[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » KİM KAFİRİ TƏKFİR ETMƏZSƏ O DA KAFİRDİR, QAYDANIN TƏFSİLİ (BİSMİLLAH)
KİM KAFİRİ TƏKFİR ETMƏZSƏ O DA KAFİRDİR, QAYDANIN TƏFSİLİ
Muslimah_92Tarix: Cümə axşamı, 25.10.2012, 08:14 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Son dönəmdə İslami ortamlarda tez tez eşidilən bir söz vardır...
Bir çox qardaşlar bu qaydanı doğru şəkildə anlamırlar ki, nəticədə Müsəlmanlar arasına fitnə girir...
Bu qayda haqqında ifrat və təfrit olan məsələlərdəndir.
Allahın iznilə bu qayda və qaydanın təfsilatı haqqənda bildiklərimizi qardaşlarla bölüşməyə çalışacayıq. Uca Allah bizi və Müsəlmanları faydalandırsın.
Sözügedən qaydaya bir çox alimin kitabında rast gəlmək olar... Bu qaydanın məşhur formaları aşağıdakılardır:



من لم يكفر المشركين أو شك في كفرهم أو صحح مذهبهم؛ كفر إجماعاً
“Kim müşrikləri təkfir etməzsə və ya onların küfründə şəkk edərsə və ya onların yolunu doğrulayarsa, icmayla küfr etmişdir”
ومن لم يكفر الكافر فهو مثله
“Kim kafiri təkfir etməsə o da onun tayıdır/mislidir”

من لم يحكم على الكافر بالكفر فهو كافر
“Kim kafirin küfrünə hökm etməzsə o da kafirdir”

ومن شك في كفر الكافر فهو كافر
“Kim kafirin küfründə şəkk edərsə o da kafirdir”

مَنْ لَم يُكفِّر الكافر فهو كافرٌ
“Kim kafiri təkfir etməsə o da kafirdir”


Yazını Muslimah_92 - Cümə axşamı, 25.10.2012, 08:21
 
Muslimah_92Tarix: Cümə axşamı, 25.10.2012, 08:23 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən, Alləmə Qazi İyaz Əs Səbti (476-544 h/ 1083-1149 m), Xristian və Yəhudilərin muqallidlərini təkfir etməyənlər haqqında deyir:

وقائلُ هذا كلِّه كافرُ بالإجماعِ على كُفْرِ من لم يُكَفِّرْ أحدًا مِن النصارى واليهود وكل مَن فارق دين المسلمين أو وقف في تكْفيرهم أوشكَّ
قال القاضى أبو بكر لأنَّ التوْقيف والإجماع على كفرهم
فمن وقف في ذلك فقد كذَّب النصَ والتوقيفَ، أو شك فيه . والتكذيب أو الشك فيه لا يقع إلا من كافر
“Butün bunları deyən “bir xristianı, yəhudini və müsəlmanların dinindən ayrılan kimsəni təkfir etməyənin, təkfirində sükut edənin, şəkk edənin küfrünə” dair qaydaya əsasən kafirdir.
Qazi Əbu Bəkr dedi: Təvqif/nass və İcma onların küfrünə dəlalət edir. Kim bunda sükut edərsə nassı və təvqifi yalanlamışdır, yaxud bunda şəkk etmişdir.
Bu mövzuda yalanlama və ya şəkk isə ancaq bir kafirdən vaqe olar.”

Qaynaq: Qazi İyaz: Əş Şifə bi Təarifi Huquqil Mustafa: 2/275
Təhqiq: Huseyn AbdulHamid Nil
Beyrut: 1415/1995

İmam Əbu Bəkr Bəqqiləninin sözündən aydın olan budur ki, kimisə təkfir etməmək özlüyündə küfr deyil, dolayısıyla küfrdür. Yəni, nassların kafir olduğuna dəlalət etdiyi adamı təkfir etməyən nassı yalanladığı üçün kafir sayılar.
Misal: Uca Allah buyurur: لَقَدْ كَفَرَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ ثَالِثُ ثَلَاثَةٍ
“Andolsun ki, Allah üçün üçüncüsüdür deyənlər kafir oldular!”
Ayədə söhbət bu sözü deyən nəsranilərdən gedir. İndi kimsə bu ayəni bildikdən sonra hələdə nəsraniləri kafir saymırsa deməli bu adam Uca Allahı yalanla ittiham edir. Çünki, Uca Allah onların kafir olduğunu açıq şəkildə bildirib. Təbii ki, bu qayda dəlaləti qəti olan nasslarda keçərlidir. Yoxsa ixtilaflı və təvilə yer olan məsələlərdə belə bir qarşılıqlı təkfirdən söhbət gedə bilməz.


Yazını Muslimah_92 - Cümə axşamı, 25.10.2012, 08:24
 
Muslimah_92Tarix: Cümə axşamı, 25.10.2012, 08:25 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bu barədə Səudiyyəli məşhur şeyx Nasir bin Hamd Əl Fahdın “Havlə Qaidə: Mən Ləm Yukəffir Əl Kəfirə fə Huvə Kafir” adlı kiçik bir risaləsi var. Risalə bu qaydanı anlamaqda faydalıdır:

حول قاعدة ؛ من لم يكفر الكافر فهو كافر
الكاتب: ناصر بن حمد الفهد
الحمد لله، والصلاة والسلام على رسول الله

وبعد

فإن قاعدة "من لم يكفر الكافر فهو كافر" قاعدة معروفة مشهورة، وهي الناقض الثالث من نواقض الإسلام التي ذكرها الشيخ محمد بن عبد الوهاب رحمه الله تعالى حيث قال: الثالث: من لم يكفر المشركين أو يشك في كفرهم أو صحح مذهبهم كفر

إلا أن هذه القاعدة ليست على هذا الإطلاق، بل فيها تفصيل من أغفله وقع في الباطل من تكفير المسلمين أو ترك الكفار الأصليين بلا تكفير، وتفصيل هذا الأمر كما يلي

اعلم أولاً: أن الأصل في هذه القاعدة ليس من جهة ملابسة الكفر قولاً أو فعلاً، بل من جهة رد الأخبار وتكذيبها، فمن ترك الكافر بلا تكفير كان هذا منه تكذيباً بالأخبار الواردة في تكفيره، فعلى هذا لا بد أن يكون الخبر الوارد في التكفير صحيحاً متفقاً عليه، ولا بد أن يكون من ترك التكفير راداً لهذه الأخبار، فالمكفرات ليست واحدة، والوقوع فيها أيضاً ليس على مرتبة واحدة، ولبيان هذا الأمر لا بد من التفريق بينها، وهذا ينقسم إلى قسمين:

القسم الأول: الكافر الأصلي

كاليهودي والنصراني والمجوسي وغيرهم، فهذا من لم يكفره أو شك في كفره أو صحح مذهبه فإنه يكفر بالإجماع كما ذكره غير واحد من أهل العلم، لأن في هذا رداً للنصوص الواردة في بطلان غير عقيدة المسلمين وكفر من ليس على دين الإسلام

القسم الثاني: المرتد عن الإسلام

وهذا على قسمين

الأول: من أعلن كفره وانتقاله من الإسلام إلى غيره كاليهودية أو النصرانية أو الإلحاد، فحكمه حكم القسم السابق الكافر الأصلي

الثاني: من ارتكب ناقضاً من نواقض الإسلام إلا أنه يزعم أنه على الإسلام ولم يكفر بهذا الناقض، فهو على قسمين أيضاً

الأول: من ارتكب ناقضاً صريحاً مجمعاً عليه - كسب الله سبحانه وتعالى مثلاً - فإنه يكفر بالإجماع، ومن توقف في تكفيره أحد رجلين

الأول: من أقر بأن السب كفر، وأن هذا فعله كفر، إلا أنه توقف في تنزيل الحكم على لمعين لقصور في علمه أو لشبهة رآها ونحو ذلك، فإنه يكون مخطئاً وقوله هذا باطل، إلا أنه لا يكفر لأنه لم يرد خبراً أو يكذب به ؛ فإنه أقر بما ورد في الأخبار والإجماع من أن السب كفر

والثاني: من أنكر أن يكون السب كفراً أصلاً، فهذا يكفر بعد البيان، لأنه رد للأخبار والإجماع. وهذا مثل من يعبد القبر ممن ينتسب إلى الإسلام، فمن خالف في أن فعله كفر فإنه يكفر لأنه رد للنصوص والإجماع، ومن أقر بأن فعله كفر إلا أنه توقف في تكفيره لشبهة رآها فإنه لا يكفر

والقسم الثاني: من ارتكب ناقضاً مختلفاً فيه كترك الصلاة مثلاً، فتكفيره مسألة خلافية، ولا يكفر المخالف فيها، بل ولا يبدع ولا يفسق، وإن كان مخطئاً

هذا ما عندي في هذه القاعدة باختصار
وصلى الله على محمد

كتبه؛ ناصر بن حمد الفهد
10 / 5 / 1423

“”Kim kafiri təkfir etməzsə o da kafirdir” qaydası bilinən, məşhur bir qaydadır və Şeyx Muhamməd ibn Abdulvahhabın, rahiməhullah, İslamı pozan əməllər içində zikr etdiyi üçüncü pozucu amildir, beləki o deyir: “Üçüncü: kim müşrikləri təkfir etməzsə və ya küfrlərində şübhə edərsə və ya yollarını doğrulayarsa, kafir olmuşdur.”
Ancaq bu qayda belə ümumi şəkildə tətbiq edilməz. Bunda təfsil vardır və kim bundan xəbərsizdirsə müsəlmanları təkfir etmək və əsli kafirləri isə təkfir etməyi tərk etmək kimi batil bir iş görər. Bunun təfsili isə gələcək:

Əvvəla bil ki, bu qaydanın əsası küfr ilə söz və ya əməl cəhətdən münasibətdə olmaq deyildir, əksinə xəbərlərin (nassın) rədd edilib yalanlanması yönündəndir. Kim kafiri təkfir etməyi tərk etsə, deməli kafirin təkfiri haqda varid olan xəbərləri yalanlamışdır. Buna binaən, qaçınılmazdır ki onun təkfiri haqda varid olan xəbər səhih və üzərində ittifaq edilmiş olmalıdır. Həmçinin qaçınılmazdır ki, təkfiri tərk edən kəs bu xəbərləri (nassı) rədd etmiş olsun, İnsanı kafir edən əməllər isə bir deyildir və həmçinin küfrə düşmək işi də bir mərhələdə baş vermir.
Bu işin bəyanı üçün qismlərə ayrılması qaçınılmazdır ki, bu iki qismə bölünür:

Birinci Qism: Əsli kafir:
Yəhudilər, Xristianlar, Məcusilər və digərləri kimi. Elm əhlindən bir çoxunun zikr etdiyi kimi, kim onları təkfir etməz, küfrlərində şübhə edər, məzhəblərini doğrulayarsa icmayla təkfir edilər. Çünki bunda Müsəlmanların əqidəsindən başqa əqidələrin batil olması və İslam Dini üzrə olmayanın küfrü haqda varid olmuş nassların rəddi vardır.

İkinci Qism: İslam dinindən çıxan:
Bu da özlüyündə iki qismdir:
Birinci Qism:
A ) Kim, küfrünü, İslam dinindən çıxıb Yəhudiliyə, Xristianlığa və ya dinsizliyə keçdiyini elan edərsə onun hökmü sabiq bəndin hökmü kimidir. (Əsli Kafir)
B ) Kim ki, İslamı pozan əməllərdən pozan bir əməl edər, ancaq özünün İslam üzərində olduğunu, pozucu şeyə görə küfr etmədiyi zənn edər . Bu da iki qismdir:
1) Açıq və üzərində İcma edilmiş bir pozucu əməl işləyən kəs. Məsələn: Allahı – Subhanəhu və Təala – söymək. Bu adam İcmayla təkfir edilir. Bunun təkfirində sükut edən kəs bu iki qismdən birindədir:
|) Söymənin küfr olduğunu və onun bu felinin küfr olduğunu iqrar edən kimsə. Ancaq o, elmindəki qüsur və ya gördüyü şübhə və buna bənzər bir şey səbəbilə hökmün müəyyən adama tətbiq edilməsində sükut edir. O Xətakardır və sözü də batildir. Ancaq o təkfir edilməz. Çünki, xəbəri rədd etməmiş və yalanlamamışdır. (Allaha) söymənin küfr olması haqda xəbərdə və nassda gələnləri iqrar edən birisidir.
||) (Allaha) söymənin əslən küfr olduğunu inkar edən şəxs. Bu adam açıqlamadan sonra təkfir edilər. Çünki xəbərləri və İcmanı rədd etmişdir. Bu, qəbrə ibadət etdiyi halda özünü İslama nisbət edən kimsə kimidir. Kim onun əməlinin küfr olması mövzusunda müxalifət edərsə təkfir edilər. Çünki nassları və İcmanı rədd etmişdir.
Kim ki, onun felinin küfr olduğunu iqrar edər, ancaq gördüyü şübhə səbəbilə onun təkfirində sükut edərsə o təkfir edilməz.

İkinci Qism: Kim İslamı pozub pozmadığı ixtilaflı olan bir pozucu əməl edərsə, məsələn: Namazın tərki. Onun təkfiri ixtilaflı məsələdir. Bu məsələdə xətalı olsa belə müxalif təkfir edilməz, bidətçi və fasiq adlandırılmaz.

Müxtəsər olaraq bu qayda haqqında mənim qatımda olan budur. Sallallahu alə Muhəmməd.

Bunu yazdı: Nasir bin Hamd Əl Fahd
10/05/1423 hicri”
 
Muslimah_92Tarix: Cümə axşamı, 25.10.2012, 08:27 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şək yoxdur ki, Yəhudi və Xristianlar kafirdirlər. Onların küfründə şübhə etmək də eyni şəkildə Kitabın inkarıdır, küfrdür. Lakin, bu inkar cahil olan birisindən meydana gələrsə bu sözünə görə dərhal təkfir olunarmı? Yoxsa ona məsələnin həqiqəti başa salınar?
Bu barədə Əbu Hənifənin məşhur tələbələrindən İmam Muhəmməd Əş Şeybaniyə sual verilir. Bildiyimiz kimi bu məsələ “küfr sözü söyləyib, lakin bunun küfr olduğunu bilməyənin küfrə girib girməyəcəyi” babındandır ki, bu barədə xilaf məşhurdur.
Məsələni Şihabuddin Əl Haməvi, Alləmə Əbu Abdillah Əl Curcaninin “Xizanətul Əkməl” kitabından nəql edir:

وفي خِزانةِ الأكْملِ رُوي أن امرأةً في زمَنِ محمدِ بنِ الحسنِ قيل لها : إنَّ اللهَ يعذِّب اليهودَ والنصارى يومَ القيامةِ قالتْ : لا يفعَل اللهُ بهم ذلك , فإنهم عبادُه , فسُئل محمدُ بنُ الحسنِ عن ذلك فقال : ما كفَرتْ فإنها جاهلةٌ ، فعلِّموها حتى علِمتْ

“”Xizanətul Əkməl” kitabında deyilir: Rəvayət olunur ki, Muhəmməd bin Əl Həsən zamanında bir qadına deyildi: “Qiyamət günü, Allah Yəhudi və Nəsranilərə əzab edəcək”. Qadın dedi: “Allah onlara bunu etməz, çünki onlar Onun qullarıdır”.
Bu məsələ haqda Muhəmməd bin Əl Həsəndən soruşuldu və o dedi: Kafir olmamışdır, o qadın cahildir. Anlayana qədər ona bunu izah edin.”

Qaynaq: Şihabuddin Əl Haməvi: Şərhu Kitabil Əşbəh vən Nəzair: 3/304
Beyrut: 1405/1985
 
abutelmanTarix: Cümə, 15.03.2013, 08:35 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 1
Reputasiya: 0
Status: Saytda deyil
As-Salamu Aleykum,bu muselmanlara aiddir,her namaz qilib oruc tutub ve muselmanlari xevaric adlandiranlara aid deyil (yeni Salam). Ey insanlar bu qeliz sozleri hardan tapib cixarirsiz axi, bunu derk eleki bir bedevi bir xelifeden ve ya alimden din oyrenirse o telesik gelir ve telesik gedir, bu bedevini sehrada qarwilasan o sene deyecek kim kafirdi kim muselman. Muselmana dunya zindan kafire ise cennetdi, ama bugun ozunu selefi adlandiranlara bax ve kafirlere bax, ikiside bahali mawinlarda ikisininde villasi, hetta bu selefinki kafirden daha ustun, iki uc arvadi ve s. Indi baxaq gorey kime cennet kime zindadi dunya, ama xavaric adlananlara heqiqeten zindandi, onlar Allah yolunda cennet muqabilinde canlarini ve mallarirni satan kimselerdi!
 
Forum » İslam » Tövhid və Əqidə » KİM KAFİRİ TƏKFİR ETMƏZSƏ O DA KAFİRDİR, QAYDANIN TƏFSİLİ (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru