[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Meleklerin xususi adlari
Meleklerin xususi adlari
XEDICE73Tarix: Çərşənbə, 10.06.2009, 12:10 | Yazı # 1
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Mələklərin xüsusi adları

1. Cəbrail. Mələklərin ən məhşuruda məhz budur. Cəbrail sözünün mənası Allahın qulu deməkdir. “Cirb” kəliməsi qul, “İl” kəliməsi isə Allah deməkdir. Bu mələyin əsas vəzifəsi vəhyi nazil eləməsidir. Uca Allah buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir”. (əl-Bəqərə surəsi, 97)

Bu mələyin adı Quran və sünnədə çoxlu zikr olunmuşdur. Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) Hira dağında olarkən ilk dəfə vəhyi gətirən və onun vəfatına qədər, isra və meracda birlikdə olan, bəzi hallarda insan cildində gələrək Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) və onun səhabələrin (Allah onların hamısından razı olsun) gözünə görsənən yeganə mələk məhz Cəbraildir.

Uca Allah bu mələyi Quranda ayrı adlarla da zikr etmişdir. Bunları sizin nəzərinizə çatdırırıq.

a) Ruh (ər-Ruh). Uca Allah buyurur: “Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar”. (əl-Məaric surəsi, 4) Başqa bir ayədə buyurur: “O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər”. (əl-Qədr surəsi, 4)

b) Sadiq Ruh (Ruhul-əmin). Uca Allah buyurur: “Onu sadiq Ruh (Cəbrail) endirdi – sənin qəlbinə ki, xəbərdar edənlərdən olasan”. (əş-Şuara surəsi, 193-194)

c) Müqəddəs Ruh (Ruhul-Qnəuds). Uca Allah buyurur: “Biz Məryəm oğlu İsaya da açıq-aydın dəlillər verdik və onu müqəddəs ruhla (Cəbrail ilə) qüvvətləndirdik”. (əl-Bəqərə surəsi, 87)

Uca Allah Quranda Cəbraili bəzi vəfslərdə zikr etmişdir. Uca Allah buyurur: “O, öz istəyi ilə danışmır. Bu, ona təlqin edilən bir vəhydir. Bunu ona çox qüvvətli olan öyrətdi – gözəl görünüşlü (Cəbrail). O, yüksəlib öz (surətində göründü). O, ən uca üfüqdə idi”. (ən-Nəcm surəsi, 3-7) Həmçinin başqa bir ayədə buyurur: “Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. (O elçi ki,) qüvvətlidir, Ərşin sahibi yanında (böyük) hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır”. (ət-Təkvir surəsi, 19-21)

Bu əzəmətli mələyin nə qədər fəzilətli, şərəfi, Allah yanında necə yüksək yeri olmasına dəlalət edir. Onu sevmək imandan nifrət etmək isə nifaq və küfrdəndir.
Cəbrail Peyğəmbərlə (Allahın ona salavat və salamı olsun) ilk dəfə Hira mağarasında peyğəmbərliyinin ilk günündə qarşılaşmışdır (Səhih əl-Buxari 1/4, Muslim 16), sonralar isə bəşər şəklində yanına gələrək onunla danışardı (Səhih əl-Buxari 1/ 27, Muslim 1/8). Həmçinin Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu öz surətində görmüş, hər ramazan ayı Quranı onunla birlikdə xətm edər (Səhih əl-Buxari 3/1326, Muslim 2450), evinə gələn yoldaşlarına salam deyər (Buxari 3/1389, Muslim 2433,), bəzi müharibələrdə onunla birlikdə vuruşar (Səhih əl-Buxari 4/1467, Muslim 1769), isra və meracda onunla birlikdə olmuş (Səhih əl-Buxari 3/1173, Muslim 1/146), namazda ona imamlıq etmiş (Səhih əl-Buxari 3/ 1178, Muslim 610), Peyğəmbərə (Allahın ona salavat və salamı olsun) sehr edildiyi zaman ona ovsun oxuyan (Muslim 2186), hətta gec-gec gəldiyi zaman Peyğəmbər (Allahın ona salavat və salamı olsun) onu görmək üçün darıxar və onun tez-tez gəlməsini rica edərdi. Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cəbrailə: “Bizi daha çox ziyarət etməyə sənə nə mane olur?”– dedi və Uca Allah da bu ayəni nazil etdi: “(Mələklər dedi)“Biz (dünyaya) ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur (Məryəm, 64)” (Səhih əl-Buxari 6/305) və s. başqa əməlləri onun şərəfli, müqəddəs, mələklərin ən fəzilətlisi və Allah dərgahında yüksək məqama malik olmasından xəbər verir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cəbraili öz surətində iki dəfə görmüşdür. Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Cəbraili gördükdə onun altı yüz qanadı var idi”. (Buxari 8/610)

Quran və sünnədə Cəbrail əzəmətli sifətlərlə vəsf olunmuşdur. Bu sifətlərə iman gətirmək, onu sevmək, ucaltmaq sünnədəndir.

2. Mikail. Mikail adının mənası Allahın qulu deməkdir. “Mik” kəliməsi qul, “İl” kəliməsi isə Allah deməkdir. Mikailin adı Quran və sünnədə sabit olmuşdur. Uca Allah buyurur: “Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da o kafirlərə düşməndir” (əl-Bəqərə surəsi, 97). Səmurah ibn Cundub (Allah ondan razı olsun) rəvayət etdiyi uzun hədisin sonunda Cəbrail buyurur: “Mən Cəbrail bu isə Mikaildir” (Buxari 6/ 313).

Bu mələyin gördüyü iş barədə İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Mikail yağış və bitkilər üçün təyin edilmiş mələkdir” (əl-Bidəyə və ən-Nihəyə 1/41). Uca Allahın əmri ilə külək və buludları Rəbbinin istədiyi yerə aparır və bitkilərin yetişməsində mühim rol oynayır.

Mikailin adı Quran və sünnədə çoxlu qeyd olunsa da, onun vəsfi barəsində səhih bir şeyin varid olmasını bilmirəm. Biz Mikaili ən şərəfli mələklərdən biri, yağış və bitkilər üçün təyin edilən bir mələk, ümümiyyətlə isə onun barəsində varid olan hər bir xəbərə iman gətiririk.

3. İsrafil. “İsraf” kəliməsi qul, “İl” kəliməsi isə Allah mənasını verən bir sözdür. İsrafilin adı Quranda zikr olunmasa da sünnədə zikr olunmuşdur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) gecə namazına durarkən deyərdi: “Cəbrailin, Mikailin və İsrafilin Rəbbi, göyləri və yeri yaradan, qeybdə və aşkarda olanı bilən Allahım! İxtilafda olduqları şeylər barəsində bəndələrinin arasında Sən hökm verirsən! Baş vermiş ixtilafda məni Öz izninlə haqqa yönəlt! Həqiqətən, Sən istədiyini doğru yola yönəldirdən” (Muslim 1/534).

Alimlər İsrafilin işinin suru üfürməsi olduğunu söyləmişlər. Quran və səhih hədislərdə suru kim üfürəcəyi barədə bir şey varid olmasa da, alimlər suru məhz İsrafil üfürəcəyində yetkil rəyə gəlmişlər. İmam Qurtubu (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Ümmət suru İsrafilin üfürəcəyində ittifaq etmişlər” (Təfsir əl-Qurtubi, 7/20). Düzünü Allah bilir.

Surun üfürülməsi Quran və sünnədə zikr olunsa da onu İsrafilin üfürəcəyi zikr olunmamışdır. Uca Allah buyurur: “Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür” (Qaf surəsi, 20). Digər ayədə buyurur: “Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar” (əl-Muminun surəsi, 101). Həmçinin buyurur: “Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir” (ən-Nəml surəsi, 87).

Sur neçə dəfə üfürüləcəyi barədə alimlər ixtilaf etsələr də düzgün rəy budur ki, sur iki dəfə üfürüləcəkdir. Əbu Hüreyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Surun birinci üfürülməsindən ikinci üfürülməsinədək qırx keçəcək”. Bəziləri Əbu Hüreyrədən: “Qırx gün?”– deyə soruşdular. O cavab vermədi. Ondan: “Qırx ay?”– deyə soruşdular. Yenə cavab vermədi. “Qırx il?”– deyə soruşdular. Yenə cavab vermədi. Sonra o dedi: “(Sur ikinci dəfə üfürüldükdən) sonra Allah göydən su endirəcək və onlar (qəbirlərdən) tərəvəz kimi cücərib çıxacaqlar. İnsan öldükdən sonra onun bütün cəsədi çürüyür. Yalnız bir sümükdən – büzdümdən başqa. Qiyamət günü yaradılış məhz ondan başlayacaqdır”. (Səhih Buxari və Muslim)

Yuxarıda zikr olunduğu kimi Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dua etdikdə Cəbrail, Mikail və İsrafilin adını zikr etməsi bu üç mələyin əzəmətini bildirir.

Ramil Soltanov


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Çərşənbə axşamı, 23.06.2009, 18:18 | Yazı # 2
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
4. Cəhənnəmin gözətçisi Məlik. Uca Allah Quranda onu zikr edərək buyurur: “Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: “Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!” O isə: “Siz (burada) əbədi qalacaqsınız!”– deyəcək” (əz-Zuxruf surəsi, 77). Digər ayədə Uca Allah buyurur: “Onun üzərində on doqquz (gözətçi mələk) vardır. Biz Cəhənnəm gözətçilərini yalnız mələklərdən etdik və onların sayını (on doqquza) qaldırdıq ki, (bu) kafirlər üçün ancaq bir sınaq olsun, özlərinə Kitab verilənlər yəqinlik hasil etsinlər, iman gətirənlərin imanı artsın ...” (əl-Muddəssir surəsi, 30-31)

Zikr olunan bu ayələr arasında heç bir ziddiyyət yoxdur. Cəhənnəmdə gözətçi mələklərinin sayı on doqquzdur. Onların ən böyüyü isə Məlikdir.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Mən isra gecəsində İmranın oğlu Musa ilə görüşdüm. O, hündürboylu, qıvrımsaçlı bir kişi idi, lap Şənuə qəbiləsinin kişiləri kimi. (Mən orada) Məryəm oğlu İsanı da gördüm. O, ortaboylu, ağbəniz və nazik saçlı (bir kişi) idi. Sonra mənə Cəhənnəmin gözətçisi – Malik, habelə dəccal da göstərildi” (Buxari 3/1183, Muslim hədis 165).

Çox insanların fikrinə görə Cənnətin gözətçisinin adı isə Ridvandır. İbn Kəsir (Allah ona rəhmət eləsin) buyurur: “Cənnətin gözətçisinin adı Ridvandır. Bəzi hədislərdə adı açıq-aydın zikr olunmuşdur” (əl-Bidəyə və ən-Nihəyə, 1/45). Cənnətin gözətçisinin adı zikr olunan hədislər səhih olmadığından adının Ridvan olmasını etiqad etməmək lazımdır. Düzünü Allah bilir.

Ramil Soltanov


ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 30.12.2009, 21:45 | Yazı # 3
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
MELEKLERE IMAN Dini Cebrayıl: Vehyle vezifelendirilmiş melekdir. Uca Allahdan aldığı vehyi Uca Allahın dilediyi peyğemberine ve ya resuluna çatdırır. Mikayıl: Yağış yağdırmaq ve bitkileri yetişdirmekde vezifelendirilen melekdir İsrafil: Birinci ve ikinci qiyametin qopması üçün sura üflemekle vezifelendirilen melekdir. (Birinci defe sura üflendiyinde bütün canlılar ölecek. İkinci defe sura üflendiyinde ise her kes tekrar dirilecek, qebrlerinden qaldırılaraq hesab vermek üçün Allahın hüzurunda duracaqlar. Hesab vermek üçün ayağa qalxacağından kiyamet deyilmişdir) Ölüm meleyi: Ölüm anında canlılardan ruhlarını almaqla vezifelendirilen melekdir. (Ölüm meleyi sehih elm kitabların heç birisinde Ezrayıl adı ile bildirilmemişdir (Tercümeçi)) Dağ melekleri: Dağlarla vezifelendirilen meleklerdir. Malik: Cehennemin keşikçisidir Rahim melekleri: Ana betnindeki körpenin ecellerini, rizqlerini, cennetlik mi, cehennemlik mi olduqlarını yazmağa vezifelendirilen melekler. Qoruyucu melekler: : Her növ tehlükeye qarşı insanları qorumaqla vezifelendirilen melekler. Emelleri yazan melekler: İnsanların işledikleri emelleri qeyd eden melekler. Uca Allah insanın emellerini yazmaqda vezifelendirmiş melekler haqqında bele buyurur: «Xatırla ki, (insanın) sağında ve solunda (onun bütün emellerini) tesbit eden (qeyde alan) iki melek oturmuşdur! Dediyi her sözü (yazmaq üçün) onun yanında hazır durub gözleyen (iki melek) vardır!» (Qaf, 17-18) Qebir melekleri: Ölü qebre qoyulduğundan sonra ona üç şey haqqında sual veren iki melekdir. Bu iki melek qebirde ölünün yanına gelir ve ona: Rebbi, dini ve peyğemberi haqqında sual verir. Uca Allah bu barede bele buyurur: «Allah iman getirenleri dünyada da, axiretde de möhkem bir sözle (kelmeyi-şehadetle) sabitqedem eder. Allah zalımları (haqq yoldan) sapdırar. Allah istediyini eder!» (İbrahim, 27) Cennet ehlinin melekleri: Cennetin her qapısından cennet ehlinin yanına gelerek onları salamlamaq ve onları cennet nemetleri ile müjdelemekle vezifelendirilen meleklerdir. Uca Allah bu barede bele buyurur: «Melekler de her bir qapıdan (cennet qapılarından) daxil olub (onlara): "(Dünyada Allah yolunda bütün çetinliklere) sebr etdiyinize göre size salam olsun! Axiret yurdu (Cennet) ne gözeldir!" - deyecekler. « (Rad, 23-24) Peyğember (s.e.s) de semada «Beytul-Mamur» deyilen yere her gün yetmiş min meleyin girdiyini-başqa bir revayetde orada namaz qıldığını-qiyamet gününe qeder de onlara sıra gelmediyi üçün bir daha ora dönmeyeceyini xeber verdiyi melekler de vardır. (Buxari, 3207; Muslim, 164)

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
Forum » İslam » Tövhid və Əqidə » Meleklerin xususi adlari
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru