[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Gunahlardan tovbe etmeyi texire salma cunki, olum qefil qeli
Gunahlardan tovbe etmeyi texire salma cunki, olum qefil qeli
XEDICE73Tarix: Çərşənbə axşamı, 09.06.2009, 11:49 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Ey oğlum! Dünyaya o qədər aludə olma ki, axirəti unudasan. Dünyaya o qədər etinasız olma ki, müftəxorcasına başqalarına yük olasan.

• Oğlum! Səndən əvvəl atalar öz övladları üçün mal-dövlət toplayırdılar. Amma nə mal-dövlətin özü qaldı, nə də sahibi. Ey oğlum! Elə hesab et ki, bu dünyada səni bəzi işlər üçün nökər tutublar, mükafat vədəsini də veriblər. Öz vəzifəni yerinə yetir ki, vaxtında muzdunu ala biləsən... Bu dünyada qoyun kimi yaşama; qoyunu otarırlar ki, kökəlsin; kökələn kimi də kəsirlər. Dünyanı körpü hesab et. Sən bu körpüdən birdəfəlik keçməlisən və bir daha oraya qayıtmayacaqsan.

• Ey oğlum! Bil ki, qiyamət günündə Allahın hüzurunda səndən dörd məsələ barəsində soruşulacaq: Cavanlığını hansı yolda keçirmisən; ömrünü nəyə sərf etmisən; mal-dövlətini haradan qazanmısan və nəyə xərcləmisən? Həmin gün suallara cavab vermək üçün indidən hazırlaş!

• Min nəfər dostun olsa yenə azdır. Bircə düşmən qazanmağa da çalışma, çünki düşmən bircə nəfər olsa da çoxdur.

• Ey oğlum, heç vaxt yalnız buna görə elm öyrənmə ki, alimlərin qarşısında öyünəsən, səfehlərlə mənasız mübahisələr aparasan, məclislərdə özünü göstərəsən.

• Yetimin malını yemə, yoxsa qiyamət günü rüsvay olarsan və sənə əmr edərlər ki, yetimin malını özünə qaytarasan, amma bunu edə bilməzsən.

• Günahlardan tövbə etməyi təxirə salma, çünki ölüm qəfil gəlir.

• Ey oğlum! Hər kim: "Ey Allah, bağışla!" - desə, günahları bağışlanmaz. O adamın günahları bağışlanır ki, Allahın əmrlərinə əməl edir.

• Pis yoldaşdansa, tənhalıq yaxşıdır.

• Ey oğlum! Özündən böyüklərlə məşvərət et. Hərdən özündən kiçiklərlə də məsləhətləşməkdən utanma.

• Günahkar və bədxasiyyət adamlarla dostluq etmə! Onlar köpək kimidirlər; əgər səndə bir şey tapsalar, yeyib qarınlarını doyurarlar. Əks halda sənin barəndə pis sözlər danışıb səni rüsvay edərlər. Onların dostluğu bir saatdan artıq sürməz.

• Ağıllı adama o xasiyyət yaraşır ki, öz ailəsi ilə uşaq kimi rəftar etsin, cəmiyyət içində isə özünü vüqarla aparsın.

• Ey oğlum, camaatı söymə ki, öz ata-anan da söyülməsin.

• Ey oğlum, insanın vücudu üç hissədən ibarətdir. Bunların biri Allaha aid, digəri özünə aiddir, o biri isə ilan-çayır və həşəratlar üçündür. Allaha aid olan hissə ruhdan ibarətdir. İnsanın özünə aid olan hissə onun əməlləridir. İnsanın bədəni isə (öləndən sonra) ilan-çayır və həşəratlara qalar. İlan-çayırdan ötrü (yəni öz cismani istəkləri üçün) çalışan adam ziyan çəkmişdir.

• Ey oğlum, pislik pisliklə ləğv edilməz; axı odu odla söndürməzlər. Pisliyi yaxşılıq vasitəsilə ləğv edərlər; odu su ilə söndürərlər.

• İnsanları yaxşı əməllərə çağır, pis işlərdən çəkindir. Nə qədər ki, səni hesaba çəkməyiblər, öz-özünü hesab çək!

• Söz gümüşdürsə, sükut qızıldır.

Topladı: Natiq Rəhimov


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə axşamı, 09.06.2009, 16:25 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
XEDICE73, baci Masallah cox gözäl yazidir.Allah razi olsun

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 10.06.2009, 12:05 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
- Əbu əd-Dərdə (Allah ondan razı olsun) buyurur: “Ölümü tez-tez xatırlayın, o zaman çox şeyə paxıllıq etməyəcək və çox şeyə sevinməyəcəksiniz”.

- Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “İki şey mənə bu dünyanın ləzzətindən dadmağa imkan vermirdi. Bunlar – ölüm haqqında fikirləşmək və Uca Allahın qarşısında necə duracağımı düşünməkdir”.

- Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib, yaxud bir müsafir kimi ol!". Abdullah ibn Ömər (Allah onlardan razı olsun) hər dəfə bu hədisi rəvayət etdikdən sonra əlavə edərdi: “Axşama çıxdıqda səhərə sağ qalacağını, səhərə çıxdıqda isə axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!".

- Əbu Hüreyrə (Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayaraq deyir: “Mənim sursatım azdır, qarşımda isə səhra böyükdür və mən bilmirəm o, harada qurtaracaq Cənnətdə, yoxsa Cəhənnəmdə”.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Ema777Tarix: Şənbə, 20.06.2009, 18:13 | Yazı # 4
Qrup: Etibarlı
Yazı: 58
Reputasiya: 3
Status: Saytda deyil
DİLİ QORUMAQ

Sizə heç bir əhəmiyyəti və xeyiri olmayan sözlərdən dilinizi saxlayın. Həqiqətdə Adəm övladının xətalarının çoxu dilindən çıxar. İnsanda dil kimi çox günah baş verən ikinci bir üzv yoxdur.
Elə buna görə də susmaq hikmət qapılarındandır.
Sizi cənnətə aparan xeyirli sözlərdən başqasını dilinizə gətirməyin. Hədisdə var ki, mö᾽min bəndənin susduğu vaxtlarını onun üçün savab yazarlar.
“Hər kəs hər iki dünyada salamat qalmaq istəyirsə öz dilini qorusun.”
Peyğəmbər (s.ə.a.s) buyurmuşdur: “Mö᾽minin nicatı dilini qorumaqdadır”.
“İnsanın cəhənnəmə düşməsinə səbəb onların dillərinin törətdiyi bəlalardan başqa bir şey varmı?!”
Bəndənin qəlbi saf olmasa imanı düz olmaz. Dili düz olmasa qəlbi saf olmaz. Çünki mö᾽minin dili qəlbinin arasında olar. Danışmaqdan qabaq deyəcəyi söz haqda fikirləşər. Münafiqin qəlbi isə dilinin arxasında olar və dilinə gələni deyər, xeyir-şərini fikirləşməz. Susmaq peşmançılıq gətirməz. Nə çox söz-söhbət var ki, dünyada və axirətdə peşmançılıq gətirər. Kişi öz dilinin altında gizlənib.
Ey insan, danışmaqdan qabaq düşün və onu ağılın süzgəcindən keçir. Əgər ALLAHa xatir olsa danış, yoxsa sakit ol, sus, dinmə! Nə gözəl deyilib: “Dil çox başları bəlaya salıbdır, o bizimlə birgə doğulmuş düşmənimizdir”. Hədisdə var ki, elə bir bədən üzvü yoxdur ki, deməsin: “Səni ALLAHa and verirəm, məni əzaba düçar etmə.”
Deyiblər ki, əgər danışmaq və susmağın eyiblərin görsətmək istəsək danışmaq gümüşdürsə, susmaq isə qızıldır. Bə᾽zən müəyyən səbəblərə görə danışmaq qızıl olar, sükut isə heç; Məsələn, əxlaqdan, şər᾽i qaydalardan danışmaq, yaxud nəsihət etmək. Hətta bə᾽zi hallarda sükut öldürücü zəhər kimidir. Məsələn, düz yola gəlmək istəyənlərə yol göstərməyib susmaq və s. Allah taala sizi bəyəndiyi işlə


 
möminäTarix: Çərşənbə axşamı, 23.06.2009, 01:53 | Yazı # 5
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
http://www.islamevi.az/modules/news/article.php?storyid=1943

ALLAH BIZLÄRI GORUSUN
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 01:53 | Yazı # 6
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Edilən günahlara cəza olaraq qulun qəlbində Uca Allaha ehtiram azalır. Bu onun istəyindən asılı olmayaraq mütləq baş verir, çünki qul qəlbində Allaha ehtiram etsəydi Ona asi olmağa hünəri çatmazdı.

Aldanılanlardan kimsə deyə bilər ki: “Mən günahları Allaha qəlbimdə ehtiram etmədiyimə görə etmirəm, Onun rəhmətinə ümid etdiyim üçün edirəm”. Həqiqətən bu özünü aldatmaqdır, çünki Uca Allaha qəlbdə ehtiram edilməsi və ucaldılması qula Onun qadağalarına hörmət etməyə vadar edir bu isə onu günahlardan sözsüz ki, çəkindirər. Günah işləməyə cəsarət edən Allahı layiqincə qiymətləndirmir. Onun əmr və qadağalarını pozan kəs Ona necə qiymət verə, ehtiram edə, ucalda və hörmət edə bilər? Həqiqətən bu mümkün deyil. Həqiqətən onun sözləri açıq-aydın yalandır. Günahlara cəza olaraq insanın qəlbindən Uca Allaha ehtiramın və Onun qadağa və əmrlərinə hörmətin getməsi kifayətdir.

Buna cəza olaraq Uca və Qüdrətli Allah insanların qəlbindən belə insana qarşı hörməti aparır, onlar ona nifrət edirlər və saymırlar necə ki, o özü Allahın əmrlərini saymamışdı. Qul Allahı nə qədər çox sevərsə, insanlar da o qədər onu çox sevərlər və nə qədər Allahdan çox qorxarsa o qədər də insanlar ondan qorxarlar və nə qədər o Allaha və Onun qadağalarına güclü ehtiram edərsə o qədər də ona güclü ehtiram edərlər. Qul Allahın qadağalarını pozaraq insanların onun qadağalarına hörmət edəcəklərinə necə ümid edə bilər? O necə Ona qarşı olan borclarına məhəl qoymayaraq insanlar qarşısında zəlil olmayacağına ümid edə bilər? O necə Allaha asiliyi nə isə cüzi bir şey saya bilər və insanların onu sayacağını zənn edə bilər?
Pak Allah bu barədə Kitabında günahların cəzası haqqında xəbər verdikdə işarə etmişdir. Əldə etdiklərinə görə günahkarları geri atdı, qəlblərinə pərdə örtdü və möhürlədi. Onlar Onu unutduqları kimi O da onları unutdu və Onun dininə nifrət etdikləri kimi onlara nifrət etdi, Onun əmrlərini saymadıqları kimi onları məhv etdi. Ona görə də məxluqatların Onun qarşısında necə səcdə etməsi ayəsində Uca Allah deyib: “Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz.” (Həcc 18). Onlar Allah qarşısında səcdə etmək əmrinə məhəl qoymayıb onu yerinə yetirmədilər və O onları buna görə zəlil etdi. Heç kəs Allahın Özünün onları zəlil etməsindən sonra onlara ehtiram etməz, axı buna kim qadirdir?! Və Onun ehtiram etdiyini kim zəlil edə bilər?!

Günahların cəzalarından biri də odur ki, onlar qulu Allah barəsində unutmağa məcbur edirlər və onu şeytanla təkbətək qoyurlar. Bu isə xilası olmayan tələfdir və bu barədə Uca Allah belə deyib:

“Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.” (Əl-Həşr, 18-19).
O Allahdan qorxunu qorumağı əmr etdi və iman gətirən qullarına Onu unudan və Ondan qorxmağı unudan qullara bənzəməyi qadağan etdi. İnsanın Ondan qorxmağı tərk etməyinin cəzası qulun özü-özünü unutmasıdır, yəni özünə xeyir gətirənə, cəzalardan qoruyana və onu kamil ləzzətlərlə, sevinc və xoşbəxtiliklə olan əbədi həyatı təmin edənə laqeydlikdir.
Qul borcunu unutduğuna, Ona ehtiram edib qorxmadığına və əmrlərini yerinə yetirmədiyinə görə Allah cəza olaraq bütün bunların hamısını ona unutdurur. Həmçinin sən görə bilərsən ki, günahkarlar necə onlara xeyir gətirən şeylərə məhəl qoymurlar. Onların qəlbləri Allahın zikrindən qafildir, onlar nəfsi istəklərinə tabe olurlar və bunların əməlləri puç olacaq. Onlar bu dünyada və axirətdə xeyir gətirəcək hər bir şeyi əldən verirlər, əbədi xoşbəxtliklərinə laqeyd yanaşırlar və onu yay buluduna və ya ilğıma bənzər ən kiçik ləzzətə dəyişirlər.
Həqiqətən ən böyük cəza – qulun özünü unutması, Allahdan olan paya və xoşbəxtliyə laqeyd olması, ziyanlı müqavilə bağlaması və qəlbini heç bir dəyəri olmayan qiymətə satması, sonsuz ehtiyacı olanı itirməsidir ki, onlarsız o keçinə bilməyəcək.

Allah Sübhanə və Təala qula itirdiyi hər bir şeyi ödəyir, lakin heç kəs ona Allahın itirilməsini ödəyə bilməz. O bəla üz verdiyi istənilən insana təsəlli verməyə qadirdir, lakin Allahdan məhrum olana heç kəs təsəlli verə bilməz. O istənilən bədbəxtçilikdən qorumağa qadirdir, lakin heç kəs Ondan qorumaz. Qul bir göz qırpımında belə keyfiyətlərə malik olana itaətdən necə imtina edə bilər? Onun barəsində necə unuda bilər və əmrlərinə laqeyd ola bilər? Axı sonra O onu özünü unutmağa məcbur edəcək və onda qul ziyan çəkənlərdən və özünə böyük zülm edənlərdən olacaq. Həqiqətən qul heç vaxt Rəbbini incitmir, lakin özünü incidir və Rəbb quluna zülm etmir, lakin qul özünə zülm edir.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 12.08.2009, 18:37 | Yazı # 7
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Yolda qarşılaşdığımız zaman azan verilirdi.
-Gəl gedək məscidə.Yəqin bilirsən bu gün cümədir.
-Bilirəm.Amma onu da bilirsən ki, mən heç vaxt məscidə getmirəm.
-Məscidə getmədiyini bilirəm.Amma çoxdandır bunun səbəbini axtarıram.Həqiqətən, maraqlıdır, məscidə niyə getmirsən?
-Nə bilim!Özün bilirsən ki, geyim həvəskarıyam.Düşünürəm ki, məsciddə oturarkən bütün fikrim geyimimdə olacaq.Həm də şalvarın yerə sürtülüb,rənginin pozulmasından qorxuram.
Qeyri ixtiyari gülməyə başladım:
-Hər halda zarafat edirsən, bunun üçünmü məscidi tərk etmisən?Bəs həyatında heç olmasa bir dəfə də olsa məscidə getməmisənmi?
-Uşaq ikən bir dəfə babam ilə getmişdim.Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm.
Söylədikləri məni dəhşətə gətirmişdir.Bir qədər getdikdən sonra ayrıldıq.
Bu hadisədən iki ay keçmişdir.Onun məsciddə olduğunu eşitdim.Tələsik həmin məscidə yollandım.Bəli məsciddə idi, özü də namaz səflərinin ən önündə.Yavaşca yanına yaxınlaşdım:
-Nə oldu?Bəs bir daha məscidə gəlməyəcəkdin?
Heç səsini çıxarmadı.Çünki yaşıl örtülü tabutun içində yatırdı.

_________
Al-Faruq


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Gunahlardan tovbe etmeyi texire salma cunki, olum qefil qeli
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru