[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Nefsini ilah edenler.
Nefsini ilah edenler.
XEDICE73Tarix: Bazar ertəsi, 16.03.2009, 14:36 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Nəfsini ilah edənlər.

Qur'anda bəhs edilən, insanların ilah etdikləri şeylərdən biri də «nəfsdir¿. Nəfsin ilah edilməsi insanın öz nəfsinin istəklərini Allahın əmir və istəklərindən öndə tutması ilə olur. Nəfsin ilah edilməsi gerçəkdə bütün müşriklərin içində olduğu bir sapqınlıqdır. İstər heykəllərə itaət etsin, istər cinlərə, istərsə də başqa kimsələr ya da varlıqlara itaət etsinlər, bütün müşriklər eyni zamanda əllərindən gəldiyi, imkan tapdıqları ölçüdə nəfslərinin arzu və əmrlərini yerinə yetirməyə çalışırlar. Ancaq buraya qədər saydığımız bütlərə sitayiş etməyib, yalnızca nəfslərini ilah edənlər müasir cəmiyyətdə də görünməkdədir. Nəfsin istəkləri sərhədsizdir və istəklərinin hamısının təmin edilməsini istər. Bu səbəblə də insanı Allahın sərhədlərini aşmağa, Allahın əmir və yasaqlarını pozmağa məcbur edər.
Mən özümə bəraət qazandırmıram. Rəbbimin rəhmi gəlməsə nəfs (adamı) pis işlərə vadar edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhmlidir. (Yusuf 53)

Misal üçün: Nəfs çox zəngin olmaq, mal mülk və sərvətə sahib olmaq istər. Ancaq bunu halal yolla əldə etmək çətindir. O üzdən də nəfs bu arzusuna çatmaq üçün oğruluq etməyi, saxtakarlıq etməyi, insanların mallarını haqsızlıqla yeməyi, faiz almağı və bunlara bənzər vasitələri istifadə etməyi əmr edər. Bunların hamısı isə Allahın haram qıldığı hərəkətlərdəndir. İman edən bir kimsə Allahın əmirlərinə tabe olar və haram qıldıqlarından qaçınar. Nəfsini ilah edən kimsə isə bunun tərsinə nəfsinin əmrinə uyar, Allahın yasaqlarına tabe olmaz, əmrlərini də yerinə yetirməz.
Şəhvət də nəfsin sərhədsiz istək və arzuları arasındadır. Nəfs bəyəndiyi, arzu etdiyi bir kimsəylə (qadın və ya kişi) qeyri qanuni yolla əlaqəyə girməyə, zina etməyə sövq edər və hətta insanı buna məcbur edər. Ancaq zina müsəlmanlara haram olunmuşdur. Allahın bunu haram qıldığını bilə-bilə qəsdən zina edən və bunda heç bir günah görməyən, peşman olmayan, tövbə etməyən kimsə açıqca nəfsini ilah etmiş, onu Allaha şərik qoşmuşdur.
Zinakar kişi ancaq zinakar qadınla və ya müşrik qadınla evlənər. Zinakar qadın da ancaq zinakar kişiyə və ya müşrik kişiyə ərə gedər. Mö'minlər isə bu qadağan edilmişdir. (Nur 3) Sən öz həva (nəfs) həvəsini özünə tanrı etmiş kəsi gördünmü? Məgər sən ona zamin olarasan? Yoxsa sən elə hesab edirsən ki, onların əksəriyyəti söz eşidib anlayır? Onlar ancaq heyvanlar kimidirlər, hətta yolu daha çox azıblar. (Furqan 43-44)
Nəfsini ilah etmə müasir toplumda ən geniş yayılmış olan şirk növüdür. Allah insanları imtahan etmək və kimin nəfsinin əmirlərinə uyub onu ilah etdiyini, kimin də nəfsinə hakim olub yalnızca Allahın əmrlərinə tabe olduğunu ortaya çıxarmaq üçün nəfsdə belə bir xüsusiyyət yaratmışdır.
Nəfsini ilah etmə müasir cəmiyyətdə daha çox yayılan şirk növüdür. Nəfsin arzu və istəkləri sonsuzdur. Nəfslərini bu dünyada təmin etmək üçün Allahın qanunlarına əməl etməməklə imtahanı uduzarlar. Bu dünyada Allahın əmrlərini hər şeydən üstün tutan, nəfslərinə uymayan kimsələr isə Allahın razılığını və cənnəti qazanarlar.
Onlar üçün qızıldan sinilər və piyalələr dolandırılacaqdır. Orada ürək istəyən və göz oxşayan şeylər olacaqdır və siz orada əbədi qalacaqsınız. (Zuhruf 71)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Nefsini ilah edenler.
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru