[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
KİM BİR QÖVMƏ BƏNZƏYƏRSƏ ONLARDANDIR
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:28 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Yanlış anlaşılması səbəbilə şərh edilməsinə ehtiyac olan hədislərdən biri də Allah Rəsulunun – sallallahu aleyhi və səlləm – bu hədisidir:
« مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ »

"Kim bir qövmə bənzəyərsə o da onlardandır."
Hədisi, İbn Hibban, Əbu Davud, Nəsai, Beyhaqi, Tabərani, Abdur Rəzzaq və başqaları rəvayət etmişlər və isnadı salihdir.
Alimlərimiz bu hədisi neçə şərh ediblər? Hədisdən hansı faydalar və hökmlər çıxarıblar?



Yazını Muslimah_92 - Cümə axşamı, 21.06.2012, 20:29
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:29 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muslim şarihlərindən Əbul Abbas Əl Qurtubi (578-656 h/1182-1258 m) "Əl Mufhim" adlı şərhində Rəsulullahın – sallallahu aleyhi və səlləm – qırmızı paltar geyməsi haqda hədisi açıqlarkən belə deyir:

وفيه دليلٌ على جوازِ لِباسِ الأحمرِ ، وقد أخْطأ مَن كرِه لباسَه مطلقًا ، غيرَ أنه قد يختصُّ بلباسِه في بعضِ الأوْقاتِ أهلُ الفسقِ والدَّعارةِ والمُجُونِ ، فحينئذٍ يُكره لباسُه ؛ لأنَّه إذ ذاك تشبُّهٌ بهم ، وقد قال ـ صلى الله عليه وسلم ـ :
« مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ » ، لكن ليس هذا مخصوصًا بالحُمْرة ، بل هو جارٍ في كلِّ الألْوانِ والأحْوالِ ، حتى لو اختصَّ أهلُ الظلْمِ والفسْقِ بشيءٍ مما أصلُه سُنَّة ٌكالخاتَمِ والخِضابِ والفرْقِ لكان ينبغي لأهلِ الدينِ ألا يتشبَّهوا بهم ؛ مخافةَ الوقوعِ فيما كرِهه الشرعُ مِن التشبُّهِ بأهلِ الفسْقِ ، ولأنه قد يَظنُّ به مَن لا يعرِفه أنه منْهم ، فيعتقِدُ ذلك فيه ، وينسِبه إليهم ، فيُظَنُّ به ظنَّ السوءِ ، فيأثَم الظانُّ بذلك والمظنونُ بسببِ المَعُونة عليه

"... Sözügedən hədisdə qırmızı paltarın cəvazına dair dəlil vardır.Qırmızı paltar geyməyi mütləq olaraq məkruh görən xəta etmişdir.
Lakin bəzi vaxtlarda qırmızı paltar geymək fisq, əxlaqsızlıq və arsızlıq əhlinin xüsusiyyəti olur. O zaman qırmızı paltar geymək xoş görülməz. Çünki, bu halda qırmızı geyinmək onlara bənzəməkdir.
Allah Rəsulu – sallallahu aleyhi və səlləm – buyurmuşdur:
"Kim bir qövmə bənzəyərsə o da onlardandır"
Lakin bu hökm qırmızıya xas deyil. Əksinə bu bütün rənglər və hallar üçün keçərlidir. Hətta zülm və fisq əhli, üzük taxmaq, (saqqalı) boyamaq və saçları ortadan ikiyə ayırmaq kimi əsli sünnət olan bir şeylə seçilsələr dindar kimsələrin bunda belə onlara bənzəməməsi lazımdır. Bunu, Şəriətin "fisq əhlinə bənzəmək" cinsindən xoş görmədiyi bir əməli işləməmək qorxusuyla edər.
Çünki, bəzən onu tanımayan kimsə, zənn edər ki o da onlardandır. Onda (yüngüllük) olduğunü düşünər və onu fasiq kimsələrə nisbət edər. Beləcə haqqında pis zən formalaşar. Nəticədə isə, bu səbəblə həm zən edən, həm də buna şərait yaratdığı üçün haqqında zənn edilən günahkar olar."

Qaynaq: Əbul Abbas Əl Qurtubi: Əl Mufhim: 6/127-129
Daru İbni Kəsir: 1417/1996
 
Muslimah_92Tarix: Cümə axşamı, 21.06.2012, 20:30 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Allamə Əbu Ömər İbn Abdil Bərr (368-463 h/978-1071 m) bu hədis haqqında deyir:

قالَ أبو عمرَ : صارَ أهلُ عصرِنا لا يحبِسُ الشَّعْرَ منهم إلا الجُنْدُ عنْدنا لهم الجُمَمُ والوَفَراتُ . وأضْربَ عنها أهلُ الصلاحِ والسِّتْرِ والعلمِ , حتى صارَ ذلك علامةً مِن علاماتِهم . وصارتْ الجُمَمُ اليومَ عنْدنا , تكادُ تكون علامةَ السفهاءِ .
وقد رُوي عن النبيِّ - صلى الله عليه وسلم - أنه قال : { مَن تشبَّه بقومٍ فهو مِنهم أو حُشِرَ معهم } . فقيل : مَن تشبَّه بهم في أفعالِهم , وقيل : مَن تشبَّه بهم في هَيْئاتِهم , وحسبُك بهذا ! فهو مُجمَلٌ في الإقتداءِ بهدْيِ الصالحينَ على أيِّ حالٍ كانوا .
والشَّعْرُ والحَلْقُ , لا يُغنِيانِ يومَ القيامةِ شيئا , وإنما المُجازاة على النيَّاتِ والأعمالِ , فرُبَّ محلوقٍ خيرٌ من ذي شعْرٍ , ورُبَّ ذي شعْرٍ رجلاً صالحًا .
وقد كان التختُّمُ في اليَمِينِ مُباحًا حَسنًا , لأنه قد تختَّمَ به جماعةٌ مِن السلفِ في اليمينِ , كما تختَّمَ منهم جماعةٌ في الشِّمالِ . وقد رُوي عن النبيِّ - صلى الله عليه وسلم - الوَجْهانِ جميعا .
فلما غلَبتْ الروافضُ على التختُّمِ في اليمينِ , ولم يُخلَطوا به غيرَه , كرِهه العلماءُ مُنابذةً لهم , وكراهيةً للتشبُّهِ بهم , لا أنه حرامٌ , ولا أنه مكروهٌ

"Əbu Ömər (İbnu Abdil Bərr) dedi: Bizim əsrimizdə bölgəmizdəki əsgərlərdən başqa saç uzadan yoxdur. Onların qulaqlara qədər (vafra) və qulağı örtəcək şəkildə (cummə) saçları var.
Salih və ciddi insanlar, elm əhli bu cür saç uzatmırlar və hətta bu onların əlamətlərindən birinə çevrilib.
Günümüzdə qulağı örtəcək şəkildə saç uzatmaq (cummə) bizdə/bölgəmizdə az qala səfehlərin əlamətinə çevrilib.
Nəbidən – sallallahu aleyhi və səlləm – belə rəvayət edilmişdir:
"Kim bir qövmə bənzəyərsə o da onlardandır" və ya "onlarla bərabər həşr ediləcək."
(Hədisin açıqlaması mahiyətində) belə deyilib: Kim bir qövmə etdiklərində bənzəyərsə (onlardandır).
Xarici görkəmlərində, şəkillərində bənzəyərsə (onlardandır) şəkildə bir açıqlamada mövcuddur. Bu sənə yetər!
Bu (hədis), salih insanlar hansı halda olsalarda onların yoluna iqtida etmək mövzusunda mucməldir/ümumidir.
Saçı uzatmaq və ya qırxmaq Qiyamət günü heç bir fayda verməz. Qarşılıq niyyət və əmələ görədir!
Neçə saçı qırxılmış adam varki saçlıdan daha xeyirlidir. Salih insan olan neçə saçlılar var...
Sağ ələ üzük taxmaq gözəl bir mübah idi. Çünki, sələfdən bir qrup sol ələ üzük taxdığı kimi, bir qrupda sağ ələ taxmışdır. Nəbidən – sallallahu aleyhi və səlləm – hər iki şəkildə (sağa və sola) rəvayət edilmişdir.
Nə zaman ki, daha çox rafizilər üzüyü sağ ələ taxmağa başladılar və bununla başqalarından seçildilər, alimlər onlara müxalif olmaq və onlara bənzəməyin kərahiyətindən dolayı bunu (sağ ələ üzük taxmağı) xoş qarşılamadılar. Yoxsa bunun özlüyündə haram və ya məkruh olduğu üçün deyil."

Qaynaq: İbn Abdil Bərr: Ət Təmhid: 6/80-81
Vizarətul Əvqaf:: 1387/ 1967
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru