[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Qızıl sözlər
Qızıl sözlər
medineTarix: Şənbə, 12.09.2009, 01:18 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Qızıl sözlər

Fəsil: Zikr

- Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuşdur: “Allahı çoxlu zikr edin, çünki zikr şəfadır. İnsanların qeybətlərini etməyin, çünki qeybət etmək xəstəlikdir”.

- Mucahid (Allah ona rəhmət eləsin) demişdir: “Allahı ayaq üstə, otura-otura, uzana uzana zikr etməyincəyə qədər nə kişi nə də ki, qadın Allahı çoxlu zikr edənlərdən sayılmazlar”.

- Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Üç şeydə şirinliyi dadın! Namazda, Allahı zikr etməkdə, Quran oxumaqda. Bunlar sizdə yoxdursa bilin ki, qapı bağlıdır”.

- İmam Əbu Meysarah (Allah ona rəhmət eləsin) demişdir: “Allah ancaq pak yerdə zikr olunar”.

- Bir nəfər Həsən əl-Basrinin (Allah ona rəhmət eləsin) yanına gələrək qəlbinin sərt olmasından şikayət edir. Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurur: “Allahzı zikr etməklə onu müalicə elə”.

- Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Qəlb üçün zikr, balıq üçün suya bənziyir. Balıq sudan ayrıldıqdan sonra halı necə olar?!”

Fəsil: Quran oxumaq

- Həsən əl-Basri (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Üç şeydə şirinliyi dadın! Namazda, Allahı zikr etməkdə, Quran oxumaqda. Bunlar sizdə yoxdursa bilin ki, qapı bağlıdır”.

- Abdul-Həmid əl-Həmməni Sufyan əs-Sövridən demişdir: “Qəlbləriniz təmiz olarsa Quran oxumaqdan doymazsınız”.

- Abdullah ibn Məsud (Allah ondan razı olsun) buyurmuşdur: “Kim bilmək istəyirsə o Allahı sevir ya yox, özünü Qurana fəda versin. Quranı sevdikdə Allahı sevmiş olur. Çünki Quran Allahın kəlamıdır”.

- Fudeyl ibn İyad (Allah ona rəhmət eləsin) demişdir: "Quranı daşıyan kəs İslam bayrağını daşıyandır".

- Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: "Üç şey zehni gücləndirir və bəlğəmi aparır; sivakla dişləri təmizləmək, oruc tutmaq və Quran oxumaq".

- Qatədə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Quran sizə xəstəliklərinizi və onun dərmanını göstərir. Sizin xəstəlikləriniz etdikləriniz günahlar, dərmanı isə istiğfardır”.

- Abdullah ibn Abbas (Allah onlardan razı olsun) buyurmuşdur: "Bir surəni aram, tədəbbür ilə oxumağım bütün Quranı oxumağımdan daha sevimlidir".

Fəsil: Ölüm barədə

- Əbu əd-Dərdə (Allah ondan razı olsun) buyurur: “Ölümü tez-tez xatırlayın, o zaman çox şeyə paxıllıq etməyəcək və çox şeyə sevinməyəcəksiniz”.

- Şeyxul-İslam ibn Teymiyyə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “İki şey mənə bu dünyanın ləzzətindən dadmağa imkan vermirdi. Bunlar – ölüm haqqında fikirləşmək və Uca Allahın qarşısında necə duracağımı düşünməkdir”.

- Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib, yaxud bir müsafir kimi ol!". Abdullah ibn Ömər (Allah onlardan razı olsun) hər dəfə bu hədisi rəvayət etdikdən sonra əlavə edərdi: “Axşama çıxdıqda səhərə sağ qalacağını, səhərə çıxdıqda isə axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!".

- Əbu Hüreyrə (Allah ondan razı olsun) ölüm ayağında olarkən ağlayaraq deyir: “Mənim sursatım azdır, qarşımda isə səhra böyükdür və mən bilmirəm o, harada qurtaracaq Cənnətdə, yoxsa Cəhənnəmdə”.

Fəsil: Vaxtdan səmərəli istifadə etmək

- Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) mənim çiynimdən tutub dedi: "Dünyada bir qərib, yaxud bir müsafir kimi ol!". Abdullah ibn Ömər (Allah onlardan razı olsun) hər dəfə bu hədisi rəvayət etdikdən sonra əlavə edərdi: “Axşama çıxdıqda səhərə sağ qalacağını, səhərə çıxdıqda isə axşama sağ qalacağını gözləmə. Xəstələnənədək sağlamlığından və ölənədək həyatından istifadə et!".

- Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir: "Həqiqətən, dünya gəldi-gedərdi və o, artıq geridə qalmışdır. Axirət isə qarşıda hər kəsi gözləməkdədir. İkisinin də öz oğulları (qəlbən ona bağlı olan adamlar) vardır. Siz dünya oğullarından deyil, axirət oğullarından olun! Bu gün bir iş görürsünüz, amma sorğu-sual olunmursunuz. Sabah isə sorğu-sual olunacaq və heç bir iş görə bilməyəcəksiniz".

Fəsil: Elmin fəziləti

- Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun) buyurmuşdur: Elmi üç şey üçün öyrənmə və üç şey üçündə tərk eləmə. Elmi mübahisə etmək, öyünmək və riya üçün öyrənmə. Elmi utanaraq, alçalanaraq, cahil qalacağına görə tərk eləmə.

- Ömər ibn Abdul-Əziz (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Kim Allaha elimsiz ibadət edərsə islah etdiyindən çox fəsad edər”.

- Sufyan əs-Sövri (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Yaxşı işləri əmr edib pis işlərdən çəkindirmək üçün müsəlmanda üç xisal olmalıdır; əmr edib pis işlərdən çəkindirdikdə mülayim, adil və elimli olmalıdır”.

Fəsil: Alimlərin fəziləti

- Xətib əl-Bağdadi (Allah ona rəhmət eləsin) və Əbu Hənifə (Allah ona rəhmət eləsin) demişlər: “Alimlər Allahın vəliləri deyilsə, onda Allahın vəlisi yoxdur”.

- Ubeydullah ibn Əbu Cəfar (Allah ona rəhmət eləsin) demişdir: “Alimlər diyarların nurlarıdır. İnsanlar onların saçdığı nur ilə hidayətə çatırlar”.

- Salman əl-Farisi (Allah ondan razı olsun) demişdir: “Müəllimin məsəli kişinin qaranlıq yoldan insanların keçməsi üçün düzəltdiyi nura bənzəyir.”

- Əli ibn Əbu Talib (Allah ondan razı olsun) buyurmuşdur: “Alimin sənin üzərində olan haqqı bütün insanlara salam verdikdə, onunla əl verərək xüsusi
görüşmək, qabağında oturduqda barmaqları şaqqıldatmamaq, yuxulamamaq, “filankəs sənin rəyinə müxalif söz deyir”– deməmək, onun yanında kiminsə qeybətini etməməkdir”.

- Şabi (Allah ona rəhmət eləsin) deyir: “Zeyd ibn Sabit (Allah ondan razı olsun) miniyinə minmək üçün getdi və ayağını miniyə qoydu, Abdullah ibn Abbas (Allah
ondan razı olsun) onun rahat minməsi üçün miniyindən tutdu. O, Abdullah ibn Abbasdan buraxmasını tələb etdikdə Abdullah ibn Abbas (Allah ondan razı olsun): “Yox, biz alimlər və böyüklərimizlə bu cürə edirik”– dedi”.

- İbn Sirin (Allah ona rəhmət eləsin) demişdir: “Həqiqətən bu elm dindir, dininizi kimdən götürdüyünüzə diqqət edin”.

- İbn Sirin (Allah ona rəhmət eləsin) demişdir: “Sələfilər elm öyrəndikləri kimi ədəbi öyrənirdilər”.

- Abdullah ibn Mubarək (Allah ona rəhmət eləsin) demişdir: “Bizim bəzi ədəblərə ehtiyacımız bir çox hədislərdən daha öncədir”.

- Zəkəriyyə əl-Ənbəri (Allah ona rəhmət eləsin) demişdir: “Ədəbsiz elm yanmayan oduna bənzəyir, elmsiz ədəb isə cəsədsiz ruha”.

- Malik ibn Ənəsin (Allah ona rəhmət eləsin) anası həmişə ona deyərdi: “Rabinin yanına get və ondan elmdən öncə ədəbi öyrən”.

- Rabi ibn Süleyman (Allah ona rəhmət eləsin) demişdir: “Şafi mənim üzümə baxa-baxa mən su belə içməzdim”.

- Meymun ibn Mehran (Allah ona rəhmət eləsin) demişdir: “Qəlbimin islahını alimlərlə oturmaqda tapardım”.

- İbn Asəkir (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Alimlərin əti zəhərlidir”.

- Əhməd ibn Hənbəl (Allah ona rəhmət eləsin) demişdir: “Alimlərin əti zəhərlidir. Kim iyləyərsə, xəstələnər, kim onu yeyərsə, məhv olar”.

- İbn Asəkir (Allah ona rəhmət eləsin) demişdir: “Kim alimləri söyərsə, ölümündən qabaq Allah onu qəlbinin ölməsi ilə imtahana çəkər”.

- Abdullah ibn Mübarək (Allah ona rəhmət eləsin) demişdir: “Alimləri lağa qoyanın Axirəti məhv olar”.

- Quteybə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Hər bir kimsə hədis əhlini sevirsə, bil ki o, sünnə əhli, sevmirsə, bil ki o, bidət əhlidir."

- Əbu Hətim (Allah ona rəhmət eləsin) oğluna deyir: “Əhməd ibn Hənbəli sevən kəs bil ki, sünnə əhlidir”.

- Mərvəzi (Allah ona rəhmət eləsin) dedi: “Tursusdan bir nəfər gələrək xəbər verdi: “Rumda müharibədə olanda mücahidlər gecə vaxtı əllərini qaldırıb deyərdilər: “Abu Abdullah (Əhməd ibn Hənbəl) üçün dua edin”.

- Həşur ibn İsmail (Allah ona rəhmət eləsin) Bağdadda ikən Muhəmməd ibn İsmailin gəlişini eşidərək deyir: “Bu gün Bağdada alimlərin seyyidi daxil oldu”.

- Əyyuba (Allah ona rəhmət eləsin) əhli sünnədən olan bir nəfərin ölüm xəbərinı verdikdə o dedi: “Əhli sünnədən bir nəfəri itirdikdə bədənimdən bir üzvü itirmiş kimi mənə ağır gəlir”. Bir qədər susduqdan sonra dedi: “Əhli sünnənin ölümünü arzulayanlar Allahın nurunu söndürmək istəyənlərdir.

- Yəhyə ibn Cəfər (Allah ona rəhmət eləsin) demişdir: Mən ömrümdən kəsib Buxariyə verə bilsəydim, bunu edərdim. Mənim ölümüm adi insanın ölümü, onun ölümü isə elmin getməsidir.

- Əbu Hənifə (Allah ona rəhmət eləsin) şeyxi Həmməd üçün demişdir: “O, mənə elm öyrətdikdən sonra elə bir namaz qılmadım ki, ona və valideynlərimə dua etməyim”.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
ILKIN(QUL)Tarix: Çərşənbə, 30.12.2009, 18:44 | Yazı # 2
Qrup: İstifadəçi
Yazı: 2
Reputasiya: 0
Status: Saytda deyil
ela
 
XEDICE73Tarix: Çərşənbə axşamı, 01.06.2010, 01:57 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
KAS SENI QORE BILEYDIM.

ALLAHIM! KAS SENI QORE BILEYDIM
KAS SENIN QARSINDA DURA BILEYDIM
SENIN NURUNDAN ALA BILEYDIM!

YA RABBIM HARDANDIR BU ISTEK MENDE?
HARDANDIR BU QUC BU QUVVET MENDE?
BUTUN BUNLARI SEN VERDIN MENE
SENIN ISTEYINLE QELDIM DUNYAYA
SEN OL! DEMEYINLE VAR ETDIN MENI.

YASADIM BU DUNYADA ARZULARIMLA
YASADIM,OVLADLARI YASADMAQ UCUN
YASADIM ARZULARA MEN CATMAQ UCUN,

AMMA INDI BASQADIR ARZUM
SENI QORMEK UCUN YASAYIRAM MEN
BIZE VERDIYIN HER BIR AYENI
YASAYARAQDAN YASAMAQ ISTEYIREM MEN

SEN ACDIN MENIM BASARAT QOZUMU
SEN TANITDIRDIN MENE OZUN-OZUNU
ALLAHIM! SAVABIM AZ,QUNAHIM COXDUR
SENIN HUZURUNA QELMEYE HEC UZUM YOXDUR

IBRAHIM XELILULLAH VAXTI CATANDA
DOST-DOSTA QIYARMI?SOYLEDI SENE
BES DOST- DOSTA QOVUSMAQDAN QACARMI?
DEYE VERDIN CAVABI
KAS O CAVABI MENE VEREYDIN
MENIDE OZUNE BIR DOST BILEYDIN.

HEQIQET FEYZI.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Qızıl sözlər
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru