[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » ALLAH(AZZƏ VƏ CƏLLƏ) HƏRƏKƏT EDƏRMİ? (Nüzul, məci, ityan)
ALLAH(AZZƏ VƏ CƏLLƏ) HƏRƏKƏT EDƏRMİ?
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:12 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم


Əhli Sünnətin imamlarından Əbul Həsən Əl Əşari (260-324 h/874-936 m) rahiməhullah, Azərbaycan alimlərinin suallarına cavab olaraq yazdığı və sələfin görüşlərini təqdim etdiyi "Risələtun ilə Əhlis Səğr" adlı kitabında deyir:

وأجمَعوا على أنّه عز وجل يجيءُ يومَ القيامة والملك صفاً صفاً لعرْض الأُمَم وحسابِها وعقابِها وثوابِها ، فيغفِر لمن يشاء مِن المُذنِبين ، ويعذِّب منهم مَن يشاء كما قال
وليس مجيئُه حركةً ولا زوالاً ، وإنما يكون المجيء حركةً وزوالاً إذا كان الجائي جسماً أو جَوْهراً ، فإذا ثبَت أنّه عز وجل ليس بجسمٍ ولا جَوْهر لم يجِب أنْ يكونَ مجيئُه نُقلةً أو حرَكةً
ألا ترى أنّهم لا يريدون بقولهم : "جاءتْ زيداً الحُمّى " أنها تنقّلت إليه ، أو تحرّكت مِن مكان كانت فيه إذ لم تكن جسماً ولا جوهراً ، وإنما مجيئها إليه وجودها به
وأنه عز وجل ينزِل إلى السّماء الدّنيا كما روي عن النبي صلى الله عليه وسلم ، وليس نزوله نُقلة ، لأنه ليس بجِسم ولا جَوْهر , وقد نزَّل الوحيَ عند مَن خالفَنا

"Qiyamət günü mələklərin cərgə cərgə durduğu bir halda Allahın – azzə və cəllə - ümmətlərin ortaya çıxarılması, hesaba çəkilməsi, cəzası və savabı üçün (zahirən gəliş mənasını verən) məci edəcəyində (Sələf) icma etmişdir. Dediyi kimi günahkarlardan istədiyini bağışlayacaq, istədiyinə əzab verəcəkdir.
Onun (zahirən gəliş mənasını verən) məcisi hərəkət və zəval deyildir. Məci, sadəcə gələn kimsənin cism və ya cövhər olması halında hərəkət və zəval olar.
Onun – azzə və cəllə - cism və cövhər olmadığı sabit olduqdan sonra (aydın oldu ki) (zahirən gəliş mənasını verən) məcisinin yerdəyişmə və ya hərəkət olması heç də vacib deyil.
Görmürsənmi onlar (ərəblər) "Zeydə qızdırma gəldi" dediklərində, onun (qızdırmanın) Zeydə nəql olunduğunu və ya əvvəl olduğu bir yerdən hərəkət etdiyini qəsd etmirlər?! Çünki o nə cismdir nə də cövhər. Onun (xəstəliyin) Zeydə gəlməsi, onda (Zeyddə sabit) olmasıdır.

Peyğəmbərdən – salləllahu aleyhi və əlihi və səlləm – rəvayət olunduğu kimi, Onun - azzə və cəllə - aşağı səmaya (zahirən eniş mənasını verən) nüzul etməsində də (Sələf) icma etmişdir.
Onun nüzulu yer dəyişməsi deyil. Çünki O, cism və cövhər deyil. Bizə müxalif olanlara görə isə (qəsd edilən) Onun vəhyi endirməsidi."

Qaynaq: Əbul Həsən Əl Əşari: Risələtun ilə Əhlis Səğr: 227-229
Mədinə: Məktəbətul Ulumi vəl Hikəm: 1422/2002

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:13 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən Abdul Qahir Əl Bağdadi (v. 429 h/1037 m) özünün "Əl Fərq Beynəl Firaq" adlı əsərində deyir:

وأجمَعوا على نفي الآفاتِ والغُموم والآلام واللّذات عنه , وعلى نفيِ الحَرَكة والسُّكون عنه خلافَ قولِ الهِشامِيّة مِن الرّافضة في قولها بجواز الحركة عليه

"Əhli Sünnət, sıxıntı, qəm, ağrı və ləzzətlərin, eləcə də rafizilərdən Hişamiyyə qoluna, "Allah haqqında hərəkətin mümkün olması" görüşlərinə müxalif olaraq, hərəkətin və sükunətin Ondan nəfy olunması üzərində icma etmişdir."

Qaynaq: Abdul Qahir Əl Bağdadi: Əl Fərq Beynəl Firaq: 333
Qahirə: Mətbəatul Mədəni
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:13 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz Əbu Bəkr Əl Beyhəqi (384-458 h/994-1066 m) rahimahullah özünün "Əl İtiqad" kitabında buyurur:

وَأنَّ إتْيانَه ليس بإتيانٍ مِن مكانٍ إلى مكانٍ , وأنَّ مَجيئَه ليس بحركةٍ , وأنَّ نُزولَه ليس بنُقْلةٍ , وأنَّ نفْسَه ليس بِجسمٍ , وأنَّ وجهَه ليس بصورةٍ , وأنَّ يدَه ليستْ بجارحةٍ , وأنَّ عينَه ليست بحَدَقةٍ
وإنَّما هذه أوصافٌ جاء بها التَّوقيفُ فقُلْنَا بها ونفيْنَا عنْها التَّكييفَ

"Bilinməlidir ki, Onun (zahirən gəliş mənasını verən) "ityan"ı bir məkandan başqa bir məkana olan keçid, (yenə zahirən gəliş mənasını verən) "məci"si hərəkət, (zahirən eniş mənası verən) "nüzul"u (bir yerdən başqa yerə) keçmək, nəfsi cism, (zahirən üz mənasını verən) "vəch"i surət, (zahirən əl mənasını verən) "yəd"i orqan, (zahirən göz mənasını verən) "ayn"i göz bəbəyi deyildir!
Bunlar şəriətin gətirdiyi vəsflərdir, biz də onları qəbul edir və keyfiyyətlərini nəfy edirik."

Qaynaq: Əbu Bəkr Əl Beyhaqi: Əl İtiqad: 123
Riyad: Darul Fadilə: 1420/1999

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:14 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Qədim Hənəfi alimlərindən Əl Həkim Əs Səmərqandi (v. 345 h/956 m) "Əs Səvədul Azam alə Məzhəbil İmamil Azam" adlı əsərində, uca Allaha məkan nisbəti haqqında deyir:

أنه ينبغِي له ألا يُثبِتَ له تعالى مكاناً ولا مجيئاً ولا ذَهاباً ولا صفةً كصفةِ المخلوقين , لأنَّ تمامَ الإيمانِ أن يَعرِفَ اللهَ تعالى ولا يشتغِلَ بكيفيَّتِه

"(Möminin) Uca Allaha məkan, gediş, gəliş və məxluqatın sifətləri kimi hər hansı bir sifət isnad etməməsi lazımdır.
Çünki, imanın tamamlanması (möminin) Uca Allahı tanıması və Onun necəliyi ilə məşğul olmamasıyladır."

Qaynaq: Əl Həkim Əs Səmərqandi: Əs Səvədul Azam: 66
İstanbul: Məktəbətu Yəsin: 2011
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:18 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sələfdən olan məşhur mühəddis İbn Hibban Əl Busti (270-354 h/883-965 m) Allahın nüzulunun hərəkət və yerdəyişmə olmadığını deyir:

كذلك ينزِل بلا آلةٍ , ولا تحرُّكٍ , ولا انتقالٍ مِن مكانٍ إلى مكانٍ

"Həmçinin O (yəni Allah) alət, hərəkət, bir məkandan başqa bir məkana intiqal/yerdəyişmə olmadan nüzul edir."

Qaynaq: İbn Hibban: Sahih İbni Hibban: 3/201
Beyrut: Muəssəsətur Risələ: 1414/1993
 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:19 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Buxarinin Səhihini şərh edən Hənəfi alimlərindən Bədruddin Əl Ayni (772-855 h/1361-1451 m) "Umdətul Qari Şərhu Sahihil Buxari" adlı kitabında deyir:

احتج به قومٌ على إثبات الجهة للهِ تعالى ، وقالوا : هي جهة العلوِّ ، وممن قال بذلك: ابن قتيبةَ وابن عبد البر، وحكي أيضا عن أبي محمد بن أبي زيد القيْرواني ، وأنكَر ذلك جمهورُ العلماء , لأنَّ القولَ بالجهة يؤدي إلى تحيُّزٍ وإحاطةٍ ، وقد تعالى الله عن ذلك

"Bir qrup bu dəlilləri (nüzul hədisi və s.) uca Allaha cəhət nisbət etmək üçün dəlil gətirərək deyiblər: O uluvv/yüksəklik cəhətindədir.
İbn Quteybə, İbn Abdil Bərr bu görüşdədir. Bu görüş həmçinin Əbu Muhəmməd bin Əbi Zeyd Əl Qayravanidən də nəql edilmişdir.
Lakin, alimlərin cumhuru/çoxu bu görüşü rədd etmişlər. Çünki, Allahın bir cəhətdə olduğunu söyləmək dolayısıyla Onun bir məkanda yerləşdiyi və məkanın onu əhatə etdiyi görüşünə götürür. Allah bundan münəzzəhdir."

Qaynaq: Bədruddin Əl Ayni: Umdətul Qari: 7/290
Beyrut: Darul Kutubil İlmiyyə: 1421/2001

 
Muslimah_92Tarix: Cümə, 15.06.2012, 00:19 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən İbnul İraqi olaraq tanınan Hafiz Əbu Zura Vəliyyuddin Əl İraqi (762-826 h/1361-1423 m) ona verilən "sifətlər haqda doğru etiqad necə olmalıdır?" məzmunlu suala cavabən deyir:

أن لأهلِ العلم في آياتِ الصفاتِ وأحاديثِ الصفاتِ قولينِ مشهورينِ : أحدهما - وهو مذهبُ السلفِ - أنه لا يُتكلَّم في معناها , بل يجب علينا أن نؤمنَ بها , ونعتقِدَ لها معنى يلِيق بجلالِ الله سبحانه وتعالى مع اعتقادنا الجازمِ أنَّ اللهَ سبحانه وتعالى ليس كمثلِه شيءٌ , وأنه منزهٌ عن الأجسامِ والانتقالِ والتحيُّزِ في جهةٍ , وعن سائر صفاتِ المخلوقين , ليس كمثله شيءٌ وهو السميع البصير , وقد ذهَب إلى هذا جماعةٌ مِن المتكلمين أيضاً , وهو أسلمُ وأقلُّ خَطَراً

"Elm əhlinin sifət ayələri və hədisləri haqda iki məşhur görüşü var:
1. Sələfin məzhəbi. Bu nassların mənaları haqda danışmamaq lazımdır. Əksinə bizə düşən bunlara iman etmək və Allahın – subhənəhu və təala – heç bir misli olmadığına qəti inanmaqla bərabər, Uca Allahın cəlalına layiq olan mənaya etiqad etməkdir.
Həmçinin Uca Allah cisimdən, yerdəyişmədən/hərəkətdən və hansısa bir cəhətdə yerləşməkdən və məxluqatın digər sifətlərindən münəzzəhdir. Onun misli heç bir şey yoxdur, O eşidəndir görəndir.
Kəlamçılardan bir qrup da bu görüşdədirlər və bu görüş daha səlamətli, daha təhlükəsizdir.
2. Kəlamçıların əksəriyyətinin məzhəbi. Bu nassları layiqli mənalara təvil etməkdir ..."

Qaynaq: Vəliyyuddin Əl İraqi: Əl Əcvibətul Mərdiyyə anil Əsilətil Məkkiyyə: 17-20
Məktəbətut Təviyətil İsləmiyyə
 
Forum » İslam » Tövhid və Əqidə » ALLAH(AZZƏ VƏ CƏLLƏ) HƏRƏKƏT EDƏRMİ? (Nüzul, məci, ityan)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru