir. Çünki şəri dəlilin kafir kimi göstərdiyi şəxs həm zahirən, həm də batinən kafirdir. Allahu Təalanın bildirmiş olduğu şəri dəlil batini kənarda qoyaraq sadəcə zahirə aid ola bilməz. Bilavasitə həm zahiri, həm də batini əhatə edən həqiqi hökmü ifadə edər. İbn Həzm Əş'arilərdən söz edərkən Mürciənin məzhəbini qeyd edərək belə deyir: "Əş'arilər belə deyərlər: ‘İnsan Allah və Rasulunu ən pis şəkildə təhqir etsə və onları yalanladığını, taqiyyə və ya sitat gətirmə olmadan açıq bir şəkildə elan etsə və bunu özünə din olaraq mənimsədiyini iqrar etsə, bunda küfr təşkil edəcək hər hansı bir şey yoxdur.’ Sonra da bütün müsəlmanların onlara qarşı çıxacağından qorxaraq sözü bu şəkildə çevirdilər: ‘Ancaq bu hal insanın qəlbində küfr olduğunu göstərir’. Biz onlara; ‘Bu sözün dəlalət etdiyi şeyin sihhətinin kəsinliyinə şahidlik edirsinizmi?’ dedikdə ‘Xeyr’ deyə cavab verdilər." (əl-Fəsl, 5/75, Daru'l-Cil) İbn Teymiyyə isə Mürciənin məzhəbini belə izah edir: "Əbu Abdullah əs-Salihi belə deyir: ‘İman sadəcə qəlbin təsdiqi və bilməsidir. Lakin bu təsdiqin bir sıra tələbləri var. Bu tələblərin yerinə yetirilməməsi qəlbdə təsdiqin olmadığını göstərir. Şəriətin küfr olduğunu bildirdiyi hər zahiri söz və əməl üçün də eyni haldır. çünki bu əməlləri etmək qəlbdə təsdiq və elmin olmadığını göstərir. Küfr (yalanlamadan ibarət olan) tək bir xislətdir. İman isə qəlbdə olan mücərrəd təsdiq və elmdir’. Bu, Əbu Həsən əl-Əş'arinin iki rəyindən ən məşhur olanıdır. Onun Qazi Əbu Bəkr, Əbi'l-Məali və digər yoldaşları da eyni görüşdədirlər. bu səbəbləalimlər onları Mürciədən saymışlar." (Məcmuə'l-Fətava, 7/509) "Cəhm isə belə deyir: ‘İman sadəcə qəlbin təsdiqindən ibarətdir. İnsan bunu dili ilə ifadə etməyə bilər’. Bu Ümmətin alimlərinin heç birisindən eşidilməmiş bir sözdür. Beləki Əhməd, Vəki' və başqaları belə söyləyənləri təkfir ediblər. Ancaq əl-Əş'ari və yoldaşları bu görüşü dəstəkləməklə birlikdə, ‘Şəriətin küfrünə hökm etdiyi kəsin biz də küfrünə hökm edirik və Şari'in təkfir etməyini insanın qəlbində marifətin (bilmək, tanımaq) olmadığına dəlil sayırıq’. demişdirlər." (Məcmuə'l-Fətava, 13/47) Bir başqa yerdə belə deyir: "Bəzi kəlamçıların və onları izləyən fuqahanın bu vəhmə qapılmalarına səbəb olan xətalı anlayışın təməlində onların imanı sadəcə Rasulun bildirdiklərini təsdiq olaraq görməkləri, təhqir etmə və pisləmənin Onun doğruluğuna inanmaya tərs düşməməsi görüşünü qəbul etməkləri durur...Sonra Ümmətin Allah və Rasuluna təhqir edən kəsi təkfir etdiyini gördükdə belə dedilər. ‘Bu kəs kafir olur. Çünki onun söyməyi bu etdiyini haram olaraq qəbul etmədiyini göstərir. Bunun halallığına inanmaqsa Peyğəmbəri yalanlamaq deməkdir. İnsan təhqir ilə deyil, yalanlama səbəbi ilə kafir olur. Təhqir isə sadəcə yalanlamaya dair bir dəlildir’." (əs-Sarimu'l-Məslul, s:518) Müəllif kitabın digər yerində bəzi əməlləri xüsusi olaraq vurğulayaraq, həmin əməlləri halal saymasalar da, kafir olacaqlarını qeyd edir. Bu əməli peyğəmbəri və Allahı lağa qoymaq olaraq göstərir. Belə bir istisna etmək isə Cəhmiyyənin əqidəsindəndir. Bunu yuxarıda alimlərin sözlərindən anlamaq olar! Dövrümüzdə bəzi irca xətası edənlər belə deyirlər: Küfrə salan söz ya da fel səbəbi ilə Allahin küfrlərini qabaqcadan bildirdiyi bu kəslərin,açıqca inkar etmədikləri halda dünyəvi olaraq küfrünə hökm verilməz. Bu rəy sahiblərinin təkfirində sələf ixtilaf etməmişdir. Çünki bu açıq nəsslərə ziddir. Bu ifrat görüşlərin sahibləri ilə İmam Tahavi'nin "əl-Əqidətut-Tahaviyyə"dəki "İnsan, imana girdiyi şeyi inkar etmədikcə imandan çıxmaz" sözü və bu sözü dəstəkləyənlərin görüşü arasındakı fərq budur: Tahavi inkarı küfrün tələbi olaraq görürdü (küfrün olduğu yerdə inkar da vardır). Bu məsələdə ifrata gedənlər isə inkarı küfrə dair hökm verməkdə ayrılıqda bir şərt olaraq qəbul etdilər. Tahavi'yə görə Allahın, kafirliyinə hökm etdiyi hər kəs mütləq inkarçıdır. Digərləri isə Allahın, kafirliyinə hökm etdiyi adam haqqında hökmün verilməsi üçün onun açıq aydın inkar etməsini şərt qoşurlar. İbn Teymiyyə bizə bunları çatdırır: "Hənbəl belə demişdir: ‘Humeydi bizə bəzi insanlardan bunu eşitdiyini söylədi: ‘İnsan, namaz, zəkat, oruc və həcci iqrar etsə, lakin ölənə qədər bunlardan heç birini etməsə və ya ölənə qədər qibləyə arxasını döndərərək namaz qılsa, bu kəsin tərk etdiyi bu şeylərə iman etdiyi bilinirsə, fərzləri və qibləyə yönəlmənin tələbini iqrar edirsə, bu insan inkar etmədiyi müddətcə mömindir’. Dedim: ‘Bax, bu açıq bir küfrdür. Allahın Kitabına, Rasulunun Sünnətinə və müsəlmanların alimlərinə müxalifətdir. Allahu Təala buyurur: "Dini Allaha xalis qılaraq Ona ibadət etməkdən başqa bir şeylə əmr olunmadılar." Hənbəl belə dedi:‘Əbu Abdullah Əhməd ibn Hənbəlin belə dediyini eşitdim: ‘Belə bir şey söyləyən kəs kafir olmuş, Allahın əmrinə və Rasulun Allahdan gətirdiyinə qarşı çıxmışdır’." (Məcmuəl-Fətava, 7/209) Bu xəbəri Xallal "əs-Sünnə" s. 586'da öz isnadı ilə rəvayət etmişdir. İbn Teymiyyə "Məcmuəl-Fətava", 7/205də sələf alimlərindən digər bir qrupun da bu kəsləri təkfir etdiklərini nəql edir.
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
Yazını ğurabə - Çərşənbə axşamı, 26.05.2009, 16:52 |
|
| |
Umar | Tarix: Bazar ertəsi, 22.06.2009, 13:07 | Yazı # 3 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Müəllif daha sonra 31-ci səhifədə dinin üsul və furu olaraq bölünməsini tənqid edir və bu məsələdə İbn Teymiyyənin sözlərini gətirir. Bəli, mötəzilə kimi dini bu şəkildə bölmək bidətdir. Lakin dində üsul və furu olaraq bölmə heç də həmişə bidət deyil. Lakin İbn Teymiyyə başqa bir baxımdan dinin üsul və furu olaraq ikiyə ayrıldığını söyləyir: "Doğru olan bu iki sinifdən hər birinin böyük olan "Əsli məsələlər"i və kiçik olan "Fəri məsələlər"i olmasıdır". (Məcmuu’l-Fətava, 6/56) İbn Teymiyyə sözünün sonunda da bildirdiyi kimi, "iki sinif" deyərkən, xəbərlərlə bildirilən etiqadi məsələlər və əməli olan hökmlərlə əlaqəli məsələləri qəsd etmişdir. Müəllifin buna qarşı çıxmağı məncə bəziləri üçün aydın olmalıdır. Çünki çox vaxt bizim də eşitdiyimiz kimi, hökm verməkdə bəzi şeyləri ümumi götürərək qarşı tərəfi retorik sullarla müraciət olunur. məs: Allahın hökmündən başqa hökm vermək barədə danışıldıqda, dövrümüzdə irca xətasına düşənlər tez bir şəkildə sual verirlər: O zaman təqlidçilər, günah edənlər hamısı Allahın hökmü ilə hökm etmədiyi üçün onlrada kfir olurlar?! Bu insanlar buna görə də bəzən dini üsul və furu olaraq bölməyi sevməzlər. Hicabı tərk edən kəs bununla bunu halal saydığına işarə etməz. Halbuki, hakim hicabı qadağan edərsə təbii ki, bu onun Allahın haramlarını halal, halallarını isə halal etmək növündəndirvə təşridə şirkdir. İmam əl-Bəğavi deyir: "Alimlərin cumhurunun rəyinə görə hökmdə küfr, (islami) nəssə cahil olmadan, təvil etmədən, bilərəkdən zidd getməkdir." (Şeyx Nasiruddin Abdullah ibn Umər əl-Beyzəvi, "Ənvar ət-Tənzil va Asrar ət-Tavil", 1/50)
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Çərşənbə axşamı, 23.06.2009, 02:00 | Yazı # 4 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Müəllif, kitabının beşinci mövzusunda dinin zəruri elmləri haqqında bəhs edərkən bəzi məsələlərə toxunur. Məsələn, O, 54-cü səhifədə tövhid məsələlərində cəhalət səbəbi ilə üzr ola biləcəyini söyləyir. Bunun üçün Hicaz alimlərinin "tövhiddə cəhalətin olmayacağını" bildirən sözlərini öz anladığı tərzdə şərh edir. Ona görə Hicaz bölgəsində bu barədə dəvət olduğu üçün cəhaləti səbəbi ilə məzur ola bilməzlər, lakin öz bölgəsində (müəllif yəqin ki, Misiri nəzərdə tutur) əksinə şirkə dəvət getdiyi üçün insanlar üzrlü sayılırlar və müsəlman olaraq qalırlar. Bu barədə fikir bildirmək lazımdır. Əvvəlcə ümumiyyətlə ümumi təkfir etmək doğru deyil. Ona görə də verəcəyim izahatı heç kəs bu şəkildə anlamamalıdır. Müəllif xəta edərək bildirir ki, tövhiddə cəhalət üzr üçün səbəbdir. Halbuki Allahın göndərdiyi risalətin qayəsi tövhidi öyrətməkdir. Tövhiddə cahil olmaq, risaləti bilməmək deməkdir. Risaləti bilməyən hər kəs kafirdir. Ona görə də kafirləri ümumi olaraq ikiyə bölmək doğru olardı. Cahil olan kafirlər və haqqı bilən kafirlər. Cahil olan kafirləri, bizə gələn Quran və Sünnətdəki nəsslərə görə, Axirətdə xüsusi sınaq gözləyir. Belə insanların halını axirətdə Allah Subhənəhu va Təala müəyyən edəcək. Lakin haqqdan üz döndərənlərin halı isə hamıya məlumdur. Biz burda cəhalətin növlərini xizah edərək xırdalığa getmək istəmirik. Lakin bu məsələ hər bir müsəlman üçün gün kimi aydın olmalıdır. Bu barədə Hicaz alimi Əbu Batin deyir: "Müşrikləri müdafiə edən bəziləri, cəhaləti səbəbi ilə küfr edən kəsin təkfir edilməyəcəyi və yalnız inadkar kafirin təkfir edilə biləcəyini iddia edir və bu sözlərinə dəlil olaraq da, övladlarına, öldükdən sonra vücudunun yandırılmasını və küllərinin sovurulmasını vəsiyyət edən adamın hekayəsini göstərirlər. Bu iddialarına belə cavab verilir: "Allahu Təala, peyğəmbərlərini müjdələyənlər və qorxudanlar kimi göndərmişdir. Beləliklə insanların Allahu Təala’ya bir bəhanələri qalmamışdır. Peyğəmbərlərin, onunla göndərildikləri və ona dəvət etdikləri ən böyük şey, ibadəti yalnız Allaha xas qılmaq və Allahu Təala’dan başqasına ibadət olan şirki haram etməkdir. Nəhayət əgər kimsə, Allahu Təala’ya qarşı ən böyük şirk olan başqasına ibadət məsələsində cəhalət səbəbi ilə üzrlü qəbul edilərsə, cəhaləti səbəbi ilə məzur olmayan kim qalır ki?" (Aqidətu’l-Muvahhidin, 16) Bu Şeyx Əbu Batinin sözləri idi. Bu barədə ən gözəl sözlərdən birini söyləyən də, Şeyx İbn Bazın (rahiməhullah) müəllimi İbn İbrahim (rahiməhullah) deyir: "Tövhiddə cəhalət yoxdur və bu məsələ, cəhalət səbəbi ilə insanın məzur sayıldığı digər məsələlər kimi deyil. Tövhidin əksikliyi şübhəsiz ki, Allahın dinindən üz çevirməkdir. İnsan günəşin varlığı məsələsində cahil ola bilər mi? Onların elmliləri cahildir və müşriklərdən daha cahil olan da yoxdur..." Oxuyanlar üçün şeyxin sözlərini başa düşmək çətin olmaz. Çünki o tövhid məsələsini istisna edir, yəni xüsusilə bu məsələdə heç bir halda cəhalət üzr ola bilməz. Müəllif bu barədə Hicaz ilə digər yerlərin fərqli olduğunu dəlil gətirir. Bəli, hökmlər yerlərə görə, elmin yayılma dərəcələrinə görə fərqli ola bilər. Lakin tövhid məsələsində belə bir fərq qoymaq nə dinən, nə də əqlən doğrudur. Hicaz alimləri özləri də belə bir fərq qoymayıblar. Bu barədə Şeyx İbn İbrahimin bu məsələdə Əzhar şeyxi ilə münaqişəsinə fikir vermək lazımdır. Bu münaqişə zamanı Şeyx heç bir yerdə belə bir fərqin olduğuna diqqət yetirmir. Əksinə isə, belə insanların ümumiyyətlə kafir olduqlarını söyləyir və bunda qətiyyətini üzə vurur. Əzhar şeyxinin "Onlar, küfrü zahirdə göstərirlər!" sözlərinə Şeyx ibn İbrahim belə cavab verir:"O zaman, biz də onları təkfir edənlər olmağımızı izhar edək!" (Məcmuu’l-Fətava va Rasail əş-Şeyx Muhamməd ibn İbrahim, 12/197-198)
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
möminä | Tarix: Çərşənbə, 24.06.2009, 02:57 | Yazı # 5 |
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
| Şeyx Muhəmməd Nəsr ud Din Əl Əlbani. Sual: Elm ardınca gedənlərin bəziləri halal və haram məsələləri ilə əlaqədar hökmlərdə tələsik hökm verirlər. Bu ümumi nəzərəçarpan xətadır. Sizin belə kəslərə nəsihətiniz nədir? Albaninin cavabı: Biz bu məsələ haqqında artıq danışmışıq. Dedik ki Allah Hakim Müsəlman cəmiyyətini iki yerə ayırmşdır: Əhli Zikr və Əhli Zikrdən asılı olanlar. Allahın sadə adamlara buyurduğu kimi: " (Ya Rəsulum! Biz səndən əvvəl də hər bir ümmətə mələk deyil) ancaq kişilər (kişi peyğəmbərlər) göndərdik ki, onlara vəhy edirdik. Əgər bilmirsinizsə, zikr (kitab) əhlindən soruşun!" (əl-Ənbiya surəsi, 7) Bizim hamımızın bildiyi kimi Əhli zikr Quran Əhli Və Hədis əhlidir, o kəslər ki , səhihi səhih olmayandan, ümimini xüsusidən, nəsh mənsuhdan ayırır, Fiqhin və Hədisin digər prinsiplərini bilir. Bununla belə müsəlmana bir neçə hədisə əsaslanaraq, buna sadəcə bir neçə kitabda rast gəldiyinə görə fətva vermək olmaz. Çünki, hədis alimlərinin səhihi səhih olmayanda ayırma kriteriyasını bilmir. Digər tərəfdən o bilir ki, Kitab və Sünnədə olmayan fikirlər və ideyaları açıqlamaq üçün o Ərəb dilində kifayət qədər elm və qabiliyyətə sahib deyil. Ona görə də, əgər o kəs ki hələ elm əldə etməyə və onu bir çox il saxlamağa qərar verməyibsə, elm adamlarının onu insanları hidayətə aparmaq və yaxşılığı doğru aparmağına dair şahidlik etməyincə, sadəcə bir neçə ayə əzbərləyib hədis əzbərləməsinə görə alim olduğunu düşünmək düzgün deyil. Bəzən biz onların bəzilərinin hətta Quranı və Peyğəmbər (s.ə.v)-in hədislərini düzgün oxumadığını eşidirik. Ona görə də, elm tələbələrinə iki əsası öyrənməyi nəsihət edirəm. A) Fiqhin əsasları Hədisini əsasları Mən bundan əvvəl qeyd etmişəm ki, bir nəfər üçün Şəriət qoyanın istənilən mətnindən nəzərdə tutulan mənanı çıxartmaq, bütün Quran və Sünnə mətnlərini oxuyunca və mümkün qədər istişarə edincəyə qədər asan deyil. Bir dənə açıq misal verəcəm: "Sizin üçün ölü ət və qan haramdır" (Maidə surəsi, 3) Əgər qurana təzə başlayan bunu oxusa və hədis haqqında elmi yoxdursa, ölü balıqdan soruşulsa, o dərhal haramlığını açıqlamaq üçün bu ayəni ölü ətinin haram olduğunu bildirərək dəlili gəirəcək. Lakin o hədisə nəzər salsa biləcək ki, Peyğəmbər (s.ə.v) iki növ heyvanı istisna etmişdir, balıq və çəyirtkə. Ona görə də bunu oxuyandan sonra o uyğun qərar verəcək. Qısacası, Quran və Sünnəni mümkün qədər düzgün başa düşmək üçün elm tələbəsinin bu iki əsas öyrənməsi vacibdir. Allahin salamı və xeyir-duası üzərinizə olsun!
ALLAH BIZLÄRI GORUSUN
|
|
| |
Umar | Tarix: Çərşənbə, 24.06.2009, 03:39 | Yazı # 6 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Tamamilə düzgün və yerində düşən bir fətvanı çatdırdınız. Bir çox elm tələbələri oxuduqları kitabları düzgün anlamır, batil və xətalı fikirlər yürüdürlər. Bunun nəticəsidir ki, müsəlmanlar arasında çaşqınlıq yaranır və elmdə zəif olan kəslər də haqla batili ayırmaqda aciz qalırlar. İnşə Allah mövzunu davam etdirəcəyik.
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
Umar | Tarix: Çərşənbə, 24.06.2009, 04:16 | Yazı # 7 |
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
| Müəllif bir ifadəsinə diqqət yetirək: Quote Mənasına varmadığı halda müsəlmanın küfrə dəlalət edən bir söz söyləməsi, onu kafir saymaq üçün kifayət etmir" İman və küfr məsələsi dinin zəruri elmləri və təməllərindəndir. Bu məsələdə oxuyuculara ən aydın şəkildə yazmaq lazımdır ki, oxuyucular bu məsələləri doğru anlasınlar. Müəllifin sitat gətirdiyim sözlərini səhifə 41-də oxumaq olar. Mənasına varmadan da, bir insan küfr əməli ilə kafir ola bilər. Həmin insan kafir olmaq istəməsə də, lap mənasını anlamdan da kafir ola bilər. Mən elə məhz bunun Dinin təhrifi olduğunu söyləyirəm. Bir insan etdiyinin küfr olduğunu bilməsə də, etdiyi şey küfr əməldirsə, bununla kafir olur. Bu Əhli-Sünnətin möhkəm bir rəyidir. Bu barədə sənə doğru rəyin nə olduğunu izah etmək üçün İbn Teymiyyənin, rahiməhullah, sözlərini çatdırıram. Onu bil ki, onun fətvalar məcmusunun 7-ci cildi sırf iman məsələlərinə həsr edilmişdir. Müəllif, İman məsələlərini ən gözəl bilənlərdən idi və sələfin bu barədə dediklərini ən gözəl anlayanlardan idi. Allah ona rahmət etsin! Yazılanları diqqətlə oxu, bəlkə bu sözlərimi daha da gözəl izah edər. Allahu Təala buyurur: "Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!” Onlardan soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq”,- deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! Üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz." (ət-Tövbə, 64-66) İbn Teymiyyə söyləyir: "Allahu Təala onların "biz küfr sözünü inanmadan söylədik, hətta bizim başımız qarışmış əylənirdik" demələrinə baxmayaraq onların imanlarından sonra küfrə düşdüklərini bildirmiş və Allahın ayələri ilə lağ etməyin küfr olduğunu aydınlaşdırmışdır." (Məcmuəl-Fətava, 7/220) Yenə eyni ayələr haqqında belə deyir: "Ayələr onların özlərinin küfr etdiklərini bilmədiklərini, beləliklə elədiklərinin küfr olmadığını zənn etdiklərini göstərir. Bundan əlavə Allahla, Rasulu ilə və Onun ayələri ilə lağ etməyin insanı imandan sonra küfrə düşürdüyünü izah edir." (Məcmuəl-Fətava, 7/273) "İnsan Allaha və ya Rasuluna təhqir edərsə, zahirən və batinən küfrə düşmüşdür. Bu etdiyinin haram olduğuna inanması və yaxud halal qəbul etməsi də hər hansı bir inanc sahibi olmaması vəziyyəti dəyişdirməz. Bu, iman söz və əməldir, deyən fuqaha və digər Əhli-Sünnətin rəyidir." (əs-Sarimul-Məslul, s:52) "Küfr Allaha və Rasuluna imanın olmaması deməkdir. Bununla birlikdə yalanlamanın olub olmaması, yaxud yalanlama olmadan da şək-şübhənin olması, yaxud imandan kibr və həsəd səbəbi ilə və ya risalətə tabe olmağa maneə olan bir sıra havalara tabe olmaq səbəbi ilə üz çevirmək kimi halların olub olmaması arasında fərq yoxdur." (Məcmuəl-Fətava, 12/335) "İmanın əksi olan "küfr" ləfzi itaət və boyun əyməyi rədd etmək mənasında istifadə olunur. Allahu Təala İblisə Adəmə səcdə əmr etdiyində O bundan üz çevirdi və kibrləndi, bununla kafirlərdən oldu." (Məcmuəl-Fətava, 7/531)
"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!" İslami faydalar məkanı
|
|
| |
|