[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Müasir məsələlər » VAHABI DEYENLER ICIN (vahabi var mi?)
VAHABI DEYENLER ICIN
Ema777Tarix: Cümə axşamı, 04.09.2008, 17:46 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
Ne uchun Azerbaycandaki esil Muselmanlara Vahabi deyirsiz???Yeni saggali olanin ve shalvarlari topugdan yuxari olanrara vahabi deyirsiz.Saggallnan,balagi Sehx
Muhammad Ibn AbdulVahab emir etmeyib.Bunu Peygemberimiz s.a.s-emir edib.Allaha and olsun ki,men hele ele bir insana ras gelmemishem ki,desin ki, men Vahabiyem!!!
Eger saggalli gardashlar ozlerine Vahabi demillerse,ve deyillerse biz Vahabi deyilik,biz Muselmanig.Onda sizn demeyiniznen onlar yalan danishirlar he?!!!Bu 1-ci BOHTAN
Esil Muselmanlar yeni saggal buraxanlar,balgalari gisa olanlar Vahabi deyilllerse,Sizde eminliknen onlara Vahabi deyirsiz.Bu da 2-ci BOHTAN.Gardsahlar men hal hazirda
AbuBakr mescidine ordakilar Allaha and olsun ki,onlar Vahabi deyiller.Peygemberimizin s.a.s,Ahlibeytin ve sehabalarin yolunu geden insanlardir.
Saggal
Bilindiyi kimi bu gün çox müsəlmanlar saqqal qırxmaq xəstəliyinə tutulmuşlar. İslam ümmətinin tarixində belə bir şey görünməmiş, müsəlmanların hidayət imamlarından saqqalını qırxan bir fərd də belə yoxdur. Bu sapıq adət bizə kafirlərdən və ya aramızdan kafirlərin ölkələrinə gedib, saleh keçmişlərin yolundan üz çevirərək özlərini təmamən onlara bənzədən, özlərinə möminlərin yolundan başqa yollar seçən kimsələr vasitəsiylə girmişdir. «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şüddətlidir» (əl-Həşr 7) İbn Kəsir – rahmətullahi aleyhi – deyir ki: «Sizə nə əmr edirsə onu yerinə yetirin və sizə hər nəyi qadağan edərsə ondan uzaq durun. Çünki o, ancaq xeyirli olanı əmr edir və ancaq şər olanı qadağan edir» «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir» (ən-Nisa 1154) «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır» (əl-Əhzab 36) «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır» (ən-Nur 51)
SAQQAL – Bığdan başqa, çənə, iki çənə sümüyünün altı, iki yanaq və boyunun iki yanında bitən üz tükləri saqqal adlanır. Saqqal saxlamaq hər bir həddi buluğa çatan müsəlman kişi üçün fərzdir. İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bığlarınızı qısaldın və saqqalınızı uzadın (buraxın)» ( Buxari 5893, Müslim 259)
KAFİRLƏRƏ BƏNZƏMƏK – Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın» (Heysəmi «Məctəuz zəvaid» 5/166) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın» (Əhməd «Musnəd» 2/356) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bıqları qısaldın» (Buxari 5892, Müslim 259) Peyğəmbər – səllallahu aleyhi və səlləm – saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır» (Səhih Əbu Davud) Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Başqasının sünnəti (adət ənənələri) ilə əməl edən bizdən deyildir» (Səhihul Cəmi 5439)

Bir Məcusi Peyğəmbər - səllallahu aleyhi və səlləm – in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır». (İbn Əbi Şeybə «Musənnəf») Kisranın Peyğəmbər – səllallahu aleyhi və səlləm – in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər – səllallahu aleyhi və səlləm – bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu. (İbn Cərir ət-Təbəri). Vay Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər – səllallahu aleyhi və səlləm –onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».

Saqqal saxlamaq Peyğəmbər – səllallahu aleyhi və səlləm – in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər – səllallahu aleyhi və səlləm – isə uzun və gur saqqalı idi.

QADINLARA BƏNZƏMƏK – Açıq- aydın bir həqiqətdir ki, Allah kişiləri qadınlardan fərqli olaraq yaratmışdır. Bu fərqlərdən biri də saqqaldır. Bunun qırxılmasında kişilərin qadınlara bənzəməsi meydana gəlir. Kişilərdən qadınlara bənzəmək istəyənləri isə Peyğəmbər – səllallahu aleyhi və səlləm – dili ilə lənətlənmişdir. Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Kişilərdən qadınlara bənzəməyə çalışanlar lənətlənmişlər» (Buxari) Saqqalın kişilər üçün bir çox faydaları vardır ki, bunlardan: Kişinin zinətidir, kişini heybətli edir, qadından fərqləndirir və s.

SAQQALIN QIRXILMASI FİTRƏTƏ MÜXALİFDİR - (Ya Muhəmməd!) Üzünü Allahın pak dininə tərəf tut. Allah fitrəti ilə insanları fitrət üzərə yaratmışdır». (ər-Rum 30)

FİTRƏT - Sünnət. Yəni Allahın insanları yaratdığı saf, təmiz halı. Fitrətin əsli – xilqətin (yaradılışın) başlanğıcıdır. İbn Əsir – rahmətullahi aleyhi – deyir ki: Fitrət Peyğəmbər – səllallahu aleyhi və səlləm – in əməl etmək üçün əmr etdikləri sünnətlərdir» (ən-Nəhayə 3/257) Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «On şey fitrətdəndir: Bığları qısaltmaq və saqqalı uzatmaq…» (Müslim «Təharət» 56, Tirmizi 2757)

ALLAHIN YARATDIĞINI DƏYİŞDİRMƏK - «Allah ona lənət etdi. O, isə dedi: «Əlbəttə mən sənin bəndələrindən müəyyən qismini ələ alacağam. Onları hökmən sapdıracağam, xülyalara salacaq, heyvanların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişikliklər verməyi əmr edəcəyəm. Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbəttə açıq-aşkar ziyana uğramışdır» (ən-Nisa 118,119) «Allahın xəlqini (xəlq etdiyi sifəti) dəyişmək olmaz» (ər-Rum 30) Bu dəlillər açıq-aydın, şəri bir izn olmadan Allahın yaratdığını dəyişdirməyin, şeytanın əmrinə itaət olduğunu göstərməkdədir. Saqqalı qırxmaq isə şeytanın sevdiyi və əmr etdiyi bir yaradılışı pozma əmri olduğuna heç bir şübhə yoxdur.

Abdullah b. Məsud – radıyallahu anhu – deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürən, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incəldən qadınlara lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Umm Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin – səllallahu aleyhi və səlləm – in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mənə nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin- səllallahu aleyhi və səlləm – bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax! dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyim kimi olsaydı bizimlə birlikdə olmazdılar» (Buxari, Müslim, İbn Kəsir 4/336)

Saqqal qırxmaq da gözəllik üçün Allahın yaratdığını pozmaqdır. Saqqal qırxmaq Allahın yaratdığına etiraz etmək deməkdir və bu əməl də yuxarıda qeyd olunduğu kimi lənəti gətirən səbəblərdəndir. Çünki Allah insanı ən gözəl, mükəmməl bir surətdə yaratmışdır. «Sizə surət verdi və surətlərinizi gözəl yaratdı» (ət-Təğabun 3) «Biz Adəm övladını şərəfli və hörmətli elədik» (əl-İsra 70) «Biz insanı ən gözəl biçimdə yaratdıq» (ət-Tin 4) «Bu hər şeyi yerli-yerində edən Allahın gördüyü işdir» (ən-Nəhl 88) Şübhəsiz ki, saqqalın kəsilməsi (qırxılması) bu böyük neməti inkar etmək mənasına gəlir.

İMAMLARIN BU HAQDA SÖZLƏRİ - «Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu sənin: «İsrail oğulları arasında ayrılıq saldın, sözümə baxmadın! – deyəcəyindən qorxdum»(Ta Ha 94) Şingiti – rahmətullahi aleyhi – deyir ki: «Bu ayə saqqalın saxlanılmasının lazım olduğunu bildirən ayədir». Cabir b. Səmura deyir ki: «Peyğəmbər – səllallahu aleyhi və səlləm – zöhr və əsr namazlarında Quran oxumasını saqqalının tərpənməsindən bilirdilər. Əbu Bəkr, Ömər, Osman və Əli (Allah ondan razı olsun) saqqallarının çox və sız olduğu qeyd edilmişdir. (Quvvətul Qulub 4/9, İbn Həcər Əsqəlani «İsabə» 2/511, 2/455, İbn Sad «Təbəqat» 3/25,58). İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir ki: «Səhih hədislərdən bilindiyinə görə saqqal qırxmaq haramdır. Kimsə mübah görməmişdir». (İhtiyaratul İlmiyyə). Hənəfilərdən İbn Abidin – rahmətullahi aleyhi – deyir ki: «Kişinin saqqalını qırxması haramdır». (Rəddul Muhtar). İmam Şafii – rahmətullahi aleyhi – deyir ki: «Saqqal qırxmaq haramdır». (əl-Umm). İbn Abdul Bərr – rahmətullahi aleyhi – deyir ki: «Saqqal qırxmaq haramdır və bunu kişilərdən qadınlara bənzəyənlərdən başqası etməz». (Təmhid). Cəmi Zeynu (Allah ondan razı olsun) deyir ki, Məkkədə Məscidul haramda dərs deyirdim. Hacılara Peyğəmbər – səllallahu aleyhi və səlləm – in saqqal saxlamağı və bığları qısaltmağı tövsiyə edirdim. Dərsdə olanlardan bir nəfər ayağa qalxaraq məndən bunun vacibliyinə dair Qurani Kərimdən dəlil gətirməməyi xahiş etdi. Mən də ona: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» ayəsini oxu dedim və sonra Peyğəmbər – səllallahu aleyhi və səlləm - in saqqal saxlamağı əmri vardır» dedim. O, da: «Doğru söylədin» dedi.
Balag

Burada söhbət geyimin topuqdan aşağı olmasından gedir. Bəzilərinin geyimləri yerə sürtülür, digərlərinin isə arxaları ilə sürünür. «Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)» (əl-Əraf 26) Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar Paltarının ətəkləri yerlə süründürən (Başqa rəvayətdə: «İzarın topuqdan aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan topuğa qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə» (Buxari, Müslim 106, Əbu Davud) Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlülük edərək paltarının ətəklərini yerlə sürükləyərsə Allah ona Qiyamət günü baxmaz». Əbu Bəkr: «Ya Rəsulullah! Mən əgər diqqət etməsəm izarım yerlə sürünür onda necə» deyə soruşdu. Peyğəmbər: «Sən bunu təkəbbürlənərək edənlərdən deyilsən» deyə buyurdu (Buxari 3665, Müslim 2084) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm –buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir» (Buxari 5887) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlülük edərək paltarının ətəklərini yerlə sürükləyərsə, köynəyinin qollarını və (başında olan) çalmanı uzadarsa Allah ona Qiyamət günü baxmaz» (Əbu Davud 4094,8/208) Rəsulullah – səllallahu aleyhi və səlləm – Əbu Curey Cabir b. Suleym – radıyallahu anhu – ya nəsihət edərək buyurdu: «Geyimin ətəklərini diz qapaqlarının yarısına qədər qaldır. Əgər belə etmək istəməsən topuqlarına qədər qaldır. Nə badə bundan aşağı salasan. Çünki bu təkəbbürlülük əlamətidir. Allah da təkəbbürlülüyü sevməz» (Əbu Davud 4084, Tirmizi 2722)

Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər ətəyi yerdə süründüyü halda namaz qıldı. Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Get dəstəmaz al». Adam gedib dəstəmaz alıb qayıtdı. Peyğəmbər : «Təkrar get dəstəmaz al» deyə buyurdu. Adamlardan biri: «Ya Rəsulullah! Nəyə görə ona dəstəmaz almasını əmr etdin və səbəbini də demədiniz» deyə soruşdu. Peyğəmbər: «O, kişi ətəklərini yerlə süründürərək namaz qıldı. Allah ətəklərini yerlə süründürən kimsənin namazını qəbul etməz» (Əbu Davud 4086. əl-Albani zəif hədis) İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah – səllallahu aleyhi və səlləm – in yanına gəldim. İzarım bir az aşağı enmişdir. Peyğəmbər : «Ey Abdullah! Geyimini yuxarı çək!» deyə buyurdu. Mən də çəkdim. Sonra: «Bir az da çək» deyə buyurdu. Mən bir az da çəkdim. Mən də izarımın uzunluğuna diqqət etdim. Cəmaatdan biri: «(Geyimini) haraya qədər qaldırım» dedim. (Müslim 2086). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Hər kim təkəbbürlüklə paltarını yerlə sürükləyərsə Allah Qiyamət günü onlara nəzər salmaz». Ummi Sələmə – radıyallahu anhu – dedi: «Qadınlar ətəklərini nə şəkildə edəcəklər». Peyğəmbər: «Onlar ətəklərini bir qarış uzadırlar» deyə buyurdu.Ummi Sələmə: «O, zaman qadınların ayaqları açılır» dedi. Peyğəmbər: «bir qarış da uzadın, artıq yox» deyə buyurdu. ( Əbu Davud 4119)

««Ey qövmümüz! Allahın dəvətçisinə icabət edin» (əl-Əhqaf 31) Allahın və Rəsulunu sevən müsəlman qardaşım! Bu sözün sahibi olan Peyğəmbər – səllallahu aleyhi və səlləm – ə müxalif olmaqdan çəkin: «Kim mənim sünnətdən üz çevirərsə məndən deyildir» (Buxari, Müslim) Paltarını uzatdığın zaman kafirlərə bənzəmiş olursan ki, bu da Peyğəmbər – səllallahu aleyhi və səlləm – in bu sözünə bənzəmiş olsan: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır» (Səhih Əbu Davud) Ey Allahın qulu sənə bu hədisi də xatırlatmaq istəyirəm! Əşaş b. Suleym xalasından rəvayət edir ki, əmim belə dedi: «Mədinədə gedərkən arxamdan bir insan: «İzarını yuxarı qaldır, belə təqvaya daha yaxındır» deyə buyurdu. Bir də gördüm ki, (sözləri söyləyən) Peyğəmbər – səllallahu aleyhi və səlləm – dir. Mən: «Ya Rəsulullah! Bu uzun bir əbadır» dedim. Peyğəmbər: «Mən sənin üçün gözəl bir nümunə deyiləmmi» deyə buyurdu. İzarına baxdım dizi ilə topuqları arasında idi». (Səhih Şəmailu Tirmizi»).

Ey geyimini uzadan, yerlə sürükləyən müsəlman! Peyğəmbər – səllallahu aleyhi və səlləm – sənə belə dediyi zaman nə edəcəksən? Mən sənin üçün gözəl bir nümunə deyildimmi? Daima axirəti düşün və keçici fitnələr diyarı olan dünya həyatına aldanma. Çünki dünya keçici , axirət isə əbədidir

BUNU BASQA BIR FORUMDAN TAPDIM.AXININ FIKIRLERI COX XOSUMA GELDI!

Добавлено (04.09.2008, 17:46)
---------------------------------------------
Ali (r.a) buyurur: “Ey Allah bəndələri! Elə indidən ayılın. Çünki hələ dillər azad, bədənlər sağlam, bədən üzvləri hazır, gediş-gəliş yeri geniş və imkan çoxdur. Fürsəti əldən verməmişdən və ölüm yetişməmişdən qabaq ayılın. Ölümü həmişə hazır bilin. Nə vaxtsa gələcəyini gözləməyin.(Çünki bu sizi süst edib əməllərinizin tə’xirə
düşməsinə səbəb olar.)

"Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin" (əl-Həşr: 7).

"Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur..." (ən-Nisa: 80).

Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab: 36).




Yazını Ema777 - Cümə axşamı, 04.09.2008, 17:58
 
SelefTarix: Cümə, 05.09.2008, 03:14 | Yazı # 2
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
Ema777, ALLAH razi olsun


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Ema777Tarix: Bazar, 07.09.2008, 14:25 | Yazı # 3
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
selef, CUMLEMIZDEN AXI!

Добавлено (07.09.2008, 14:22)
---------------------------------------------
Salam Aleykum.

Shalvari gisaldan Gardashlarimiza Vehabi sheri atirlar, bu yeni movzu deyil. Amma www.azerimuslims.com saytinin sual-cavab bolmesinde Ilham Rustemov adli Gardash chox gozel cavablandirib:

SUAL: Essalamu Aleykum. Vehhabi firgesi shalvarlarini qisaldirlar, bunun hagginda sual verdikde Peygemberin (s.a.s) hedisine gore etdiklerini soyleyirler. Amma Ehli-Sunne ve Shie firgesi bunu etmirler. Onlara gore shalvar Peygember vaxtinda olmsuh paltar geyimi oldugu uchun. Buna ne deye bilersiniz? Shalvari gislatmag ne qeder duzgundur?

CAVAB: Allaha həmd olsun. Salatu-salam olsun Allahın Rəsuluna, onun ailəsinə, Onun səhabələrinə və qiyamətə qədər onlara tabe olanlara.“(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (əl-İsra 36)Hər bir məsələdə bilən birinə müraciət etmək gərəkdir. Məsələn, bir xəstəlikdən dolayı onu bilən birisinə yəni həkimə, maşın nasaz olduqda maşın ustasına və s.
“Bunu bir biləndən xəbər al!” (əl-Furqan 59)
Hər şey daxil olmaqla, həyatla bağlı məsələlərə hər şey daxil olmaqla bütün bilgiləri əlində saxlayan birinə Allahu-təaləyə müraciət etmək gərəkdir.
“Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!” (Fətir 14)Aşağıda sizə beş səhabədən rəvayət olunmuş Allah Rəsulu (s) in on dənə hədisini təqdim edirik. Əslində bu mövzuda söylənən hədislərin sayı daha çoxdur.
1. İbni Ömər rəvayət etdiyinə görə, Rəsulullah (s) belə buyurur: “Allah təalə kibirlənib paltarının ətəyini yerlə sürüyən kimsənin üzünə baxmaz”
Bunun üzərinə Əbu Bəkr: “Yə Rəsulullah, diqqət etmədiyim halda mənim də paltarımın ətəyi yernən sürünür.” dedi. Rasulullah: “Şübhəsiz ki, sən kibirlənmə üçün etmirsən” (Buxari, Müslim, Abu Daud)
2. Əbu Hureyrədən rəvayət olunmuş hədisdə Rəsulullah (s) buyurur: “Allah kibirlənərək paltarının ətəyini yernən sürüyən kimsənin qiyamət günü üzünə baxmaz” (Buxari, Muslim)
3. Əbu Hureyrədən rəvayət olunmuş hədisdə Rəsulullah (s) belə buyurur: “Paltarı topuqdan aşağı olan qismi atəşdədir” (Buxari, Abu Daud)
4. Əbu Zərrdən Rasulullah belə buyurur “3 sinif insan vardır ki, Allah onlarla danışmaz, onların üzünə baxmaz və onları təmizləməz. Onlar üçün yaxıcı azab vardır”. Bunun üzərinə Abu Zərr: “Ziyana uğradılar və zərər etdilər. Onlar kimlərdir?” Rasulullah buyurdu “Paltarının ətəyini yerdə sürüyən, etdiyi yaxşılığı başa çırpan və ticarət malını yalan yerə and içib satmaya çalışandır” (Muslim, Abu Daud, Nəsayi)
5. İbn Ömərdən Rasulullah: “Uzadıla biləcək paltar izar, köynək və sarığdır. Kim bunlardan birini böyüklük göstərmək üçün uzadarsa, Allah qiyamət gününü o kimsəyə baxmaz” Abu Davud, Nəsayi, İbn Macə
6.Abu Curey Cabir ibn Suleymdən Rəsulullah (s.a.s.) belə buyurur: “Paltarının ətəyənin dizini aşağı tərəf hissəsinə doğru qədər qaldır. Əgər bundan xoşun gəlməsə topuğlarına qədər endir. Fəqət paltarını yerdə sürünəcəq qədər uzatma, çünkü bu kibirdən və özünü bəyənməkdən irəli gəlir. Allah kibirlənib özünü bəyənən kimsələri sevməz...” (Abu Davud, Tirmizi)
7. Əbu Hüreyrə rəvayət edir ki, bir adam paltarının ətəyəni yerdə sürüyərək namaz qılırdı. Rəsulullah (s.a.s.) ona: “Get dəstəmaz al” buyurdu. Oda qedib dastamaz aldı gəldi. Rəsulullah (s.a.s.) ona təkrar: “Get dəstəmaz al” buyurdu. Bunun üzərinə orada olanlardan bir nəfər “ya Rəsulullah (s.a.s.) ona niyə dəstəmaz almağı əmr etdin, sonra da susdun” soruşdu. Rəsulullah (s.a.s.): “O paltarını yerdə sürüyərək namaz qılırdı. Şübhəsiz ki, Allah paltarının ətəyini yerdə sürüyən kimsənin namazını qəbul etməz” (Abu Davud, Əhməd ibn Hənbəl)
8. Əbu Səid əl Hudridən Rəsulullah (s.a.s.) belə buyurur: “Bir müsəlmanın gözəl qeyinməsi, paltarının ətəyinin baldırlarını örtəcək şəkildə olmasındadır. Paltarlarını topuğa qədər uzatmasında bir günah yoxdur. Topuğlardan aşağıda olan kimdirsə atəştədir. Allah böyuklük göstərərək paltarının ətəyini yerdə sürüyən kimsənin üzünə baxmaz” (Əbu Daud, İbn Macə)
9. İbn Ömər deyir ki paltarımın ətəyinin topuqlarımdan aşağı düşmüş vəziyyətdə yanına getmişdim. O: “Ey Abdullah paltarının ətəklərini yuxarı qaldır” Mən də qaldırdım. Sonra: “Biz az daha qaldır” Mən bir az da qaldırdım. Bundan sonra paltarımın Rəsulullah (s.a.s.) tövsiyə etdiyi şəkildə olmasına daim diqqət yetirdim. İnsanlardan biri “Hara qədər qaldırmışdın?” “Baldırlarımın yarısına qədər qaldımışdım” – dedi
10. İbn Ömərdən Rəsulullah (s.a.s.) belə buyurdu: “Bir kimsə özünü bəyəndiyi üçün paltarını yernən sürüsə, Allah o kimsənin üzünə baxmaz. Bunun üzərinə Möminlərin anası Ümmü Sələmə “Qadınlar paltarlarını necə edəcəklər?” Rəsulullah (s.a.s.): “Onlar bir qarış üzadarlar” Ummü Sələmə: “Bu durumda ayaqlar açılır” Rəsulullah (s.a.s.) “Elə isə bir arşın uzadarlar. Ondan artıq uzadmazlar” (Əbu Davud, Tirmizi, İbn Macə)
Sizin nəzərinizə bunları çatdırmaq istərdik. Bütün bu mövzuda söylənən xəbərləri nəzərə alan Əhli Sünnət alimləri bu məsələdə ixtilaf etmişlər. Onlardan kimi şalvar olsun, cələbiyyə, don, fata və sair nə olursa olsun kişilərin paltarlarının ətəyinin topuqlardan aşağı olmasının haram olduğunu bildirmişlər. Bu istər kibir niyyəti ilə olsun istər olmasın. Digər qisim bunun məkruh oldu qənaətinə gəlmiş. Digər qisim isə kibir niyyəti ilə haram, bu niyyət olmadan isə harm olmadığını söyləmişlər. Məsələn İmam Şafii kibir niyyəti ilə haram, kibir niyyəti olmadan məkruh olduğunu söyləmişdir. Bunlardan kimin doğru kimin səhf etdiyini Allah bilir.
Sualları www.azerimuslims.com saytın sual-cavab üzrə eksperti İlham Rüstəmov cavablandırır.
_________________
Estegfiru-llahel aziymel-lezi la ilahe illa huvel-heyyul-gayyum ve etubu ileyhi.

Добавлено (07.09.2008, 14:25)
---------------------------------------------
Vahabi deyilen bir teriget yoxdur. Insanlarin bohtan olarag Vehabi sheri atdiglari Gardash ve Bacilar Mehemmed Peygemberin (s.a.s) yolu ile geden esl Muselmanlardir. Meselen Saggal Peygemberin (s.a.s) emridir, shalvarin gisaldilmasi Peygemberin (s.a.s) emridir. Biz Gardash ve Bacilara ona gore Vehabi sheri atirlarki Bizler yalniz ve yalniz ALLAHDAN komek isteyirik. INNEKE NEBUDU VE INNEKE NESTEIN (biz yalniz SENE ibadet edirik ve yalniz SENDEN komek dileyirik) Gebrlerden komek istemirik, bu shirke aparib chixardir.

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Əl-Hucurat 6)

Allah yaninda en gozel din Islamdir, ve Peygemberlik Mehemmede (s.a.s) verildi. Allah Mehemmede (s.a.s) insanlari gozel din olan Islama devet etmeyi tapshirdi, muselman olmagi buyurdu.

Ali-Imran-102. Ey iman getirənler! Allahdan layiqince qorxun. Yalnız müselman olduğunuz halda (müselman kimi) ölün!

El-Begere-208. Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir! .

Ali-İmran-103. Hamılıqla Allahın ipine (dinine, Qur’ana) möhkem sarılın və (firqelere bölünüb bir-birinizden) ayrılmayın! Allahın size verdiyi ne’metini xatırlayın ki, siz bir-birinize düşmen iken. O sizin qelblərinizi (islam ile) birleşdirdi ve Onun ne’meti sayesinde bir-birinizle qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayelerini sizin üçün bu şekilde aydınlaşdırır ki, haqq yola yönelmiş olasınız!

Sonuncu ayeden gorunduyu kimi Allah birlleshmeyi buyurub, ayrilmagi yox.

Indi ise www.azerimuslims.com saytinin sual-cavab bolmesinin eksperti Ilham Rustemovun megalesini oxuyun:

İnnə lilləhi və innə iləyhi raciun! (Həqiqətən biz Allaha məxsusuq və qayıdış Onadır)Vallahi Allah şahiddir ki, mən bu vaxta qədər vəhabinin nə olduğunu bilmirəm. Bu mövzuda oxuduğum və eşitdiyim hər bir şey elmi əsasa dayanmayan, ciddiyyətdən uzaq mülahizələrdir. Və bir də vəhhabilik haqqında rast gəldiyim xəbərlərin arasında biri-biri ilə təzad təşkil edən aralarında heç bir bağlantı olmayan fərqli-fərqli məlumatlar da vardır. Digər tərəfdən daha çox xurafat və nağıllara oxşayan cəfəngiyatlar da eşitdim.
Yenə əldə etdiyim məlumatlar arasında bəzi siyasi təhlillər də yer almaqdadır. Bu kimi xəbərlər arasında “İngilis cəsusu Henper” fenomeni gözə çarpmaqdadır. Biz hər halda müsəlmanıq, buna görə biz Henperlərin sözlərinə deyil Allahın kitabı, Rəsulunun sünnətinə dayanaraq sadiq və salehlərin xəbərlərinə etibar etməliyik.
“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (Əl-Hucurat 6)
Bizdən əvvəlkilər (Allah onlara rəhmət etsin), Peyğəmbərin (s) hədislərini toplayarkən bu yolda nə kimi həssaslıq və zəhmət sərf etdiyi hər kəsə məlumdur. Onlar hədisi rəvayət edənlərin xırda bir xətasını belə bağışlamırdılar və hədisi qəbul etmirdilər. Öz tələbkarlığı ilə seçilən İmam Buxari ® hədis rəvayətində qoyduğu sərt şərtlərlə qane olmamış, ən sonda dəstəmaz alıb iki rükət namaz qılardı. Rəbbindən ona bir yol açılmasını istərdi. Yalnız bundan sonra hədisi ya qeyd edər, ya da etməzdi. Bunlar İslam böyükləridir. Bunlar bizim üçün örnəkdir. Bunlar Allahın əmrlərini yaşayan və bizlərə öyrədən Peyğəmbər (s) varisləridir.
Bu gün fitnə bir dövürdə yaşadığımız hamıya məlumdur. Buna görə bu günləri müsəlmanlar çox ayıq olmalıdır. Şeytanların və onların əlaltılarının əlində oyuncaq olmamalıdır.
Digər bir məsələyə də toxunmaq istəyərdik. O da təkfir məsələsidir. Yəni bir müsəlmanı kafir élan etmək. Bu məslədə çox diqqətli və ehtiyyatlı olmaq lazımdır.
Çünki Peyğəmbər (s) buyurur ki; “Kim bir adamı; “Ey kafir!” deyə çağırır vəya ona; “Ey Allahın düşmanı!” deyərsə. O adam da belə deyilsə bu söz söyləyənin özünə dönər.” (Buxari, Müslim) “Bir adam din qardaşına; “Ey kafir!” deyərsə, bu söz ikisindən birinə dönər. Əgər belə deyilən adam deyilən kimidirsə söz doğrudur. Əks təqdirdə bu söylənən söz söyləyənə geri dönər ” (Buxari, Müslim)Buna görə qibləmizə dönən hər kəs müsəlman sayılır. Hansı firqədən olursa olsun açıq şəkildə Allahı və Rəsulunu inkar etmədikcə təkfir edilməz. Difər tərəfdən Allah insanın içinə qəzəb duyğusunu yerləşdirərkən onun hara, kimlərə qarşı yönəlməsini də bildirmişdir.
“Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar mö’minlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!” (Əl-Maidə 54)
Bu günləri torpağı işğal altında olan və qalan torpağına, sərvətinə göz tikilən bir millətin bu günləri aralarındakı ixtilafları təfriqəyə (parçalanmaya) və düşmənçiliyə çevirib qarşıdyrma ilə nəticələnməsinə yol vermə haqqı yoxdur. Qəzəbin kimə qarşı yönələcəyini Allahu təalə yuxarıdakı ayədə bildirmişdir. Müsəlmanlara gəldikdə isə Allah onlara toxunulmaz haqlar vermişdir. Onların başlıcası qan, mal və namus toxunulmazlığıdır (haramlığıdır). Yenə Allahu təalə şeytanın aramızda dolaşdığını və fitnə salmaq istədiyi haqqında bizi xəbərdar etmşdir. Bu təhlükənin qarşısını almaq üçün nə kimi tədbirlərin görüləcəyini də bildirmişdir. Bu tədbirlər biri-birimizə qarşı təhqir, kobudluq deyil, gözəl söz söyləməkdən ibarətdir. Bununla biz şeytanın aramıza fitnə salma cəhdini bitərəf edə bilərik.
“Bəndələrimə de: "Gözəl sözlər söyləsinlər" Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir!” (Əl-İsra 53)
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət 34)

Ilham Rustemov www.azerimuslims.com saytinin sual-cavab bolmesinin eksperti.


 
ixvani_muslimTarix: Bazar, 07.09.2008, 17:15 | Yazı # 4
QARDAŞ
Qrup: Etibarlı
Yazı: 13
Reputasiya: 0
Status: Saytda deyil
allah razi olsun hallal olsun cox sagol bu movzuya gora.bilirsan bizim camahat sssr dovrunan cixan adamlardi o vaxtida dinsizdiyiydi ona gora san bizim camahati ginama bilmilar indida yavaw yavaw gozdari acilir camahatin bi molalar o vaxt camahatin elmsizdiyinan istfade edib camahati zelalete apariblar inwallah duzalar har wey

ALLAH SANA GURBAN OLUM ELA ELA ABU BAKR MASCIDI TEZ ACILSIN
 
SelefTarix: Bazar ertəsi, 08.09.2008, 03:26 | Yazı # 5
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
SUAL: Essalamu Aleykum. selefiler shalvarlarini qisaldirlar, bunun hagginda sual verdikde Peygemberin (s.a.s) hedisine gore etdiklerini soyleyirler. Amma Ehli-Sunne ve Shie firgesi bunu etmirler. Onlara gore shalvar Peygember vaxtinda olmsuh paltar geyimi oldugu uchun. Buna ne deye bilersiniz? Shalvari gislatmag ne qeder duzgundur?

SUAL: Allaha həmd olsun. Salatu-salam olsun Allahэn Rəsuluna, onun ailəsinə, Onun səhabələrinə və qiyamətə qədər onlara tabe olanlara.“(Ey insan!) Bilmədiyin bir юeyin ardэnca getmə (bacarmadэрэn bir iюi gцrmə, bilmədiyin bir sцzь də demə). Зьnki qulaq, gцz və ьrək bunlarэn hamэsэ (sahibinin etdiyi əməl, dediyi sцz barəsində) sorрu-sual olunacaqdэr.” (əl-Эsra 36)Hər bir məsələdə bilən birinə mьraciət etmək gərəkdir. Məsələn, bir xəstəlikdən dolayэ onu bilən birisinə yəni həkimə, maюэn nasaz olduqda maюэn ustasэna və s.
“Bunu bir biləndən xəbər al!” (əl-Furqan 59)
Hər sey daxil olmaqla, həyatla baglэ məsələlərə hər sey daxil olmaqla butun bilgiləri əlində saxlayan birinə Allahu-təaləyə muraciət etmək gərəkdir.
“Hech kəs sənə hər seydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz!” (Fətir 14)Asagida sizə bes səhabədən rəvayət olunmus Allah Rəsulu (s) in on dənə hədisini təqdim edirik. Əslində bu movzuda soylənən hədislərin sayэ daha coxdur.
1. ibni Omər rəvayət etdiyinə gorə, Rəsulullah (s) belə buyurur: “Allah təalə kibirlənib paltarinin ətəyini yerlə suruyən kimsənin uzunə baxmaz”
Bunun uzərinə Əbu Bəkr: “Yə Rəsulullah, diqqət etmədiyim halda mənim də paltarimin ətəyi yernən surunur.” dedi. Rasulullah: “Shubhəsiz ki, sən kibirlənmə uchun etmirsən” (Buxari, Muslim, Abu Daud)
2. Əbu Hureyrədən rəvayət olunmus hədisdə Rəsulullah (s) buyurur: “Allah kibirlənərək paltarinin ətəyini yernən suruyən kimsənin qiyamət gunu uzunə baxmaz” (Buxari, Muslim)
3. Əbu Hureyrədən rəvayət olunmus hədisdə Rəsulullah (s) belə buyurur: “Paltari topuqdan asagi olan qismi atəsdədir” (Buxari, Abu Daud)
4. Əbu Zərrdən Rasulullah belə buyurur “3 sinif insan vardэr ki, Allah onlarla danismaz, onlarэn uzunə baxmaz və onlari təmizləməz. Onlar ucun yaxicэ azab vardэr”. Bunun uzərinə Abu Zərr: “Ziyana ugradilar və zərər etdilər. Onlar kimlərdir?” Rasulullah buyurdu “Paltarinin ətəyini yerdə suruyən, etdiyi yaxshiligi basa cirpan və ticarət malini yalan yerə and icib satmaya calisandir” (Muslim, Abu Daud, Nəsayi)
5. ibn Omərdən Rasulullah: “Uzadila biləcək paltar izar, koynək və sarigdir. Kim bunlardan birini boyukluk gostərmək ucun uzadarsa, Allah qiyamət gununu o kimsəyə baxmaz” Abu Davud, Nəsayi, Эbn Macə
6.Abu Curey Cabir ibn Suleymdən Rəsulullah (s.a.s.) belə buyurur: “Paltarinin ətəyənin dizini asagi tərəf hissəsinə dogru qədər qaldir. Əgər bundan xosun gəlməsə topuglarina qədər endir. Fəqət paltarini yerdə surunəcəq qədər uzatma, cunki bu kibirdən və ozunu bəyənməkdən irəli gəlir. Allah kibirlənib ozunu bəyənən kimsələri sevməz...” (Abu Davud, Tirmizi)
7. Əbu Hьreyrə rəvayət edir ki, bir adam paltarinin ətəyəni yerdə suruyərək namaz qilirdi. Rəsulullah (s.a.s.) ona: “Get dəstəmaz al” buyurdu. Oda qedib dastamaz aldэ gəldi. Rəsulullah (s.a.s.) ona təkrar: “Get dəstəmaz al” buyurdu. Bunun uzərinə orada olanlardan bir nəfər “ya Rəsulullah (s.a.s.) ona niyə dəstəmaz almagi əmr etdin, sonra da susdun” sorusdu. Rəsulullah (s.a.s.): “O paltarini yerdə suruyərək namaz qilirdi. subhəsiz ki, Allah paltarinin ətəyini yerdə suruyən kimsənin namazini qəbul etməz” (Abu Davud, Əhməd ibn Hənbəl)
8. Əbu Səid əl Hudridən Rəsulullah (s.a.s.) belə buyurur: “Bir musəlmanin gozəl qeyinməsi, paltarinin ətəyinin baldirlarini ortəcək səkildə olmasindadir. Paltarlarini topuga qədər uzatmasэnda bir gunah yoxdur. Topuglardan asagiida olan kimdirsə atəstədir. Allah boyukluk gostərərək paltarinin ətəyini yerdə suruyən kimsənin uzunə baxmaz” (Əbu Daud, Эbn Macə)
9. ibn Omər deyir ki paltarimin ətəyinin topuqlarimdan asagi dusmus vəziyyətdə yanina getmisdim. O: “Ey Abdullah paltarinin ətəklərini yuxarэ qaldir” Mən də qaldirdim. Sonra: “Biz az daha qaldir” Mən bir az da qaldirdim. Bundan sonra paltarimin Rəsulullah (s.a.s.) tovsiyə etdiyi shəkildə olmasina daim diqqət yetirdim. insanlardan biri “Hara qədər qaldirmisdin?” “Baldirlarimin yarisэna qədər qaldimisdim” – dedi
10. ibn Omərdən Rəsulullah (s.a.s.) belə buyurdu: “Bir kimsə ozunu bəyəndiyi ucun paltarini yernən surusə, Allah o kimsənin uzunə baxmaz. Bunun uzərinə Mominlərin anasi ummu Sələmə “Qadinlar paltarlarini necə edəcəklər?” Rəsulullah (s.a.s.): “Onlar bir qaris ьzadarlar” Ummu Sələmə: “Bu durumda ayaqlar acэilir” Rəsulullah (s.a.s.) “Elə isə bir arsin uzadarlar. Ondan artiq uzadmazlar” (Əbu Davud, Tirmizi, Эbn Macə)
Sizin nəzərinizə bunlarэ catdirmaq istərdik. Butun bu movzuda soylənən xəbərləri nəzərə alan Əhli Sunnət alimləri bu məsələdə ixtilaf etmislər. Onlardan kimi salvar olsun, cələbiyyə, don, fata və sair nə olursa olsun kisilərin paltarlarinin ətəyinin topuqlardan asagi olmasinin haram oldugunu bildirmislər. Bu istər kibir niyyəti ilə olsun istər olmasin. Digər qisim bunun məkruh oldu qənaətinə gəlmis. Digər qisim isə kibir niyyəti ilə haram, bu niyyət olmadan isə harm olmadigini soyləmislər. Məsələn imam shafii kibir niyyəti ilə haram, kibir niyyəti olmadan məkruh oldugunu soyləmisdir.

Bir coxlari saqqal saxlayanlara muxtəlif adlar verməklə onlara ləkə yaxmaq istəyirlər. Lakin bilmək lazэmdэr ki, saqqal saxlamaq yalniz əhli sunnə kitablarinda deyil hətta shiə kitablarinda da movcuddur. Məsələn:
Siyələrin məshur və motəbər Mustədrək kitabinda deyilir: "Saqqali qэrxmaq Allahin yaratdigini dəyisməkdir. Kim Allahin yaratdigini dəyisərsə Allah ona lənət etsin!" (bax: mustədrək, cild-1, fəsil-40, səh- 406, rəv- 1003).
Həmcinin tənə edilən məsələlərdən biri də paltarin qэsa geyinilməsidir. Halbuki bu siələrin motəbər kitablarinda da movcuddur. Məsələn:
Mustədrək kitabinda muddəssir surəsinin 4-cu, "Paltarini təmizlə" ayəsinin təfsirində belə deyir: Ayənin mənasi paltari qisa geyinmək deməkdir. (Bax: Mustədrək, cild-3, fəsil- 3, səh- 238, rəv- 3475) (cild- 3, fəsil- 17, səh- 260, rəv- 3530).
Həmcinin Biharul Ənvar adli kitabda da deyilir: "Məhəmməd ibn Əlidən (a.s.) muddəssir surəsinin 4-cu, "Paltarini təmizlə" ayəsi haqda sorusduqda belə cavab vermisdir: yəni paltarini qisalt. Sonra isə dedi: Paltarin topuqlarindan asagi dusməsin. Cunki paltari topuqdan asagi geyinmək Bənu Umeyyənin əməlindəndir" (Bax: Biharul Ənvar: cild- 83, səh- 260, rəv- 10, fəsil- 6).
Əli (ə.s.) Məhəmmədə və Misir əhalisinə məktub yazir və həmin məktubda deyilir: "... Dəstəmaz namazin sərtidir. Dəstəmaz alarkən əllərini biləklərə qədər uch dəfə yu, agzini uch dəfə yaxala, burnunu da uch dəfə yaxala. Sonra uzunu uch dəfə yu, sonra sag qolu dirsəyə qədər uch dəfə yu, sonra sol qolu dirsəyə qədər uch dəfə yu, sonra bashina məsh chək, sonra sag ayagini uch dəfə və sonra sol ayagini da uch dəfə yu. Mən Peygəmbəri (ona Allahin salavati və salami olsun) belə dəstəmaz alarkən gormushəm..." (Bax: Mustədrək, cil-1, fəsil- 15, səh- 305, rəv- 688).
Biharul ənvar kitabinin muəllifi Məclisi, Mustədrək kitabinin muəllifi isə Təbərisidir. Hər iki alim siələrin ən motəbər alimlərindən sayilirlar.



(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
ProgrammerTarix: Bazar ertəsi, 08.09.2008, 03:39 | Yazı # 6
Qrup: İdarəçilər
Yazı: 34
Reputasiya: 3
Status: Saytda deyil
Allah sizlərdən razı olsun. Allah elminizi artırsın.

 
Ema777Tarix: Şənbə, 13.09.2008, 12:00 | Yazı # 7
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
AMIN AXI!

 
UmarTarix: Şənbə, 04.10.2008, 00:53 | Yazı # 8
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Əs-Sələmu aleykum va rahmətullah. Əslində bu ad (vəhabi) ədiqə və etiqada görə verilmişdir. Muhamməd İbn Abd-Vəhhabın (rahiməhullah) sərt fikirlərinə və bu fikirləri mənimsəmiş insanlara. Bilmək lazımdır ki, şalvarı qısa və saqqal saxladıqlarına görə vəhabi deyilməsi, sacədə bu əlamətlərlə onları tanıtmaq üçündür.

"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 03:18 | Yazı # 9
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum.Gozel movzudur..Amma bunu cahiller ve ya kandirilmish shexsler deye biler.."Vehabi "yox o kesin Adi Mehemmedir..Diqqet etseniz bezielrine bu serf etmir ki,o Alimi oz adi ile caqirsinlar..Bu 1..
2-ci ise Selef eqidesini Vehabin oqlu Mehemmedle baqlamaq lazim deyil..Sadece bu isim, daha cox diqqet etseniz Rus kiv,qezet,elektron vasitelerinde seslenir,Iran da ona yaxin menbe kimi gedir..Ruslar once Efqanistanda olan surecde ,sonra Bashmaclar dediler,en sonda da Cecenistanin ishqalindan sonra onlarin eqide temelci fikirlerine gore vehabist (borodatie)saqqallilar deye pecat vurdular..bu da meselenin esas megzi..))Eyni epizod..Ermeniler Xocalini ishgalindan sonra ordaki cesedleri ozunku kimi qeleme verib bunu edenler Azeri Turkleridir!! deye bas-bas bagirdilar..ve butun dunyaya internet ve s,vasitelerle yaymaqa nail oldular..,

saqqal big, balaga gelende ise..,

“İbn Ömər (Allah ondan razı olsun!) deyir: “Rəsulullah (ə. s.) buyurdu ki, bığlarınızı qırxın, saqqallarınızı isə sərbəst buraxın”.

Səhiheynin (Səhihi-Buxari və Səhihi-Müslim) bir rəvayətində belə deyilir: “Bu əməllər fitrətdəndir: Qasıqların qırxılıb təmizlənməsi, dırnaqların kəsilməsi və bığların qırxılması”.

Başqa bir rəvayətdə isə: “Müşriklərə qarşı müxalif olun, saqqallarınızı uzadın və bığlarınızı kəsin”, - deyə buyurulur.

Həzrəti Aişə (Allah ondan razı olsun!) nəql edir:

“Rəsulullah (ə. s.) buyurdu ki, bu on şey fitrətdəndir: Bığı kəsmək, saqqal saxlamaq, misvak, istinsak (buruna su çəkmək), məzməzə (ağıza su çəkmək), dırnaqları kəsmək, barmaq aralarını yumaq, qoltuq altını yolmaq, qasığı qırxmaq, istinca etmək”.

Bu hədislərə əsasən alimlərin bəziləri saqqal saxlamağı vacib hesab edirlər. Bəzi alimlər də belə hesab edirlər ki, peyğəmbərimiz Məhəmməd (ə. s.) hamının saqqal saxladığı və saqqalla bığın bir-birinə qarışdığı Ərəb cəmiyyətini bu barədə necə deyərlər, nizamlamaq istəyib. Belə düşünən alimlərin fikrincə bu, dindən deyil, adət-ənənədən irəli gəlir.

Hər iki qrupa daxil olan alimlərin haqlı dəlilləri olduğuna görə peyğəmbərimizin özünün saqqal saxlamasını nəzər alıb saqqal saxlamağın sünnə (müstəhəb) olduğunu demək də olar. Siz isə hədislərə baxın və öz seçiminizi edin.


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 04:22 | Yazı # 10
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
elave olaraq elime bele fetva ve hokm dushdu

Sual: Şəri hicab geyinən ilə istehza edənin hökmü nədir?
Cavab: Kim müsəlman qadın və ya müsəlman kişi ilə İslam şəriətindən yapışdığı üçün istehza edərsə, o, kafirdir. İstehzanın müsəlman qadının şəri hicabında və ya başqası haqda olmasının fərqi yoxdur. Belə ki, Abdullah bin Umar –r.a- belə rəvayət edir: Bir kişi Təbuk döyüşündə bir məclisdə belə dedi: Bizim bu qarilərimiz kimi yekə qarın, yalan danışan və döyüşdə daha çox qorxaq olanını görmədik. Orada ki, bir nəfər isə yalan danışdın sən münafiqsən, mən bunu rəsulullah –s.a.s.-ə xəbər verəcəm: dedi. Həmin söhbət rəsulullah –s.a.s.-ə çatmadan qabaq artıq ayə nazil oldu. Abdullah bin Umar dedi: Onu (istehza edəni) rəsulullah –s.a.s.-in dəvəsinin kəmərindən sallanıb yalvararaq belə dediyini gördüm: Ya rəsulullah biz nəfsimizi rahatlatmaq üçün oynayıb zarafat edirdik. Rəsulullah –s.a.s.- isə ona Qur'an ayələrini belə deyirdi: “De, siz Allah ilə, Onun ayətləri ilə və Onun peyğəmbərləri iləmi istehza edirsiniz? Üzr istəməyin, siz iman etdikdən sonra kafir oldunuz” (Tövbə 65,66)
Onların möminlərlə istehzasını Allah, Onun ayələri və rəsulu ilə istehzası etmişdir.

Fətvanın sahibi: İbn Baz.
Fətvanın №-si: İbn Baz fətvaları 2/533


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
XEDICE73Tarix: Cümə, 01.05.2009, 11:08 | Yazı # 11
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ey insanlar!..Yerüzündə; Rəsulullah sallallahu aleyhi va səlləm kimi, Onun kimi insanların zülmetmək üzrə ona qarşı birləşdiyi bir bəşər daha görülmədi, görülməyəcək..Cəmiyyətin hər hissəsindən hücumlara və söyüşlərə məruz qaldı. Dövrün şairləri Onu hicv etdi və qövmünün irəli gələnləri Onunla lağlağa etdi. Ağılsız insanlar Ona əziyyət verdi və sehirbazlar Ona sehir etdi. Nəhayət Allah Sübhənahunun, Nəbisi sallallahu aleyhi va səlləmə Məkkənin fəthini nəsib etdiyi gün gəldi. Rəsulullah sallallahu aleyhi va səlləm Beytullaha girib onu tavaf etdikdən sonra Məscidi Haramda oturdu. İnsanlar da ətrafında oturmuşlardı. Bütün gözlər Ona çevrilmişdi. Onun düşmənlərinə nə edəcəyini gözləyirdilər. Və Rəsulullah sallallahu aleyhi va səlləm o məşhur sözünü söylədi: «Ey Qureyş camaatı! Sizə nə edəcəyimi düşünürsünüz?» «Yaxşılıq;» dedilər. «Qiymətli bir qardaşsan və qiymətli bir qardaşın oğlusan.» «Şübhəsiz mən də sizlərə, Yusifin qardaşlarına söylədiyini söyləyirəm: Bu gün sizi danlamaq yox! Gedin sizlər sərbəstsiniz.» Elə o an, Hind b. Utbə, İkrimə b. Əbu Cəhil kimi böyüklər müsəlman olur və tövbə edirlər. İbni Zəbara və Kaab b. Züheyr kimi şairlər dönüb üzr istəyirlər. Ondan hərkəsə ancaq bağışlanma gəlir.
Allahu Əkbər!.. Gücü çatdığı halda bağışlamaq necə də gözəldir! Allahu Əkbər! Çətinlik göstərə bildiyi halda, genişlik göstərmək, zillətə salabildiyi halda izzətli davranmaq necə də gözəldir!..Rəsulullah sallallahu aleyhi va səlləmdən başqa buna layiq kim olabilər?
Ey müsəlmanlar! Bax bu və buna bənzər yüksək davranışlarla göstərdiyi müxtəlif ibrətlər və istiqamətləndirmələrlə Rəsulullah sallallahu aleyhi va səlləm bütün gücünü cahiliyyəni yox etməyə və cahiliyyənin qaranlığını ortadan qaldırmağa qoydu. Yumşalığı və bağışlaması ilə pisliyə Mane oldu: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" (Ali İmran surəsi, 159


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Cümə, 01.05.2009, 11:09
 
medineTarix: Cümə, 08.05.2009, 16:28 | Yazı # 12
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Goy kim nägädär bizä VAHABI deyir desin UCA ALLAH gözäl bilir kim düzdür kim nä yoldadir kim kimdir buda bizä kifayätdir . biz dahada PEYGAMBARIMIZIN (S:A:A) sünnäsinä GURANA bärk sarilag ämal edäk sirkdan bidätdän uzaglasak gözäl dävätlär aparag bu bizä yetär deyän nä istäyir goy desin.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
AZERITURKTarix: Şənbə, 21.08.2010, 20:07 | Yazı # 13
Qrup: Etibarlı
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
Salamaleikum, Admin qardaw bu seifenin wriftini boyutmek olarmi, guzumuz cixdi axi....Salamaleikum.
 
ImanTarix: Bazar, 22.08.2010, 19:05 | Yazı # 14
Qrup: İdarəçilər
Yazı: 13
Reputasiya: 1
Status: Saytda deyil
Vaaleykumassalam. yazini kopiravat edib Word proqramina qoyaraq istediyiniz olcude oxuya bilersiz insaAllah.

Insan sevdiyile baraberdir. Hedisi Serif
 
TeraneTarix: Çərşənbə, 23.05.2012, 18:47 | Yazı # 15
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Men indiye kimi "Vahabidir" dedikleri insanlar qeder dinine bagli ve dinine emel eden muselman gormedim.inweallah ki,bacardigim qeder onlardan oyrenir ve emel etmeye caliwiram!yene de en dogrusunu ALLAH bilir!...
Bərkidilib: 4312526.jpg (13.6 Kb)



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Müasir məsələlər » VAHABI DEYENLER ICIN (vahabi var mi?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru