Allahın düşmənləri mübarək dinimizdə varid olmuş bəzi mütəşabih nasları əldə bayraq edərək İslam dininə dil uzadırlar və çox zaman da bu işlərində uğurlu olmaq üçün nasları məbtur şəkildə təqdim edərlər. Səhih olaraq varid olmuş hədislərdən də biri belədir: "Rasulullahın (səllallahu aleyhi va səlləm) hədisinin mənası:
"Mən sizdən başqa (qadınlardan), əql və dini naqis olduğu halda kişilərə qalib gələn birini görmədim."
Soruşdular:
"Ya Rasulullah, onun əqlindəki naqislik nədir?"
O dedi:
"Məgər iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?"
Soruşdular:
"Bəs dininin naqisliyi nədədir?"
Və O dedi:
"Məgər o heyzli olduğu halda namazlarını və oruclarını tərk etməzmi?!"
Bu dinsizlər iddia edirlər ki, İslam dininə görə qadın şüuri və əqli cəhətdən naqisdir. Bu şəkildə insanları Allahın dinindən çəkindirməyə çalışanlar bu nasları kitablarına alırlar və buna cavab olaraq mövzu ilə əlaqədar Şeyx İbn Baza, rahiməhullah, verilmiş suala onun verdiyi cavabı təqdim edirik:
Sual:
"Biz çox tez-tez "Qadınlar əqllərində və dinlərində naqisdir" hədisi şərifini və bəzi kişilərin qadınları alçaltmaq üçün bu hədisdən istifadə etdiklərini eşidirik. Sizdən bu hədisin şərhini rica edirik, ey fəzilətli şeyx!"
Cavab:
"Rasulullahın (səllallahu aleyhi va səlləm) hədisinin mənası:
"Mən sizdən başqa (qadınlardan), əql və dini naqis olduğu halda kişilərə qalib gələn birini görmədim."
Soruşdular:
"Ya Rasulullah, onun əqlindəki naqislik nədir?"
O dedi:
"Məgər iki qadının şahidliyi bir kişinin şahidliyinə bərabər deyilmi?"
Soruşdular:
"Bəs dininin naqisliyi nədədir?"
Və O dedi:
"Məgər o heyzli olduğu halda namazlarını və oruclarını tərk etməzmi?!"
Beləliklə peyğəmbər (səllallahu aleyhi va səlləm) bəyan etdi ki, qadının əqlinin naqisliyi onun hafizəsinin zəif olması və onun şahidliyinin başqa bir qadın ilə güclənməsi baxımındandır. Bu şahidliyin (İslamda) dəqiqliyi (zəbt olunması) üçündür, çünki qadın unuda bilər və şəhadətə əlavə edə bilər, ya da şəhadətdən bir hissəni tərk edə bilər. Allah Subhənəhu dediyi kimi:
"Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər (qadınlardan) biri (şəhadəti) unudarsa, o birisi onun yadına salsın." (əl-ayə... əl-Bəqara, 282)
Dinindəki nöqsana gəldikdə isə, heyz və nifas hallarında namazını və orucunu tərk edir və namazlarını təkrar qılmaz və bu onun dinindəki nöqsandandır. Lakin bu naqislik onları qınamaq (pisləmək) üçün deyil. Əksinə, bu Allah Azzə va Cəllənin şəriətindən hasil olmuşdur, bunu onlara qarşı bir iltifat (yumşaqlıq, alçaqkönüllülük) və asanlıq olaraq müəyyən etmişdir. Çünki əgər o heyz və yaxud nifas halında oruc tutsaydı, bu ona zərərli olardı. Allahın rahmətindəndir ki, onlara oruclarını heyz və nifas vaxtlarında tərk etməyi və daha sonra qəzasını tutmağı hökm etmişdir. Namaza gəldikdə isə, şübhəsiz ki, heyz halı onların təmizliklərinə maneə olur. Bu Allah Cəllə və Alənin rahmətindəndir ki, onlara namazı tərk etməyi hökm etmişdir, eləcə də nifas halında. Daha sonra (namazlarını) qəza etməmələrinə hökm etdi, çünki (namazın) qəzasında böyük əziyyət var və çünki namaz gündüz və gecə boyu beş dəfə təkrarlanır və heyzın günləri də çoxala bilər, bəzən yeddi və səkkiz gün və daha çox. Nifas da qırx günə qədər çata bilər. Və bu Allahın onun üçün rahmətindən və ona qarşı İhsanındandır ki, onun üzərindən həm adi, həm də qəza namazlarını götürmüşdür. Bu heç də onun əqlinin hər şeydə naqis olduğunu tələb etmir, nə də dininin hər şeydə naqis olduğunu tələb etmir. Lakin, həqiqətən də peyğəmbərimiz (səllallahu aleyhi va səlləm) bəyan etmişdir ki, onun əqlindəki nöqsan hafizəsində və şahidliyindəki dəqiqliyin əksik olması və dinindəki nöqsan isə heyz və nifas hallarında namazlarını və oruclarını tərk etməsi səbəbilədir. Və bu işarə etmir ki, o hər şeydə kişidən aşağıdır, ya da kişi hər şeydə ondan üstündür! Bəli, ümumi olaraq kişi cinsi bir çox səbəblərdə qadın cinsindən üstündür. Beləki, Allah Subhənəhu və Taalə buyurur:
"Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir." (ən-Nisə, 34)
Lakin, o (qadın) bəzən çox şeydə kişini üstələyə bilər. Və Allaha and olsun ki, nə qədər qadın kişiləri həm əql, həm din, həm də zəbt (dəqiqlik) cəhətdən üstələyir! Lakin, Peyğəmbərimizdən (səllallahu aleyhi va səlləm) varid olan ümumi olaraq qadın cinsinin yalnız əql və dinlərində kişi cinsindən aşağı olmasıdır. O çoxlu saleh əməllərin sahibi ola bilər və bu saleh əməllərində, Allaha olan təqvasında və Axirətdəki mənzilinə görə kişiləri üstələyə bilər. Onun əhəmiyyət verdiyi və kişinin dəqiqliyindən də daha dəqiq olduğu bir çox işlər vardır. Çox məsələlər mövcuddur ki, qadın onlara diqqət yetirir və hifz etməklə, zəbt etməklə çalışqanlıq göstərir. Peyğəmbərin (səllallahu aleyhi va səlləm) dövründəki və daha sonrakı qadınların halı üzərində düşünənlər üçün aydındır ki, qadın İslam tarixində və çox işlərdə bir əsas və referens nöqtəsi ola bilər. Bununla bilinməlidir ki, bir başqa qadının şahidliyi ilə gücləndiyi halda bu naqislik qadına, onun rəvayətlərinə və eləcə də şahidliklərinə etimad göstərməyə maneə olmamalıdır. Bu (naqislik) həm də onu Allaha qarşı təqvalı olmaqdan və hətta namaz və oruc, heyz və nifaz hallarında ona vacib olmasa da, Dinində sabit olduğu müddətdə Allahın ən xeyirli bəndələrindən olmaqdan çəkindirməz, əksinə Rasulullahın (səllallahu aleyhi va səlləm) bəyan etdiyi kimi, bu onun əqlinə və Dininə xas bir nöqsandır. Qadını hər şeydə naqis və Dinin hər sahəsində zəif olmaqda ittiham etmək möminə yaraşmaz. Peyğəmbərin (səllallahu aleyhi va səlləm) sözlərinin uyğun məzmunda və ən gözəl şəkildə anlaşılması üçün belə bir şərh ən münasib və vacib olandır. Ən doğrusunu Allah bilir!
Şeyx Abdulaziz ibn Baz,
"Məcmu Fətava va Məqalət Mutənəviah", 3-cü cild, səhifə 292