KİM BİR MÜSƏLMANA KAFİR DEYƏRSƏ..., HƏDİSİN AÇIQLAMASI
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:19 | Yazı # 1 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Bismillah! Cəmiyətimizdə ən çox eşitdiyimiz hədislərdən biri də seyyidimiz Muhammədin - aleyhissalatu vəs səlam - "Kim bir Müsəlmana kafir deyərsə..." məzmunlu hədisidir. Bu hədisin şərhində alimlər nə deyiblər? Çünki, bu hədis bəzi qruplar tərəfindən demək olar ki, diqqətə alınmır, bəziləri isə hədis səbəbilə İslam dininin tələb etdiyi təkfirdən belə uzaq qalıblar...
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:20 | Yazı # 2 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| əş-Şavkani, rahiməhullah, deyir: أقول اعلم أن الحكم على الرجل المسلم بخروجه من دين الإسلام ودخوله في الكفر لا ينبغي لمسلم يؤمن بالله واليوم الآخر أن يقدم عليه إلا ببرهان أوضح من شمس النهار فإنه قد ثبت في الأحاديث الصحيحة المروية من طريق جماعة من الصحابة أن من قال لأخيه يا كافر فقد باء بها أحدهما هكذا في الصحيح وفي لفظ آخر في الصحيحين وغيرهما من دعا رجلا بالكفر أو قال عدو الله وليس كذلك إلا حار عليه أي رجع وفي لفظ في الصحيح فقد كفر أحدهما ففي هذه الأحاديث وما ورد موردها أعظم زاجر وأكبر واعظ عن التسرع في التكفير
“Deyirəm: Bil ki, Allaha və Axirət gününə inanan bir müsəlmana əlində günəşdən də aydın bir dəlil olmadan müsəlman bir kəsə hökm verərək onu İslam dinindən çıxarmaq və onu küfrə daxil etmək doğru deyildir. Beləki bir qrup camaatdan rəvayət olunmuş səhih hədislərdə sabit olmuşdur ki, kim qardaşına "ey kafir" deyərsə, ikisindən biri kafir olmuşdur. Bu şəkildə "əs-Sahih"də rəvayət olunmuşdur və hər iki Səhihdə və başqa kitablarda keçən rəvayətin ləfzində isə belədir: "kim bir nəfəri kafir olaraq çağırarsa və ya ona "Allahın düşməni" deyərsə və əgər o, belə deyilsə, o zaman onun özünə aid olar." yəni ona geri dönər. "əs-Sahih"dəki ləfzdə isə "onlardan biri kafir olar" şəklindədir. Bütün bu hədislərdə təkfirdə tələskənlik etməkdə böyük bir maneə və böyük bir çəkindirmə vardır." "Seylul-Cərrar əl-Mutədəffiq alə Hədəiq əl-Əzhar", 4/578
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:21 | Yazı # 3 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| İbn Əbil-İzz əl-Hənəfi "Tahavi Əqidəsi"ni şərh edərkən deyir: واعلم - رحمك الله وإيانا - أن باب التكفير وعدم التكفير ، باب عظمت الفتنة والمحنة فيه ، وكثر فيه الإفتراق ، وتشتت فيه الأهواء والآراء ، وتعارضت فيه دلائلهم . فالناس فيه ، في جنس تكفير أهل المقالات والعقائد الفاسدة، المخالفة للحق الذي بعث الله به رسوله في نفس الأمر، أو المخالفة لذلك في اعتقادهم ، على طرفين ووسط ، من جنس الاختلاف في تكفير أهل الكبائر العملية . فطائفة تقول : لا نكفر من أهل القبلة أحداً ، فتنفي التكفير نفياً عاماً ، مع العلم بأن في أهل القبلة المنافقين ، الذين فيهم من هو أكفر من اليهود والنصارى بالكتاب والسنة والإجماع ، وفيهم من قد يظهر بعض ذلك حيث يمكنهم ، وهم يتظاهرون بالشهادتين . وأيضاً : فلا خلاف بين المسلمين أن الرجل لو أظهر إنكار الواجبات الظاهرة المتواتره ، والمحرمات الظاهرة المتواترة ، ونحو ذلك ، فإنه يستتاب ، فإن تاب ، وإلا قتل كافراً مرتداً . والنفاق والردة مظنتها البدع والفجور، كما ذكره الخلال في كتاب السنة ، بسنده إلى محمد بن سيرين ، أنه قال : إن أسرع الناس ردة أهل الأهواء ، وكان يرى هذه الآية نزلت فيهم : وإذا رأيت الذين يخوضون في آياتنا فأعرض عنهم حتى يخوضوا في حديث غيره . ولهذا امتنع كثير من الأئمة عن إطلاق القول بأنا لا نكفر أحداً بذنب ، بل يقال : لا نكفرهم بكل ذنب ، كما تفعله الخوارج . وفرق بين النفي العام ونفي العموم . والواجب إنما هو نفي العموم ، مناقضة لقول الخوارج الذين يكفرون بكل ذنب "Bil ki, - Allah sənə və bizə rəhm etsin - təkfir etmək və təkfir etməmək mövzusu fitnə və bəlanın çox olduğu bir məsələdir. Bu məsələdə firqələr çox olmuşdur və havalar və rəylər fərqlənmişdir və bu firqələrin dəlilləri bir-birinə zidd düşməkdədir. İnsanlar, Allahın peyğəmbəri ilə göndərdiyi haqqa müxalif olan fasid söz və əqidə sahiblərini əməlin özünə və ya etiqadlarında (bu haqqa) müxalif olmaqlarına görə təkfir etmək mövzusunda iki tərəfə və bir orta qrupa bölünüblər və bu, böyük günah işləyənləri təkfir etmək növündəndir. Bir qrup deyir ki, "biz qiblə əhlindən heç kəsi kafir görmürük" və təkfiri ümumiyyətlə qəbul etmirlər. Bununla birlikdə məlumdur ki, qiblə əhli arasında Kitab, Sünnət və icmaya əsasən yəhudilər və nəsranilərdən də kafir olan münafiqlər vardır. Onların da arasında bunlardan (küfrlərdən) bəzilərini imkan olan kimi üzdə göstərənlər vardır və onlar bununla belə şəhadət kəlimələrini də üzdə deyərlər. Eləcədə müsəlmanlar arasında ixtilaf yoxdur ki, əgər bir nəfər açıq və mütəvatir vacibləri, açıq və mütəvatir haramları və buna bənzər hökmləri açıq şəkildə inkar edərsə o, tövbəyə dəvət olunmalıdır. Tövbə edərsə (çox gözəl), lakin tövbə etməzsə kafir və mürtəd olaraq öldürülür. Nifaq və riddətin daha çox gözlənildiyi yer bidət və fücurdur. Necəki əl-Xalləl "əs-Sünnə" adlı kitabında sənədi ilə birlikdə Muhamməd bin Sirindən belə dediyini nəql etmişdir: "İnsanlar arasında ən tez mürtəd olanlar hava əhlidir." Ona görə bu ayə onlar haqqında nazil olmuşdur: "Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir..." Buna görə də imamlardan bir çoxu "biz günaha görə təkfir etmərik" sözünü tətbiq etməkdən imtina ediblər və onlar belə deyiblər: "Biz xavariclərin etdikləri kimi, onları bütün günahlara görə təkfir etmirik." Ümumi nəfy ilə ümumun hamısının nəfyi arasında fərq qoyublar. Vacib olan hər günah səbəbi ilə təkfir edən xaricilərinin sözünün əksinə ümumun nəfy etməkdir. "Şərhu əl-Aqidətit-Tahaviyyə", səh: 355-356
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:22 | Yazı # 4 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Burada bir haşiyəyə çıxmağa ehtiyac vardır. Kiməsə kafir hökmü vermək bir fətvadır. Yəni, belə bir fətvanı verən kəs özünü bu işə əhl saydığı üçün belə bir fətva verir. Əgər fətva verən kəs özünü fətva verməyə əhl saymırsa, o zaman onun fətva verməsi dəhşət dərəcədə gülünc bir şeydir. Dilində mufti olmadığını deyən, lakin əməlində muftilik edənin halı qorxuludur. Fətva verən kəsin isə müəyyən sifətlərə sahib olması lazımdır. İbnul-Qayyim, rahiməhullah, bu barədə deyir: ولما كان التبليغ عن الله سبحانه وتعالى يعتمد العلمَ بما يبلغ ، والصدق فيه ، لم تصلح مرتبة التبليغ بالرواية والفتيا إلا لمن اتصف بالعلم والصدق ، فيكون عالماً بما يبلغ ، صادقاً فيه ، ويكون مع ذلك حَسَنَ الطريقة ، مرضيَّ السيرة ، عدلاً في أقواله وأفعاله ، متشابه السر والعلانية في مدخله ومخرجه وأحواله ، وإذا كان مَنصِبُ التوقيع عن الملوك بالمحل الذي لا يُنكَرُ فضله ، ولا يُجهل قدره ، وهو من أعلى المراتب السنيات ، فكيف بمنصب التوقيع عن رب الأرض والسموات ؟
"Allahın -Subhənəhu - adından təbliğ etmək, insanın təbliğ etdiyi barədə elmli olmasını və bu işində doğru sözlü olmağı tələb edir və rəvayət və fətvaları çatdırmaq səviyyəsi yalnız elm və sidq ilə vəsf olunan biri üçün doğru hesab olunur. Təbliğ etdiyinin/çatdırdığının alimi olmalıdır və onda sadiq olmalıdır və üstəlik gözəl əxlaqlı və xoş davranışlı, sözlərində və əməllərində adil (yəni qeyri-fasiq) olmalıdır. Onun gizli halı ilə üzdə olan halı hər bir vəziyyətdə eyni olmalıdır. Əgər kralın adından qol çəkmək üstünlüyü inkar olunmayan və dəyərində cahillik olmayan bir mövqedirsə, - və bu ən uca mərtəbələrin ən alilərindəndirsə - o zaman Yerin və Göylərin Rəbbi adından imza atmaq necə?" "İləm əl-Muvaqqiin an Rabbil-Aləmin", 2/16-17
İstər təkfir olsun, istər təfsiq və ya təbdi olsun, bütün bu məsələlər yuxarıdakı vəsflərin ətrafında dolanan bir xüsusiyyətdir. Xüsusilə bunların içində təkfir daha şiddətlidir, çünki onun aqibəti daha ağırdır. Bu işlərdə dilini qoruyan, elmsiz hərəkət etməkdən çətinən kəslərin necə də gözəl bir yol tutduğunda tərəddüd yoxdur, çünki müsəlmanın şübhəli məsələlərdən uzaq durması onun dini anlayışının gözəlliyindəndir. Bir də cahillərin üzərində müəyyən kəslər barəsində hökm çıxarmaq vacib deyildir, çünki belə bir məsələ sözün ən açıq mənasında elm tələb edirsə, o zaman cahil biri belə məsələdə necə hökm verə bilər?! Lakin cahillərin belə insanı şərtsiz-qeydsiz dindən çıxaran küfrlərin olduğunu bilməsi lazımdır. Allahı, peyğəmbəri söymək, dinə istehza etmək kimi küfrlərin isə insanı həmən kafir etdiyini bilmək lazımdır və belə şəxslərin küfründə şübhə etmək caiz deyildir. Doğrusunu Allah bilir!
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:23 | Yazı # 5 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Məhşur fəqihlərdən Yahya bin Şərif ən Nəvəvi – rahimahullah – (631-676 h/ 1233-1277 m) hədisin şərhində dedi:
قوله صلى الله عليه وسلم : ( إذا كفر الرجل أخاه فقد باء بها أحدهما وفي الرواية الأخرى ( أيما رجل قال لأخيه يا كافر فقد باء بها أحدهما إن كان كما قال ، وإلا رجعت عليه ) ، وفي الرواية الأخرى : ( ليس من رجل ادعى لغير أبيه ، وهو يعلمه إلا كفر . ومن ادعى ما ليس له فليس منا ، وليتبوأ مقعده من النار . ومن دعا رجلا بالكفر ، أو قال : عدو الله ، وليس كذلك ، إلا حار عليه هذا الحديث مما عده بعض العلماء من المشكلات من حيث إن ظاهره غير مراد ؛ وذلك أن مذهب أهل الحق أنه لا يكفر المسلم بالمعاصي كالقتل والزنا وكذا قوله لأخيه يا كافر من غير اعتقاد بطلان دين الإسلام . وإذا عرف ما ذكرناه فقيل في تأويل الحديث أوجه : أحدها : أنه محمول على المستحل لذلك ، وهذا يكفر . فعلى هذا معنى ( باء بها ) أي بكلمة الكفر ، وكذا حار عليه ، وهو معنى رجعت عليه أي : رجع عليه الكفر . فباء وحار ورجع بمعنى واحد والوجه الثاني : معناه رجعت عليه نقيصته لأخيه ومعصية تكفيره والثالث : أنه محمول على الخوارج المكفرين للمؤمنين . وهذا الوجه نقله القاضي عياض - رحمه الله - عن الإمام مالك بن أنس ، وهو ضعيف ؛ لأن المذهب الصحيح المختار الذي قاله الأكثرون والمحققون : أن الخوارج لا يكفرون كسائر أهل البدع والوجه الرابع : معناه أن ذلك يئول به إلى الكفر ؛ وذلك أن المعاصي ، كما قالوا ، بريد الكفر ، ويخاف على المكثر منها أن يكون عاقبة شؤمها المصير إلى الكفر . ويؤيد هذا الوجه ما جاء في رواية لأبي عوانة الإسفراييني في كتابه ( المخرج على صحيح مسلم ) : فإن كان كما قال وإلا فقد باء بالكفر ، وفي رواية إذا قال لأخيه ( يا كافر ) وجب الكفر على أحدهما والوجه الخامس : معناه فقد رجع عليه تكفيره ؛ فليس الراجع حقيقة الكفر بل التكفير ؛ لكونه جعل أخاه المؤمن كافرا ؛ فكأنه كفر نفسه ؛ إما لأنه كفر من هو مثله ، وإما لأنه كفر من لا يكفره إلا كافر يعتقد بطلان دين الإسلام . والله أعلم
“Birisi qardaşını kafir adlandırdığı zaman, şübhəsiz ki o ikisindən biri kafir olar” digər rəvayətdə “Hər kim qardaşına “Ey Kafir” deyərsə, şübhəsiz ki, ikisindən biri kafir olar. Əgər dediyi kimidirsə (məsələ yoxdur) yox əgər deyilsə, özünə dönər” digər bir rəvayətdə “Onu tanıdığı halda başqasının atası olduğunu iddia edən küfr etmişdir, kim özünün olmayan bir şeyi iddia etsə bizdən deyildir, atəşdən oturacağını hazırlasın, kim bir adamı küfrlə ittiham edərsə və ya Allahın düşməni deyərsə və hal onun dediyi kimi deyilsə, bu ona dönər” Bəzi alimlər, bu hədisi zahirinin murad edilməməsi yönündən müşkil/problemli hədislərdən sayıblar. Haq əhlinin məzhəbi/yolu budur ki, müsəlman qətl və zina kimi günah/masiyyət səbəbilə kafir olmaz. Birisinin, İslam dininin batil olduğuna etiqad etmədən qardaşına “Ey Kafir” deməsi də belədir. Dediyimiz anlaşıldısa, hədisin təvilində/təfsirində görüşlər var:
1. Bu, sözügedən əməli halal sayana yorumlanar ki, belə birisi təkfir edilər “bəə bihə” sözünün mənası da budur, yəni küfr kəliməsi. Bunun kimi üzərinə dönər. Bu ona dönər mənasındadır, yəni küfr ona dönər. “bəə” “hərə” “racəa” kəlimələrinin mənası birdir.
2. Ona, qardaşına naqislik nisbət etməsi və qardaşını təkfir etməyin günahı dönər.
3. Möminləri təkfir edən Xavaric firqəsinə aid edilər. Bu görüşü Qadi İyad -rahiməhullah – İmam Malik bin Ənəsdən nəql etmişdir ki, bu zəifdir. Çünki əksər alimlərin və muhaqqiqlərin qəbul etdiyi doğru və üstünlük verilən görüş budur ki, Xavariclər digər bidət əhli kimi kafir deyillər.
4. Bu irəlidə küfrə səbəb olar. Necəki deyillər: “Günalar küfrün xəbərçisidir!” Günahı çox olan adam haqqında qorxular ki, bunun uğursuzluğu onu küfrə götürər. Əbu Avənə Əl İsfərayininin “Əl Muxarrəc alə Səhihi Muslim” adlı kitabında olan “Əgər dediyi kimidirsə (məsələ yoxdur), əks halda şübhəsiz ki, küfr olar” və başqa bir rəvayətdəki “Qardaşına “Ey Kafir” dediyi zaman, ikisindən birinin üzərinə küfr vacib olar” rəvayətləri bu görüşü möhkəmləndirir.
5. Şübhəsiz ki, Təkfiri ona dönər. Ona, küfrün həqiqəti deyil, əksinə təkfiri dönər. Bunun səbəbi isə, mömin qardaşını kafir saymasıdır. Sanki, o özünü kafir saymışdır... Ya o öz bərabərində birini təkfir etmişdir, Ya da o elə bir adamı kafir saymışdır ki, onu İslam dininin batil olduğuna etiqad edən kafirdən başqası kafir saymaz. Allah ən doğrusunu biləndir.”
Qaynaq: Şərhun Nəvəvi alə Sahihi Muslim: 2/49-50 Beyrut: Daru İhyait Turasil Arabi: 1396
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:23 | Yazı # 6 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Imam Əbus-Səadət Məcd əd-Din İbn əl-Əsir - rahiməhullah - (doğ. hic. 544/mil. 1149 - öl. hic. 606/mil. 1210) kiçik küfr üçün misallar verərkən bunlar arasında bu hədisi də qeyd etmişdir: ومنه حديث ابن مسعود إذا قال الرجل للرجل أنت لي عدو فقد كفر أحدهما بالإسلام أراد كفر نعمته لأن الله ألف بين قلوبهم فأصبحوا بنعمته أخوانا فمن لم يعرفها فقد كفرها
"Bu misallardan biri də İbn Məsudun hədisidir, beləki (peyğəmbər) demişdir: "Əgər bir nəfər qardaşına "sən mənim düşmənimsən" deyərsə, o ikisindən biri İslama küfr etmişdir." Burada Allahın nemətinə küfr etmək qəsd olunur, çünki Allah onların qəlblərini birləşdirmiş və onları Öz neməti ilə qardaş etmişdir, kim (Allahın bu nemətini) bilməzsə, ona (bu nemətinə) küfr etmişdir." "ən-Nihayə fi Ğarib əl-Əsər", 4/186 Dar əl-Fikr, Beyrut; hicri 1399 (miladi 1979) təhqiq: Tahir Əhməd əl-Zəvi və Mahmud Muhamməd ət-Tabbəxi
|
|
| |
Muslimah_92 | Tarix: Çərşənbə, 25.07.2012, 04:24 | Yazı # 7 |
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
| Alləmə İbnu Abdil Bərr “Əl İstizkar” (368–464 h/978–1071 m) isimli kitabında bu kimi hədislərin şərhində deyir:
إذا قال الرجل لأخيه، يا كافرُ، أو أنتَ كافرٌ، فقد باءَ بها أحدهُما، فإن كان كما قال، وإلا رجَعتْ إلى الأوَّل
قال أبو عمرَ: باءَ بها أي احتملَ وِزْرَها، ومعناه أن الكافرَ إذا قيل له: يا كافرُ، فهو حاملٌ وِزْرَ كفرِه، ولا حَرَجَ على قائلِ ذلك له، وكذلك القول للفاسق: يا فاسقُ، وإذا قيل للمؤمن: يا كافرُ، فقد باءَ قائلُ ذلك بوزْرِ الكلمة، واحتملَ إثمًا مُبينًا وبُهْتانًا عظيمًا إلا أنه لا يكفُر بذلك ; لأن الكفرَ لا يكون إلا بتركِ ما يكون به الإيمان. وفائدةُ هذا الحديث ; النهيُ عن تكفيرِ المؤمن، وتفسيقِه، قال الله - عَزَّ وجَلَّ -: { وَلاَ تَنَابَزُواْ بِالأَلْقَابِ بِئْسَ الاسْمُ الْفُسُوقُ بَعْدَ الإَيمَانِ } فقال جماعة من المفسَّرين في هذه الآية: هو قولُ الرجل لأخيه: يا كافرُ، يا فاسقُ. وممن قال بذلك ; عِكْرِمةُ، والحَسَنُ، وقَتادةُ. وهو معنى قولِ مجاهد ; لأنه قال: هو الرجل يُدعى بالكفر وهو مسلمٌ وقد فسَّر ابنُ حَبيبٍ هذا الباب، عن مُطَرِّفٍ، عن مالكٍ تفسيرًا حسنًا، لا تدفَعه الأصول، قال: إنما هو في من قاله على اعتقادِ التكفير، بالنية والبصيرة، وهم الخوارج، لا أراه أراد بذلك إلا الخوارجَ، الذين يكفِّرون أهلَ الإيمان بالذُّنوب، ومن ذهَب مذهبَهم، ورأى رأيَهم
“Bir adam (din) qardaşına “ey kafir” və ya “sən kafirsən” dediyi zaman ikisindən biri buna düçar olar. Əgər dediyi kimidirsə (bir şey olmaz). Əks halda birinciyə (təkfir edənə) dönər.” (Şərh) Əbu Ömər (İbnu Abdil Bərr) dedi: “buna düçar olar” yəni bunun günahını yüklənər deməkdir. Bunun mənası belədir: Kafirə “ey kafir” deyildikdə, o öz küfrünün günahını yüklənər. Bunun deyən üçün də bir sıxıntı yoxdur. Fasiqə “ey fasiq” demək də belədir. Lakin möminə “ey kafir” deyildikdə, bunu deyən bu kəlimənin (küfr kəliməsinin) günahına düçar olar, açıq günah və böyük bir böhtan yüklənmiş olar. Lakin, bunu deməklə özü kafir olmaz. Çünki, küfr ancaq imanın onunla gerçəkləşəcəyi şeyin tərkilə olar. Bu hədisdən çıxan fayda, mömini təkfir etmə və təfsiq etmə (fasiq sayma) qadağasıdır. Allah – Azzə və Cəllə - buyurur: “... bir birinizi pis ləqəblərlə çağırmayın. İmandan sonra fisq nə pis bir addır...” (Əl Hucurat: 49/11) Müfəssirlər bir qrup bu ayə haqqında belə demişlər: Bu, birisinin qardaşına “ey kafir”, “ey fasiq” deməsidir. Bunu deyənlərdən İkrimə, Əl Həsən və Qatədəni göstərmək olar. Həmçinin bu Mücahidin görüşünün mənasıdır. Çünki, o belə demişdir: O müsəlman olduğu halda küfr sözüylə çağırılmış adamdır. İbn Habib bu babı Mutarrif - Malik kanalıyla dinin prinsiplərinə zidd olmayan, gözəl açıqlamayla təfsir etmişdir. Belə demişdir: Bu, təkfir etiqadıyla, bilərək və fərqinə vararaq söyləyən kimsə haqqındadır ki, bunlar da xavariclərdir. Bununla, sadəcə günahlar səbəbilə iman əhlini təkfir edən xariciləri, onların görüş və rəylərini paylaşanları qəsd etdiyini düşünmürəm.”
Qaynaq: İbn Abdil Bərr: Əl İstizkar: 27/300-301 Qahirə: 1414/1993
|
|
| |
|