[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » QƏBİRLƏRİ TAVAF, HÖKMÜ NƏDİR? (BİSMİLLAH)
QƏBİRLƏRİ TAVAF, HÖKMÜ NƏDİR?
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:03 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Alimlərimizin bu haqda rəyləri nədən ibarətdir?
Öncəliklə bu insanı İslamdan ixrac edən şirk növdürmü?
Əgər deyilsə haramdırmı yoxsa caizdirmi?
 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:04 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki fəqihlərindən İbnul Hacc Əl Abdəri (v. 737 h/ 1336 m) qəbirləri tavaf etmək, üzərinə təbərrük məqsədilə bez qoymaq və bənzəri şeylər haqda deyir:

فتَرى مَن لا علْمَ عندَه يطُوفُ بالقبرِ الشريفِ كما يطُوف بالكعبةِ الحرامِ , ويتمسَّح به , ويقبِّله , ويُلقُونَ عليه مَناديلَهم وثيابَهم , يَقصِدون به التبرُّكَ ، وذلك كلُّه مِن البدَعِ ؛ لأنَّ التبركَ إنما يكون بالاتباعِ له - عليه الصلاة والسلام - وما كان سبَبُ عبادةِ الجاهليةِ للأصْنامِ إلا مِن هذا البابِ

"Elmdən nəsibi olmayan kimsələrin şərəfli qəbri (Rəsulullahın qəbri) müqəddəs Kəbəni tavaf etdiyi kimi tavaf etdiyini, məsh etdiyini, öpdüyünü və təbərrük məqsədilə onun üzərinə bezlərini və paltarlarını asdığını görərsən.
Bütün bunlar bidətlərdəndir.
Çünki təbərrük, Rəsulullaha – sallallahu aleyhi və səlləm – uymaqla olar. Cahiliyyədəkilərin bütlərə ibadət etməsinin səbəbi məhz bu cür şeylərdir."

Qaynaq: İbn Əl Hacc: Əl Mədxal: 1/263
Darut Turas

Qeyd: İbnul Hacca aid "Əl Mədxəl" kitabı, Tartuşinin məşhur "Əl Həvədis vəl Bida" adlı əsəri kimi bir bidətlər ensiklopediyasıdır. O, bu kitabında hər mövzuda ortaya çıxarılmış bidətləri müvafiq başlıq altında toplamışdır. Məsələn: "Namazdakı bidətlər", "Haccdakı bidətlər", "Cənazədəki bidətlər". Kitab bu barədə ensiklopedik qaynaq xarakteri daşıdığı üçün çox faydalıdır.

 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:04 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Digər bir maliki fəqihi Yahya Əl Hattab Ər Ruyani (902-995 h/1496-1587 m) bu əməldən çəkinmək lazım olduğunu deyir:

ولْيحذَرِ الزائرُ ممّا يفعَله بعضُ الجهَلةِ مِن الطوافِ بالقبْرِ , والتمسُّحِ بالبِناءِ , وإلقاءِ المناديلِ والثيابِ عليه

"(Rəsulullahın qəbrini) ziyarət edən kimsə, bəzi cahillərin etdiyi: qəbri tavaf, məqbərəni məsh etmək, bez parçaları və paltarları onun üzərinə atmaq kimi şeylərdən çəkinsin!"

Qaynaq: Yahya Əl Hattab Ər Ruyani: İrşadus Salik: 348-349
Muəssəsətur Reyan: 1431/2010


Yazını Muslimah_92 - Çərşənbə, 25.07.2012, 02:05
 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:06 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən Əbu Şamə Əl Maqdisi (599-665 h/1202-1267 m) bidətlər haqqında olan "Əl Bais alə İnkəril Bida vəl Həvədis" adlı əsərində digər bir Şafi fəqihi İbnus Salahdan (577-643 h/1181-1245 m) nəqlən deyir:

قال : ولا يجوز أن يُطافَ بالقبرِ , وحكَى الإمامُ الحَلِيمي عن بعضِ أهلِ العلمِ أنه نهَى عن إلصاقِ البَطْنِ والظَهْرِ بجِدارِ القبرِ ومسْحِه باليدِ , وذكَر أنَّ ذلك مِن البدَعِ , قال : وما قاله شبيهٌ بالحقِّ

"(İbnus Salah) dedi: Qəbrin tavaf edilməsi caiz deyil. İmam Əl Həlimi bəzi elm əhlindən, qarın və beli qəbrin divarına yapışdırmaq və qəbri əllə məsh etməyi nəhy etdiklərini nəql etmiş və bunun bidətlərdən olduğunu qeyd etmişdir.
(İbnus Salah) dedi: Onun dediyi haqqa bənzəyir."

Qaynaq: Əbu Şamə Əl Maqdisi: Əl Bais: 282
Ər Riyad: Darur Rayə: 1410/1990

 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:06 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muhəmməd bin Abdil Vahhabın qardaşı, Hənbəli alimi Süleyman bin Abdil Vahhab (v. 1210 h/1795 m) öz qardaşının batil fikirlərinə qarşı yazdığı "Əs Savəiqul İləhiyyə fir Rəddi aləl Vəhhabiyyə" adlı məşhur rəddiyəsində deyir:

وأمّا التبرّك والتمسّح بالقبورِ وأخذُ الترابِ منها والطوافُ بها ، فقد ذكَره أهلُ العلم ، فبعضُهم عدَّه في المكروهاتِ ، وبعضُهم عدَّه في المحرّماتِ ، ولمْ ينطِقْ واحدٌ منهم بأنّ فاعلَ ذلك مرتدٌّ ، كما قلتُم أنتم ، بل تكفِّرون مَن لم يكفِّرْ فاعلَ ذلك ، فالمسألةُ مذكورةٌ في "كتابِ الجنائز" في فصلِ "الدفْنِ وزيارةِ الميِّتِ" ، فإن أردتَ الوقوفَ على ما ذكرتُ لك فطالِعِ" الفروعَ" ، و"الإقناعَ" ، وغيرَها مِن كتُبِ الفقه
فإنْ قدَحتم فيمَن صنَّف هذه الكتُبَ ، فليس ذلك منكم بكثيرٍ ، ولكن ليَكنْ معلوماً عندكم ، أنّ هؤلاءِ لم يحكُوا مذهبَ أنفسِهم ، وإنّما حكَوْا مذهبَ أحمدِ بنِ حنبلٍ وأضرابِه مِن أئمة أهل الهدى الذين أجمعتِ الأمةُ على هدايتِهم ودرايتِهم ، فإن أبيْتم إلّا العنادَ وادّعيْتم المراتبَ العليّةَ والأخذَ مِن الأدلةِ مِن غير تقليدِ أئمةِ الهدى ، فقد تقدّم أنّ هذا خَرْقُ للإجماعِ
"Qəbirlərlə təbbərrük, onları məsh etmə, onlardan torpaq alma və onları tavaf etməyə gəlincə, elm əhli bu haqda danışmış, onlardan bəziləri bunu məkruhlardan, bəziləri isə haramlardan saymışlar.
Elm əhlindən bir nəfər belə, bunu edən kimsənin - sizin iddia etdiyiniz kimi - mürtəd olduğunu söyləməmişdir.
Hətta sizlər, bu əməlləri edənləri təkfir etməyən kimsələridə təkfir edirsiniz.
Bu məsələ, "Cənazələr Kitabı" bölümünün "Ölünün dəfni və ziyarəti" fəslində zikr edilmişdir.
Əgər sənə dediyimə vaqif olmaq istəyirsənsə, "Əl Furu", "Əl İqna" və digər fiqh kitablarını oxu!
Əgər siz bu kitabların yazarlarını da tənqid edirsinizsə, bu sizin üçün böyük bir şey deyil.
Lakin məlumunuz olsunki, onlar (hənbəli alimləri) öz görüşlərini deyil, Ümmətin onların hidayət və dirayətində icma etdiyi hidayət imamlarından Əhməd bin Hənbəl və onun kimilərin görüşlərini nəql ediblər.
Yox əgər inad edib, elmi mərtəbə və hidayət imamlarını təqlid etmədən dəlillərdən müstəqil hökm çıxarmağı bacardığınızı iddia edirsinizsə, daha öncə bunun icmaya müxalif olduğunu qeyd etdik."

Qaynaq: Süleyman bin Abdil Vahhab: Əs Savəiqul İləhiyyə: 52-53
Beyrut: Zul Fəqar: 1998

 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:07 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi fəqihlərindən İzzuddin İbn Caməa (694-767 h/1294-1366 m) "Hidayətus Səlik" adlı kitabında bu haqda deyir:

ولا يجوز أن يُطاف بقبرِه صلى الله عليه وسلم ولا ببناءٍ غيرِ الكعبةِ الشريفةِ بالاتفاق , ولا يصلِّي على قبرِه صلى الله عليه وسلم كما يصلِّي على قبرِ غيرِه مِن الأمواتِ على الصحيحِ عند الشافعيةِ , وهو قولُ الحنفيةِ

"Rəsulullahın – sallalahu aleyhi və səlləm – qəbrinin və şərəfli Kəbədən başqa bir binanın tavaf edilməsi ittifaqla caiz deyildir.
(Ziyarətçi) digərlərinin qəbri üzərində (cənazə qəsdiylə) qıldığı kimi, Rəsulullahın – sallalahu aleyhi və səlləm – qəbri üzərində namaz qılmamalıdır.
Şafilər qatındakı səhih görüş və Hənəfilərin görüşü belədir."

Qaynaq: İbn Caməa: Hidayətus Səlik: 1528
Dar İbnil Cəvzi: 1422

 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:08 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəli alimlərindən Məri bin Yusuf Əl Kərmi (v. 1033 h/1624 m) özünün "Dəlilut Talib li Neylil Mətalib" kitabında deyir:

ويُكْرهُ تَزوِيقُه وَتَجصيصُه وتَبخيرُه وتَقبيلُه والطَّوافُ بِهِ وَالإتِّكَاءُ إلَيْه والمَبيتُ وَالضِّحْكُ عِنْدَه وَالحَديثُ في أمْرِ الدُّنْيا والكِتابَة عليْه والجُلوسُ والبِناءُ والمَشْيُ بِالنَّعْلِ إلَّا لِخَوْفِ شَوْكٍ ونَحْوِه

"Onu (qəbri) bəzəmək, əhəngləmək, buxur tüstüsünə vermək, öpmək, onu tavaf etmək, söykənmək, yanında gecələmək, yanında gülmək və dünya işlərindən danışmaq, üzərinə yazı yazmaq, üstündə oturmaq, nəsə tikmək, eləcə də tikan və bənzəri şeylərdən ehtiyat xaricində ayaqqabıyla üzərində yerimək məkruhdur"

Qaynaq: Məri Əl Kərmi: Dəlilut Talib: 62
Əl Məktəbul İsləmi: 1389/1969


Qeyd: Gördüyümüz kimi Şeyx Kərmi bu əməli nəinki şirk hətta haram deyil məkruh sayır!

 
Muslimah_92Tarix: Çərşənbə, 25.07.2012, 02:09 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hənbəlilərdən Şərəfuddin Musa bin Əhməd Əl Həccəvi (v. 968 h/1560 m) "Əl İqna" kitabında, qəbirləri tavaf etməyin məkruh olduğunu deyir:

ويُكره المَبِيتُ عنده , وتجصيصُه , وتزويقُه , وتخليقُه , وتقبيلُه , والطوافُ به , وتبخيره , وكتابةُ الرِّقاع إليه ودَسِّها في الأنْقاب , والاستشفاءُ بالتربة مِن الأسْقام

"Qəbrin yanında gecələmək, onu kirəcləmək, bəzəmək, ətir sürmək, öpmək, onu tavaf etmək, buxur tüstüsünə vermək, ona kağızlar yazaraq dəliklərdən içəri atmaq, (onun) torpağı ilə xəstəliklərdən şəfa diləmək məkruhdur."

Qaynaq: Şərəfuddin Əl Həccəvi: Əl İqna: 1/368
Səudiyyə: 1423/2002
 
L-marTarix: Şənbə, 15.09.2012, 20:50 | Yazı # 9
Qrup: İstifadəçi
Yazı: 3
Reputasiya: 0
Status: Saytda deyil
wqw

elmar mamedov
 
Forum » İslam » Tövhid və Əqidə » QƏBİRLƏRİ TAVAF, HÖKMÜ NƏDİR? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru