[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Peyğəmbərimizi (Allahın ona salamı və salavatı olsun) tanıya
Peyğəmbərimizi (Allahın ona salamı və salavatı olsun) tanıya
medineTarix: Şənbə, 20.02.2010, 23:07 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Allahın Rəsulu Muhəmməd (Allahın ona salamı və salavatı olsun) belə olub.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) onunla danışanla elə rəftar edərdiki, qarşıdakı elə zənn edərdiki, o, Muhəmmədin (Allahın ona salamı və salavatı olsun) ən sevdiyi insandı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) kiminsə ona gizli sözü olsa, ona sakit sakit qulaq asardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) ona görə kiminsə ayağa qalxmasını xoşlamazdı. Kiminsə onun haqqında həddini aşaraq tərif deməsindən çəkindirərdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) bir şeyi xoşlamayanda o onun üzündə hiss olunardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) əldə etdiyi qələbə ilə təkəbbürlük etməzdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) tərkidünya (zahid) insan idi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) yalana nifrət edərdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) əməllərin az olub davamlı olanını sevərdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) insanlarla namaz qılanda çox qısa və rahat, tək qılanda isə çox uzun qılardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) yastığına baş qoyarkən sağ tərəfinə uzanar, əlini də yanağının altına qoyardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) üzərində cənabət qüslü olan zaman yatmaq istədikdə övrətini yuyar və dəstəmaz alardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) sevindirici, şad xəbər eşitdikdə Allaha şükr olaraq səcdəyə qapanardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) dua etdikdə birinci özünə edərdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) sübh namazının sünnətini qıldıqdan sonra sağ tərəfinə söykənərdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) hər bir halda Allahı yada salardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) heç vaxt heç nəyi təhqir etməzdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) heç vaxt yeməyi pisləməzdi. İştahı çəksə yeyər, çəkməsə yeməzdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) qarşısına çıxana salam verərdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) ən səxavətli, əli açıq insan idi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) kasıblarla bir məclisdə oturardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) məclisdə oturanların cərgəsinin qurtaracağında oturardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) ən şücaətli insan idi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) şiddətli həyaya malik idi.

Muhəmməddən (Allahın ona salamı və salavatı olsun) kimsə bir şey istədikdə ona yox deməzdi.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) cahilə qarşı həlim, mülayim, əziyyətə səbrli olardı.

Muhəmməd (Allahın ona salamı və salavatı olsun) onunla danışanın üzünə təbəssüm edər, əlindən tutardı, qarşısındakı əlini çəkməsə o da çəkməzdi.

Ardı var

Turab Abdullayev


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Peyğəmbərimizi (Allahın ona salamı və salavatı olsun) tanıya
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru