[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Faydalar
medineTarix: Şənbə, 02.01.2010, 16:27 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Yer üzərində ən əfzəl yer Məkkədir. Tirmizinin rəvayət elədiyi hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) miniyinin üzərində olarkən belə dedi: "Allaha and olsun ki, sən ən xeyirli yersən və Allaha ən sevimli yersən. Əgər məni burdan çıxarmasaydılar çıxmazdım".
Onun xüsusiyyətlərindən bütün insanların qibləsidir.
Onun xüsusiyyətlərindən su başına çıxdıqda o istiqamətə tərəf bayıra çıxmaq olmaz.
Onun xüsusiyyətlərindən yer üzərində tikilən ilk məsciddir.

- İsa Peyğəmbərin səmaya 33 yaşında qalxmasına dair heç bir səhih dəlil yoxdur.

- Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) Fatimədən (Allah ondan razı olsun) başqa bütün övladları onun sağlığında vəfat etmişdir. Fatimə isə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) vəfatından 6 ay sonra vəfat etmişdir.

- Həmzə və Abbasdan (Allah onlardan razı olsun) başqa Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) heç bir əmisi İslamı qəbul etməmişdir.

- Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yoldaşı Zeynəb bintu Cəhş Ömər ibn əl-Xəttabın xəlifəliyi dövründə vəfat etmişdir.

- Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) ilk qovuşan zövcəsi Zeynəb bintu Cəhş olmuşdur.

- Bəzi mövqelərdə qadın kişinin yarısını götürür; qul azad etdikdə, əqiq kəsdikdə, şəhadət etdikdə, miras məsələsində, diyə verdikdə.

- Allah Quranda Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) 3 yerdə and içməyi əmr etmişdir.

- Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) hansı mövqelərdə ağlamışdır? Oğlu İbrahim vəfat etdikdə, qızlarından birinin ölümünü gördükdə, Abdullah ibn Məsud Ona Quran oxuduqda, Osman ibn Məzun (Allah ondan razı olsun) vəfat etdikdə, günəş batdıqda, qızlarından birinin qəbrində olduqda. (1/183)

- Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) heç vaxt Ramazanda ümrə etməmişdir;

- Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Müzdəlifə çölündə gecə namazı qılmamışdır;


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
medineTarix: Şənbə, 02.01.2010, 16:27 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Dində rəhbərlik, imamlıq iki şey ilə olur, səbr və yəqinliklə. Uca Allah buyurur: "Səbir etdiklərinə və ayələrimizə yəqinliklə inandıqlarına görə Biz əmrimizlə onlardan doğru yolu göstərən rəhbərlər təyin etmişdik" (əs-Səcdə, 24). Çünki səbr və yəqinlik insanı şübhə və şəhvətlərdən qoruyur. Səbr şəhvətlərdən, yəqinlik isə şübhələrdən qoruyur.

* İnsanlara yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək fardu kifəyədir. Uca Allah buyurur: "Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır" (Ali İmran, 104).
Bəzən isə yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək fardu ayn olur. Məsələn, bir nəfərdən başqa bir pis işi dəyişdirə bilən yoxdursa o zaman o pis işi dəyişdirmək fardu ayn olur.

* Şeyxul İslam ibn Teymiyyə buyurmuşdur: "Müsibətlər günahları bağışlayır, müsibətlərə səbr etdikdə isə savab qazanılır. İnsanın üzərinə düşən vacib budur. Çünki insan öz ixtiyarında olan əməllərə görə savab qazanır".

- Quran və sünnədə olan həmd beş şeyi əhatə edir. Aydın olsun deyə bu növlərin hər birinə Qurandan bir və ya iki dəlil zikr edirik.

1. Rububiyyə tovhidində. Uca Allah buyurur: "Həmd olsun aləmlərin Rəbbi Allaha" (əl-Fatihə, 2). Digər bir ayədə buyurur: "Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun!" (əl-Fatir, 1).

2. Uluhiyyə tovhidində. Uca Allah buyurur: "De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə
kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut" (əl-İsra, 111). Həmçinin bu ayə üçüncü növədə dəlildir.

3. Ad və sifətlər tovhidində. Uca Allah buyurur: "Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır" (əs-Saffat, 180).

4. Kovni qədərində. “Beləliklə də zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha” (əl-Ənam, 45).

5. Şərii qədərində. Uca Allah buyurur: "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!". (əl-Kəhf,1). Digər bir ayədə buyurur: "Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir" (əz-Zumər, 69).

- İslamdan əvvəl olmuş dinlərdən gələn xəbərlər üç qismə bölünür. A) Quran və sünnəyə müvafiq olanlar. Bu növdən olan xəbərləri təqdir edirik. Quran və sünnəyə zid olan xəbərlər. Bu növdən olan xəbərlər şəriətə zid olduğu üçün inkar edirik. C) O xəbərlər ki, Quran və sünnə təsdiq etməsədə inkar etmir. Bu növdən olan xəbərləri nə təsdiq edirik, nə də ki inkar edirik.

- Varlı şükr edən əfzəldir, yoxsa kasıb səbr edən? Bu məsələdə alimlər ixtilaf etmişlər. Düzgün rəy odur ki, şükr edən varlı səbr edən kasıbdan daha əfzəldir.

- Seçim arasında qaldıqda şəriət ilk olaraq nəyi qorumağı bizə bildirmişdir? Bunları ardıcıllıqla qeyd edirik. 1. Dini qorumaq. 2. Nəfsi qorumaq. 3. Ağlı qorumaq. 4. (Qeyrəti mail) qorumaq. 5. Nəsəbi qorumaq.

- Üç halda edilən tövbə qəbul olunmur və düzgün deyildir.
Birinci hal: Əzab nazil olduqda. Uca Allah buyurur: "Onlar əzabımızı daddıqda: “Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik! Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi" (Gafir 84-85). Digər bir ayədə Firon barədə buyurur: "Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!". Uca Allah ona dedi: "Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun" (Yunus 90-91).
Uca Allah bu halda yalnız Yunus peyğəmbərin qövmünü istisna etmişdir. Uca Allah buyurur: "Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik" (Yunus, 98).
İkinci hal: Ruh hulquma yetişdikdə. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: "Uca Allah bəndənin tövbəsini ruhu hulquma yetişdikdə qəbul eləmir".
Üçüncü hal: Günəş batdığı yerdən çıxdıqda artıq tövbələr qəbul olmur. Uca Allah buyurur: "Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik" (əl-Ənam, 158).
Burada "Rəbbinin bəzi əlamətləri" deyildikdə günəşin batdığı yerdən çıxması nəzərdə tutulur. Həmçinin peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Günəş məğribdən çıxdığı zaman insanlar hamısı iman gətirəcəklər. Ancaq əvvəlcədən iman gətirmədikləri üçün onların imanı heç bir fayda verməyəcəkdir".

- Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) cinlərə Quran oxuması sabitdir. Ancaq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onları görməsi barəsində dəlil varid olmayıb. Uca Allah insanların cinləri görmək barəsinda belə buyurur: "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər" (əl-Əraf, 27).

- Musa (Allahın ona salamı olsun) iki dənizin qovuşduğu yerə Yuşa ibn Nuh ilə gedir. O, həmin şəxsdir ki, Musa və Harunun ölümündən sonra Beytul-Məqdisi fəth edir. O həmin şəxsdir ki, Uca Allah günəşin batmağını onun üçün qoymur. (Hədis Səhih əl-Buxaridə zikr olunur).

- Yəqinliyin üç növü vardır. Hər biri o biri növündən üstündür.
Birinci növ: Elmlə yəqin etmək. İnsanın şərii dəlillə və ya əqli dəlillə bildiyi şeyə deyilir.
İkinci növ: Gözlə görməklə yəqin etmək. İnsan bir şeyə yəqin etdikdən sonra onu görməsinə deyilir.
Üçüncü növ: Haqq olan yəqin. İnsan elmlə yəqin edib onu birbaşa özü görməsinə deyilir. Bu ən üstün dərəcəsidir. İbrahim peyğəmbər (Allahın ona salamı olsun) Allaha belə xitab etdikdə (Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər) yəqinlik elmindən gözlə görünən yəqinliyə keçməsini istəmişdi. Məhz ona görə Rəbbi ondan (Məgər sən inanmırsan) deyə soruşduqda o, (Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun) deyə cavab verir (əl-Bəqərə, 260).

- Allahın xəlili İbrahim (Allahın ona salamı olsun) və Muhəmməd (Allahın ona salavat və salamı olsun) peyğəmbərdir. Allahın bir başa danışdığı peyğəmbər Musa (Allahın ona salamı olsun) və Muhəmməddir (Allahın ona salavat və salamı olsun).

- Əqidə və xəbər məsələlərində nəsx olmur. Nəsx ancaq hökmlərdə olur. Böyük şirk və tovhid məsələlərində nəsx olmur. Bunlardan ancaq kiçik şirk istisnadır. Necə ki, Allahdan qeyrisinə and içmək İslamın əvvəllərində caiz oldusa sonradan qadağan olunmuşdur.

- Qəbirdə olanlar dirilərin səslərini eşitmirlər. Uca Allah buyurur: "Sözsüz ki, sən nə ölülərə eşitdirə bilərsən" (ən-Nəml 80). Digər bir ayədə belə buyurur: " Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən" (Fatir, 22)

Bundan yalnız üç hal istisnadır. A) Bədr döyüşündə peyğəmbər (Allahın ona salavat və salamı olsun) xitab etdiyi vəfat etmiş kimsələr. Meyiti dəfn edib gedərkən qəbirdə həmin insanların ayaq səslərini eşidir. C) Qəbirdə mələklər tərəfindən onlara verilən suallar və ya bu kimi şeyləri eşidirlər.

- Əgər insan diri və qadirdirsə o insandan kömək istəmək olar. Yox əgər insan ölüdürsə və yaxud diridir ancaq kömək etməyə qadir deyilsə ondan kömək istəmək şirkdir.

- Kim "Lə İləhə İllə Allah" kəliməsini deyib o halda ölərsə onun hökmü nədir? 1. Ruh hulquma yetişdikdən sonra deyərsə o kəlimə sahibinə fayda vermir. Firon kimi. 2. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq etməyərək, iman gətirməyərək deyərsə yenə həmin kəlimə sahibinə fayda verməz. 3. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq edərək iman gətiribsə həmin kəlimə sahibinə fayda verər. 4. Kim ki şirkdən və bütün günahlardan töbvə edərək deyərsə ilk məqamda Cənnətə girənlərdən olar Allahın izni ilə. 5. Kim ki şirkdən tövbə edərək günahlardan isə çəkinmədən deyərsə həmin şəxs Qiyamət günü Allahın istəyi altında olacaqdır. Uca Allah bu xüsusda buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar". (ən-Nisə, 48)

- Ərşi daşıyan mələklər barəsində insanlar iki rəyə bölünurlər.
Birincisi: Mələklər yalnız ərşi daşıyacaqlar.
İkincisi: Ərşi və onun üzərində olan hər şeyi daşıyacaqlar. İkinci rəy daha düzgündür. Doğrusunu Allah bilir.

- Kiçik şirk böyük günahlardan (şirkdən başqa) da böyükdür. Cünki kiçik şirk Allahdan qeyrisinə bağlanmaq və qəlblə əlaqədərdir. Böyük günahlar isə (şirkdən başqa) nəfsin zəif olmasından, şeytandan irəli gəlir.

- Abdullah ibn Abbas, İkrimə, Əhməd və s. alimlər buyurmuşlar: "Şəkil ancaq baş sayılır. Şəkildən başı sildikdə kifayət edir".

- Bütün Əhli Sünnə alimləri kafirlərin Qiyamət günü Allahı görməyəcəkləri barədə ittifaq etmişlər. Uca Allah buyurur: "Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!". (əl-Mutaffifin, 15)

- Kiçik yaşda vəfat edən müsəlman və kafirlərin uşaqlarının hara düşməsi barəsində alimlər ixtilaf etmişlər. Alimlər müsəlmanların uşaqlarının Cənnətə düşməsi barəsində ittifaq etsələrdə, kafirlərin uşaqları barəsində ixtilaf etmiş və yeddi rəy irəli sürmüşlər. Bunlar ən məhşuru iki rəydir.
Birinci rəy: Onlar Cənnətə düşəcəklər. Dəlil Buxarinin rəvayət elədiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: Atam İbrahimi Cənnətdə gördüm və ətrafında müsəlmanların uşaqları var idi. Səhabələr "müşrüklərin övlarları necə?"-deyə soruşduqda Peyğəmbər(Allahın ona salavat və salamı olsun) "Müşrüklərin övladları da vardı-deyə cavab verir".
İkinci rəy: Qiyamət günü onlar fitrət əhli kimi təzədən imtahan olunacaqlar. Uca Allah buyurur: "Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik". (əl-İsra, 15)
Bu iki rəydən birincisi daha doğru görünür. Düzünü Allah bilir


ALLAH bizləri haqq yoldan çıxartmasın!

Yazını medine - Şənbə, 02.01.2010, 16:29
 
XEDICE73Tarix: Şənbə, 20.02.2010, 01:15 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
ZİLHİCCE AYININ İLK ON GÜNÜNÜN FEZİLETİ

Hemd (şükür, terif, minnetdarlıq), Alemlerin Rebbi olan Allaha aiddir. Salat ve salam da peyğemberlerin efendisi (ağası, xatemi, sonuncusu), Mehemmede (ona ve ailesine salam olsun) olsun.
Heç şübhesiz ki Allah Tealanın, saleh qullarına ilin müeyyen günlerini çox saleh emel işlemeleri üçün tesis etmesi, Onun qullarına olan lütf ve lütfkarlığındandır. Ele mehz bu günlerden biri de Zilhicce ayının ilk on günüdür.Zilhiccenin ilk on gününün fezileti haqqında Quran ve sünneden deliller gelmişdir. Aşağıda aye ve hedislerden bezilerini delil olaraq size teqdim edirik:

Allah Teala bele buyurmuşdur:
“1 - And olsun dan yerine; 2 - And olsun on geceye…” (el-Fecr (Dan yeri) suresi, 1-2).
İbn Kesr -Allah ona rehmet etsin- ayedeki on geceden meqsedin; İbn Abbas, İbn Zubeyr, Mücahid ve başqalarının dedikleri kimi: “Zilhiccenin ilk on günüdür” demişdir.
2. İbn Abbasdan -Allah ondan razı olsun- revayet olunduğuna göre, Peyğember (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
"Allah Teala nezdinde içerisinde edilen saleh emelin daha sevimli olduğu bu on günden -yeni Zilhicce ayının ilk on gününden- başqa bir gün yoxdur.
Sehabe: “Ey Allahın Elçisi! Allah yolunda cihaddamı (bu günde edilen emellerin evezini vere bilmez)?” dediler.
Resulullah (ona ve ailesine salam olsun): “Allah yolunda cihad bele (bu günde edilecek emellerin evezini vere bilmez). Ancaq Allah yolunda (döyüşmek üçün) canı ve malıyla çıxan ve bu ikisinden heç bir şeyle geri dönmeyen kimse bunun xaricindedir” buyurdu.

Allah Teala bele buyurmuşdur:
“- Bele ki, öz menfeetlerinin şahidi olsunlar ve melum günlerde Allahın onlara ruzi verdiyi (dördayaqlı) heyvanların üstünde (onları qurban keserken) Onun adını çeksinler (bismillah desinler). Onlardan özünüz de yeyin, biçare (zavallı) yoxsullara da yedirdin!” (el-Hecc (Hecc) suresi, 28).
İbn Abbas -Allah ondan razı olsun-: “Ayede keçen melum günlerden qesd; Zilhiccenin ilk on günüdür” demişdir.
4. Abdullah b. Ömerden -Allah ondan ve atasından razı olsun- revayet olunduğuna göre, Resulullah (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
“Allah Teala dergahında içerisinde saleh emel işlenen bu on günden ecri daha böyük ve Onun daha çox xoşuna gelen başqa bir gün yoxdur. O halda, bu günlerde bol-bol tehlil (le ilehe illallah), tekbir (Allahu Ekber) ve tahmid (el-hemdulillah) getirin”.
5. Hafiz İbn-i Hecer -Allah ona rehmet etsin- Fethu'l-Bari adlı eserinde bele demişdir:
"Göründüyü kimi Zilhiccenin ilk on gününün diger günlerden üstün olmasının sebebi; ibadetlerin esası olan namaz, oruc, sedeqe ve hecc kimi ibadetlerin eyni zamanda eda edilmesinden öteridir. Bu üstünlükleri diger günlerde elde etmek mümkün deyil”.

ZİLHİCCE AYININ İLK ON GÜNÜNDE EDİLMESİ MÜSTEHAB OLAN EMELLER:

1. Bol-bol nafile namaz qılmaq.
Ferz namazları eda etmek üçün mescidlere erken getmek ve bol-bol nafile namaz qılmaq. Çünki nafile namazlar, insanı Allah Tealaya yaxınlaşdıran en feziletli emellerdendir.
Nece ki, Sevbandan -Allah ondan razı olsun- revayet olunduğuna göre, Resulullah (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
“(Namazda) Allaha çox secde et. Çünki sen, Allaha her secde etdikce, o secde sebebiyle Allah da senin (cennetdeki) dereceni yükselder, bir günahını da siler”.
Bu ecr (mükafat) her vaxt üçün etibarlıdır.

2. Nafile oruc tutmaq.
Heç şübhesiz ki, bu günlerin hamısını ve ya gücü çatdığı qederini, xüsusile de Erefe gününü orucla keçirmek, emellerin en feziletlisidir. Çünki Allah Teala, orucu özü üçün seçmişdir.
Nece ki, Ebu Hureyreden -Allah ondan razı olsun- revayet olunduğuna göre, Peyğember (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
“Allah –subhanehu ve teala- buyurur ki: Oruc, menim üçündür, onun mükafatını da men vererem. Çünki o (oruclu), şehvetini, yemesini ve içmesini menim üçün terk etmişdir. Oruc, cehenneme (ve ya cehenneme aparan şehvetlere) qarşı bir qalxandır. Oruclu üçün iki sevinc anı vardır: (Birincisi:) İftarını açdığında seviner. (İkincisi: Qiyamet günü) Rebbinin hüzurunda orucunun savabını tapdığında seviner. And olsun ki, oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözeldir”
Huneyde b. Xalid, xanımından, o da Peyğemberin (ona ve ailesine salam olsun) bezi xanımlarından revayet etdiyine göre, o bele demişdir:
“Resulullah (ona ve ailesine salam olsun) Zilhicce ayının ilk 9 günü, Meherrem ayının 10 günü, her ayın ilk Bazar ertesi günü ile sonrakı iki Cüme axşamı günleri olmaq üzre 3 gün oruc tutardı” (Ehmed, Ebu Davud, Nesai).
İmam Nevevi -Allah ona rehmet etsin-: “Zilhicce ayının ilk on günü tutulan oruc çox müstehebdır", demişdir.
Ebu Seid el-Xudriden-Allah ondan razı olsun- revayet olunduğuna göre, Resulullah (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
“Her kim, Allah üçün bir gün oruc tutsa, o gün tutduğu oruc sebebiyle Allah onun üzünü yetmiş illik mesafe qeder cehennemden uzaq eder” (Buxari ve Müslim).
Peyğember (ona ve ailesine salam olsun) Erefe gününün orucu haqqında ise bele buyurmuşdur:
“Erefe gününün orucunun, (oruc tutan kimsenin) bir evvelki il ile bir il sonrakı ilin (kiçik) günahlarına keffare olmasını ümid edirem” (Müslim).
Bu hedis onu bildirir ki, Erefe gününde tutulan oruc hem keçen ilin, hemde gelen ilin günahlarını yuyur. Allah resulunun qelbinde bele bir açıq ümid olmuşdur. Çünki onun ümidlenmesi bizim kimi boş yere deyildir.
Lakin Erafatda olan, yeni hecc eden kimsenin, Erefe günü oruc tutması müsteheb deyil. Çünki Peyğember (ona ve ailesine salam olsun) Erafatda oruclu olaraq veqfede dayanmamış, eksine insanlar özünün oruclu olmadığını görsünler deye bir qedeh süd içmişdir.

3. Hecc ve ümre etmek.
Bu günlerde edilen emellerin en feziletlisi, hecc ve ümredir. Hecc ve ümrenin en feziletli emel olduğuna delalet eden bir çox hedis vardır.
Bele ki, bunlardan birinde Peyğember (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
“İki ümre arasında edilen (kiçik) günahlara, bu iki ümre keffare olar. (günahları siler). Qebul olunan heccin qarşılığı, ancaq cennetdir” (Buxari ve Müslim).

4. Bu günlerde çoxlu tekbir (Allahu Ekber), tehlil (Le İlehe İllallah) ve tehmid (El-Hemdulillah) getirmek (demek).
Bununla bağlı İbn Ömerin -Allah ondan ve atasından razı olsun- yuxarıda zikr edilen revayetinde ifade etdiyi kimi, Resulullah (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
"Allah Teala nezdinde içerisinde saleh emel işlenen bu on günden ecri daha böyük ve Onun daha çox xoşuna gelen başqa bir gün yoxdur. O halda, bu günlerde bol-bol tehlil, tekbir ve tehmid getirin” (Ehmed bin Henbel).
İmam Buxari -Allah ona rehmet etsin- bu barede bele demişdir:
“Abdullah b. Ömer ve Ebu Hureyre -Allah ikisinden de razı olsun- Zilhiccenin ilk on gününde bazara çıxıb yüksek sesle tekbir getirer, insanlar da onlarla birlikde tekbir getirerdiler”.
Yene, İmam Buxari -Allah ona rehmet etsin- bu barede bele demişdir:
“Ömer b. Xettab -Allah ondan razı olsun- bu günlerde Minadakı çadırında tekbir getirer, Hayf mescidinde olan ve onu eşiden müselmanlarla birlikde bazar ve bazardakı insanlar Mina tekbir sesleriyle inleyecek şekilde tekbir getirerdiler”.
Abdullah b. Ömer, Minada bu günlerin hamısında, ferz namazlardan sonra, yatağında, çadırında, meclisinde ve yolda tekbir getirerdi.
Ömer b. Xettab, oğlu Abdullah ve Ebu Hüreyrenin davranışları olduğu üçün, bu günlerde açıqdan ve yüksek sesle tekbir getirmek, müstehebdir.
Biz müselman olaraq, indiki vaxtda iten, unudulan ve terk edilen, hetta -kederlenerek söylemek lazımdır ki- ilk müselmanların yaşadıqlarının eksine, bezi saleh keslerin bele haradasa unutduğu bu sünneni, tekrar yaşatmağımız lazımdır.

BU GÜNLERDE DEYİLEN TEKBİRİN SÖYLENİŞ ŞEKİLLERİ:

a). Allahu Ekber, Allahu Ekber, Allahu Ekber.
b). Allahu Ekber , Allahu Ekber, La ilahe illellah, Vallahu Ekber, Allahu Ekber, Ve lillehil-Hemd.
c). Allahu Ekber, Allahu Ekber , Allahu Ekber, La ilahe illellah, Vallahu Ekber, Allahu Ekber, Allahu Ekber, Velillahil-hemd.

5. Qurban bayramının birinci gününün feziletli olması

Qurban bayramının birinci gününün fezileti çox böyükdür. Bir çox müselman bu günün feziletinden, şanının deyerini bilmekden ve feziletinin saysız oluşundan xebersizdir. Bezi İslam alimleri bu günü, ilin müzakiresiz (ixtilafsız) en feziletli günü, hetta Erefe gününden bele üstün görmüşler.
İmam İbn Qeyyum -Allah ona rehmet etsin- bu barede bele demişdir:
“Allah qatında günlerin en xeyirlisi, Hecci Ekber günü olan qurban günüdür”.
Nece ki, Abdullah b. Kurddan -Allah ondan razı olsun- revayet olunduğuna göre, Peyğember (ona ve ailesine salam olsun) bele buyurmuşdur:
“Allah Tebareke ve Teala qatında günlerin en böyüyü (en ezemetlisi); qurban günüdür. Ondan sonra teşrik günlerinin başlanğıcı ve cemreleri daşlamaq üçün Minada qalmaq üçün başlanan on birinci gündür” (Ebu Davud, Albani sehihlemişdir).

Bezi alimler de aşağıdakı sebeblerden öteri Erefe gününün daha feziletli olduğunu söylemişler:

1. O günde tutulan oruc, iki ilin kiçik günahlarına keffare olar.
2. Allah Teala, o günde qullarını cehennem ezabından bağışladığı qeder başqa bir günde bağışlamaz.
3. Allah Tealanın rehmet ve comerdliyi, Erafatda olan qullarına yaxın olar ve Allah Teala, onlarla meleklerine qarşı fexr eder.
Lakin doğru olan görüş (rey), ilin en feziletli gününün qurban bayramının birinci günü olduğunu söyleyen birinci görüşdür. Çünki buna delalet eden hedise zidd başqa bir hedis revayet olunmamışdır.
İster qurban bayramının birinci günü olsun, isterse de Erefe günü en feziletli gün olsun, müselmana düşen vezife; hacı olsun, evinde qalan olsun, bu günlerin feziletini derk etmek ve eline keçen bu fürseti en yaxşı şekilde qiymetlendirmekdir.
Allah teala biz qullarına bu günlerin deyerini vermekde kömek etsin. Amin!

----------------
ZİLHİCCE AYININ İLK ON GÜNÜNÜN FAZİLETİ
Muhammed Şahin
Tercüme ve tedqiq eden:
Ekrem Hesenov (İlahiyyatçı)


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
UmarTarix: Çərşənbə axşamı, 20.07.2010, 16:41 | Yazı # 4
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz?

Sual: Salehlik yoluna təzə qədəm qoyan gəncə nə nəsihət edirsiniz?

Cavab: Həmd Allaha məxsusdur.

Doğru yol ilə gedən bu gəncə bizim nəsihətimiz inşəAllah budur:

1. Onu sabit-qədəm etməsi və doğru yolda tutması üçün həmişə Allaha dua etsin;

2. Xeyli Quran oxusun və ayələrin mənaları üzərində təfəkkür etsin, çünki bu Quranın qəlbin üzərində böyük təsiri vardır. Bir insan Qurani diqqətlə oxuyarsa və ayələrin mənaları üzərində düşünərsə ona böyük təsiri olar;

3. İbadət əməllərini müntəzəm şəkildə sıxılmadan, bezmədən və yaxud tənbəlliyə yol vermədən etməyə cəhd etsin. Çünki Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) acizlik və tənbəllikdən Allaha sığınardı;

4. Yaxşı insanlar ilə dostluq etməyə və pis yoldaşlar ilə dostluq etməkdən uzaq durmağa çalışsın;

5. Nəfsi ona təsir etməyə başladıqda özünə nəsihət edərək belə söyləsin: Məsafə uzaq yol isə uzundur. Özünə sabit-qədəm olmağı təlqin etsin. Çünki Cənnətə gedən yol məşəqqətlər, çətinliklər ilə əhatə olunub, Cəhənnəm isə həva, istək, şəhvətlər ilə əhatə olunub;

6. Pis dostlardan uzaq dursun. Hətta dostluq etdiyi kəslər islamdan öncə onun dostları olsalar belə. Çünki pis dostlar ona mənfi istiqamətdə təsir edəcəkdir. Elə bu səbəbdəndir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Pis dostun bənzəri körük işlədənin bənzəridir, o ya sənin paltarını yandıracaq, ya da onun pis qoxusundan sənə dəyəcəkdir.” Sitatın sonu.

Şeyx Muhəmməd ibn Üseymin, Allah ona rəhmət etsin
Açıq Görüşdən, 1/153

Muhəmməd ibn Salih əl-Üseymin


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
UmarTarix: Çərşənbə axşamı, 20.07.2010, 16:42 | Yazı # 5
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Dəvətçi dini öyrətmək məqsədilə naməhrəm qadın ilə baş-başa qala bilərmi?

Sual: Təlim-tədris məqsədi ilə dəvətçi bir şəxs naməhrəm qadın ilə tənha (xəlvətdə) qala bilərmi?

Cavab: Həmd Allaha məxsusdur.

İslama dəvət etmək və yaxud təlim-tədris məqsədilə bir dəvətçinin (naməhrəm)qadın ilə tənha qalması icazəli deyil. Çünki bu haramdır. İtaət və ibadətə aparan vasitələr haram ola bilməz. Sitatın sonu.

Şeyx ibn Üseymin, Allah ona rəhmət etsin, “əl-İcə`bət a`lə əsilət-əl Cə`liyə`t, 1/20

Muhəmməd ibn Salih əl-Üseymin


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Muslimah_92Tarix: Bazar ertəsi, 04.06.2012, 21:48 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Assalamu aleykum!
Öz əsərləri ilə ümmətə böyük xidmətlər etmiş Muhamməd Zahid əl-Kəvsəri "Makalat"da (səh:245-250) hicabla bağlı gözəl bir məqalə yazmışdır. Bu məqalə Muhammed YELKENCİ tərəfindən türkcəyə çevrilmişdir.
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru