[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Muhəmməd ibn Əbdülvəhhab, Osmanlı Xilafətinə qarşı çıxmışdır
Muhəmməd ibn Əbdülvəhhab, Osmanlı Xilafətinə qarşı çıxmışdır
medineTarix: Şənbə, 25.07.2009, 22:48 | Yazı # 1
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Muhəmməd ibn Əbdülvəhhab, Osmanlı Xilafətinə qarşı çıxmışdırmı?

Sual: Bəzi insanlar Muhəmməd ibn Əbdülvəhhab barədə çox pis danışırlar. Onu Osmanlı İslam Xilafətinə qarşı müharibə etməkdə ittiham edirlər. Nəticə olaraq müsəlmanların düşməni kimi qələmə verirlər. Bu onların arqumentidir. Bu doğrudurmu? Xəlifə namaz qılır, zəkat verir və digər xeyirli işlər görürsə müsəlmanların əmirinə qarşı necə döyüşmək olar axı? Həmçinin deyirlər ki, Əbdülvəhhab ingilis ordusu ilə müqavilə bağlayıb onlar ilə birilkdə müsəlmanlara qarşı vuruşmuşdur. Tarixi hadisələrin işığında mənə ətraflı cavab verib haqqın nə olduğunu mənə göstərə bilərsinizmi? Biz kimə inanaq?

Cavab: Həmd Allaha məxsusdur.

Bu dünyaya xeyir gətirən elə bir insan yoxdur ki, insanlar və cinlər arasından onun düşmənləri olmasın. Hətta Allah təalanın göndərdiyi elçilər belə bundan xilas ola bilməmişdir.

İnsanların alimlərə, xüsusilə də həqiqi islam dininin ardıcıllarına qarşı düşmənçiliyi ta qədimdən başlamışdır. İnsanlar onlara güclü düşmənçilik mövqeyində olmuşdur. Buna misal olaraq Şeyxülislam ibn Teymiyyəni, Allah ona rəhmət etsin, göstərə bilərik. Ona həsəd aparan, qısqanan bəzi kəslər onun qanını tökməyin halal olduğunu irəli sürmüş, digərləri onu zəlalətdə və islam dinindən çıxmaqda və mürtəd olmaqda ittiham etmişdirlər.

Fitnə-fəsad törətmək cəhdi ilə insanların haqqsız yerə ittiham etdiyi zülmə məruz qalmış digər alimlərdən biri də Şeyx Muhəmməd ibn Əbdülvəhhab olmuşdur. İnsanları bu cür etməyə təhrik edən yeganə səbəb qısqanclıq və nifrət, həmçinin onlarınn qəlblərində dərin yer almış bidətlər və yaxud cahillikləri, nadanlıqları və həva, arzularına görə hərəkət edən bidət əhlini kor-koranə təqlid etmələri olmuşdur.
Şeyxə qarşı yönəlmiş haqqsız ittihamların, şübhələrin bəzilərini burada qeyd edib onların arqumentlərini təkzib edəcəyik.

Şeyx Əbdüləziz əl-Abd əl-Lətif demişdir:
Sələfi dəvətinə qarşı düşmənçilik, ədavət bəsləyən müxaliflərdən bəziləri iddia edir ki, İmam Muhəmməd ibn Əbdülvəhhab Osmanlı Xilafətinə qarşı çıxmış, beləcə camaatı parçalamış və hakimi eşidib ona itaət etməkdən boyun qaçırmışdır.

Dəvət əl-munaviin li dəvət əl-Şeyx Muhəmməd ibn Əbdülvəhhab, səh.233

O buyurur:
“Əbdülqadim Zallum” iddia edir ki, vəhhabilərin zühur olması və onların dəvəti Xilafətin süqutuna səbəb olmuşdur. Deyir ki, vəhhabilər Muhəmməd ibn Səudun daha sonra isə onun oğlu Əbdüləzizin rəhbərliyi altında islam dövləti içində başqa bir dövlət yaratmış, ingilislər tərəfindən silah-sursat və maliyyə ilə təchiz edilmişdi. Xilafətin hakimiyyəti altında olan digər torpaqları öz nəzarəti altına almaq üçün yürüş etmiş, bunu edərkən öz etiqadlarını yaymaqdan ruhlanmışlar, yəni onlar Xəlifəyə qarşı qılınc qaldırmış və müsəlman ordusu, Möminlərin Əmirinin ordusu ilə, ingilislərin təhriki və dəstəyi ilə döyüşmüşdürlər. 

Keyfə hudimət əl-Xilafə, səh.10

Şeyx Muhəmməd ibn Əbdülvəhhabın Xilafətə qarşı üsyan etdiyinə dair saxta iddialara cavab verməzdən öncə, bunları qeyd etmək münasibdir ki, Şeyxin əqidəsi, etiqadı bu idi ki, istər saleh, istərsə də günahkar müsəlman olsun, Allaha asiliyi əmr etmədiyi müddətcə müsəlmanların əmirini eşidib ona itaət etmək fərzdir. Çünki itaət yalnız haqq və doğru olan məsələlərdə olur.

Şeyx, Qasım əhlinə ünvanladığı məktubda yazır: “Mən etiqad edirəm ki, istər saleh, istərsə də günahkar olsun, Allaha qarşı asi olmağı əmr etmədikcə müsəlmanların əmirlərini eşidib onlara itaət etmək fərzdir. Kim xəlifə olarsa və insanlar ona dəstək verib onun ətrafında birləşərsə, hətta xəlifə güc ilə hakimiyyətə gəlibsə, ona itaət etmək vacibdir və ona qarşı üsyan etmək isə haramdır.

Məcmuət Muəlləfət əl-Şeyx, 5/11

Həmçinin deyir:
Birlik, vəhdətin kamilliyindən biri hətta Həbəşi bir qul olsa belə, bizim üzərimizə təyin olunan hər kəsi dinləyib ona itaət etməkdir...”

Məcmuət Muəlləfət əl-Şeyx, 1/394; Dəvəh əl-Munəvviin, 233-234

Şeyx Əbdüləziz əl-Abd əl-Lətif deyir:
“Mənim etiqad budur ki, istər saleh, istərsə də günahkar olsun, Allaha qarşı asi olmağı əmr etmədikcə müsəlmanların əmirlərini eşidib onlara itaət etmək fərzdir” deyə şeyxin söylədiyi bu faktları nəzərinizə çatdırdıqan sonra, bu saxta, yalan ittihama cavab olaraq mühüm məsələyə gəlin nəzər yetirək. Belə bir mühüm sual yaranır: Bu dəvətin ilk dəfə ortaya çıxdığı və təşəkkül tapdığı Nəcd diyarı Osmanlı dövlətinin hakimiyyəti altında olubmu?

Dr Saleh əl-Əbud bu suala cavab verərək belə söyləyir:
Nəcd heç bir zaman Osmanlının hakimiyyəti altında olmamışdır. Çünki Osmanlı dövlətinin hakimiyyəti heç vaxt ora çatmamışdır. Heç bir osmanlı hakimi həmin bölgəyə təyin olunmamış və Şeyx Muhəmməd ibn Əbdülvəhhabın dəvətinin ortaya çıxmasından öncəki müddətdə türk əsgərləri heç bir zaman bu torpağa ayaq basmamışdır. Bu həqiqətə dəlalət edən fakt budur ki, Osmanlı dövləti inzibati əyalətlərə bölünmüşdü. Bu bölgü barədə məlumat “Qavanin Əl-Usman Mudaamin Dəftər əl-Divan”(Qanunvericilikdə olan Osmanlı Qanunları) adlı türk dilində olan sənəddən bəlli olur. Bu sənəd Hicrətin 1018-ci ili/1609-ci il Miladi tarixi ilə Konstitusiyadan məsul Yəmin Əli Əfəndi tərəfindən yazılmışdır. Bu sənəddə göstərilir ki, Hicrətin 11-ci əsrinin başlanğıcından Osmanlı Dövləti 23 əyalətə bölünmüş, bunlardan 12 əyalət ərəb əyaləti idi və əl-İhsanı, Nəcdin bir hissəsi olaraq hesab etsək, bu istisna olmaqla Nəcd onların siyahısına daxil deyildi.

Əqidə əl-Şeyx Muhəmməd ibn Əbdülvəhhab və əsəruhə fil əlam əl-isləmi (hələ nəşr olunmayıb), 1/27

Dr Abdullah əl-Üseymin deyir:
Məsələ nə cür olursa-olsun, Şeyx Muhəmməd ibn Əbdülvəhhabın dəvətindən öncə Nəcd heç bir zaman birbaşa olaraq Osmanlının hakimiyyəti, nüfuz dairəsi altında olmamışdır. Eləcə də, Nəcdin daxilində baş verən hadisələrə təsiri olacaq qədər heç bir zaman güclü təsirə malik olmamışdır. Heç kəsin Nəcd üzərində güclü nüfuzu yox idi və bəzi hissələrində Bəni Cəbr və yaxud Bəni Xalidin təsiri və yaxud digər yerlərdə Əşrəfin təsiri məhdud idi. Onlardan heç biri burada siyasi sabitlik yarada bilməmiş, ona görə də Nəcdin müxtəlif bölgələri arasında döyüşlər davam etmiş və müxtəlif qəbilələr arasında davamlı güclü münaqişələlər baş vermişdir.

Muhəmməd ibn Əbdülvəhhab, Həyatuhu və fikruhu, səh.11, Dəvət əl-Munəvviin, 234-235

Bu batil, saxta ittihamlara qarşı Şeyx Əbdüləziz ibn Abdullahın verdiyi cavabları iqtibas etməklə müzakirəni tamamlamaq istəyirik. Şeyx buyurur:

Mən bildiyim qədəriylə Şeyx Muhəmməd ibn Əbdülvəhhab Osmanlı Xilafətinə qarşı çıxmamışdır. Çünki Nəcddə Türk hakimiyyət altında olan heç bir ərazi yox idi. Əksinə Nəcd kiçik əmirliklər və təcrid olunmuş kəndlərdən ibarət idi, kiçikliyindən asılı olmayaraq hər bir şəhər və yaxud kənd müstəqil əmir tərəfindən idarə olunurdu. Bu əmirliklər arasında müharibələr və münaqişələr baş verirdi. Ona görə də, Şeyx Muhəmməd ibn Əbdülvəhhab Osmanlı dövlətinə qarşı çıxmamışdır, əksinə o öz diyarında hökm sürən acınacaqlı vəziyyətə qarşı çıxmış və Allah yolunda cihad üçün çalışmış və bu dəvətin nuru digər diyarlara yayılana qədər səy göstərmişdir...

Audiokassetə yazılan dialoq: Dəvət əl-Munəvviiin, səh.237

Dr Acil əl-Nəşmi deyir:.. Şeyxin yaşadığı dövrdə Xilafət heç bir reaksiya göstərmədi, heç bir narazılıq və yaxud etirazını bildirmədi. Hərçənd şeyxin dövründə dörd Osmanlı sultanı var idi...

Məcəllət əl-Muctəmə, məsələ 510

Bir halda ki, yuxarıda sadalananlar Şeyxin Xilafətə qarşı mövqeyini əks etdirir, elə isə Xilafətin Şeyx Muhəmməd ibn Əbdülvəhhabın dəvətinə qarşı münasibəti necə olardı?

Dr əl-Nəşmi bu sualı cavablandırarkən deyir:
Şeyx Muhəmməd ibn Əbdülvəhhabın hərəkatı barədə Xilafətə çatdırılan rəy təhrif olunmuş və çaşqınlıq yaradan rəylər idi. Çünki Xilafətə bu barədə məlumatlar həm Hicazda, həm də Bağdadda və yaxud digər yerdə Şeyx Muhəmməd ibn Əbdülvəhhabın dəvətinə qarşı düşmən olan hakimlər vasitəsilə və yaxud İstanbula xəbər gətirən bəzi şəxslər ilə yetişirdi

Əl-Muctəmə, məsələ 504; Dəvət əl-Munəvviin, səh.238-239

Şeyxin dəvəti Xilafətin süqutunun səbəblərindən biri idi və İngilislər Osmanlını çökürtməkdə Vəhhabilərə yardım etdilər deyə Zallumun iddialarına gəldikdə,
Mahmud Mehdi əl-İstanbuli bu gülünc iddia barədə deyir:

Öz rəyini əsaslandırmaq üçün yazardan sübut dəlil gətirməsi vacibdir. Hələ qədimdən bir şair demişdir:

İddialar dəlillər ilə əsaslanmırsa, bu halda bu yalnız axmaqların dəlilləridir.

Həmçinin bunu da diqqətinizə çatdırmaq istəyirəm ki, tarix özü şahidlik edir ki, İngilislər bu dəvətə hələ başlanğıcından müxalif idilər, qorxurdular ki, bu dəvət müsəlman aləmini oyada bilər.

Əl-Şeyx Muhəmməd ibn Əbdülvəhhab “Fi mərat əl-şərq vəl-ğarb, səh.240”

Həmçinin deyir:

İnsanda istehza doğuran, qəribə, gülünc fakt budur ki, bu professor Şeyx Muhəmməd ibn Əbdülvəhhabın hərəkatını Osmanlı Xilafətinin çökməsinə səbəb olan amillərdən biri olmaqda ittiham edir. Halbuki, bu hərəkat 1811- ci ildə başlamış, Xilafət isə 1922-ci ildə ləğv olunmuşdu.

Eyni əsər, səh.64

Vəhhabi hərəkatına ingilislərin müxalif, qarşı olduqlarına dəlalət edən həqiqət budur ki, onlar Kapitan Foster Sadleri-İbrahim Paşanın Dariyyada vəhhabilərə qarşı qazandığı uğurlarına görə onu təbrik etmək üçün göndərdilər və eləcə də Ərəb Körfəzində onlar sözdə Vəhhabi quldurluğu adlandırdıqları hərəkatın qarşısını almaqda Britaniya orqanları ilə nə dərəcədə onun əməkdaşlıq etməyə hazır olduğunu bilmək istəyirdilər.

Doğrudan da, bu məktubda Vəhhabiləri tamamilə darmadağın etmək məqsədilə Britaniya hökuməti ilə İbrahim Paşa arasında razılıq əldə etmək arzusu özünü açıq-aydın ifadə edir.

Şeyx Muhəmməd ibn Mənzur əl-Nöməni deyir:
İngilislər Hindistanda Şeyx Muhəmməd ibn Əbdülvəhhabın dəvətinə qarşı düşmənçiliklərini ən sərt şəkildə ortaya qoydular, həddi aşdılar və onlara qarşı çıxan və onların yolunda duran hər kəsi və yaxud təhlükəli hesab etdikləri hər kəsi Vəhhablikdə ittiham etdilər...Eynilə ingilislər Dəubəndi alimlərini-Hindistanda-Vəhhabi adlandırdılar. Çünki onlar ingilislərə qarşı birbaşa, sərt müqavimət göstərir və onlara qarşı təzyiq edirdilər.

Diaaya Muxəssəfəh dıdd əl-Şeyx Muhəmməd ibn Əbdülvəhhab, səh.105-106

İqtibas etdiyimiz müxtəlif sitatlardan bəlli olur ki, Şeyxin yazdığı məqalə və kitablardakı açıq-aşkar elmi dəlillər onların irəli sürdüyü dəlillər ilə müqayisə etdikdə onların qüsurlu arqumentlərinin saxtalığı ortaya çıxır. Ədalətli yazarların qələmə aldığı tarixi faktlar ilə müqayisə etdikdə də, bu iddiaların saxtalığı özünü göstərir.

Dəvət əl-Munəvviin, 239,240

Son olaraq, şeyxə dil uzadan, iftira edən hər kəsə nəsihət edirik ki, dillərini tutsunlar və onun barəsində, hər bir şeydə Allahdan qorxsunlar! Bəlkə Allah onların tövbəsini qəbul edə və onları doğru yola hidayət edər.

Ən doğrusunu Allah bilir.


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
Forum » İslam » Tərbiyyə və Təzkiyyə » Muhəmməd ibn Əbdülvəhhab, Osmanlı Xilafətinə qarşı çıxmışdır
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru