Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:44 | Yazı # 1 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| بسم الله الرحمن الرحيم Mübarizəylə keçirdiyimiz həyatda bir çox düşmənlərimiz vardır. Onların bəzisi daxili, bəzisi xaricidir. Xarici düşmənlərimizin ən təhlükəlisi isə şeytandır. Bir düşmənlə mübarizə aparmaq və ona qalib gəlmək üçün ən təməl tələb, onun haqqında, mübarizə metodlarına dair geniş bilgi sahibi olmaqdır. Elə isə şeytanın mübarizə metodları, öncəlikli hədəflərilə tanış olaq və onunla sürər əbədi mübarizəmizdə bu məlumatlardan faydalanaq ki, şeytan bizi zərərə sürükləyib, faydalardan məhrum etməsin. Bu mövzuda müxtəlif kitablardan sitatlarla şeytanı ifşa etməyə çalışacayıq. Müvəffəq edən ancaq Allahdır.
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:45 | Yazı # 2 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Hənbəli alimlərindən Şəmsuddin İbn Qeyyim (691-751 h/1292-1350 m) şeytanın strategiyası haqda deyir:
أن اللهَ سبحانه بحكمتِه سلَّط على العبدِ عدوًّا عالماً بطرُقِ هلاكِه وأسبابِ الشرِّ الذي يُلقِيه فيه متفنِّناً فيها , خبيراً بها , حريصاً عليها , لا يفتُر عنه يقَظةً ولا مَناماً , ولا بدَّ له مِن واحدةٍ مِن ستٍّ يَنالها منه
إحداها - وهي غايةُ مرادِه منه - : أن يَحُولَ بيْنه وبيْن العلمِ والإيمانِ , فيُلقيه في الكفْر , فإذا ظفِر بذلك فرَغ منه واستراحَ
فإنْ فاتتْه هذه وهُدي للإسلام حرِص على تِلْوِ الكفر , وهي البدعةُ - وهي أحب اليه مِن المعصية فإنَّ المعصيةَ يُتاب منها والبدعة لا يُتاب منها - لأنَّ صاحبَها يرى أنه على هدىً وفي بعضِ الاآثار : يقول إبليسُ : أهلَكتُ بني آدمَ بالذنوبِ , وأهلَكوني بالاستغفار وبلا إلهَ إلا الله , فلمّا رأيتُ ذلك بثَثتُ فيهم الأهواءَ فهُمْ يُذنِبون ولا يَتُوبونَ , لأنهم يحسَبون أنهم يُحسِنون صُنْعاً , فإذا ظفِر منه بهذه صيَّره مِن رُعاته وأُمرائِه
فإنْ أعْجَزتْه ألقاه في الثالثة , وهي الكبائرُ فإنْ أعْجَزتْه ألقاه في اللَّمَم , وهي الرابعة , وهي الصغائرُ فإنْ أعْجَزتْه شغَّله بالعملِ المفضولِ عما هو أفضل منه ليُرتِجَ عليه الذي بينهما , وهي الخامسة
فإنْ أعْجَزَه ذلك صار إلى السادسة , وهي تسليطُ حِزْبِه عليه يُؤذُونه ويشتِمونه ويُبهِّتونه ويرمُونه بالعظائم , ليُحزِّنَه ويشغَلَ قلْبُه عن العلمِ والإرادة وسائرِ أعمالِه
فكيفَ يُمكِن أن يحترَّزَ منه مَن لا علْمَ له بهذه الأمورِ ولا بعدوِّه ولا بما يحصِّنُه منه ؟ فإنه لا ينجُو مِن عدوِّه إلا مَن عرَفه وعرَف طريقَه التي يأتيه منها وجيْشَه الذي يستعِين به عليه , وعرَف مداخلَه ومخارجَه , وكيفيةَ محاربتِه , وبأيِّ شيءٍ يُحاربه , وبماذا يُداوي جِراحتَه , وبأيِّ شيءِ يستمِدُّ القوةَ لقِتاله ودفْعِه ؟ وهذا كلُّه لا يحصُل إلا بالعلمِ , فالجاهل في غفلةٍ وعمىً عن هذا ألامرِ العظيمِ والخَطْبِ الجسيم ولهذا جاءَ ذكرُ العدوِّ وشأنِه وجنودِه ومكايدِه في القرآن كثيراً جداً , لحاجةِ النفوس لمعرفةِ عدوِّها , وطرُقِ مُحاربتِه ومُجاهدته , فلولا أن العلمَ يكشِف عن هذا لما نجا مَن نجا منه , فالعلم وثمََََََرَتُه هو الذي تحصُل به النجاةُ
"Allah - subhənəhu – hikmətilə qullara bir düşmən musallat etmişdir. O elə bir düşməndir ki, qulları həlak etmə yollarını, onları içinə düşürəcəyi şərr səbəblərini bilir, bunlarda ixtisas sahibi və onlardan xəbərdardır, bunlara qarşı hərisdir, yuxuda və oyanıqkən bu işləri buraxmaz. Şeytan qulu bu altı şeydən birinə məruz qoyar:
1. Onunla elm və iman arasına girmək, beləcə onu küfrə düşürmək. Bu ən təməl/başlıca qayədir. Buna nail olduğu zaman ondan əl çəkib istirahət edər. 2. Bu məqsədinə nail ola bilməz və adam İslama hidayət edilərsə, (təhlükə baxımından) küfrdən sonra gələn yola düşürmək üçün çalışar ki, bu da bidət yoludur. Bidət şeytana günahdan daha sevimlidir. Çünki, günahdan tövbə edilər. Bidətdən isə tövbə edilmir. Çünki, bidət sahibi özünü doğru yolda sayar. Bəzi (İslam böyüklərindən gələn) rəvayətlərdə belə deyilir: "İnsanları günahla həlak etdim. Onlar isə məni istiğfar və "lə iləhə illəllah"la həlak etdilər. Bunu gördüyüm zaman onlar arasında hava-həvəsi yaydım. Onlar (bidət cinsindən) günahlar işlədilər, lakin tövbə etmədilər. Çünki onlar çox yaxşı işlər gördüklərini zənn etdilər." Şeytan bu yolla məqsədinə çatdıqda, o insanı öz çobanlarından və əmirlərindən birinə döndərər. 3. İkinci məqsədinə nail ola bilməzə onu üçüncüyə düşürər. Üçüncü məqsəd qulu böyük günahlara bulaşdırmaqdır. 4. Əgər bunada nail ola bilməzsə onu kiçik günahlara düşürər. 5. Əgər bunuda bacarmazsa, daha fəzilətli əməllər varkən onu nisbətən az fəzilətli olanla məşğul edər. Bunu, aradakı fəziləti qazanmasına əngəl olmaq üçün edər. 6. Buna da nail olmazsa altıncı hədəfə çatmağa çalışar: Bu da ona əziyyət edəcək söyəcək, çarəsiz buraxacaq, aşağılayacaq tərəfdarlarını o insana musallat etməkdir ki, beləcə onu hüzünləndirsin, qəlbini elm, iradə və digər əməllərdən uzaq tutub məşğul etsin.
Bu işlər, düşməni və ondan nəylə qorunacağı haqda məlumatı olmayan kimsə şeytandan necə qoruna bilər? Şübhəsiz ki, düşməndən ancaq onu tanıyan, gələcəyi (təsir edəcəyi) yolları bilən, ona qarşı yardım alacağı ordusunu, giriş-çıxışlarını, onunla savaşma metodlarını, onunla nəylə savaşacağını, yaralarını nəylə tədavi edəcəyini, ona qarşı vuruşmaq və onu dəf etmək üçün nəylə qüvvə alacağını bilən biri qurtula bilər. Bütün bunlar isə ancaq elmlə əldə edilər. Dolayısıyla cahil, bu böyük iş və təhlükəli bəla haqqında qəflət və korluq içərisindədir. Bu səbəblə bu düşmənin özü, halı, ordusu və hiylələri Qurani Kərimdə çox zikr edilmişdir. Çünki nəfslər düşmənini tanımağa, onunla müharibə və mübarizə aparma yollarını bilməyə möhtacdır. Əgər elm bütün bunları açıqlamasaydı heç kim qurtula bilməzdi! Elə isə qurtuluş elm və onun səmərəsiylə hasil olar!"
Qaynaq: Şəmsuddin İbn Qeyyim: Miftəhu Daris Səadə: 1/372-373 Daru İbni Affan: 1416/1996
Təliq: İbn Qeyyimin sözlərindəki faydanın tam hasili üçün mövzunun ana xətlərinə, önəmli xüsuslarına diqqət çəkək: 1. Şeytan öz sahəsində mütəxəssisdir. Belə bir düşmənlə mübarizə aparanın isə xüsusilə diqqətli olması lazımdır. 2. Şeytan öz azdırma yolunda öncəlikli bir sistem təqib edir. İlkin olaraq maksimum zərərə çalışır. Ona nail olmadıqda arada boşluq buraxmadan zərərdə yenə ən yüksək hədəfi seçir və bu minvalla davam edir. Bir sözlə zərərdə əvləviyyata riayət edir. Kaş ki, müsəlmanlar da öz öncəliklərini anlasalar və əvləviyyata riayət etsələr... Bu tədrici metodda müsəlmanların əksərisinin içinə düşdüyü və fərqində olmadığı bir mərhələ var. Bu beşinci mərhələdir. Bir çox elm tələbəsinin öncəliklik fiqhinə müxalif olaraq nisbətən daha az önəm kəsb edən işlərlə məşğul olduğunu və toplumu bu "öncəliklərə" sürüklədiyini görmək mümkündür. Onlar üzərlərinə fərz və haram olan şeyləri öyrənib öyrətmək yerinə, cürbəcür öncəliksiz məsələlərlə məşğul olur və insanları buna təşviq edirlər. Zamanımızda namazın ərkanını bilməyən bir çox kimsənin "mürciyəlik" və digər çoxda önəmli olmayan mövzuların savaşınında aktiv iştirak etdiyini görmək mümkündür. Bu sözlər üçün Allah İmam Ğazaliyə rəhmət etsin: Yaxşı əməllərdəki tərtibi pozmaq, ən böyük pislikdir. 3. Şeytana məğlub olmamaq üçün onun savaş metodlarını, vasitələrini, istifadə etdiyi hissləri, onun zəif yerlərini bilməsi qaçınılmazdır. Bu barədə elmi olmayan, şeytanla layiqincə mübarizə apara bilməz və məğlub olub xusrana uğrayar. Bu səbəblə müsəlmanların bu məlumatları əldə etməsi vacibdir. 4. Uca Allah, Onun Rəsulu – sallallahu aleyhi və səlləm – və bu elmlərdə mütəməkkin olan alimlər şeytanın təhlükəsinə, metodlarına diqqət çəkmişlər ki, müsəlmanlar bu məlumatlardan faydalansın.
|
|
| |