[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » QİBLƏ ƏHLİNİ TƏKFİR CAİZDİRMİ?, QİBLƏ ƏHLİ KİMDİR? (BİSMİLLAH)
QİBLƏ ƏHLİNİ TƏKFİR CAİZDİRMİ?, QİBLƏ ƏHLİ KİMDİR?
Muslimah_92Tarix: Çərşənbə axşamı, 19.06.2012, 22:57 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Qiblə əhli termini alimlər arasında müxtəlif anlamlarda istifadə oluna bilər. Onlardan bəziləri bu dairəni dar tutduğu halda, başqaları bunu bir qədər geniş saxlamışdır. Lakin onların üzərində ittifaq etdikləri xüsusiyyətlər vardır. Alimlər əsasən bu barədə danışdıqda aşağıda təqdim edəcəyim rəvayətlərə əsaslanırlar:
ən-Nəsai, rahiməhullah, qanın qorunulması mövzusunda bu hədisi rəvayət edir:
"أمرت أن أقاتل الناس حتى يشهدوا أن لا إله إلا الله وأن محمدا رسول الله فإذا شهدوا أن لا إله إلا الله وأن محمدا رسول الله واستقبلوا قبلتنا وأكلوا ذبيجتنا وصلوا صلاتنا فقد حرمت علينا دماؤهم وأموالهم إلا بحقها لهم ما للمسلمين وعليهم ما عليهم

"İnsanlarla "lə iləhə illəllah" və Muhammədin Allahın Elçisi olduğuna şəhadət edənə qədər vuruşmaqla əmr olundum və əgər "lə iləhə illəllah" deyərsə və Muhammədin Allahın Elçisi olduğuna şəhadət edərsə və bizim qibləmizə yönələrsə, bizim kəsdiklərimizdən yeyərsə və bizim namazdan qılarsa, onların qanları və malları üzərimizə haram olmuşdur. Yalnız bunun haqqı istisnadır, müsəlmanlara aid olan onlara da aiddir, müsəlmanların üzərinə düşən onların da üzərinə düşür."
"Sünən ən-Nəsai", 7/75-76

Buxari isə Ənəs ibn Malikdən rəvayət edir:
قال رسول الله صلى الله عليه وسلم: "أمرت أن أقاتل الناس حتى يقولوا لا إله إلا الله فإذا قالوها وصلوا صلاتنا واستقبلوا قبلتنا وذبحوا ذبيحتنا فقد حرمت علينا دماؤهم وأموالهم إلا بحقها وحسابهم على الله عز وجل"

"Allahın Elçisi, salləllahu aleyhi va səlləm, dedi: "İnsanlarla "lə iləhə illəllah" deyənə qədər vuruşmaqla əmr olundum və əgər bunu deyərlərsə, bizim namazdan qılarlarsa, bizim qibləmizə yönələrsə və bizim kəsdiklərimizdən kəsərlərsə, bizim üzərimizə onların qanları və malları haram olmuşdur. Yalnız bunun haqqı istisnadır və hesabları Allah Azzə və Cəlləyə qalmışdır."
"Sahih əl-Buxari", 1/496-497
/əs-Salət: babu Fadli İstiqbəlil-Qiblə/

Yenə Ənəsin özündən gələn bir başqa rəvayətdə deyir:
من شهد أن لا إله إلا الله واستقبل قبلتنا وصلى صلاتنا وأكل ذبيحتنا فهو مسلم له ما للمسلم وعليه ما على المسلم

"Kim "lə iləhə illə Allah" deyərək şəhadət edərsə, qibləmizə yönələrsə və bizim namazdan qılarsa və kəsdiklərimizdən yeyərsə, o müsəlmandır. Müsəlmanlara aid olan ona da aiddir, müsəlmanların üzərinə düşən onun da üzərinə düşür."
Buxari, 1/497 (məvquf olaraq); 1/496 (1979: mərfu olaraq)

Yenə Əbu Davudun rəvayətində isə deyilir:
أمرت أن أقاتل الناس حتى يشهدوا أن لا إله إلا الله وأن محمدا رسول الله وأن يستقبلوا قبلتنا وأن يأكلوا ذبيحتنا وأن يصلوا صلاتنا فإذا فعلوا ذلك حرمت علينا دماؤهم وأموالهم إلا بحقها لهم ما للمسلمين وعليهم ما على المسلمين

İnsanlarla "lə iləhə illəllah" və Muhammədin Allahın Elçisi olduğuna şəhadət edənə qədər, qibləmizə yönələnə qədər, bizim kəsdiklərimizdən yeyənə qədər və bizim namazdan qılana qədər vuruşmaqla əmr olundum. Əgər bunları etsələr, haqqı istinsa olmaqla qanları və malları üzərimizə haram olar. Müsəlmanlara aid olan ona da aiddir, müsəlmanların üzərinə düşən onun da üzərinə düşür."
Əbu Davud, 3/44 (2641)

Əbu Davudun digər rəvayətində isə "müşriklərlə vuruşmaqla əmr olundum" ləfzi keçir. Bax: (hədis: 2642)

Yenə Buxari və Muslim Əbu Hureyrədən və Abdullah ibn Ömərdən başqa ləfzlərdə lakin eyni anlamda hədis rəvayət etmişdir. İnşəAllah zaman ərzində bu hədislərdən alimlərin anladığı hökmləri bura qeyd edəcəyik. Müvəffəqiyyət isə Allahdandır.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 19.06.2012, 22:58 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Alləmə Əbu Cafər Ət Tahavi (239-321 h/ 853-933 m) bu barədə deyir:

ولا نكفر أحداً من أهل القبلة بذنب ما لم يستحله
“Əhli qiblədən olan, heç kəsi halal görmədiyi müddətcə, bir günah səbəbilə təkfir etmirik”

Qaynaq: Əbu Cafər Ət Tahavi: Aqidətut Tahaviyyə: Əsas -62

Əvvəla İmam Tahavi “kimsəni təkfir etmərik” deməyib, “günah səbəbilə” demişdir!
Əlavə olaraq Şeyxin sözlərində ümumi şəkildə “günah işləyənləri təkfir etmirik” kimi bir ifadə yoxdur. “Əksinə halal görmədikcə” şərti qoyulmuşdur.
Bu sözlər istihlalı diqqətə almadan təkfir edən xavariclərə rəd olaraq söylənmişdir.

Eyni Kəlimələri İmam Əbu Hanifə - rahimahullah – “Əl Fiqhul Əkbər” adlı kitabında sərf edir:

ولا نكفر مسلماً بذنب من الذنوب وإن كانت كبيرة إذا لم يستحلها

“Heç bir Müsəlmanı, günah səbəbilə - bu günah böyük günah olsa belə onu halal görmədikcə - təkfir etmirik.”

Qaynaq: Əbu Hanifə: Fiqhul Əkbər: Əsas – 51

Yenə Əbu Hanifə “günah səbəbilə” ifadəsini işlədərək xəvariclərdən uzaq olduğunu bildirmişdir. Mütləq mənada “Heç bir müsəlman nə edərsə etsin onu təkfir etmərik” deməmişdir! Lakin, bu ibarəni qeydsiz şəkildə sərf edənlər də var...
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 19.06.2012, 22:59 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şeyxul İslam İbn Teymiyyə “Günah səbəbilə təkfir etmirik” dedikdə nəyin qəsd edildiyi haqda:

ونحن اذا قلنا أهل السنة متفقون على أنه لا يكفر بالذنب فانما نريد به المعاصى كالزنا والشرب وأما هذه المبانى ففى تكفير تاركها نزاع مشهور

"Biz: “Əhli Sünnət ittifaq edib ki, günah səbəbilə təkfir edilməz” dediyimiz zaman bununla ancaq zina və içki kimi günahları qəsd edirik.
Lakin, əsasları tərk edənə gəlincə onun haqqında məşhur ixtilaf vardır."

Qaynaq: Məcmu əl Fətəva: 7/302

 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 19.06.2012, 22:59 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Ənvər Şah bin Muazzam Şah əl-Kəşmiri - rahiməhullah - deyir:
قال التفتازاني في المقاصد": المبحث السابع في حكم مخالف الحق من أهل القبلة. ليس بكافر ما لم يخالف ما هو من ضروريات الدين, كحدوث العالم, وحشر الأجساد. وقيل: كافر. وقال الأستاذ: نكفر من أكفرنا, ومن لا فلا. وقال قدماء المعتزلة: نكفر المجبرة, وقائلين بقدم الصفات, وخلق الأعمال, وجهلائهم: نكفر من قال بزيادة الصفات, وبجواز الرؤية وبالخروج من النار, وبكون الشرور والقبائح بخلقه وإرادته.
لنا: إن النبي صلى الله عليه وسلّم ومن بعده لم يكونوا يفتشون من العقائد, وينبهون على ما هو الحق. فإن قيل: فكذا في الأصول المتفق عليها. قلنا: لاشتهارها وظهور أدلتها على ما يليق بأصحاب الجمل, قد يقال: ترك البيان إنما كان إكتفاءً بالتصديق الإجمال, إذ التفصيل إنما يجب عند ملاحظة التفاصيل, وإلا فكم من مؤمن لا يعرف معنى القديم والحادث, هذا وإكفار الفرق بعضها بعضاّ مشهور.
وقال في شرحه في "باب الكفر والإيمان": ومعناه أن الذى اتفقوا على ما هو من ضروريات الإسلام, كحدوث العالم, وحشر الأجساد, وما يشبه ذلك, واختلفوا في أصول سواها كمسائل الصفات, وخلق الأعمال,وعموم الإرادة, وقدم الكلام, وجواز الرؤية ونحو ذلك مما لا نزاع فيه, أن الحق فيها واحد, هل يكفر المخالف للحق بذلك الاعتقاد وبالقول به أم لا, وإلا فلا نزاع في كفر أهل القبلة المواظب طول العمر على الطاعات باعتقاد قدم العالم ونفي الحشر ونفي العلم بالجزئيات ونحو ذلك. وكذا بصدور شيء من موجبات الكفر عنه, وأما الذي ذكرنا فذهب الشيخ الأشعري وأكثر الأصحاب إلي أنه ليس بكافر, وبه يشعر ما قال السافعي رحمه الله تعالي عليه: "لا أرد شهادة أهل الأهواء إلا الخطابية, لاستحلالهم الكذب" وفي "المنتقى" عن أبي حنيفة رحمه الله تعالي عليه: "أنه لم يكفر أحداً من أهل القبلة" وعليه أكثر الفقهاء. ومن أصحابنا من قال بكفر المخالفين.
أعلم أن المراد بأهل القبلة: الذين اتفقوا على ما هو من ضروريات الدين, كحدوث العالم, وحشر الأجساد, وعلم الله تعالى بالكليات والجزئيات, وما أشبه ذلك من المسائل المهمات, فمن واظب طول عمره على الطاعات والعبادات مع اعتقاد قدم العالم ونفي الحشر أو نفي علمه سبحانه بالجزءيات لا يكون من أهل القبلة, وإن المراد بعدم تكفير أحد من أهل القبلة عند أهل السنة: أنه لا يكفر ما لم يوجد شيء من إمارات الكفر وعلاماته, ولم يصدر عنه شيء من موجباته.
إن غلا فيه - أي في هواه - حتى وجب إكفاره به لا يعتبر خلافه ووفاقه أيضاً, لعدم دخوله في مسمى الأمة المشهود لها بالعصمة وإن صلى إلى القبلة واعتقد نفسه مسلماً, لأن الأمة ليست عبارة عن المصلين إلى القبلة, بل عن المؤمنين, وهو كافر وإن كان لا يدري أنه كافر.
ونحوه في "الكشف شرح البزدوي" من الإجماع, و"الإحكام" للآمدي من المسائل السادسة منه.
لا خلاف في كفر المخالف في ضروريات الإسلام وإن كان من أهل القبلة المواظب طول عمره على الطاعات. كما في "شرح التحرير", "رد المحتار" من الإمامة ومن جحود الوتر.
أيضاً ثم قال (أي صاحب البحر): والحاصل أن المذهب عدم تكفير أحد من المخالفين فيما ليس من الأصول المعلومة من الدين ضرورة. الخ. فاقهم.
اهل القبلة في إصطلاح المتكلمين من يصدق يضروريات الدين أي الأمور التي علم ثبوتها في الشرع واشتهر, فمن أنكر شيئاً من الضروريات كحدوث العالم وحشر الأجساد, وعلم الله سبحانه بالجزئيات, وفرضية الصلاة والصوم لم يكون من أهل القبلة, ولو كان كان مجاهداً بالطاعات, وكذلك من باشر شيئاً من إمارات التكذيب كسجود الصنم والإهانة بأمر شرعي والاستهزاء عليه, فليس من أهل القبلة, ومعنى: "عدم تكفير أهل القبلة " أن لا يكفر بارتكاب المعاصي, ولا بانكار الأمور الخفية غبر المشهورة. هذا ما حققه المحققون فاحفظه.

"ət-Təftəzani "əl-Məqasid"də dedi: "Qiblə əhlindən haqqa müxalifət edən haqqında yeddinci məsələ: Aləmin sonradan yaranması və cəsədlərin həşr olunması kimi dinin zəruriyyətlərində müxalifət etməyən kafir deyildir. Kafir olduğu da söylənilmişdir. əl-Ustaz dedi: "Bizi təkfir edəni biz də təkfir edirik, kim etmirsə biz də etmirik." Mötəzilənin başda gələnləri dedilər: "Cəbriyyə firqəsini, Allahın sifətlərinin qədim olduğunu, əməllərin yaradıldığını söyləyənləri və onların cahillərini təkfir edirik: Allahın sifətlərində ziyadələrə, Allahın görməyin caiz olmasına, kiminsə cəhənnəmdən çıxa biləcəyinə, şərlər və murdar işləri Allahın yaratdığına və Onun iradəsi ilə baş verdiyinə inananları təkfir edirik.
Bizim dəlilimiz isə budur ki, peyğəmbər - salləllahu aleyhi va səlləm - və ondan sonra gələnlər əqidələri incələməzdilər, haqqın nə olmasına ikaz etməzdilər. Əgər deyilsə ki, "üzərində ittifaq olunmuş üsulda bu şəkildədir", deyərik: icmal sahiblərinə layiq olduğu şəkildə dəlillərinin açıq olması və məşhur olması səbəbi ilədir. Eləcədə deyilmişdir: Detalları izah etməyi tərk etmək, icmali anlamlarını təsdiq etməklə kifayətlənmək səbəbi ilədir, çünki təfsilə getmək yalnız təfsilatı mülahizə etdikdə vacib olur, əks təqdirdə isə neçə-neçə mömin kəslər var ki, "əl-qədim" və "əl-hədis" sözlərinin mənalarını bilmirlər. Bu və firqələrin bir-birini təkfir etməsi məşhurdur.
"əl-Kufr val-İmən" babının şərhində dedi: "Bunun mənası budur; aləmin sonradan yaradılmış olması, cəsədlərin həşr olunması və buna bənzər üzərində hər kəsin ittifaq etdiyi məsələlər və bundan başqa sifət, əməllərin xəlq olunması, iradənin ümumiliyi, Allahın kəlam sifətinin qədimliyi, Allahı görməyin mümkün olması və buna bənzər üsulda ixtilaf edilmiş, lakin bunlarda haqqın bir olmasında heç kəsin şübhə etmədiyi məsələlər: buna etiqad edərək və bunu söyləyərk haqqa müxalifət edən biri təkfir olunarmı?! Yoxsa əks təqdirdə bütün ömrünü davamlı itaətdə keçirən qiblə əhlinin belə aləmin qədim olmasına inandığına görə, insanların həşr olunacağını inkar etdiyinə görə, Allahın cüziyyatı bilmədiyinə etiqad etdiyinə görə və bənzəri etiqadlara görə kafir olmasında heç bir ixtilaf yoxdur. Eləcədə kafirliyini vacib edən şeylərin ondan sadir olması da bunun kimidir. Lakin bizim zikr etdiklərimizə gəldikdə isə, Şeyx əl-Əşari və əshabının çoxu onların kafir olmadığı görüşündədirlər. Bu, eləcədə əş-Şafinin - rahimahullah təalə aleyhi - sözündən anlaşılan mənadır: "Hava əhlindən (bidətçilərdən) heç kəsin şəhadətini rədd etmirəm. yalnız əl-Xitabiyyədən (bir şiə firqəsi) başqa, çünki onlar yalanı halal görürlər." "əl-Muntəqa"da isə Əbu Hənifədən - rahiməhullah təalə aleyhi - nəql olunur ki, "o, qiblə əhlindən heç kəsi təkfir etmir." Fəqihlərin əksəri də bu görüşdədir. Əshabımızdan bəziləri isə (bu məsələlərdə) müxalifət edənlərin kafir olacağını söyləmişdir.
Bil ki, qiblə əhli ilə qəsd olunan, aləmin sonradan yaradılması, cəsədlərin həşr olunması, Allahın kulliyatı və cüziyyatı bilməsi və bənzəri əhəmiyyətli məsələlər kimi dinin zəruriyyətləri üzərində ittifaq edənlərdir. Yoxsa bütün ömrünü davamlı itaətlərdə və ibadətlərdə keçirib, lakin aləmin qədim olduğuna inanan, cəsədlərin həşr olunmasını inkar edən və ya Allahın - Subhənəhu - cüziyyəti bildiyini inkar edən biri isə heç cür qiblə əhlindən sayılmaz. Əhli-Sünnətə görə qiblə əhlindən heç kəsin təkfir olunmaması ilə qəsd olunan, haqqında küfr işləri və əlamətləri olmadığı və kafirliyini vacib edəcək bir şey sadir olmadığı halda belə biri təkfir olunmaz.
Əgər kafir olmasını vacib qılacaq qədər öz havasında aşırıya gedərsə, onun müxalif və ya müvadfiq olmasının heç bir dəyəri yoxdur, çünki haqqında məsumluq şəhadəti gəlmiş bu ümmətin müsəmməsinə daxil deyildir, hətta onun qibləyə doğru namaz qılması və özünü müsəlman sayması heç bir şeyi dəyişdirməz, çünki ümmət qibləyə namaz qılanlar haqqında işlənən bir ibarə deyildir, lakin möminlər haqqında işlənən ibarədir. Belə biri özünün kafir olduğunu bilməsə belə kafirdir!
Bunun bənzərini əl-Bəzdəvi "əş-Kəşf"ə yazdığı şərhində "əl-icma" mövzusunda, və əl-Əmədi isə "əl-İhkəm"də altıncı məsələdə söyləmişdir.
Ömrünü davamlı itaətdə keçirmiş qiblə əhlindən biri olsa da, dinin zəruriyyətlərində müxalifət edən birinin kafir olmasında heç bir ixtilaf yoxdur, necəki bu, "Şərh ət-Təhrir"də və "Radd əl-Muhtar"da imamət və vitri inkar etmək mövzularında qeyd olunur.
Eləcədə "əl-Bəhrin" sahibi daha sonra deyir: "Xülasə, məzhəbimizə görə dində zərurətən bilinən üsul məsələlərindən olmayan şeylərdə müxalifət edən hər hansı bir kəs təkfir olunmaz." Bunu fəhm et!
Kəlam əhlinin terminologiyasında qiblə əhli, dinin zəruriyyətlərini, yəni Şəriətdə sabit olduğu bilinən və məşhur olan məsələləri təsdiq edənlərə deyilir. Kim aləmin sonradan yaranması, cəsədlərin həşr olunması, Allahın - Subhənəhu - cüziyyəti bilməsi, namazın və orucun fərz olması kimi dinin zəruriyyətlərindən olan bir şeyi inkar edərsə, bütün ömrü boyu itaətdə səy və qayrət göstərsə belə qiblə əhlindən sayılmaz. Eləcədə kim bütlərə səcdə etmək, şəri bir məsələni təhqir etmək və ona istehza etmək kimi təkzib edici işlər törədərsə, qiblə əhlindən sayılmaz. "Qiblə əhlini təkfir etməmək" sözünün mənası isə günah etməyə görə və məşhur olmayan, gizli olan məsələləri inkar etməyə görə təkfir etməmək mənasındadır. Bu, muhaqqiqlərin doğruladıqları həqiqətdir və bunu yadda saxlayın!"
"İkfər əl-Mulhidin fi Daruriyyət əd-Din", səh: 15-18
İdarətul-Quran val-Ulum əl-İsləmiyyə, ikinci nəşr; hicri 1424/miladi 2004, Karaçi, Pakistan

QEYD: Şeyx əl-Kəşmiri hicri 1292-ci ildə (miladi 1875) Kəşmirdə doğulmuşdur. Zamanının böyük hənəfi alimlərindəndir. Hədis, fiqh, sira və digər elmlərdə əvəzsiz bir alim olmuşdur. Hal-hazırda da həm əhl əl-hədis camaatı, həm də deobəndi sufilər tərəfindən hörmətlə qarşılanan bir şəxsiyyətdir. Deobəndə köçmüş və orada yaşamışdır. Hicri 1352-ci ildə (miladi 1933) vəfat etmişdir.
 
Forum » İslam » Tövhid və Əqidə » QİBLƏ ƏHLİNİ TƏKFİR CAİZDİRMİ?, QİBLƏ ƏHLİ KİMDİR? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru