[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Kitabların müzakirəsi » kitablar (kitab yukle)
kitablar
SelefTarix: Çərşənbə, 22.10.2008, 01:39 | Yazı # 1
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
http://selef.my1.ru/KTAB-iylrinM.AbdulvahhabaatdbhtanlarvAbd.doc

http://selef.my1.ru/kitablar/KTAB-iylrnsiht.pdf



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 15:30 | Yazı # 2
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
salam aleykum.

İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
Abu_MuhammadTarix: Çərşənbə, 22.10.2008, 20:12 | Yazı # 3
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
Мухаммад ибн Абд Аль Ваххаб инб Сулейман ат-Тамими

Три Принципа и их доказательства

Bərkidilib: tri_principa_i_.doc (39.7 Kb)


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
XEDICE73Tarix: Bazar, 17.05.2009, 13:35 | Yazı # 4
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Nehc el-belege kitabi kime nisbet edilir?

Həmd Allaha məxsusdur.
Nəhc əl-Bələğə kitabı Əmirəl Möminin Əli ibn Əbu Talibə (Allah ondan razı olsun) nisbət edilən kitablardan biridir. Lakin bu kitabda bir çox şeylər var ki, özlərini islama mənsub edənlər bu barədə ixtilaf etmişdirlər. Rəvayətlərin mənbəyini yoxlamaq üçün şəriətdə buyurulan əmrə itaət edərək elm əhlinin əməl etdikləri böyük elmi qaydaya tabe olaraq Əliyə Allah ondan razı olsun nisbət edilən məsələlərin doğruluğunu yoxlamaq üçün bu məsələdə alimlərə və mütəxəssislərə müraciət etməkdən başqa seçimimiz yoxdur. Çünki səhabələrdən rəvayət olunanların şəriət məsələlərinə təsiri var, xüsusilə də bəzi insanların onu tərifdə ifrata, bəzilərinin isə təfritə vardıqları Möminlərin Əmiri Əli Allah ondan razı olsun kimi şəxsdən söhbət gedirsə bu daha qabarıq nəzərə çarpır. Lakin Allah təala Əhli Sünnəni bu məsələdə orta yolu tutmağa müvəffəq etmişdir.

Bu kitab ilə bağlı elm əhlinin sözlərinə müraciət etsək və içindəkiləri Əlidən Allah ondan razı olsun rəvayət olunan səhih isnadlar ilə müqayisə etsək aydın olur ki, bu kitabda elə materiallar var ki, Əlidən sabit olan məsələlər ilə ziddiyyət təşkil edir. Bu məqsədlə ağıl və elm sahiblərinin bu barədə söylədiklərinə nəzər salaq:

İmam əl-Zəhəbi Allah ondan razı olsun Əl-Murtada “Əli ibn Hüseyn ibn Musa əl-Musavinin (Hicrətin 436-cı ilində vəfat etmişdir) tərcümeyi halında demişdir: “Mən demişəm ki, o İmam Əliyə Allah ondan razı olsun nisbət edilən Nəhc əl-Bələğə kitabının tərtibçisidir (toplayan). Lakin bu kitabın içində olan rəvayətlərin heç bir isnadı (sənədi) yoxdur. Bunlardan bəziləri batildir Doğru olan da var. Lakin orada bəzi uydurma rəvayətlər var ki, imam onları dilinə gətirməkdən uzaqdır, heç vaxt bunu söyləyə bilməz. Bununla yanaşı, məsələyə obyektiv şəkildə yanaşacaq insaflı kəs haradadır? Deyilmişdir ki, bu kitab onun qardaşı Şərif əl-Radiy tərəfindən tərtib edilmişdir. Bu kitabda Allah Rəsulunun sallallahu aleyhi və səlləm səhabələrinə qarşı böhtanlar var. Heç bir faydası olmayan elmdən Allaha pənah aparırıq.
Siyar A`lam əl-Nubala 17/589

Şeyxul İslam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir: “Nəhc əl-Bələğə sahibinin kitabında daxil etdiyi xütbələrin əksəriyyəti Əliyə qarşı yalanlardır. Əli Allah ondan razı olsun bu cür sözləri dilinə gətirməkdən çox uca və çox dəyərlidir. Lakin bu insanlar yalanlar uydurdular və zənn etdilər ki, bu sözlər tərif, mədhdir, lakin onlar nə doğru, nə də mədhdir. Hər kim Əli və yaxud hər hansı bir məxluqun kəliməsinin hər hansı bəşər kəliməsindən uca olduğunu söylərsə xəta etmişdir, çünki Peyğəmbərin sallallahu aleyhi və səlləm sözləri onun sözlərindən üstündür və onların hər ikisi məxluqdur... Həmçinin, Əlinin sözlərində rast gəlinən doğru mənalara digərlərinin də sözlərində rast gəlmək mümkündür, lakin Nəhc əl-Bələğə sahibi və onun bənzərləri insanların söylədiyi bir çox şeyləri götürüb Əlinin sözləri etdilər. Orada Əlidən rəvayət olunan bəzi kəlimələr var. Bəzi doğru sözlər də var ki, Əli onları söyləmiş olsaydı bunları söyləmək onun üçün münasib olardı (yaraşardı), lakin faktiki olaraq bunlar başqalarının sözləridir. Belə ki, Əl-Hafizin müəllifi olduğu “Kəlam əl-Bəyan vəl Təbyin” və digər kitablarda Əlinin deyil,başqa insanların söylədiyi sözlər var və Nəhc əl-Bələğənin sahibi bunları Əliyə nisbət etmişdir. Nəhc əl-Bələğədə nəql olunan bu xütbələr həqiqətən də Əli tərəfindən söylənilmiş olsa idi, bunlara bu kitab təsnif olunmamışdan əvvəl olan digər kitablarda da rast gəlmək olardı və bunlar Əlidən isnadlarla və digər şəkildə rəvayət olunardı. Rəvayətlərin təhqiqində dərin elmə malik olan kəslərə məlumdur ki, bu xütbələrin çoxu-əslində əksəriyyəti-bundan əvvəl məlum olmamışdır, ona görə də belə nəticəyə gəlmək olar ki, onlar uydurmadır. Ona görə də, rəvayətçi onların hansı kitablarda qeyd olunduğunu bildirməlidir, bunları Əlidən kim rəvayət etmişdir və isnadları nədir. Əks halda istənilən bir kəs bir söz söyləyə və bunun Əli tərəfindən deyildiyini iddia edə bilər (Bu cür etməkdən, yəni boş iddia etməkdən heç kəs aciz deyil). Hədis əhlinin (elm) sahəsindən məlumatı olanlar, isnadları ilə rəvayət və nəqlləri bilənlər və səhihi qeyri-səhihdən (doğru olanı yalandan) ayırmağı bacaranlar, bu cür şeyləri Əlidən rəvayət edənlərin rəvayətləri nəql etməkdə və doğrunu yalan olandan fərqləndirməkdə insanların ən uzaq olduqlarını bilmiş olarlar.

Mənhəc əl-Sünnə əl-Nəbəviyyə, 8/55

Bu kitabda olan yalanları qeyd edən digər alimlər Xatib əl-Bağdadi, Əl-Camili Əxlaq əl-Ravi va Ədəb əl-Səmi əsəri, 2.161; Əl-Qadi ibn Kalkan; Əl-Səfədi və digərləridir. Bu kitabın əleyhinə söylənilənləri aşağıdakı məqamlara görə ümumiləşdirmək olar:

1. Əli (Allah ondan razı olsun) ilə bu kitabın müəllifi arasında yeddi rəvayətçi nəsli var. O heç bir ad belə qeyd etməmişdir. Nəticə etibarilə, onun sözlərini “isnadsız” qəbul edilə bilməz.

2. Bu rəvayətçilər qeyd olunsa belə, onları araşdırmaq və onların ədalətli olub-olmadıqlarını aşkar etmək vacibdir.

3. Bu xütbələrin əksəriyyətinin özündən əvvəlki kitablarda yazılmış olmaması həqiqəti dəlalət edir ki, bunlar uydurulmuşdur.

4. Əl-Murtada-kitabının müəllifi-rəvayət əhlindən (ravilərdən) biri olmamışdır, əksinə o dini bağlılığı və ədalətli olması mübahisə olunan biri olmuşdur.

5. Səhabələrin öndə gedənləri, başçılarına qarşı kitabda olan iftiralar bu kitabın yalan, batiil hesab edilməsi üçün kifayət edir.

6. Kitabda olan təhqirlər və iftiralar möminlərin sifətləri deyil, hələ qalmışdı ki, bunları Əli (Allah ondan razı olsun) kimi imamlara, rəhbərlərə nisbət etmək.

7. Kitabda ziddiyyətlər və yersiz ifadələr keçir. Bundan da yəqinliklə bilmək olar ki, bu kitab bəlağət və dildə məşhur olan biri tərəfindən yazıla bilməz.

8. Qeyd olunan bütün bu etirazlara baxmayaraq, rafizilərin bu kitabı qəbul etməsi və bunun Quran kimi ən səhih olduğuna əmin olmaları həqiqəti göstərir ki, onlar dini “məsələlərin mənbələrini” sübuta yetirmək və dini işlərinin doğru olub-olmamasına fikir vermirlər.

Yuxarıdakılara əsaslanaraq, aydın olur ki, bu kitab Əliyə (Allah ondan razı olsun )nisbət edilə bilməz. Ona görə də, nə olursa olsun şəriət məsələlərində bu kitabda olanların heç birini dəlil olaraq istifadə edilməsinə ehtiyac yoxdur. Lakin, kim kitabın içində olan bəlağətli kəlimələri mütaliə məqsədilə oxumaq istəyirsə bunun hökmü digər Ərəb dili kitablarında olduğu kimidir. Bir şərtlə ki, kitabın içindəkilər Əliyə (Allah ondan razı olsun) nisbət edilməməlidir.

Bax: Kutub həddərə minhə əl-Ulamə, 2/250

Muhammad Saleh əlMunəccid


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
leyla10Tarix: Çərşənbə axşamı, 19.05.2009, 13:15 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
Dünya müşriklərlə dolu idi... Biri bütə dua edirdi... O biri bir məzara ümid bağlayırdı... Bir başqası insana ibadət edirdi... Bir başqası da ağaca təzim göstərirdi... Rəbbləri bu insanlara baxdı... Ərəb-əcəm hamısına qəzəb etdi... Yalnız əhli kitabın tövhid əhli olaraq qalanları müstəsna idi...

Bu çaşanlardan biri də əfəndilərdən biri olan Əmr b. Cəmuh idi... Mənaf adında bir bütü vardı... ona qurbanlar təqdim edər, qarşısında səcdələrə qapılardı... Mənaf, çətin vaxtlarında Əmrin sığınacağı, ehtiyac duyduğunda barınacağıydı…Odundan düzəltdiyi bir büt idi Mənaf…

Lakin ailəsindən də, malından da çox sevərdi…Əmr bu bütü müqəddəsləşdirmədə, bəzəyib gözəl qoxular sürmədə və paltarlar geydirmədə olduqca irəli gedirdi… Dünyanı tanıyan vaxtdan etibarən altmış yaşını keçənə qədər bu hal üzrə davam etdi...Peyğəmbər –Ona və ailəsinə salam olsun- Məkkədə peyğəmbər olaraq vəzifələndirilib Mus'ab b. Umeyr -Allah ondan razı olsun- dəvətçi və təlimçi olaraq Mədinə xalqına göndərincə Əmr b. Cəmuhun xəbəri olmadan üç oğlu anaları ilə birlikdə Müsəlman oldu. Atalarının yanına gedib təlimçi olaraq gələn dəvətçini xəbər verdilər; Quran oxudular... "Atacan, insanlar ona tabe oldular. Onun arxasınca getmək haqqında sən nə deyirsən?" dedilər. "Mənafla məsləhətləşmədən bir şey deyə bilmərəm. Baxacağam görüm nə deyir?" dedi.Daha sonra Əmr ayağa qalxdı və Mənafın yanına getdi... Bütləriylə danışmaq istədiklərində bütün arxasına yaşlı bir qadın qoyardılar. Bu yaşlı qadın sözdə bütün özünə ilham etdiklərini söyləyərək cavab verərdi...Əmr axsayaraq Mənafa doğru getdi... Ayaqlarından biri o birindən daha qısa idi... Möhkəm ayağı üzərində dayanaraq bütün qarşısında hörmət və nəzakətlə dayandı… Sonra bütə tərif və mədhlər etdi.... Ardınca da "Ey Mənaf! Heç şübhəsiz sən bu gələn adamdan xəbərdarsan... Səndən başqası üçün bir pislik istəmir... Bizi sənə ibadət etməkdən saxlayır... Ey Mənaf! Mənə nə edəcəyəmi işarə et!" dedi. Amma büt heç bir şey söyləmədi... Əmr söylədiklərini təkrarladı… Lakin büt yenə bir şey demədi... Sonra Əmr "Hərhalda qəzəbləndin... Mən də hirsin sakitləşənə qədər bir neçə gün sənə bir şey söyləməyəcəm" dedi. Sonra tərk edib çıxıb getdi. Gecə olduqda oğlanları Mənafın yanına gəldilər…Onu götürüb apardılar və leşlərin, pisliklərin olduğu bir çuxura atdılar…Səhər olunca Əmr salamlamaq üçün bütünün yanına girdikdə yerində tapa bilmədi…Avazı çıxdığı qədər qışqırdı: "Vay olsun sizə! Gecə ilahımıza bu düşmənliyi kim etdi?" Ailəsi heç səs çıxarmadı…Əmr qorxuya qapıldı.... Nə edəcəyini bilmədi.... Bütü axtarmaq üçün evdən çıxdı.... Təpəsi aşağı olmuş vəziyyətdə çuxurun içindən tapdı... Çıxarıb gözəl ətirlər sürdü və təkrar yerinə apardı...Bütə "Ey Mənaf! Bunu sənə kimin etdiyini öyrənsəm, onu rüsvay edəcəyəm" dedi.Ertəsi gecə oğlanları yenə bütə doğru yönəldilər... Aparıb eyni murdar çuxura atdılar...Qoca səhər olunca bütünə baxdı yerində görə bilmədi...Hirslənərək hədələr etməyə başladı... Sonra eyni çuxurdan bütü çıxarıb yudu, təmizlədi, gözəl qoxular sürdü...Gənclər bütə hər gecə eyni şeyləri edirdilər... O da hər gün gedib o çuxurdan bütü çıxarırdı... Əmr vəziyyətdən yaxşı çıxa bilmədiyini gördükdə yatmazdan əvvəl Mənafın yanına getdi və "Vay olsun sənə Menaf! Keçi belə öz kıçını qoruya bilir..." dedi və bütün başına bir qılınc asaraq "Düşmənə qarşı özünü qoru!" dedi.Gecə olduqda gənclər yenə gəldilər. Bütü aparıb ölü bir it leşinə bağlayaraq zir-zibillərin toplandığı bir quyuya atdılar... Səhər olunca qoca yenə bütünü axtardı... Bütü o halda görüncə belə dedi: (Burada bütə ədəbsiz söz dediyi üçün qeyd etmədik)Daha sonra Allahın dininə girdi və din meydanında salehlərin yarışına qatıldı.Əmrə bir baxın... Müsəlmanlar Bədir Döyüşünə çıxmaq istədiklərində yaşlı və topal deyə oğlanları ona mane oldular... Cihada çıxmaq üçün israr etdi... Rəsulullahın –Ona və ailəsinə salam olsun- köməyinə müraciət etdi. Rəsulullah –Ona və ailəsinə salam olsun- da onun Mədinədə qalmasını əmr etdi... Beləcə Əmr Mədinədə qaldı...Uhud Döyüşü olduğu zaman... Əmr yenə cihada çıxmaq istədi... Oğlanları yenə mane oldular... Uşaqları çox həddindən artıq mane olunca Əmr gözyaşlarına mane olmağa çalışaraq Peyğəmbərin –Ona və ailəsinə salam olsun- yanına getdi... "Ya Rəsulullah!" dedi, "Oğlanlarım mənim səninlə birlikdə cihada çıxmağıma mane olurlar"Rəsulullah –Ona və ailəsinə salam olsun-: "Allah səni üzrlü hesab etmişdir" dedi."Ya Rəsulullah! Allaha and olsun ki, bu topallığımla cənnətdə gəzəcəyimi arzu edirəm" dedi.Bunun sonra Rəsulullah -Ona və ailəsinə salam olsun- onun cihada çıxmasına icazə verdi... Əmr silahını götürdü və "Allahım, mənə şəhidlik nəsib et! Ailəmə məni geri qaytarma!" dedi.Döyüş meydanına çatdıqda... İki ordu qarşılaşdı... Qəhrəmanlar qışqırdı... Oxlar atıldı...Əmr qaranlıqlar ordusuna qılıncıyla zərbələr endirməyə, bütpərəstlərə qarşı döyüşməyə başladı... Ən sonunda bir kafir özünə yönəldi və özünü şəhidlik mövqesinə çatdıracaq qılınc zərbəsini endirdi...Əmr -Allah razı olsun- dəfn edildi və Allahın özlərinə nemət verdikləri kəslərin karvanına qatıldı...Qırx altı il sonra Müaviyə (ra) dövründə...Uhud şəhidləri qəbirisitanlığına şiddətli bir sel basqını olmuş, qəbirisitanlıq suyla dolmuşdu...Müsəlmanlar şəhidlərin cəsədlərini nəql etməyə qaçdılar... Əmr b. Cəmuhun qəbirini qazdıqlarında bir də baxdılar ki Əmrin cəsədi yumşaq... Qolları, qıçları bükülmüş vəziyyətdə sanki yatır... Torpaq bədəninə heç bir zərər verməmiş... Özünə açıq-aşkar bəyan olan haqqa döndükdən sonra Allahın Əmrə necə bir son nəsib etdiyini yaxşı düşün!La ilahə illəllah sözünü reallaşdırınca Allahın axirətdən əvvəl daha dünyada ikən kəramətini necə göstərdiyinə baxın! Bu söz göylərin və yerin özüylə ayaqda dayandığı bir sözdür... Allahın bütün məxluqatı üzərində yaratmış olduğu fitrətidir... Cənnətə girmə səbəbidir... Cənnət və cəhənnəm bu söz üçün yaradılmışdır... İnsanlar da möminlər və kafirlər olaraq; yaxşılar və pislər olaraq bu söz səbəbiylə ayrılmışlar...

Allahın hüzurunda bu iki şeydən soruşulmadıqca qulun ayaqları yerindən belə oynamaz: Nəyə ibadət edirdiniz? Peyğəmbərlərə nə cavab verdiniz?


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
SelefTarix: Çərşənbə axşamı, 26.05.2009, 11:20 | Yazı # 6
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
http://selef.my1.ru/kitablar/Fatihesuresininserhi1.pdf

fatihe suresinin serhi buyurun yukleyin



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Çərşənbə axşamı, 26.05.2009, 11:27 | Yazı # 7
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
http://selef.my1.ru/kitablar/Sielerin_Mehdi_haqqinda_fikirleri.pdf

Sielerin_Mehdi_haqqinda_fikirler



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
SelefTarix: Çərşənbə axşamı, 26.05.2009, 11:30 | Yazı # 8
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
http://selef.my1.ru/kitablar/BoyukshiyealimiTicaniyecavab.doc

Boyuk shiyealimi Ticaniye cavab



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 15:19 | Yazı # 9
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
http://feqih.com/uploads/books/Elman/Iman_ve_Teqva.doc

ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Çərşənbə axşamı, 23.06.2009, 15:26
 
Abu_MuhammadTarix: Şənbə, 04.07.2009, 12:20 | Yazı # 10
MÜSƏLMAN-QARDAŞ
Qrup: İdarəçilər
Yazı: 22
Reputasiya: 1
Status: Saytda deyil
As SAlamu aleykum va rahmatuLLAhi va barakatuhu! Selef, axi ishler necedi ? darihmisham senin ucun))))))
Faydali kitablar burda. bir bir add etmek vahtim olmadi uzurli bilin ! Barakallahu fikum ! va as salamu aleykum va rahmatuLLahi va barakatuhu


Шейх Фаузан сказал:
“Саляфия – это фиркъату-ннаджия (спасшаяся группа) и она же ахлю-Сунна уаль-джама’а. И она не относятся к партиям, возникшим в наши дни. Саляфия – это группа, которая следует пути пророка (мир ему и благословение Аллаха), его сподвижников, да будет доволен ими Аллах, и мазхабу предшественников. И саляфия не является одними из существующих в наши дни джама’атов”.
См. “Тахзир миналь-бид’а”.
 
medineTarix: Bazar, 05.07.2009, 01:59 | Yazı # 11
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
http://feqih.com/uploads/books/Kamal/Goz_Zinasi.doc

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Bazar, 05.07.2009, 02:01 | Yazı # 12
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
http://feqih.com/uploads/books/Kamal/sunna_Ibn_Baz.doc

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
UmarTarix: Bazar, 05.07.2009, 12:50 | Yazı # 13
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Kamal isimli yazarın kitablarını oxuyanda ehtiyatlı olun. Onun kitabları ciddi yoxlanılmalıdır. Bu insanın halı müəmmalı olduğu kimi, alimlərin adından yalan danışmağı elm tələbələri tərəfindən bilinib.

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
L-marTarix: Çərşənbə, 28.12.2011, 00:13 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Assalam aleykum

elmar mamedov
 
L-marTarix: Çərşənbə, 28.12.2011, 00:16 | Yazı # 15
Qrup: İstifadəçi
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
Assalam aleykum! Men bilmek isteyirdim ki qusuldan once alinan destamaz ile ferz namaz qilmaq olar, yoxsa namaz uchun ayri destemaz almaq lazimdi

elmar mamedov
 
TeraneTarix: Bazar, 20.05.2012, 14:58 | Yazı # 16
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
SƏQƏLEYN HƏDİSİNİN ŞƏRHİ
Rəhmli və Mərhəmətli Allahın adı ilə
Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Ona həmd edir, Ondan yardım istəyir, Onun məğfirətini diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə onu azdıracaq, kimi də azdırsa onu doğru yola yönəldəcək kəs yoxdur. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq olan haqq ilah yoxdur. O, təkdir və şəriksizdir. Şəhadət edirəm ki, Muhəmməd Allahın qulu və son elçisidir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Kitabların müzakirəsi » kitablar (kitab yukle)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru