[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » Ləə iləhə İlləllah (İslama girmək üçün birinci şərt)
Ləə iləhə İlləllah
UmarTarix: Cümə, 03.10.2008, 06:17 | Yazı # 1
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Mərhəmətli, Rəhmli Allahın adı ilə!

Aşağıdakı yeddi şərt yerinə yetirilmədiyi təqdirdə “Ləə iləhə illəllah” kəlməsi insana fayda verməz.

1. Elm: “Ləə iləhə illəllah”ın mənasını bilməkdir. Bu kəlmənin əvvəli inkar, davamı isə təsdiqdir. “Ləə iləhə” inkar, “illa” istisna ədatı, “illəllah” isə istisna ədatıyla bərabər isbatdır. Bu söz, Allahdan c.c başqa bütün ilahları ortadan qaldırmaqdadır. Mənasını bilmədən bu kəlməni söyləmək insana fayda verməz. Çünki insan bu kəlmənin nəyə dəlalət etdiyini bilib buna dayana bilməz. Bu adamın vəziyyəti xarici bir dildə danışıb heç bir şey anlamayan adamın vəziyyəti kimidir.

Allah belə buyurur:

“Bil ki Allahdan başqa ibadətə layiq ilah yoxdur...” Muhəmməd: 47/19.

“....Ancaq bilərək haqqa şəhadət edənlər müstəsnadır...” Əz-Zuxruf: 43/86.

Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur:

“Kim “Ləə iləhə illəllah”ın mənasını bilərək ölərsə Cənnətə girər.” Muslim: İman: 10.

“Ləə iləhə illəllah”ın mənası: “Allahdan başqa qulluq və ya ibadət ediləcək heç kimsə yoxdur” deməkdir.

İbadət: Allahın sevdiyi və razı olduğu, bütün gizli, açıq əməllər və sözlərdir.

2. Yəqinlik: “Ləə iləhə illəllah”ın kamalıdır. Yəqinlik şübhəni uzaqlaşdırır.

Allah belə buyurur:

“Möminlər ancaq Allaha və Rəsuluna iman edib, sonra imanlarında şübhəyə düşmədən Allah yolunda malları və canlarıyla cihad edən kimsələrdir. Məhz onlar sadiq olanlardır.” Əl-Hucurat: 49/15.

Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur:

““Ləə iləhə illəllah, Muhəmmədur Rəsulullaha” şəhadət edən, Allahın hüzuruna bu ikisində şəkk etmədən çıxan kimsə Cənnətə girər. ” Muslim: İman: 10.

3. İxlas: Şirki rədd etməkdir.

Allah belə buyurur:

“Xalis din ancaq Allahındır.” Əz-Zumər: 39/3.

“Onlar dini yalnız Allaha xas qılaraq ibadət etməkdən başqa bir şeylə əmr olunmadılar.” Əl-Beyyinə: 98/5.

Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur:

“Qiyamət günü insanlar arasında mənim şəfaətimə nail olacaq ən xoşbəxt adam, qəlbindən ixlaslı bir şəkildə “Ləə iləhə illəllah” deyəndir.” Buxari: Rikak: 51, Elm: 33, Əhməd: 1/173-174.

4. Sidq: Nifaqa əngəldir. Münafiqlər dilləriylə haqqı söyləməkdə, ancaq qəlbən inkar etməkdədirlər.

Allah c.c belə buyurur: “...Allah sadiqləri də düz danışanları da tanıyır .” Əl-Ənkəbut: 29/3.

“Haqqı gətirən və onu təsdiq edənlərə gəlincə, onlar əsl sadiqlərdir.” Əz-Zumər: 39/33.

Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur:

“Kim Allahdan başqa ibadətə layiq ilah olmadığını və Muhəmmədin Allahın Rəsulu olduğunu qəlbiylə təsdiq edərək ölərsə Cənnətə girər.” Əhməd.

5. Məhəbbət: Bu kəlmə münafiqlərin etdiklərinin əksinə Allahı və Allahın sevdiklərini sevməkdir. Allah belə buyurur:

“İnsanlardan elələri vardır ki, Allaha şərik qoşar, onları Allahı sevdikləri kimi sevərlər. İman gətirənlərin Allaha məhəbbəti isə daha qüvvətlidir.” Əl-Bəqərə: 2/165.

Rəsulullah (səlləllahu əleyhi və səlləm) belə buyurur: “Bu üç şey kimdə olarsa, imanın dadını almışdır. Allah və Rəsulunu hər kəsdən çox sevmək, sevdiyini ancaq Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra təkrar küfrə dönməkdən Cəhənnəm oduna atılacaqmış kimi qorxmaq.” Buxari: İman: 8, Muslim: İman: 67, Tirmizi: İman: 10, Nəsai: İman: 3, İbn Macə: Fitən: 23.

6. Bu kəlmənin tələblərinə əməl etmək: Bunlar Allahın rizasını qazanmaq məqsədilə, ixlasla edilən əməllərdir. Bu davranış, tam bir təslimiyyətin gərəyidir.

Allah belə buyurur:

“Rəbbinizə yönəlin və Ona təslim olun...” Əz-Zumər: 39/54.

“Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə, o qopmayan bir qulpa yapışmışdır...” Loğman: 31/32.

7. İnkarı yox edən qəbul: Allahın əmrlərinə bağlılıq göstərmək, əmr etdiklərini edərək qadağan etdiklərindən çəkinmək.

Fəthul-Məcid: 91-Burada sözü gedən “əməl etmə” şərti mütləq mənada hər əmələ aid deyil. Bu baxımdan əməllər iki qisimdir. Bu şərtdəki əməllər, edənin dindən çıxacağı, müsəlman olmayacağı ilə nəticələnən əməllərdir. Yəni hər günah edən müsəlman İslamdan çıxmaz. Bu Əhli- Sünnətin icma etdiyi bir məsələdir. Müəllifin burada qəsd etdiyi Tövhidə əməl etmək, onu poza biləcək heç bir əməl işləməməkdir. Bir insanın şirk işləməməsi üçün ən azı nəyin şirk olduğunu bilməsi lazımdır. Şirki bilməyən bir insan ondan necə çəkinə bilər? Təbii ki bu mümkün deyildir.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Cümə, 03.10.2008, 06:18
 
AisaTarix: Cümə, 03.10.2008, 19:21 | Yazı # 2
MÜSƏLMAN-BACİ
Qrup: İdarəçilər
Yazı: 33
Reputasiya: 2
Status: Saytda deyil
Lə iləhə illəLlah - Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur

(Ya Rəsulum!) İnsanları hikmətlə (Qur’anla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) də’vət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!
Nəhl surəsi, 125


Yazını Aisa - Cümə, 03.10.2008, 19:33
 
UmarTarix: Cümə, 03.10.2008, 22:44 | Yazı # 3
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
Şeyx Albani (rahiməhullah) qələmə aldığı "Ey İslam təbliğatçıları, önvə tövhiddir" risaləsində Lə iləhə İləllah-ın faydası barəsə deyir:

"Yəni, bu gözəl kəlmə onun mənasını bildikdən sonra insanı Cəhənnəmdə əbədi qalmaqdan xilas edir. Yadda qalsın deyə bir daha təkrar edirəm ki, ola bilər insan bu sözün saleh əməllər etmək və günahlardan çəkinmək kimi kamillik tələblərini yerinə yetirməsin. Lakin bununla yanaşı o, böyük şirkdən uzaq olsun, kəlmənin öhdəliklərinə cavab versin, imanın qəlb əməlləri, bəzi alimlərin rəyinə görə isə, həmçinin zahiri əməlləri ilə bağlı şərtlərinə riayət etsin. Belə şəxsin aqibəti (yəni, cənnətlik və ya cəhənnəmlik olması) Allahın istəyindən asılıdır. Məsələnin təfsilatına gəlincə, bu başqa bir kitabın mövzusudur. Ola da bilər ki, həmin şəxs etdiyi böyük günahlara, asiliklərə və ya səhlənkar yanaşdığı vaciblərə görə cəzalandırılsın və Cəhənnəmə daxil edilsin. Lakin sonradan bu gözəl kəlmə onu xilas etsin, yaxud da Allah Öz fəzilət və kəraməti ilə onu əfv etsin. Yuxarıda qeyd olunan: “Kim "Ləə iləhə İlləllah" deyərsə, bir vaxt gələr bu ona fayda verər.” – hədisinin mənası da elə budur. Dili ilə "Ləə iləhə İlləllah"ı deyib, onun mənasını başa düşməyən və ya başa düşüb mənasına iman gətirməyən şəxsə gəlincə, həmin kəlmə, ona İslam hakimiyyəti altında (və ya müsəlmanlar arasında) yaşaması istisna edilməklə, nə bu dünyada, nə də axirətdə heç bir fayda verməyəcəkdir..."


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
LANDMARKTarix: Çərşənbə, 22.10.2008, 03:50 | Yazı # 4
Qrup: Etibarlı
Yazı: 17
Reputasiya: 0
Status: Saytda deyil
Birlik, birlemek. Allah'ın varlığını, birliğini, tüm yetkin niteliklerin kendisinde toplandığını, eşi ve benzeri bulunmadığını bilmek ve buna inanmak. Bu bilgi ve inanç en özlü biçimde "Lâ İlâhe İllallah' (Allah'tan başka ilah yoktur) cümlesiyle ifade edilir. Bu nedenle bu cümleye tevhid kelimesi (kelime-i tevhid) denir. Tevhid kelimesini manasını bilerek söyleyen ve buna inanan kişi mümin ve muvahhid adını alır.

La İlahe İllallah'ın manası:

Tek ilah'tan başka kulluk edilecek başka bir ilah yoktur. O tek olan ilah da, şeriki olmayan Yüce Allah'tır. Çünkü ibadete layık olan, ancak O'dur.

Bu kelimenin gereği, Allah'ın (c.c.) dışındaki bütün sahte ilahları reddetmektir.

Zira Allah (c.c.) dışındaki mabutların ilahlık iddiası batıldır. Çünkü O'ndan başka bir şey ibadete (dua edilmeye, emir ve yasak koymaya, nizam tespit etmeye) layık değildir.

Uluhiyetin başkaları için reddedilmesi, ilahlığı sadece ortağı olmayan Allah'a (c.c.) ait kılmayı ve O'nun yanında ikinci bir ilah edinmemeyi gerektirir.

Allah (c.c.) şöyle buyuruyor:

"Allah'a ibadet edin ve O'na hiçbir şeyi şirk (ortak) koşmayın..." (Nisa: 4/36)

Bütün rasullerin kavimlerini davet ettikleri söz şudur:

"...Ey kavmim! Allah'a kulluk edin. Sizin O'ndan başka ilahınız yoktur..." (A'raf: 7/59)

İbn-i Receb (Allah ona rahmet eylesin) şöyle demiştir:

"İlah; yüceliğiyle, aşk ve muhabbetiyle korku ve ümidiyle kendisine güvenilen, tevekkül edilip dayanılarak kendisinden istenilen, kendisine dua ve yakarışta bulunulan, itaat edilip isyan edilmeyendir. Tüm bunlar ancak aziz ve celil olan yüce Allah'a yaraşır."


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər. (Qiyamət insanlar üçün nə qədər uzaq isə, Allahın dərgahında bir o qədər yaxındır. Fani dünyaya, şan-şöhrətə olan meyl, varlanmaq həvəsi insanların başını elə qatmışdır ki, qiyamət günü barəsində əsla fikirləşmirlər). Enbiya-1
 
ZZVTarix: Bazar, 18.01.2009, 13:45 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum.

Xahish edirem, islam ve quran hagginda genish melumati olan qardash ve bacilarimiz ashaghidaki link uzre "Qurani Kerim" ile "Incilin" müqayisəsinə həsr olunmuş forumda öz cavablarını bildirsinlər.
Forumda "Qurani-kərim"də yazılanlar geniş şəkildə təhrif olunur.

Forum rus dilindədir.

http://www.evangelie.ru/forum/t7923.html

Hamınıza qabaqcadan təşəkkür edirəm.

Salam Aleykum.

 
UmarTarix: Bazar, 18.01.2009, 17:04 | Yazı # 6
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil
aleykumus-Sələm va rahmətullah. Bu kitablardan inşə Allah faydalana bilərsiniz:

http://www.boxca.com/nldurgiv2bmy/Kniqi-rus.rar.html

vəs-Sələmu aleykum va rahmətullah.


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

Yazını ğurabə - Bazar, 18.01.2009, 17:16
 
ZZVTarix: Bazar, 18.01.2009, 17:24 | Yazı # 7
Qrup: İstifadəçi
Yazı: 7
Reputasiya: 0
Status: Saytda deyil
Salam Aleykum, Ğurabə qardaş.

Linkə görə təşəkkür edirəm. İnşallah, vaxt edib mütləq oxuyacağam.

Allah razı olsun.

Vəs-səlamu Aleykum və rəhmətullah.

 
XEDICE73Tarix: Şənbə, 02.05.2009, 18:45 | Yazı # 8
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Əbi Hüreyrə (Allah ondan razı olsun) belə demişdir: “Bir gün PEYĞƏMBƏR (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) insaların arasında olduğü zaman ona bir kişi yaxınlaşaraq soruşdu: “Ey Allahın Elçisi iman nədir?” O: “İman; Allaha, Mələklərinə, Kitablarına, Allahla görüşməyinə, Rəsullarına (Peyğəmbərlərinə) və Qiyamət günü diriləcəyinə iman etməkdir” deyə cavab verdi. Kişi yenə soruşdu “Ey Allahın Elçisi islam nədir?” O: “İslam Allaha ibadət etmək və Ona heç bir şeyi şərik qoşmamaq, Fərz olunmuş Namazları qılmaq, Fərz olunmuş Zəkatı vermək və Ramazan orucunu tutmaqdır” deyə cavab verdi. Kişi “Ey Allahın Elçisi Ehsan nədir?” deyə yenə soruşdu: O “Ehsan Allaha Onu gördüyün kimi ibadət etməkdir. Həqiqətən sən Onu görməsəndə O səni görür” deyə cavab verdi: Kişi “Ey Allahın Elçisi Qiyamət nə zamandır?” deyə soruşdu?: O belə cavab verdi: “Soruşulan Soruşandan artıq bilmir, lakin sənə onun əlamətlərindən danışaram. Kəniz ağasını doğduğu zaman; bu onun əlamətlərindəndir. Ayaq yalın, çılpaq kəslərin insanlara başçılıq etdikləri zaman; bu onun əlamətlərindəndir. Qoyun otaran çobanların uca binalar tikərək yarışdıqları zaman; bu onun əlamətlərindəndir. Beş şeyi Allahdan başqa heç kəs bilməz (sonra bu ayəni oxudu) “Həqiqətən, o saatı ancaq Allah bilir. Yağışı göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, biləndir, xəbərdardır!” (Loğman\ 34) Sonra kişi getdi. Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) ətrafındakılara belə dedi: “Kişini mənim yanıma qaytarın!” Onu qaytarmaq üçün axtardılar, lakin heç kəsi tapmadılar. Belə olduqda Peyğəmbər (ona, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun) dedi: “O Cəbrail idi, insanlara onların dinini öyrətməyə gəlmişdi”. (Buxari \ 50, Müslim\9).

Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
XEDICE73Tarix: Bazar, 10.05.2009, 11:10 | Yazı # 9
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?
Fussilət, 33


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 10.05.2009, 19:14 | Yazı # 10
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
"LÄÄ ILÄHÄ ILLÄLLAH" CÄNNÄTIN GARSILIGIDIR . KIM BU KÄLMÄYI SÖYLÄYÄRÄK ÖLÄRSÄ CÄNNÄTÄ GIRÄR. BU KÄLMÄ ATÄSDÄN GURTULUSUDUR VÄ ÄN GÖZÄL HÄSÄNÄDIR.GÜNAH SÄHIFÄLÄRINI SILÄRÄK GÄLBDÄKI IMANI YENILÄYÄR , VARLIGINI ORTAYA CIXARAR. HICABLARI ORTADAN GALDIRAR.BU SÖYLÄYÄNI ALLAHIN C:C DOGRULADIGI VÄ NÄBILÄRIN SÖYLÄDIYI FÄZILÄTLI BIR SÖZ, ÄN GÖZÄL VÄ ÄN FÄZILÄTLI ZIKIRDIR. ÄMÄLLÄRIN ÄN FÄZILÄTLISI VÄ SAVABIN ÄN COX OLANIDI. BU KÄLMÄ KÖLÄ AZAD ETMAYA BÄRÄBÄR SAVAB GAZANDIRAR. SEYTANDAN ALLAHA S:S SIGINMADI. HÄSRIN GORXUSUNDAN VÄ GÄBRIN VÄHSATINDÄN ÄMIN OLMAGDI. GÄBIRLÄRINDÄN GALXDIGLARINDA (LÄÄ ILÄHÄ ILLÄLLAH) MÖMÜNÜN SÜARIDIR. ONU SÖYLÄYÄNÄ CÄNNÄTIN SÄKKIZ GAPISI ACILAR VÄ HANSINDAN DILÄSÄ ONDAN GIRÄR. ONUN HAGGINI VERMÄDIKLÄRI ÜCÜN ATÄSÄ GIRÄN GÜNAHKAR MÖMÜNLÄR , GÜNAHLARI NISBÄTINDÄ YANDIGDAN SONRA ODDAN CIXARLAR.(HAFIZ IBNI RÄCÄB-KÄLMÄTUL IXLAS:54-56)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Şənbə, 16.05.2009, 15:57 | Yazı # 11
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Sual: İnsanlar və cinlərə elçi göndərilmiş Peyğəmbərimiz “Gözəl kəlimə” (kəlimeyi şəhadət) haqqında demişdir:“Kim Allahdan başqa ibadətə layiq ilah yoxdur və Məhəmməd Onun elçisidir”- söyləyərsə Cənnətə girər”.

Bu kəlimə hər iki hissəsi ilə, yəni inkar mənasında olan (Lə iləhə) və isbat mənasında olan (illəllah) kəliməsi uca Allahın təkliyinə dəlalət edir. İkinci cümlə isə Məhəmmədin – Ona Allahın salavatı və salamı olsun – Elçi olmasına dəlalət edir. (Bütün bunları hansı kitabda tapa bilərəm? Bunlar Allahın kitabında və Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun – hədislərində olsa da bu iki hissədən ibarət sözü başqa hansı kitabda tapmaq olar? (Bu cümlələri başa düşə bilmirəm).

Cavab: İslamın birinci rüknü hər iki hissəsi ilə Quran Kərimin bir çox yerlərində varid olmuşdur. Buna bir neçə misal gətirmək olar.

Uca Allah buyurur: “Allahdan başqa heç bir ilah yoxdur. Əbədidir, qəyyümdür”.
[əl-Bəqərə 2:255]

Digər bir ayədə isə Allah Təal belə buyurur: “Bil ki, Allahdan başqa heç bir ilah yoxdur”. [Məhəmməd 47:19]

“O Allah Rəbbinizdir! Ondan başqa heç bir ilah yoxdur. Hər şeyi yaradan Odur”. [əl-Ənam 6:102]

İkinci hissəyə dəlil olaraq misal kimi növbəti ayələri göstərmək olar.

“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər”. [əl-Fəth 48:29]

“Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər”. [Ali İmran 3:144]

Sünnədən dəlil isə İmam Buxari və İmam Müslimin hər ikisinin “Səhih” əsərlərində İbn Ömərdən–Allah hər ikisindən də razı olsun – rəvayət etdiyi bu hədisdir: “Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – demişdir: 'İslam beş əsas üzərində qurulmuşdur: Allahdan başqa ibadətə layiq məbud olamamasına və Məhəmmədin Onun elçisi olmasına şahidlik etmək, namaz qılıb zəkat vermək, Allahın evinə həcc edib Ramazan ayında oruc tutmaq”.

İmam Müslimin Ömərdən rəvayət etdiyi hədisdə deyilir: “Bir gün Peyğəmbərin – ona Allahın salavatı və salamı olsun – yanında oturmuşduq. Birdən bəmbəyaz paltarlı, qap-qara saçlı bir kişi içəri daxil oldu. O, səfərdən gələnə oxşamasa da bizdən heç kim onu tanımırdı. O gəlib Peyğəmbərin – Ona Allahın salavatı və salamı olsun – qarşısında oturdu və dizlərini Peyğəmbərin dizlərinə söykəyib əllərini dizlərinin üzərinə qoydu və dedi: “Ey Məhəmməd! Mənə İslam haqqında xəbər ver!” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: “İslam Allahdan başqa ibadətə layiq tanrının olmadığına və Məhəmmədin onun elçisi olduğuna şahidlik etmək, namaz qılıb zəkat vermək və Ramazan ayında oruc tutub imkanın olduqda Allahın evinə həcc etməkdir.” O dedi: “Doğru dedin.” Biz onun soruşub təsdiqləməsinə təəccübləndik.

Sonra o dedi: “Mənə iman haqqına xəbər ver.” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi ki, Allaha, mələklərə, kitablara, elçilərə, axirət gününə və qədərə onun xeyrinə və şərinə iman gətirməkdir. O dedi: “Doğru dedin. Mənə ehsan haqqında xəbər ver.” Dedi ki, Allaha Onu görürmüş kimi ibadət et və bil ki, sən Onu görməsən də O səni görür. O dedi: “Doğru dedin.

Mənə qiyamət günü haqqında xəbər ver.” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – bunun cavabında dedi: “Soruşulan bu haqda heç də soruşandan artıq bilmir.” O dedi: “Onda mənə onun əlamətləri haqqında xəbər ver.” Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: “Kənizin öz ağasını doğması və ayaq yalın, paltarsız kasıb qoyun otaranların (çobanların) hündür binalar tikməkdə bir-birləri ilə yarışması”. Sonra həmin şəxs çıxıb getdi. Bir neçə gündən sonra Peyğəmbər –Ona Allahın salavatı və salamı olsun – dedi: “Ay Ömər! Sual verənin kim olduğunu bildinmi?” Dedim ki, Allah və Rəsulu daha yaxşı bilər. Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – dedi: “O Cəbaryıl idi. Sizə dininizi öyrətməyə gəlmişdi”.

Buxari və Müslim “Səhih” əsərlərində Übadə ibn Samitdən – Allah ondan razı olsun – rəvayət etdiyi hədisdə Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – buyurmuşdur: “Kim Allahdan başqa ibadətə layiq ilahın olmadığına və Məhəmmədin Allahın qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və rəsulu, Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruh olmasına, Cənnət və Cəhənnəmin haqq (həqiqət) olmasına şahidlik edərsə Allah onu etdiyi əmələ müvafiq şəkildə Cənnətə daxil edər”.

İmam Buxarinin “Səhih” əsərində Ənəsdən –Allah ondan razı olsun – rəvayət etdiyi hədisdə Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – belə demişdir: “Mənə əmr olundu ki, insanlar Allahdan başqa ibadətə layiq ilah yoxdur deyənə qədər onlarla vuruşum. Əgər bunu deyib bizim qıldığımız namazı qılar, qibləmizə dönər və kəsdiyimizdən kəsərsə (yeyər), qanı və malı, haqqı istisna olmaqla, bizə haram olar. Onları hesaba çəkmək isə Allaha aiddir”.

Buxari və Müslimin hər birinin “Səhih” əsərlərində Ütbəndən – Allah ondan razı olsun – rəvayət etdikləri hədisdə isə Peyğəmbər – Ona Allahın salavatı və salamı olsun – demişdir: “Allah Onun razılığını qazanmaq üçün Lə iləhə illəllah deyəni Cəhənnəmə haram etmişdir”.

Alimlər bu və buna bənzər hədisləri növbəti şəkildə izah etmişlər:

'Kəlmeyi şəhadəti deyib onun haqlarına, yəni fərz əməllərinə riayət edən, haramlardan çəkinərək ibadətləri sırf Allah üçün edəni Allah birbaşa Cənnətə daxil edəcək. Amma şirkdən başqa günahlara batan və bunlardan tövbə etməyərək vəfat edən şəxs Allahın istəyi altında olacaq. Yəni, istəsə günahkar bəndəsini bağışlayıb etdiyi əməllərə uyğun Cənnətə salar və ya etdiyi günahlara müvafiq şəkildə cəzalandlrdıqdan sonra Cənnətə daxil edər. Bu haqda Peyğəmbərimizdən – Ona Allahın salavatı və salamı olsun – mütəvatir olaraq hədislər varid olmuşdur. Quranın ayələri kimi Sünnə də biri-birini izah edir.

Uca Allah buyurmuşdur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar”. [ən-Nisa 4:48]

Bu ayə tövbə etməyənlər haqqındadır. Uca Allahın “De: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah bütün günahları bağışlayar” [əz-Zümər 39:53] ayəsi isə bütün alimlərin yekdil rəyinə əsasən tövbə edənlər haqqındadır. Bu həm də Əhli Sünnə və Camaatın; Peyğəmbərin əshabələri, onların ardıcılları olan iman və elm sahibləri, o cümlədən dörd məzhəb alimlərinin və onların davamçılarının məzhəbidir.

Allah müvəffəq etsin! Peyğəmbərimiz Məhəmmədə, onun ailəsinə və əshabələrinə Allahın salavatı və salamı olsun!

Rəis: Əbdüləziz ibn Abdulla ibn Bəz.
Rəis müavini: Əbdürrəzzaq əl-Əfifi.
Üzv Abdulla ibn Ğudeyyan.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
medineTarix: Bazar, 17.05.2009, 00:16 | Yazı # 12
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
MÜSÄLMANLAR HÄR GÜN AZANLARINDA ,IGAMÄLÄRINDÄ , XÜTBÄLÄRINDÄ VÄ DANISIGLARINDA "LÄÄ ILÄHÄ ILLÄLLAH" KÄLMÄSINI DÄFÄLÄRLÄ SÖYLÄYIRLÄR. SÄHADÄT KÄLMÄSI : YER VÄ GÖYLÄRIN , BÜTÜN MÄXLUGATIN ONLAR ÜCÜN YARADILDIGI .ALLAH(C:C) NÄBI VÄ RÄSULLARINI ONUNLA GÖNDÄRDIYI, KITABLARINI ONUNCUN ENDIRDIYI, SÄRIÄTINI ONUN ÜCÜN GOYDUGU BIR KÄLMÄDIR. BÜTÜN ÄMÄLLÄRIN "LÄÄ ILÄHÄ ILLÄLLAH" KÄLIMÄSI ÜZÄRINDÄ BINA EDILMÄSI SÄBÄBIYLÄ , BU KÄLIMÄNIN ISLAMDAKI YERI VÄ ÖNÄMININ BILINMÄSI BÜTÜN GULLAR ÜZÄRINDÄ FÄRZDIR.

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Bazar, 17.05.2009, 13:16 | Yazı # 13
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Allah təala buyurur:

“Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?” [Səcdə 32:4]

Allah Təala buyurur: “Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur.” [Yunus 10:3]

“Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir.” [Fatir 35:10]

“Əvvəl də, Axır da, Zahir də, Batin də Odur.” [əl-Hədid 57:3]

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Sən Zahirsən və Səndən uca heç bir şey yoxdur…”

Bu mənada ayə və hədislər çoxdur. Bununla belə Allah Sübhənahu bizə xəbər verir ki, harda olurlarsa-olsunlar O hər zaman qulları ilə bərabərdir:

“Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır.” [əl-Mücadilə 58:7]

Allah Təala Ərşin üzərində istiva etməsi ilə qulları ilə birgə (məiyyət) olmasını bir ayədə cəm edərək bildirir:

“Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir.” [əl-Hədid 57:4]

Allah təalanın bizimlə birgə olması Onun Öz məxluqları ilə qarışdığı (və yaxud onların arasında olduğu) mənasına gəlmir; Əksinə, O qulları ilə Öz elmi ilə bərabərdir. O, Ərşinin yuxarısındadır və qullarının etdiklərindən Ona heç bir şey gizli qalmır.

“Biz ona şah damarından da yaxınıq.” [Qaf 50:16] ayəsi barədə təfsir alimlərinin əksəriyyəti bildirmişdirlər ki, bu ayədə qəsd olunan məna insanların əməllərini yazmaqla vəzifələndirilən mələkləri ilə Allah Sübhənahu və təalanın yaxın olmasıdır.

Digər alimlər isə ayədən qəsd olunan mənanın Allahın Öz elmi ilə qullarına yaxın olduğu deyə təfsir etmişdirlər. Necə ki, Allah Təalanın qulları ilə bərabər olduğunu Onun Elmi ilə olduğunu söyləmişdirlər.

Bu Əhli Sünnə vəl Camaatın məzhəbidir. Allahın Öz məxluqlarından Uca və həmçinin Öz qulları ilə bərabər olduğunu təsdiq edirlər, Allah Təalanın Öz məxluqları arasında olmaqdan (hülul etməsindən) tənzih edirlər, uzaq tuturlar. Cəhmiyyə və onların ardıcılları kimi Allah Təalanın bütün ilahi sifətlərini inkar edənlərə gəldikdə, onlar Allah Təalanın Zatı ilə məxluqlarından yuxarı olduğunu və Ərşə istiva etdiyini inkar edirlər və deyirlər ki, Allah Öz Zatı ilə hər yerdədir. Allahdan müsəlmanları doğru-dürüst yola yönəltməyini diləyirik.

Şeyx Abdürrəhman Bərak

Muhammad Saleh əlMunəccid


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)
 
leyla10Tarix: Çərşənbə axşamı, 19.05.2009, 13:24 | Yazı # 14
Qrup: İstifadəçi
Yazı: 12
Reputasiya: 0
Status: Saytda deyil
Lə iləhə illə Allah və Muhəmmədun rəsulullah şəhadətini söyləmək islamın beş sütunlarından birinci sütundur. “Lə iləhə illəllah” kəliməsinin mənası budur ki, Allahdan başqa ibadətə heç kəs layiq, haqqlı deyil.

Eyni zamanda bu kəlimə inkar və təsdiq ifadə edir.

“Lə iləhə illəllah” Allahdan başqalarına edilən bütün ibadətlərin inkar edilməsidir.

“İllə Allah” heç bir şərik olmadan, şərik qoşmadan ibadətin hamısının Allah üçün təsdiq olunmasıdır.

“Muhəmmədun rəsulullah” ifadəsinin mənasına gəldikdə, bunun mənası Muhəmməd sallallahu aleyhi və səlləmin gətirdiyini təsdiq etmək, ona iman gətirmək və söz, əməl, etiqadla buna sadiq olmaq, buna qarşı olan hər bir şeydən çəkinmək, istər sözdə, əməldə, istərsə də niyyətdə olsun...Digər sözlə, onun sallallahu aleyhi və səlləm əmr etdiklərinə tabe olmaq və onun söylədiklərinə, nəql etdiklərinə iman gətirmək, onun qadağan etdiklərindən, inkar etdiklərindən çəkinmək, Allaha yalnız onun əmr etdiyi şəkildə ibadət etmək.

Və sallallahu və səllim alə nəbiyyinə Muhəmmədin və əlihi və səhbih. (Allahın salamı və salavatı peyğəmbərimiz Muhəmmədin sallallahu aleyhi və səlləm və onu ailəsinin, səhabələrinin üzərinə olsun.)

Muhammad Saleh əlMunəccid


İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər…» (Ənbiya surəsi, ayə 1)
 
medineTarix: Çərşənbə axşamı, 19.05.2009, 21:33 | Yazı # 15
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
Allah cc ,elm ähli vä mäläklär bu kälmäyä sahitlik etmislär. Allah c.c. belä buyurur: "Allah, mäläklär vä ädalätli elm sahibläri , Allahdan basga ibadätä layig ilah olmadigina sahidlik etmislär. Ondan basga ibadätä layig ilah yoxdur.O,Äzizdir, Hakimdir"(ÄLI-IMRAN-3/18) Bu kälmä , bütün mäxlugatin ,onun ücün yaratdigi tägvadir,ixlasdir, hagga sähadät, sirkdän uzaglasmadir. Allah c.c belä buyurur: " Män cinläri vä insanlari, yalniz mänä ibadät etsinlär deyä yaratdim!"(ÄZ-ZARIYYAT 51/56) Kim "Lää Ilähä Illählah" deyärsä mali vä gani gorunmusdur. Räsulallah(s.a.s) belä buyurur: "Här kim Allahdan basga ibadätä layig ilah yoxdur" deyär vä Allahdan basga ibadät edilän seyläri rädd edärsä mali vä cani haram olar. Hesabi da Allaha aiddir.(Müslim :Iman:8)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
möminäTarix: Çərşənbə, 20.05.2009, 05:59 | Yazı # 16
müsəlman Bacı
Qrup: İdarəçilər
Yazı: 112
Reputasiya: 2
Status: Saytda deyil
Peygember(S.A.S) bele buyurmusdu:Nuh (e)vefat ederken ogluna bele demisdi:Sene2seyi emr edir 2 seyi ise qadagan edirem.Sene"Le ilähe illlellah"(Allahdan bashqa mebud yoxdu)emr edirem.Eger 7 göy ve yeddi yer terezinin bir gözüne ve Le ilehe illeLLAH diger gözüne qoyulsaydi bu tohid kelimesi agir gelerdi.Ve eger yeddi göy ve yeddi yerucsuz bucaqsiz bir halda olsaydi"Le ILEHE ILLELLAH"kelimesionu sindirardi.Hemcinin"SÜBHANALLAH(Allah pak ve müqeddesdir),ve (BIHEMDIHI(Allaha hemd olsun)kelimeleriniemr edirem.Cünki ,bukelimeler her sheyin duasidir,bunun sayesinde her sheye ruzi verilir. Ve iki sheyi sene qadagan edirem:(Allaha sherik qoshmagi ve tekebbürlük etmeyi.tekebbürlük - haqqi danmaq ve insanlara xor baxmaqdir.
 
medineTarix: Cümə, 22.05.2009, 15:21 | Yazı # 17
MÜSƏLMAN BACI
Qrup: Etibarlı
Yazı: 201
Reputasiya: 4
Status: Saytda deyil
"Allah (c.c) "Lää Ilähä Illällah " i haggiyla bilän gullarini böyük nemätlärlä nemätländirmisdir.Dünya ähli ücün särin su nädirsä , Cännät ähli ücündä "Läa Ilähä Illällah" odur."(Hafiz Ibni- Räcäb: Kälimätül ixlas) Allah mäläkläri gullarindan dilädiyi kimsäyä özündän bir vähylä göndärib belä buyurar: "Mändän basga ibadätä layig ilah yoxdur.Mändän gorxun!" (ÄL-NÄHL : 16/2)

ALLAH bizləri haqq yoldan çıxartmasın!
 
XEDICE73Tarix: Çərşənbə, 27.05.2009, 11:31 | Yazı # 18
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
- Quran və sünnədə olan həmd beş şeyi əhatə edir. Aydın olsun deyə bu növlərin hər birinə Qurandan bir və ya iki dəlil zikr edirik.

1. Rububiyyə tovhidində. Uca Allah buyurur: "Həmd olsun aləmlərin Rəbbi Allaha" (əl-Fatihə, 2). Digər bir ayədə buyurur: "Göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha həmd olsun!" (əl-Fatir, 1).

2. Uluhiyyə tovhidində. Uca Allah buyurur: "De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə
kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək Uca tut" (əl-İsra, 111). Həmçinin bu ayə üçüncü növədə dəlildir.

3. Ad və sifətlər tovhidində. Uca Allah buyurur: "Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin Ona aid etdikləri sifətlərdən uzaqdır" (əs-Saffat, 180).

4. Kovni qədərində. “Beləliklə də zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allaha” (əl-Ənam, 45).

5. Şərii qədərində. Uca Allah buyurur: "Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun!". (əl-Kəhf,1). Digər bir ayədə buyurur: "Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir" (əz-Zumər, 69).

- İslamdan əvvəl olmuş dinlərdən gələn xəbərlər üç qismə bölünür. 1. Quran və sünnəyə müvafiq olanlar. Bu növdən olan xəbərləri təqdir edirik. 2. Quran və sünnəyə zid olan xəbərlər. Bu növdən olan xəbərlər şəriətə zid olduğu üçün inkar edirik. 3. O xəbərlər ki, Quran və sünnə təsdiq etməsədə inkar etmir. Bu növdən olan xəbərləri nə təsdiq edirik, nə də ki inkar edirik.

- Varlı şükr edən əfzəldir, yoxsa kasıb səbr edən? Bu məsələdə alimlər ixtilaf etmişlər. Düzgün rəy odur ki, şükr edən varlı səbr edən kasıbdan daha əfzəldir.

- Seçim arasında qaldıqda şəriət ilk olaraq nəyi qorumağı bizə bildirmişdir? Bunları ardıcıllıqla qeyd edirik. 1. Dini qorumaq. 2. Nəfsi qorumaq. 3. Ağlı qorumaq. 4. (Qeyrəti mail) qorumaq. 5. Nəsəbi qorumaq.

- Üç halda edilən tövbə qəbul olunmur və düzgün deyildir.
Birinci hal: Əzab nazil olduqda. Uca Allah buyurur: "Onlar əzabımızı daddıqda: “Biz Vahid Allaha iman gətirdik, Ona ortaq qoşduqlarımızı isə inkar edirik! Lakin o zaman əzabımızı gördükdə iman gətirmələri onlara heç bir fayda vermədi" (Gafir 84-85). Digər bir ayədə Firon barədə buyurur: "Nəhayət Firon dənizdə batdığı vaxt dedi: “İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!". Uca Allah ona dedi: "Firona deyildi: “İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun" (Yunus 90-91).
Uca Allah bu halda yalnız Yunus peyğəmbərin qövmünü istisna etmişdir. Uca Allah buyurur: "Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik" (Yunus, 98).
İkinci hal: Ruh hulquma yetişdikdə. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: "Uca Allah bəndənin tövbəsini ruhu hulquma yetişdikdə qəbul eləmir".
Üçüncü hal: Günəş batdığı yerdən çıxdıqda artıq tövbələr qəbul olmur. Uca Allah buyurur: "Yoxsa onlar ancaq ya mələklərin, ya Rəbbinin və yaxud da Rəbbinin bəzi əlamətlərinin gəlməsini gözləyirlər? Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir. De: “Gözləyin, şübhəsiz ki, Biz də gözləyirik" (əl-Ənam, 158).
Burada "Rəbbinin bəzi əlamətləri" deyildikdə günəşin batdığı yerdən çıxması nəzərdə tutulur. Həmçinin peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Günəş məğribdən çıxdığı zaman insanlar hamısı iman gətirəcəklər. Ancaq əvvəlcədən iman gətirmədikləri üçün onların imanı heç bir fayda verməyəcəkdir"


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Çərşənbə, 27.05.2009, 11:42
 
XEDICE73Tarix: Çərşənbə, 27.05.2009, 11:34 | Yazı # 19
IDARƏÇİ
Qrup: İdarəçilər
Yazı: 280
Reputasiya: 10
Status: Saytda deyil
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) cinlərə Quran oxuması sabitdir. Ancaq Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) onları görməsi barəsində dəlil varid olmayıb. Uca Allah insanların cinləri görmək barəsinda belə buyurur: "Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər" (əl-Əraf, 27).

- Musa (Allahın ona salamı olsun) iki dənizin qovuşduğu yerə Yuşa ibn Nuh ilə gedir. O, həmin şəxsdir ki, Musa və Harunun ölümündən sonra Beytul-Məqdisi fəth edir. O həmin şəxsdir ki, Uca Allah günəşin batmağını onun üçün qoymur. (Hədis Səhih əl-Buxaridə zikr olunur).

- Yəqinliyin üç növü vardır. Hər biri o biri növündən üstündür.
Birinci növ: Elmlə yəqin etmək. İnsanın şərii dəlillə və ya əqli dəlillə bildiyi şeyə deyilir.
İkinci növ: Gözlə görməklə yəqin etmək. İnsan bir şeyə yəqin etdikdən sonra onu görməsinə deyilir.
Üçüncü növ: Haqq olan yəqin. İnsan elmlə yəqin edib onu birbaşa özü görməsinə deyilir. Bu ən üstün dərəcəsidir. İbrahim peyğəmbər (Allahın ona salamı olsun) Allaha belə xitab etdikdə (Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər) yəqinlik elmindən gözlə görünən yəqinliyə keçməsini istəmişdi. Məhz ona görə Rəbbi ondan (Məgər sən inanmırsan) deyə soruşduqda o, (Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun) deyə cavab verir (əl-Bəqərə, 260).

- Allahın xəlili İbrahim (Allahın ona salamı olsun) və Muhəmməd (Allahın ona salavat və salamı olsun) peyğəmbərdir. Allahın bir başa danışdığı peyğəmbər Musa (Allahın ona salamı olsun) və Muhəmməddir (Allahın ona salavat və salamı olsun).

- Əqidə və xəbər məsələlərində nəsx olmur. Nəsx ancaq hökmlərdə olur. Böyük şirk və tovhid məsələlərində nəsx olmur. Bunlardan ancaq kiçik şirk istisnadır. Necə ki, Allahdan qeyrisinə and içmək İslamın əvvəllərində caiz oldusa sonradan qadağan olunmuşdur.

- Qəbirdə olanlar dirilərin səslərini eşitmirlər. Uca Allah buyurur: "Sözsüz ki, sən nə ölülərə eşitdirə bilərsən" (ən-Nəml 80). Digər bir ayədə belə buyurur: " Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən" (Fatir, 22)

Bundan yalnız üç hal istisnadır. 1. Bədr döyüşündə peyğəmbər (Allahın ona salavat və salamı olsun) xitab etdiyi vəfat etmiş kimsələr 2. Meyiti dəfn edib gedərkən qəbirdə həmin insanların ayaq səslərini eşidir.3. Qəbirdə mələklər tərəfindən onlara verilən suallar və ya bu kimi şeyləri eşidirlər.

- Əgər insan diri və qadirdirsə o insandan kömək istəmək olar. Yox əgər insan ölüdürsə və yaxud diridir ancaq kömək etməyə qadir deyilsə ondan kömək istəmək şirkdir.

- Kim "Lə İləhə İllə Allah" kəliməsini deyib o halda ölərsə onun hökmü nədir? 1. Ruh hulquma yetişdikdən sonra deyərsə o kəlimə sahibinə fayda vermir. Firon kimi. 2. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq etməyərək, iman gətirməyərək deyərsə yenə həmin kəlimə sahibinə fayda verməz. 3. Əgər ruh hulquma yetişməzdən əvvəl təsdiq edərək iman gətiribsə həmin kəlimə sahibinə fayda verər. 4. Kim ki şirkdən və bütün günahlardan töbvə edərək deyərsə ilk məqamda Cənnətə girənlərdən olar Allahın izni ilə. 5. Kim ki şirkdən tövbə edərək günahlardan isə çəkinmədən deyərsə həmin şəxs Qiyamət günü Allahın istəyi altında olacaqdır. Uca Allah bu xüsusda buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar". (ən-Nisə, 48)

- Ərşi daşıyan mələklər barəsində insanlar iki rəyə bölünurlər.
Birincisi: Mələklər yalnız ərşi daşıyacaqlar.
İkincisi: Ərşi və onun üzərində olan hər şeyi daşıyacaqlar. İkinci rəy daha düzgündür. Doğrusunu Allah bilir.

- Kiçik şirk böyük günahlardan (şirkdən başqa) da böyükdür. Cünki kiçik şirk Allahdan qeyrisinə bağlanmaq və qəlblə əlaqədərdir. Böyük günahlar isə (şirkdən başqa) nəfsin zəif olmasından, şeytandan irəli gəlir.

- Abdullah ibn Abbas, İkrimə, Əhməd və s. alimlər buyurmuşlar: "Şəkil ancaq baş sayılır. Şəkildən başı sildikdə kifayət edir".

- Bütün Əhli Sünnə alimləri kafirlərin Qiyamət günü Allahı görməyəcəkləri barədə ittifaq etmişlər. Uca Allah buyurur: "Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!". (əl-Mutaffifin, 15)

- Kiçik yaşda vəfat edən müsəlman və kafirlərin uşaqlarının hara düşməsi barəsində alimlər ixtilaf etmişlər. Alimlər müsəlmanların uşaqlarının Cənnətə düşməsi barəsində ittifaq etsələrdə, kafirlərin uşaqları barəsində ixtilaf etmiş və yeddi rəy irəli sürmüşlər. Bunlar ən məhşuru iki rəydir.
Birinci rəy: Onlar Cənnətə düşəcəklər. Dəlil Buxarinin rəvayət elədiyi hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: Atam İbrahimi Cənnətdə gördüm və ətrafında müsəlmanların uşaqları var idi. Səhabələr "müşrüklərin övlarları necə?"-deyə soruşduqda Peyğəmbər(Allahın ona salavat və salamı olsun) "Müşrüklərin övladları da vardı-deyə cavab verir".
İkinci rəy: Qiyamət günü onlar fitrət əhli kimi təzədən imtahan olunacaqlar. Uca Allah buyurur: "Biz elçi göndərməmiş heç kəsə əzab vermirdik". (əl-İsra, 15)
Bu iki rəydən birincisi daha doğru görünür. Düzünü Allah bilir.


Allahım, mənim üçün əcr yaz və bir günahımı sil. Onu mənim üçün öz yanında toplayıb saxla və qulun Davuddan qəbul etdiyin kimi onu məndən qəbul et. (Əmin!)

Yazını XEDICE73 - Çərşənbə, 27.05.2009, 11:40
 
UmarTarix: Bazar, 25.07.2010, 15:49 | Yazı # 20
muvahhid
Qrup: Etibarlı
Yazı: 190
Status: Saytda deyil

Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

Alimlərdən bir qrup isə deyir ki, bu hədislərlə qəsd olunan budur ki, “lə iləhə illə Allah” Cənnətə girməyin və atəşdən qurtulmağın səbəbidir və bunu tələb edir. Lakin şərtlər yerinə yetmədən və maneələr aradan qalxmadan tələblər keçərli sayılmaz. Şərtlərdən birinin yerində olmamasına görə və ya hər hansı bir maneənin mövcud olmasına görə tələb öz vəzifəsini itirmiş olur və bu, Əbu Said əl-Həsən bin Yəsar əl-Basrinin və Vəhb bin Munəbbih əl-Əbnəvi əs-San’anin görüşüdür. Doğru olan da bu görüşdür.

Şeyx Abdur-Rahmən əl-Bərrak bu sözlərin şərhində deyir: “Müəllif deyir ki, bu görüş səhihdir və bu görüşü əl-Həsən əl-Basri və Vəhb bin əl-Munəbbih’ə nisbət etmişdir. Həqiqətdə bu görüşü onlara nisbət etmək bu görüşün yalnız bu iki alimə məxsus olması anlamına gəlməz, lakin onlardan bu barədə əsərlərin gəldiyini göstərir.”

əl-Fərazdəq həyat yoldaşını dəfn edərkən əl-Həsən ona dedi: “Bu günə nə hazırlamısan?” Dedi: “Yetmiş ildən bəri “lə iləhə illə Allah” şəhadətini.” əl-Həsən dedi: “Bəli, “lə iləhə illə Allah” şəhadətinin şərtləri vardır. İffətli qadınlara ləkə yaxmaqdan əl çək!”
(əl-Fərazdəq’in adı Humməm bin Ğalib bin Sasaə bin Naciyə ət-Təmimi əl-Basri’dir. Əsrinin şairidir. Hicri 110-cu ildə vəfat etmişdir. (bax: “Siyər Əaləm ən-Nubələ”, 4/590).

əl-Fərazdəq həyasız bir şair olmuşdur. İnsanları ələ salar və şerlərində qadınlara söz atar, onlara sataşarmış. Buna görə də müasirlərindən bəziləri ona “İffətli qadınlara ləkə atdığına görə Allahdan qorxmursan?” deyərək onu danlayardılar. (bax: İbn Kəsir, “əl-Bidayə van-Nihayə”, 9/299).)

əl-Hafiz Əhməd əl-Həkəmi – rahiməhullah – “Bəli, “lə iləhə illə Allah” şəhadətinin şərtləri vardır” – kəlməsinə gözəl şəkildə bir neçə beytdə nəzmə almışdır və orada tövhid kəliməsinin şərtlərini qeyd etmişdir. Bu şərtlərin haqqını verməyən kəsə tövhid kəliməsi fayda verməz. Həqiqətdə bütün bu şərtlər Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – varid olmuş hədislərdə mövcuddur. O, - rahiməhullah – deyir:

وبشروط سبعة قد قيّدتْ وفي نصوص الوحي حقاً وردتْ
فإنه لم ينتفع قائلها بالنطق إلا حيث يستكملها
العلم واليقين والقبول والانقياد فادْر ما أقول
والصدق والإخلاص والمحبة وفّقك الله لما أحبه

Şəhadət kəliməsi yeddi şərtlə şərtlənib,
Bu şərtlər vəhy dəlillərində haqq ilə varid olub.
Şərtləri ödəmədən sadəcə dildə söyləməklə,
Bu söz fayda verməz deyən kəsə qətiyyətlə!
(Şərtlər budur) Mənasını bilmək, yəqin olmaq və qəbul etmək,
itaət etmək də şərtdir, yaxşı anla!
Sidq, ixlas və sevgi də şərtlərdəndir!
Allah səni xoş gördüyünə müvəffəq etsin!

Bu, peyğəmbərin – salləllahu aleyhi va səlləm – hədislərindən götürülmüşdür və bu hədislərdən bəzisində gəlir: “Kim ixlasla “lə iləhə illə Allah” deyərsə...”, digər hədisdə: “yəqinliklə...”, bəzi rəvayətlərdə “qəlbində və dilində təsdiq edərək...”, bəzi hədislərdə isə “səmimi qəlblə deyərsə...”, digər rəvayətlərdə isə “dili bu sözlə boyun əymiş olaraq, qəlbi bu sözlə razı olmuş olaraq...” şəklində gəlmişdir. Müəllif – rahiməhullah – bu hədisləri zikr etmişdir və qarşıda gələcəkdir.
Biz adı keçmiş bu yeddi şərtə səkkizinci şərti də əlavə edə bilərik. Bu, Allahdan başqa ibadət olunan şeylərə küfr etməkdir və bu, İmam Muslim’in “iman” fəslində (rəq: 37) rəvayət etdiyi peyğəmbərin – salləllahu aleyhi va səlləm –hədisində varid olmuşdur. Hədisdə gəlir: “Kim “lə iləhə illə Allah” deyərsə və Allahdan başqa ibadət olunan şeylərə küfr edərsə, malı və qanı haram olar və hesabı Allaha aiddir.”

Şeyxul-İslam Muhamməd bin Abdulvahhab – rahiməhullah – deyir: “Bu, “lə iləhə illə Allah” kəliməsinin mənasını izah edən dəlillər içində ən əzəmətlisidir, çünki bu, sadəcə şəhadət kəliməsini söyləməyi, qanı və malı qoruyan amillərə aid etməmişdir. Hətta tələffüz etməklə birlikdə mənasını bilsə, hətta bunu təsdiq etsə, üstəlik şəriksiz Allahdan başqa heç kəsə dua etməsə belə, yenə qanı və malı qorunmuş sayılmır, gərək mütləq Allahdan başqa ibadət olunan şeylərə küfr etməyi də bu şərtlərə əlavə etmək lazımdır. Çünki şəkk və tərəddüd onun malını və qanını haram etmir. Bundan da üstün məsələ varmı?! Bundan da aydın bir izah varmı?! Qarşı çıxan tərəf üçün bundan da qəti bir dəlil varmı?!” (“Təysir əl-Aziz əl-Həmid”, səh: 147)

Yenə ondan rəvayət olunur ki, o, əl-Fərazdəq’ə belə demişdir: “Bu, (çadırın) dirəyidir, bəs (çadırı bərkidən) iplər hardadır?”
əl-Həsən’dən soruşurlar: “İnsanlar soruşurlar ki, “lə iləhə illə Allah” deyən kəs Cənnətə daxil olacaqmı?” Cavabında buyurmuşdur: “Kim “lə iləhə illə Allah” deyərsə, haqqını və fərzlərini ödəyərsə Cənnətə daxil olacaqdır.”
“Məgər “lə iləhə illə Allah” Cənnətin açarı deyilmi?” deyərək soruşan bir kəsə Vəhb bin Munəbbəh belə cavab vermişdir: “Bəli! Lakin bütün açarların dişləri vardır və əgər dişləri olan açarla gəlsən, (Cənnətin qapıları) sənin üçün açılacaq, əks təqdirdə açılmayacaq.”( əl-Buxari (3/109) bunu mualləq olaraq rəvayət etmişdir, lakin “ət-Tarix əl-Kəbir”də (1/95) tam sənədlə rəvayət edir. Bunu eləcədə Əbu Nueym “əl-Hilyə” əsərində (1/66) rəvayət etmişdir.)

“Lə iləhə illə Allah” Cənnətin açarıdır” hədisini İmam Əhməd munqati (qopuq, qırıq) isnadla rəvayət etmişdir. Əhməd “əl-Müsnəd” (5/242) və hədisin sənədi müəllifin – rahiməhullah - dediyi kimidir. əl-Heysəmi “Məcmə əz-Zəvaid”də (1/21) deyir: “Bunu Əhməd və Bəzzar rəvayət etmişdir və bunda (yəni sənədində) Şəhr və Muaz arasında inqita (qopuq) vardır. Üstəlik İsmayıl bin Əyyaş’ın Hicaz əhlindən rəvayətləri zəifdir və bu, həmin rəvayətlərdən biridir.”

Muaz’dan rəvayət olunur: “Allahın Elçisi – salləllahu aleyhi va səlləm – mənə dedi: “Yəmənin əhalisi səndən Cənnətin açarı barədə soruşsa de: “Allahdan başqa ibadətə layiq məbud olmadığına şahidlik etmək.”

Bu görüşün səhihliyini göstərən dəlillərdən biri də budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bir çox hədislərdə Cənnətə daxil olmağı saleh əməllərdən sonra qeyd etmişdir. “əs-Səhiheyn”də Əbu Əyyub’dan rəvayət olunduğu kimi bir nəfər deyir: “Ey Allahın Elçisi! Məni Cənnətə daxil edəcək bir əməl haqqında mənə məlumat ver!” Dedi: “Allaha ibadət et və Ona heç bir şərik qoşma! Namaz qıl, zəkatı ödə və qohumluq əlaqələrini gözlə!” (əl-Buxari, 2/108-109)

“Səhih Muslim”də isə Əbu Hureyrə’dən rəvayət olunan hədisdə bir nəfər soruşur: “Ey Allahın Elçisi! Onu etməklə Cənnətə daxil olacağım bir əmələ yönəlt məni!” Dedi: “Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma! Vacib buyurulmuş namazları qıl, fərz olan zəkatı ver və Ramazan ayını oruc tut!” Həmin şəxs dedi: “Nəfsimi əlində tutana and içirəm ki, buna heç bir şey əlavə etməyəcəm və bundan heç bir şey əksiltməyəcəm.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: “Kim Cənnət əhlindən birini görmək istərsə, bu kimsəyə baxsın!”( əl-Buxari, 2/109; Muslim (rəq: 15)

“əl-Müsnəd” əsərində isə Buşeyr bin əl-Xasasiyyə’dən belə dediyi rəvayət olunur: Peyğəmbərə - salləllahu aleyhi va səlləm – beyət etmək üçün onun yanına gəldim. Mənə “lə iləhə illə Allah və Muhammədur-Rasulullah” şəhadətini, namaz qılmağı, zəkat verməyi, İslam həcci ilə həcc etməyi, Ramazanda oruc tutmağı və Allah uğrunda cihad etməyi şərt qoşdu. Dedim: “Ey Allahın Elçisi! Bu ikisinə gücüm çatmaz; cihad və sədəqə.” Allahın Elçisi – salləllahu aleyhi va səlləm – onun əlindən tutdu, sonra silkələdi və dedi: “Nə cihad, nə də sədəqə!!! O zaman nə ilə Cənnətə girəcəksən?” Dedim: “Ey Allahın Elçisi! Sənə beyət edirəm.” Bunların hamısında ona beyət etdim.” (Əhməd, “əl-Müsnəd”, 5/224. əl-Heysəmi “Məcmə əz-Zəvaid”də (1/47) deyir: “Bunu Əhməd və ət-Tabərani “əl-Kəbir” və “əl-Əvsat”da rəvayət etmişdir. Hədisin ləfzi ət-Tabərani’yə aiddir. Əhmədin rəvayətindəki ravilər siqadır.”

əl-Hakim hədisi səhih saymış və əz-Zəhəbi onunla razılaşmışdır; (2/80) deyir: “Bu, isnadı səhih bir hədisdir və onlar (Buxari və Muslim) bunu rəvayət etməyiblər.Bişr bin əl-Xasasiyyə ənsar arasından səhabəlikdə qeyd olunanlardan biridir: radiyallahu anhu.

İbn Rəcəb əl-Hənbəli


"İslam qərib olaraq gəldi və yenə qərib olaraq dönəcəkdir. Nə xoşbəxtdir o qəriblər!"

İslami faydalar məkanı

 
Forum » İslam » Tövhid və Əqidə » Ləə iləhə İlləllah (İslama girmək üçün birinci şərt)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru