[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » ANA-ATA ILƏ MÜNASİBƏT
ANA-ATA ILƏ MÜNASİBƏT
medineTarix: Çərşənbə, 12.08.2009, 14:03 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Həmd, şükr və tə’rif aləmlərin Rəbbi olan, Allaha məxsusdur. Allahın salavatı və salamı seçilmiş, sevimli və sonuncu peyğəmbərinə, onun ailəsinə, səhabələrinə və qiyamət gününə qədər onları özlərinə dost edənlərin üzərinə olsun.
Həmd olsun Allaha ki, bizə hidayət verdi, bizi doğru yola yönəltdi, bizi müsəlmanlardan — Ona təslim olanlardan etdi. Bizə peyğəmbərlərini və kitablarını göndərdi, haqqı göstərdi. Onların vasitəsilə Allah öz haqqını, hərkəsin ayrıca haqqını, digər insanların haqqını və digər məxluqatların haqqını bəyan etdi.

Muaz bin Cəbəldən (Allah ondan razı olsun) rəvayət olunur: “Bir dəfə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yol gedərkən uzunqulağa minib, məni də tərkinə almışdır. O, mənə dedi: “Ey Muaz, bilirsənmi Allahın Öz bəndələri və bəndələrin Allah üzərindəki haqqı nədir?” Dedim: “Onu Allah və Rəsulu daha yaxşı bilər”. Dedi: “Allahın bəndələri üzərindəki haqqı odur ki, onlar Ona ibadət etsinlər və Ona heç nəyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərindəki haqqı odur ki, Ona heç nəyi şərik qoşmayanlara əzab verməsin...”.
Bu hədis Allahın və bəndələrin haqqını açıq-aydın göstərir. Müqəddəs kitabımızda bu hədisi təsdiqləyən “ALLAHA IBADƏT EDIN VƏ ONA HEÇ NƏYI ŞƏRIK QOŞMAYIN” kimi ayələr çoxdur.
Yuxarıda göstərdiyimiz haqqlardan biridə digər insanların haqqıdır. Digər insanlara hər kəsin ailəsi, valideynləri, qohum və yaxınları, qonşuları, yaşadığı kənd, şəhər, rayon, dövlət, millət və nəhayət ümmətin əhalisi daxildir. Bu çox saylı insanların içərisində valideyn və qohumların xüsusi mövqeyi, yeri var. Insanın borcu, əvvəlcə onu yoxdan var edən Allaha ibadət etmək, sonra da Onun yaratdıqlarına şəfqət və mərhəmət göstərməkdir. Yaradılmışlar içərisində birincilik, üstünlük onun var olmasının, dünyaya gəlməsinin səbəbi olan ana və ataya verilmiş, onlara itaət edilməsi əmr edilmişdir.
Şükür-sənalar olsun Allaha ki, “BIZ INSANA ATA-ANASINA YAXŞILIQ ETMƏYI, (ONLARLA GÖZƏL DAVRANMAĞI) TÖVSIYƏ ETDIK...” (Ənkəbut, 8; Əl-Əhqaf, 15 və s), “MƏNƏ VƏ ATA-ANANA ŞÜKR ET...” (Loğman, 14) kimi ayələrlə bizə ata-ana haqqının ucalığını, Özündən sonra insanlar içərisində şükrə, itaətə hamıdan əvvəl ata-ananın layiq olduğunu bildirdi. Həmçinin “QOHUMLUQ ƏLAQƏSINI KƏSMƏKDƏN HƏZƏR EDIN! ŞÜBHƏSIZ KI, ALLAH SIZIN ÜZƏRINIZDƏ NƏZARƏTÇIDIR” (Ən-Nisa, 36) kimi çox-saylı ayələrlə qohum və yaxınların haqqını da verməyi əmr etdi.
Son zamanlarda uzun illər hökm sürən “dinsiz”likdən sonra insanlar arasında dinə, Allaha qayıdış başlanmışdır. Xüsusilə gənclərimiz Allaha itaət və ibadət yoluna qayıdır, pis əməllərdən, haramlardan və günahlardan çəkinməkdədirlər. Lakin Islamı düzgün təbliğ etməyənlərin xətaları, elmsizliyi, hikmətdən uzaq olmaları ucbatından və həmçinin bu xüsusiyyətlərə malik Islamı qəbul edən bə’zi gənclərimiz ata-ana haqqını, qohum və yaxınlarının haqqını düzgün dərk etmirlər. Namaz qılmaqla, oruc tutmaqla özlərini Allah qarşısında olan haqqlarını vermiş sayırlar. Namaza, oruca yeni başlayanların əksəriyyəti, hətta uzun müddət islamda olanların bə’ziləri ailə və qohum münasibətlərini düzgün qurmurlar. Nəticədə haqlı narazılıqlar, hətta düşmənçilik münasibəti yaranır. Ata-ana və övladlar arasında, qohum və yaxınlar arasında bir-birinə nifrət yaradaraq, haqsız və çox təhlükəli ittihamlar edərək (bir-birini kafir kimi ittiham etmək), günah və xətalara və s. xoşa gəlməz hallara və nəticədə dinə, islama ləkə salacaq zidd hərəkətlərə, əməllərə yol verirlər.
Sadalanmış bu hallar gənclərimizdə olduğu üçün Allahın kitabından və peyğəmbərimizin hədislərindən müəyyən ayə və hədisləri seçərək bu kitabçanı hazırlamaq qərarına gəldik. Kitabça hazırlanarkən Qur’ani-Kərimin tərcüməsindən və Imam ən-Nəvəvinin “Riyadus-Salihin” hədis kitabından istifadə edilmişdir.
Özümüzə və qardaşlarımıza bu və digər məsələlərdə tövbə etməyi tövsiyə edirik. Çünki, Allah-Sübhənəhu və Təala bütün mö’minlərə tövbə etməyi əmr edərək buyurur: “EY MÖMINLƏR! HAMINIZ ALLAHA TÖVBƏ EDIN KI, BƏLKƏ, NICAT TAPASINIZ!” (Ən-Nur, 31).
Ümidvaram ki, Allah tövbələrimizi qəbul edər. Çünki Allah təala buyurur: “MƏGƏR ONLAR BILMIRLƏR KI, ALLAH ÖZ QULLARINDAN TÖVBƏLƏRINI QƏBUL EDƏR... ALLAH TÖVBƏLƏRI QƏBUL EDƏNDIR, RƏHMLIDIR?!” (Ət-Tövbə, 104).
Allahdan bizi və müsəlman qardaşlarımızı faydalandırmağı, bunu onlara doğru yönəlmiş çağırış və haqlı nəsihət hesab etməyi rica edirik.
Allah hamıya xeyir-və bərəkət bəxş etsin. Kitabçanın hazırlanmasında zəhməti olanlara və onu oxuyub əməl edənlərə savab əta etsin.
Məhəmmədə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun), ailəsinə, səhabələrinə və onların yolunu qiyamətə qədər davam etdirənlərə salavat və salam olsun!

MÖVZU ILƏ BAĞLI QURAN AYƏLƏRI

«YADINIZA GƏTIRIN KI, BIZ BIR ZAMAN ISRAIL OĞULLARINDAN: «ALLAHDAN QEYRISINƏ IBADƏT ETMƏYIN, VALIDEYNLƏRINIZƏ, YAXIN QOHUMLARINIZA, YETIMLƏRƏ, YOXSULLARA EHSAN (YAXŞILIQ, KÖMƏK) EDIN, INSANLARLA XOŞ DANIŞIN, NAMAZ QILIN, ZƏKAT VERIN!»—DEYƏ ƏHD-PEYMAN ALDIQ...» (əl-Bəqərə, 83).

«YAXŞI ƏMƏL HEÇ DƏ (IBADƏT VAXTI) ÜZÜNÜZÜ GÜNÇIXANA VƏ GÜNBATANA TƏRƏF ÇEVIRMƏKDƏN IBARƏT DEYILDIR. YAXŞI ƏMƏL SAHIBI ƏSLINDƏ ALLAHA, AXIRƏT GÜNÜNƏ, MƏLƏKLƏRƏ, KITABA (ALLAHIN NAZIL ETDIYI BÜTÜN ILAHI KITABLARA) VƏ PEYĞƏMBƏRLƏRƏ INANAN, ALLAHA MƏHƏBBƏTI YOLUNDA (VƏ YA MAL-DÖVLƏTI ÇOX SEVMƏSINƏ BAXMAYARAQ) MALINI (KASIB) QOHUM-ƏQRABAYA, YETIMLƏRƏ, YOXSULLARA, (PULU QURTARIB YOLDA QALAN) MÜSAFIRLƏRƏ, DILƏNÇILƏRƏ VƏ QULLARIN AZAD OLUNMASINA SƏRF EDƏN, NAMAZ QILIB ZƏKAT VERƏN KIMSƏLƏR, ELƏCƏ DƏ ƏHD EDƏNDƏ ƏHDINƏ SADIQ OLANLAR, DAR AYAQDA, ÇƏTINLIKDƏ (EHTIYAC, YAXUD XƏSTƏLIK ÜZ VERDIKDƏ) VƏ CIHAD ZAMANI (MƏŞƏQQƏTLƏRƏ) SƏBR EDƏNLƏRDIR. (IMANLARINDA, SÖZLƏRINDƏ VƏ ƏMƏLLƏRINDƏ) DOĞRU OLANLAR ONLARDIR. MÜTTƏQI OLANLAR DA ONLARDIR!» (əl-Bəqərə, 177).

«(YA MƏHƏMMƏD!) SƏNDƏN (ALLAH YOLUNDA) NƏ VERƏCƏKLƏRI HAQQINDA SORUŞANLARA SÖYLƏ: «MALINIZDAN VERƏCƏYINIZ ŞEY ATA-ANAYA, (YOXSUL) QOHUMLARA, YETIMLƏRƏ, MISKINLƏRƏ VƏ (YOLDA PULU QURTARAN) MÜSAFIRLƏRƏ MƏXSUSDUR»... (əl-Bəqərə, 215).

«EY INSANLAR! SIZI TƏK BIR ŞƏXSDƏN (ADƏMDƏN) XƏLQ EDƏN, ONDAN ZÖVCƏSINI (HƏVVANI) YARADAN VƏ ONLARDAN DA BIR ÇOX KIŞI VƏ QADINLAR TÖRƏDƏN RƏBBINIZDƏN QORXUN! (ADI ILƏ) BIR-BIRINIZDƏN (CÜRBƏCÜR ŞEYLƏR) ISTƏDIYINIZ ALLAHDAN, HƏMÇININ QOHUMLUQ ƏLAQƏLƏRINI KƏSMƏKDƏN HƏZƏR EDIN! ŞÜBHƏSIZ KI, ALLAH SIZIN ÜZƏRINIZDƏ NƏZARƏTÇIDIR!» (ən-Nisa, 1).

«ALLAHA IBADƏT EDIN VƏ ONA HEÇ BIR ŞEYI ŞƏRIK QOŞMAYIN! ATA-ANAYA, QOHUM-ƏQRABAYA, YETIMLƏRƏ, YOXSULLARA, YAXIN VƏ UZAQ QONUM-QONŞUYA, YAXIN YOLDAŞ VƏ DOSTLARA, (PULU QURTARIB YOLDA QALAN) MÜSAFIRLƏRƏ, SAHIB OLDUĞUNUZ QUL VƏ KƏNIZLƏRƏ YAXŞILIQ EDIN! HƏQIQƏTƏN, ALLAH ÖZÜNÜ BƏYƏNƏNLƏRI VƏ LOVĞALIQ EDƏNLƏRI SEVMƏZ!» (ən-Nisa, 36).

«O KƏSLƏR KI, ALLAHIN BIRLƏŞDIRILMƏSINI ƏMR ETDIYI ŞEYLƏRI BIRLƏŞDIRIR (QOHUMLUQ ƏLAQƏLƏRINI QORUYUB SAXLAYIR, MÖMINLƏRƏ HÖRMƏT EDIR), RƏBBINDƏN VƏ (QIYAMƏT GÜNÜ ÇƏKILƏCƏK) PIS HAQQ-HESABDAN QORXURLAR» (ər-Rəd, 21).

Yaşar Qurbanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Şənbə, 05.09.2009, 17:47 | Yazı # 2
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Əbu Hüreyrə (r.a.) Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət etmişdir: “Burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün; burnu torpaqda sürtünsün”. Kimin Ya Rəsulallah! deyə soruşdular. Hz. Peyğəmbər (s.ə.s): “Qocaldığında anasına, atasına; onlardan birinə yaxud ikisinə də yetişən, ancaq onlara yaxşılıq etmədiyi üçün cənnətə girməyən kimsənin...” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2551)

• Əbu Hüreyrədən (r.a.) rəvayət olunmuşdur: Bir adam: “Ya Rəsulallah! Mənimlə söhbət etməyə ən çox haqqı olan kimdir?” deyə soruşdu. Hz. Peyğəmbər (s.ə.s) də “Anandır, sonra anandır, sonra anandır; sonra atandır. Sonra da dərəcə dərəcə yaxınlarındır.” buyurdu. (Səhihi-Müslim, Birr Kitabı, Hədis: 2 (2548); Sünəni- Tirmizi, Birr və Sila Babı, Hədis: 1959)

• Abdullah ibn Məsuddan (r.a) rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s) “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana-ataya yaxşılıq etmək” dedi. “Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Səhihi-Müslim, İman Kitabı, 137)
• Peyğəmbərdən (s.ə.s) hansı əməlin daha fəzilətli olduğu soruşulduqda: İlk öncə “Allah Təala və Rəsuluna iman etməyi,” sonra “Allah Təala yolunda cihadı,” ondan sonra da “qəbul olunan həcc” buyurmuşdur. (Səhihi-Buxari, İman Kitabı, 19)

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah Təalaya və axirət gününə inanan kimsə qonşusuna əziyyət etməsin. Allah Təalaya və axirət gününə inanan kimsə qonağına ikram etsin. Allah Təalaya və axirət gününə inanan kimsə ya xeyir (söz) söyləsin ya da sussun.” (Səhihi-Buxari, Kitabül-Ədəb, c. VII, səh. 78-79)

• Əbu Hüreyrədan (r.a) rəvayət edilir: Rəsulullah (s.ə.s) (bir gün üç dəfə arxa arxaya and içərək) “Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz! Allah Təalaya iman etmiş olmaz!” buyurdu. (Oradakılar): “Ya Rəsulallah! Bu iman etməyən kimdir?” deyə soruşdular. Rəsulullah (s.ə.s): “Zülmündən və şərindən qonşusunun əmin olmadığı kimsə” deyə cavab verdi. (Səhih-Buxari, Ədəb Kitabı, c. VII, səh. 78)

• Əbu Hüreyrə (r.a) deyir: «Bir kişi Peyğəmbərin (s.ə.s) yanına gəlib dedi: "Ey Allahın elçisi! Kimə daha çox qayğı göstərməliyəm?" O dedi: "Anana". Kişi soruşdu: "Sonra kimə?" Peyğəmbər (s.ə.s) dedi: "Anana". Kişi təkrar soruşdu: "Bəs daha sonra kimə?" O yenə cavab verdi: "Anana". Kişi bir daha soruşdu: "Bəs daha sonra kimə?" Peyğəmbər (s.ə.s) Bu dəfə dedi: "Atana"» «əl-Buxari, 5971»

• Abdullah bin Amrdan (r.a) rəvayət olunan hədisdə Peyğəmbər (s.ə.s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır" -Səhabələr: "Ey Allahın elçisi! Kişi valideynlərini lənətləyərmi?" - deyə soruşduqda, o dedi: "Birinin ata-anasını söyür, o da qayıdıb onun ata-anasını söyür"» «əl-Buxari, 5973»

• Əbu Hüreyrə (r.a) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib, dedim: "Ey Allahın elçisi! Mən anamı islama dəvət edirdim, o bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hüreyrənin anasına hidayət versin! Peyğəmbər (s.ə.s) dedi: "Allahım, Əbu Hüreyrənin anasına hidayət ver!" Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: "Əbu Hüreyrə! Şəhadət verirəm ki, Allahdan başqa (ibadət haqqı olan) məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir". Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: "Ey Allahın elçisi! Gözün aydın! Allah sənin duanı qəbul etdi və Əbu Hüreyrənin anasına hidayət verdi» «Müslim, 6346»


ALLAH BIZLÄRI GORUSUN
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » ANA-ATA ILƏ MÜNASİBƏT
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru