[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » UCA ALLAHA ORQAN NİSBƏTİ, ƏL, GÖZ, BALDIR və s. (BISMILLAH)
UCA ALLAHA ORQAN NİSBƏTİ, ƏL, GÖZ, BALDIR və s.
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:40 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
بسم الله الرحمن الرحيم

Bir çox insan, Quran və Sünnədə gəlmiş "əl", "baldır", "göz" və digər sifətlərin Uca Allaha aid orqanlar olduğunu düşünür. Lakin bununla yanaşı bunun məxluqatın orqanları kimi olmadığını deyərək bənzərliyi nəfy etməyə çalışırlar.
Bəs həqiqətdə alimlərimiz bu kimi sifətləri orqan sayıblarmı? Ümumiyyətlə Uca Allahın orqanları olduğuna inanmaq olarmı?
Allahın yardımıyla sələfiylə, xələfiylə alimlərin bu haqda görüşlərini zikr edəcəyik.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:41 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Dörd imamın zaman baxımından sələfə ən yaxını olan İmam Əbu Hənifə (80-150 h/ 699-767 m) "Əl Fiqhul Əbsat" adlı kitabında Uca Allah üçün əldən danışarkən deyir:

يَدُ اللهِ فَوْقَ أَيْديهم : ليست كأيدي خلْقه وليستْ جارحةً وهو خالقُ الْأَيْدِي , ووَجْهُه ليس كوجوهِ خلْقه وهو خالقُ كلِّ الوُجُوهِ , ونفْسُه ليستْ كنفس خلْقه وهو خالقُ النّفوس

"Allahın əli onların əli üzərindədir: Onun əli məxluqatının əli kimi deyil. Həmçinin orqan da deyil. O əllərin yaradıcısıdır.
Onun üzü məxluqatının üzü kimi deyil. O, bütün üzlərin yaradıcısıdır.
Onun nəfsi məxluqatının nəfsi kimi deyil. O bütün nəfslərin yaradıcısıdır."

Qaynaq: Əbu Hənifə: Əl Fiqhul Əbsat: 56
Təhqiq: Zahid Əl Kəvsəri: 1368
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:42 | Yazı # 3
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əhli Sünnətin ən köhnə əqidə risalələrindən birini yazan İmam Əbu Cafər Ət Tahavidir (239-321 h/ 853-933 m) və bu risalədə o, üç İmamın Əbu Hənifənin, Əbu Yusuf Əl Ənsarinin (113-182 h/731-798 m) və Muhəmməd Əş Şeybəninin (132-189 h/ 749-805 m) əqidəsini topladığı ifadə edir.
Bu imamların, Uca Allahın orqanlardan tənzih etməsi haqda Tahavi belə deyir:

وتعالى عن الحُدُودِ والغَايَاتِ والأَرْكانِ وَالأَعْضاءِ وَالأَدَواتِ ، لا تَحْوِيهِ الجِهَاتُ السِّتُّ كسَائِرِ المُبْتَدَعَاتِ
"Allah, hududlardan (sınırlardan), ğayələrdən (son nöqtələrdən), rüknlərdən (özünü təşkil edən parçalardan), üzvlərdən (orqanlardan) və vasitələrdən (alətlərdən) münəzzəhdir.
Digər yaradılmışlarda olduğu kimi, altı cəhət (üst, alt, sağ, sol, ön, arxa) onu əhatə etməz."

Qaynaq: Əbu Cafər Ət Tahavi: Əl Aqidətut Tahaviyyə: 13
Amman: Darul Beyraq: 1421/2001

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:42 | Yazı # 4
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən Abdul Qahir Əl Bağdadi (v. 429 h/1037 m) özünün "Əl Fərq Beynəl Firaq" adlı əsərində buyurur:

وأجْمعوا على إحالةِ وَصْفِه بِالصُّورةِ والأعْضَاءِ , خلافَ قولِ مَن زعَم مِن غُلاةِ الرَّوافِض , ومِن أتباعِ داودَ الجَوَاربيِّ أنَّه على صورةِ الإنسان

"Onun insan surətində (formasında/şəklində) olduğunu deyən ğulat Rafizilər və Davud Əl Cəvaribinin davamçılarına müxalif olaraq Əhli Sünnət, Onun surət və üzvlərlə (orqanlarla) vəsf olunmasıının mümkünsüzlüyündə icma ediblər."

Qaynaq: Abdul Qahir Əl Bağdadi: Əl Fərq Beynəl Firaq: 332
Qahirə: Mətbəatul Mədəni
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:43 | Yazı # 5
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Buxarinin "Səhih"inə şərh verənlərdən məşhur Maliki alimi İbn Battal (v. 449 h/1057 m) rahimahullah, Allahın səmaları bükəcəyi haqda gələn hədisə şərh verərkən deyir:

وَفيه إثباتُ اليَمينِ لِله صِفَةً مِن صِفاتِ ذاتِه , لَيستْ بجارِحةٍ خِلافاً لِمَا تعْتقِده الجِسْمِيّة في ذلك لِاسْتِحالَةِ جَوازِ وَصْفِه بِالجَوارحِ والأبْعَاضِ , واسْتِحالةِ كَوْنِه جِسماً . وقَد تَقدَّمَ القَولُ في حَلِّ شُبَهِهِم في ذلك

"Bu hədisdə, (zahirən sağ mənasını verən) "yəmin" in, Onun zatının sifətlərindən bir sifəti olaraq Allah haqqında isbatı vardır.
Allahın orqanlar və hissələrlə vəsfinin, eləcə də cism olmasınının qeyri mümkünlüyü səbəbilə, Cismiyyənin (mücəssimənin) bu məsələdə etiqad etdiyinə müxalif olaraq (əhli sünnət deyir ki,) bu orqan deyildir.
Bu məsələdə onların şübhəsini çözmək haqda açıqlama daha öncə zikr olundu."

Qaynaq: İbn Battal: Şərhu Sahihil Buxari: 10/411
Riyad: Məktəbətur Ruşd
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:43 | Yazı # 6
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz Əbu Bəkr Əl Beyhəqi (384-458 h/994-1066 m) rahimahullah özünün "Əl İtiqad" kitabında buyurur:

وَأنَّ إتْيانَه ليس بإتيانٍ مِن مكانٍ إلى مكانٍ , وأنَّ مَجيئَه ليس بحركةٍ , وأنَّ نُزولَه ليس بنُقْلةٍ , وأنَّ نفْسَه ليس بِجسمٍ , وأنَّ وجهَه ليس بصورةٍ , وأنَّ يدَه ليستْ بجارحةٍ , وأنَّ عينَه ليست بحَدَقةٍ
وإنَّما هذه أوصافٌ جاء بها التَّوقيفُ فقُلْنَا بها ونفيْنَا عنْها التَّكييفَ

"Bilinməlidir ki, Onun (zahirən gəliş mənasını verən) "ityan"ı bir məkandan başqa bir məkana olan keçid, (yenə zahirən gəliş mənasını verən) "məci"si hərəkət, (zahirən eniş mənası verən) "nüzul"u (bir yerdən başqa yerə) keçmək, nəfsi cism, (zahirən üz mənasını verən) "vəch"i surət, (zahirən əl mənasını verən) "yəd"i orqan, (zahirən göz mənasını verən) "ayn"i göz bəbəyi deyildir!
Bunlar şəriətin gətirdiyi vəsflərdir, biz də onları qəbul edir və keyfiyyətlərini nəfy edirik."

Qaynaq: Əbu Bəkr Əl Beyhaqi: Əl İtiqad: 123
Riyad: Darul Fadilə: 1420/1999
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:44 | Yazı # 7
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məşhur Maliki alimlərindən Qazi İyad (476-544 h/ 1083-1149 m) özünün "Məşəriqul Ənvar alə Sihəhil Əsar" adlı əsərində buyurur:

وقولُه : "كتَب التوراةَ بيدِه , وخلَق آدمَ بيدِه , ويَقبِضُ السمواتِ بيدِه " , ومثلُ هذا مِمَّا جاء في الحديثِ والقرآنِ مِن إضافةِ اليدِ إلى اللهِ تعالى , اتفق المُسلمونَ أهلُ السُّنةِ والجَماعةِ أنَّ اليَد هُنَا لَيستْ بجارِحةٍ , ولا جِسْمٍ , ولا صُورةٍ , ونزَّهوا اللهَ تعالى عَن ذلك . إذْ هِي صفاتُ المُحدَثِينَ . وأثْبَتُوا مَا جاءَ مِن ذلك إلى اللهِ تعالى , وآمَنُوا به , ولم يَنْفُوهُ
وذهَب كثيرٌ مِن السَّلف إلى الوُقوفِ هُنا ولا يَزِيدُونَ , وَيُسَلِّمُونَ , ويَكِلونَ عِلْمَ ذلِك إلى اللهِ ورَسُولِهِ صلَّى الله عليْه وسلَّم
وكذلك قالوا في كلِّ ما جاء مِن مِثلِه مِن المُتَشابِهِ

""Tövratı (zahirən əl mənasını verən) "yəd"i ilə yazdı, Adəmi "yəd"i ilə yaratdı, səmaları "yəd"i ilə tutacaq" kimi, hədisdə və Quranda varid olmuş, Allahu Təalaya "yəd" isnadına gəlincə, Müsəlmanlar, Əhli Sünnət vəl Cəməa, burada "yəd"in nə orqan, nə cism, nə də surət olmamasında ittifaq etmiş, Allahu Təalanı bundan tənzih etmişlər.
Çünki bunlar yaradılmışların sifətləridir. Varid olmuş bu şeyləri Uca Allah haqqında isbat etmiş, ona iman etmiş, onu nəfy etməmişlər.
Sələfin bir çoxu bu qədərlə kifayətlənərək başqa nəsə əlavə etməmək, təslim olmaq, bunun elmini Allaha və Rəsuluna - salləllahu aleyhi və səlləm - həvalə etmək görüşündə olmuşlar.
Həmçinin varid olmuş hər mütəşabih nas haqda bu görüşdə olmuşlar."

Qaynaq: Qazi İyad: Məşəriqul Ənvar: 2/303
Qahirə: Darut Turas/Tunis:Məktəbətul Atiqa
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:45 | Yazı # 8
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məşhur müfəssir Əbu Həyyan Əl Əndəlusi (654-745 h/1256-1344 m) özünün "Bəhrul Muhit" adlı təfsirində Maidə surəsi 64-cü ayəni açıqlarkən deyir:

مُعتقَد أهلِ الحقِّ أنَّ اللهَ تعالى ليس بجسْمٍ وَلَا جارِحةَ لَه ، وَلَا يُشبِه بِشيْءٍ مِن خَلقِه ، وَلَا يُكَيَّفُ ، وَلَا يَتحَيَّز ، وَلَا تَحُلُّه الحَوادِثُ ، وكُلُّ هَذا مُقَرَّر في عِلم أصولِ الدِّين

وقال قومٌ مِنهم القَاضي أبو بكر بن الطَّيِّب : هذه كلُّها صِفَاتٌ زَائِدةٌ عَلى الذَّات ، ثابِتةٌ لِلّه تَعالى مِن غَير تَشبيهٍ ولَا تَجديد
وقال قومٌ مِنهم الشَّعْبِي ، وابنُ المُسَيَّب ، والثَّوْري : نُؤمِن بِها وَنُقِرُّ كَما نَصَّتْ ، وَلَا نُعَيِّنُ تَفسيرَها ، ولا يُسبَق النظَر فيها

"Haqq əhlinin etiqad etdiyi odur ki, Allah Təala cism deyildir, onun bir orqanı da yoxdur, yaratdıqlarından heç bir şeyə bənzəməz, Ona keyfiyyət verilməz, məkan tutmaz, yaradılmışlar ona hulul etməz. Bütün bunlar üsuluddin (əqidə) elmində prinsip olaraq qəbul edilmişdir...

... Qazi Əbu Bəkr bin Ət Tayyib (Əl Bəqilləninin) də aralarında olduğu bir qrup demişdir: "Bütün bunlar Zatdan əlavə sifətlərdir, bənzədilmə və yenilik iddiası olmadan Allah Təala haqda sabitdir."
Əş Şabi, (Səid) bin Əl Museyyəb, (Sufyan) Əs Sövrinin də aralarında olduğu bir qrup demişdir: "Onlara iman edir, Nasslarda gəldiyi kimi onları iqrar edirik. Onlara müəyyən bir təfsir vermirik, bunlar haqda rəy bildirilməz."

Qaynaq: Əbu Həyyan: Bəhrul Muhit: 3/534-535
Beyrut: Darul Kutubil İlmiyyə: 1413/1993

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:46 | Yazı # 9
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məşhur müfəssir Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Əli İmran surəsinin 7-ci ayəsinin təfsirində deyir:

قوله تعالى : فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ٱبْتِغَاءَ ٱلْفِتْنَةِ وَٱبْتِغَاءَ تَأْوِيلِهِ
قال شيْخنا أبو العبّاس رحمة الله عليه : مُتَّبِعُو المُتشابِهِ لَا يَخْلو
أنْ يَتَّبِعُوهُ ويَجْمعوهُ طَلَباً لِلتَّشْكِيكِ في القُرآنِ وإضلالِ العوامّ ، كَما فعَلَتْه الزَّنادِقَة والقَرامِطَةُ الطَّاعِنُونَ في القرآنِ
أو طلباً لاعْتقادِ ظَواهِرِ المُتَشابِهِ، كَما فَعَلتْه المُجسِّمة الذِينَ جَمَعُوا ما في الكِتَاب والسُّنَّة مِمَّا ظاهرُه الجِسميَّة حتى اعتَقدوا أنَّ البَارِىءَ تَعَالَى جِسمٌ مُجَسَّم وصُورةٌ مُصَوَّرَةٌ ذَاتُ وَجْهٍ وعيْن ويدٍ وجَنْبٍ ورِجْلٍ وأُصْبُعٍ ، تعالى الله عَن ذلك
أو يتَّبِعوه عَلى جِهةِ إِبْداءِ تأويلاتِها وإيضَاحِ مَعانيها
أو كَما فَعل صَبِيغ حِينَ أكْثَرَ على عُمَرَ فِيهِ السُّؤالَ

"Allahın "Fitnə və təvili arzusuyla o ayətlərdən mütəşabih olanlara yönələrlər" sözünə gəlincə.
Şeyximiz Əbul Abbas (Əl Qurtubi) - rahmətullahi aleyh - demişdir: Mütəşabihə yönələnlər aşağıdakı hallardan birindədirlər:
1.Qurana tən edən zındıqlar və Qaramita firqəsi kimi, Quran haqqında şəkk yaratmaq və avamları azdırmaq məqsədilə onlara (mütəşabihlərə) yönələn və cəm edənlər.
2. Əl Bari Təalanın şəkillənmiş bir cism, formalaşdırılmış bir surət, üz, əl, yan tərəf, ayaq, barmaq sahibi olduğunu – ki Allah bu cür şeylərdən ucadır- etiqad edəcək qədər Quranda və Sünnətdə, zahiri cismiyyə olan (Allahın cisim olduğunu vəhm etdirən) nasları toplayan Mücəssimənin etdiyi kimi, bu mütəşabihlərin zahirini etiqad etmək məqsədilə onlara yönələnlər.
3. Onlara yeni təvillər vermək, mənalarını izah etmək üçün yönələnlər.
4. Onlar haqda Ömərə çox sual verən Sabiğin etdiyi kimi/bu niyyətlə onlara yönələnlər."

Qaynaq: Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 4/13-14
Riyad: Dar Aləmil Kutub: 1423/2003
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:46 | Yazı # 10
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən Qadi İyad Əs Səbti (476-544 h/1083-1149 m) "Əş Şifa bi Tarifi Huquqil Mustafa" adlı əsərində Uca Allaha orqan nisbət edənlərin təkfirində, sələf və xələf arasında ixtilaf olduğunu qeyd edir:

وأَما مَن أضافَ إِلى اللَّه تعالى مَا لَا يَلِيق بِه ليْس عَلَى طريق السَّبّ وَلَا الرّدَّة وَقَصْدِ الكُفْرِ , ولكن على طرِيق التَّأْوِيل والاجْتِهاد والخطإ المُفْضِي إلى الهَوى والبدعة من تَشْبيهٍ أَو نَعْتٍ بِجارحَةٍ أَو نَفْيِ صِفةِ كَمَل , فهذا مما اختلَف السَّلف والخلف في تكفير قائله ومعتقِده

واختَلف قَوْل مَالِك وأصحابِه فِي ذلك ولم يَختلِفُوا في قتالِهم إذا تحيَّزوا فئةً وَأَنَّهم يُستتابون فإن تابوا وإلَّا قُتِلوا , وإنّما اختلَفوا في المُنفرِد مِنهم فأكْثَرُ قوْلِ مَالكٍ وأصحابِه تَرْكُ القوْل بِتكيرِهم وتَرْكُ قَتْلِهم وَالْمُبَالغَةُ في عُقُوبَتِهِم وإطالَةُ سِجْنِهم حتى يَظهَر إقْلاعُهُم وتستَبِينَ تَوْبَتُهُم كما فعَل عُمَرُ رضي اللَّه عنه بصَبِيغٍ

"Söymə, riddət və küfr qəsdilə deyil, lakin hava və bidətə götürən təvil, ictihad və xəta yoluyla, təşbih (məxluqata bənzətmə), (əl,göz kimi) orqanla vəsf etmə və ya kamal sifətlərindən birini nəfy etmə kimi, Ona layiq olmayan şeylər Uca Allaha isnad edənlərə gəlincə, sələf və xələf bu söz sahibinin və belə etiqad edənin təkfirində ixtilaf etmişdir.

İmam Malik və əshabının bu haqda görüşləri müxtəlifdir.
1. Toplu halda ayrı yaşamaların halı. Belə kimsələr ayrı bir topluluq halında yaşadıqları zaman onlarla savaşmağın lüzumu, tövbəyə dəvət edilib tövbə etməmələri halında öldürüləcəkləri xüsusunda ixtilaf etməmişlər.
2. Tək yaşamaları halı. İxtilaf ancaq tək yaşayanlarla əlaqəlidir. Malik və əshabının əksəriyyətinin görüşü bu halda onların təkfir edilməməsi və ağır cəzalar verilib, fikirlərindən döndükləri və tövbələri ortaya çıxana qədər, uzun müddət həbsxanaya atılmalarıdır. Necəki Ömər – radiyallahu anh – Sabiği belə eləmişdi."

Qaynaq: Qadi İyad Əs Səbti: Əş Şifa: 1051
Darul Kutubil Arabi: 1404/1984
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:47 | Yazı # 11
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Maliki alimlərindən Qadi İyad Əs Səbti (476-544 h/1083-1149 m) "Əş Şifa bi Tarifi Huquqil Mustafa" təkfir məsələsini müzakirə edərkən, Uca Allaha orqan nisbət edənlərlə əlaqəli İmam Malikin bu sözlərini nəql edir:

وقال : مَن وصَف شَيْئًا مِن ذاتِ اللَّه تعالى وأشارَ إلى شيءٍ مِن جَسَدِه يَدٍ أَو سَمْعٍ أَو بَصَرٍ قُطِع ذلك مِنْه , لِأَنَّه شَبّه اللَّهَ بنَفْسِه

"(İmam Malik) demişdir: Kim Uca Allahın zatından bir şeyi vəsf edərkən, öz vucudundan əl, qulaq, göz kimi bir şeyə işarə edərsə, işarə etdiyi orqan kəsilər.
Çünki o, Allahı özünə bənzətmişdir."

Qaynaq: Qadi İyad Əs Səbti: Əş Şifa: 1053-1054
Darul Kutubil Arabi: 1404/1984

Bu "əl kəsmə"nin səbəbi nədir? O insanın bu hərəkətilə, Allahın əlini öz əlinə bənzətməsimi? Yoxsa ümumiyyətlə Allaha orqan nisbət etməsimi?
Onun sözündə bu mənalardan hansı anlaşılması cəzanın səbəbidir?

Bu sözləri şərh edərkən Şihəbuddin Əl Xafaci (977-1069 h/1569-1659 m) bu təhdidin səbəbinin izahında deyir:

وأشارَ حالَ وصْفِه له إلى شيءٍ منه مِن الأعْضاءِ بجسَده يدٍ أو سمْعٍ أو بصَرٍ أو نحوِه قُطِع ذلك العضْو الذي أشارَ له حالَ وصْفه وإشارته , كنايةً عن أنّ ما ذُكر مِن الأعضاءِ حقيقيٌّ كالمحسوس المشار إليه , وإنما عُوقِبَ بذلك , لأنه شبَّه فهو بإشارته شبَّه اللهَ بنفسِه في إثباتِ الأعضاءِ والتجسيمِ له ومثله مِن المتاشابهِ

وللسلفِ فيه خلافٌ , فبعضهم نَهى عن الحوْض فيه وتأويلِه , لأنه ممَّا يَستحِيل في حقِّه , وذهَب بعضُهم إلى تأويلِه بما يصِحُّ في حقِّه كتفسيرِ اليدِ بالقدرة والتصرُّف ونحوِه , ومِنهم مَن قال : إنها صفاتٌ له لا يُعلم حقائقُها وسمَّها الصفاتِ السمْعيةَ , وعلى كلِّ حالٍ فالتشبيهُ غيرُ صحيحٍ

"(Bir kimsə Uca Allahı) Vəsf edərkən öz vücudundan əl, qulaq, göz və bənzəri bir üzvə işarə edərsə, işarə etdiyi bu üzv kəsilər.
Çünki o bununla, əza/orqan qismindən zikr edilən şeylərin, işarə edilən kimi hiss edilən həqiqi bir əza/orqan olduğunu ifadə etməyə çalışmışdır və məhz bu səbəblə cəzalandırılar.
Çünki, o təşbih etmişdir. Bu işarəsilə, Uca Allaha orqan, cism və bənzəri mütəşabihləri nisbət etmək surətilə Allahı özünə bənzətmişdir.

Sələfin bu kimi mütəşahiblər barədə ixtilafı var:
1. Bəziləri bunlara və təvilinə dalmağı (havd) qadağan etmişlər. Çünki bu, Onun haqqında imkansız olan şeylərdəndir.
2. Bəziləri isə, "əl"in qüdrət, idarə etmə və bənzəri mənalarda təfsir edilməsi kimi, Onun haqqında doğru olacaq təvillər etmişlər.
3. Bəziləri isə belə demişlər: Bunlar Allahın həqiqəti bilinməyən sifətləridir. Bu sifətləri "səm'i sifətlər" adlandırmışlar.
Bütün hallardada təşbih/bənzətmə doğru deyil!"

Qaynaq: Şihəbuddin Əl Xafaci: Nəsimur Riyad: 6/319
Darul Kutubil İlmiyyə: 1421/2001
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:48 | Yazı # 12
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz İbn Həcər Əl Asqalani (773-852 h/1372-1449 m) Buxarinin "Səhih"inə şərh verdiyi "Fəthul Bari" kitabında, Əbu Suleyman Əl Xattabidən (319-388 h/931-998 m) nəqlən deyir:

وقال الخطَّابيّ : لَمْ يقَعْ ذكْرُ الإصْبَعِ في القُرْآنِ ولا في حَديثٍ مَقطوعٍ به , وقد تَقرَّر أنَّ اليَدَ ليستْ بجارِحةٍ حَتَّى يُتوَهّمَ مِنْ ثُبوتِها ثبوتُ الأَصابِع , بَل هو تَوْقيفٌ أطْلقَه الشَّارِعُ فَلا يُكيَّف ولا يُشبَّه
ولَعلَّ ذِكْرُ الأصابعِ مِن تَخْليط اليَهودِي فَإنَّ اليَهودَ مُشَبِّهة

"(Əbu Süleyman) Əl Xattabi demişidir: Nə Quranda, nə də səhihliyi qəti olan bir hədisdə barmaq zikr edilməmişdir. Artıq sabitdir ki, (zahirən əl mənasını verən) "yəd" orqan deyildir ki, onun sabit olmasıyla barmaqların da sabit olması düşünülsün. Əksinə o, Şarinin istifadə etdiyi sözdür. Ona keyfiyyət verilməz, (nəyəsə) bənzədilməz.
Ola bilsin ki barmaqların zikr edilməsi, Yəhudinin qarışdırdığı bir şeydir. Çünki, Yəhudilər müşəbbihədir..."

Qaynaq: İbn Həcər: Fəthul Bari: 17/379
Riyad: Darut Taybə: 1426/2005

Xattabidən gələn bu nəqli, İmam Bədruddin Əl Ayni Əl Hənəfi də "Umdətul Qari" kitabında qeyd etmişdir.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:48 | Yazı # 13
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Malikilərdən Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Qələm surəsi 42-ci ayəyə təfsir verərkən buyurur:

فأمّا ما رُوِيَ أنَّ اللهَ يَكْشِف عَن ساقِه فإنَّه عَزّ وجلّ يَتَعالى عَنِ الأعْضاءِ والتَّبْعيضِ وأنْ يُكشَفَ ويُتغَطَّى
ومَعناه : أنْ يكشف عَن العظيمِ مِن أمرِه

"Allahın "səq"ini açması haqda rəvayət olunan şeyə gəlincə, İzzət və Cəlal sahibi Allah üzvlərdən (orqanlardan), hissələrdən, üzərinin açılmasından və örtülməkdən ucadır.
Bunun mənası: "Əzəmətli bir işi ortaya çıxaracaq"dır."

Qaynaq: Əl Qurtubi: Əl Cəmi li Əhkəmil Quran: 18/249
Riyad: Dar Aləmil Kutub: 1423/2003

Yenə Əbu Abdillah Əl Qurtubi "Maidə" surəsi 64-cü ayənin təfsirindən danışarkən, orada keçən "yəd" kəliməsinin ərəb dilindəki mənalarını sayır və "Sad" surəsinin 75- ci ayəsini qeyd edir. Bundan sonra isə belə deyir:

فلا يجوز أنْ يُحمَلَ على الجارحة , لأنَّ البَارِيَ جلّ وتعالى وَاحِدٌ , لا يجوز عليه التَّبْعيض

"Orqan mənasına həml etmək caiz deyil. Cünki uca və cəlal sahibi Əl Bari (Allah) birdir. Onun hissələrə ayrılması mümkün deyil."

Qaynaq: Əl Qurtubi: Əl Cami li Əhkəmil Quran: 6/238
Riyad: Dar Aləmil Kutub: 1423/2003

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:49 | Yazı # 14
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Qədim Hənəfi alimlərindən Əl Həkim Əs Səmərqandi (v. 345 h/956 m) "Əs Səvədul Azam alə Məzhəbil İmamil Azam" adlı əsərində, uca Allaha orqan olaraq əl, dil və bənzəri şeylər nisbət edənlər haqda deyir:

ومَن قال : إنَّ للهِ يدا أو لساناً أو جسماً وما يُشبِه ذلك فقد كفَر
"Kim "Uca Allahın bir əli, dili, cismi var" və ya buna bənzər şeylər deyərsə kafir olar."

Qaynaq: İbrahim Hilmi bin Huseyn: Sələmul Əhkəm Şərhu Səvədil Azam: 149

Kitabın şərhsiz olaraq "Məktəbutu Yəsin" tərəfindən nəşr edilmiş digər bir nüsxəsində, yuxarıdakı sözlərin yerinə bunlar var:

ومَن قال بتشبيهِ الله تعالى بشيءٍ أو أثْبَتَ له جارحةً سمي كرَّاميا ومشبِّها

"Kim Uca Allahın bir şeyə bənzədiyini və ya onun orqanı olduğunu deyərsə Kərrami və Muşəbbih olaraq adlandırılar."

Qaynaq: Əl Həkim Əs Səmərqandi: Əs Səvədul Azam: 65
İstanbul: Məktəbətu Yəsin: 2011

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:49 | Yazı # 15
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hədis əhlinin əqidəsini yazanlardan Əbu Bəkr Əl İsmaili (297-371 h/910-982 m) "İtiqadu Əimmətil Hədis" Uca Allahın əl sifəti haqda deyir:

إثبات صفة اليدين

وخلَق آدمَ عليه السلام بيدِه، ويداه مبسوطتان يُنفِق كيفَ شاء ، بلا اعتقاد كيف يداه، إذ لم ينطِق كتابُ الله تعالى فيه بكيف
ولا يُعتقَد فيه الأعضاءُ ، والجوارحُ ، ولا الطُولُ والعَرْض، والغِلْظ، والدِقّة ، ونحوُ هذا مما يكون مثلُه في الخلق ، وأنه ليس كمثله شيء

"İki əl sifətinin isbatı

Adəmi - aleyhissəlam - əliylə yaratdı, Onun iki əlidə açıqdır, necə istəsə infaq edər. Əllərinin keyfiyyəti düşünülməməlidir. Çünki, Uca Allahın Kitabında bunun keyfiyəti qeyd edilməyib.
Onun haqqında əzalar, orqanlar, uzunluq, en, qalınlıq, incəlik və misli məxluqatda olan bu kimi şeylərə etiqad edilməməlidir. Onun misli heç bir şey yoxdur."

Qaynaq: Əbu Bəkr Əl İsmaili: İtiqadu Əimmətil Hədis: 52
Riyad: Darul Asimə: 1412
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:51 | Yazı # 16
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Beyhəqi "Əl Əsmə vas Sifət" əsərində Əbu Suleyman Əl Xattabinin (319-388 h/931-998 m) bu haqda sözlərini nəql edir:

وقال أبو سليمانَ الخطَّابي رحمه الله : ليس فيما يُضاف إلى الله عز وجل مِن صفة اليدينِ شمالٌ , لأنَّ الشِمالَ محلُّ النقْصِ والضعْف ، وقد روي كلتا يديه يمين ، وليس معنى اليدِ عندنا الجارحةُ ، إنما هو صفةٌ جاء بها التوقيف ، فنحن نُطلِقها على ما جاءت ولا نكيِّفها ، ونَنتهي إلى حيث انتهى بنا الكتابُ والأخبار المأثورة الصحيحة , وهو مذهبُ أهلِ السنة والجماعة

"Əbu Suleyman Əl Xattabi – rahiməhullah – dedi: Uca Allaha - azzə və cəllə - iki əl sifəti olaraq izafə edilənlərdə sol yoxdur.
Çünki sol, nöqsan və zəiflik əlamətidir. "Onun iki əlidə sağdır" şəklində də varid olmuşdur.
Bizə görə əlin mənası orqan deyil. O sadəcə şəriətin zikr etdiyi bir sifətdir və bizdə onu gəldiyi kimi istifadə edirik/deyirik, keyfiyyət vermirik. Kitabın və səhih hədislərin durduğu yerdə bizdə dururuq.
Əhli Sünnət vəl Camaatın məzhəbi budur."

Qaynaq: Əbu Bəkr Əl Beyhəqi: Əl Əsmə vas Sifət: 349
Qahirə: Darul Hədis: 1426/2005
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:52 | Yazı # 17
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafi alimlərindən olan Hafiz Əbu Bəkr Əl Beyhəqi (384-458 h/994-1066 m) rahiməhullah özünün "Əl İtiqad" adlı kitabında deyir:

وفي هذا نَفْي نَقْصِ العوْر عَن الله سُبحانه وإثبات العَيْن له صِفةً , وعرَفْنا بقوْله عزَّ و جلّ : { ليْس كمِثله شيْء } وبِدلائِل العقْل أنّها ليْست بحَدَقَة وأنّ اليَديْن ليْستا بجارحَتيْن وأنّ الوجْه ليْس بصُورة فإنّها صِفاتُ ذاتٍ أثبتْناها بالكتاب والسّنة بلا تشْبيهٍ وباللهِ التّوْفيق

"Bunda (dəccal barədə gələn hədisdə) tək gözlük nöqsanının Allahdan - subhənəhu və təala - nəfyi və Onun sifəti olaraq "ayn"ın isbatı vardır.
Allahın - azzə və cəllə - təqribi məna olaraq dediyi : "Onun bənzəri heç bir şey yoxdur" sözü və ağlın dəlilləri ilə bildik ki, o (ayn) bəbək , iki "yəd" iki orqan, "vəch" də surət deyildir.
Bunlar Quran və Sünnətlə isbat etdiyimiz zatın sifətləridir."

Qaynaq: Əbu Bəkr Əl Beyhaqi: Əl İtiqad: 91
Riyad: Darul Fadilə: 1420/1999
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:52 | Yazı # 18
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Öz zamanında Hənbəli alimlərinin rəisi olan Əbul Fadl Abdul Vəhhab Ət Təmimi (341-410 h/952-1019 m) İmam Əhmədin əqidəsi olaraq qələmə aldığı "İtiqadul İməmil Munəbbəl Əbi Abdillah Əhməd ibn Hənbəl" adlı kitabında deyir:

وكان يقول إنّ للهِ تَعالى يديْنِ وهُما صِفةٌ لَه في ذاتِه ليْستا بجارحتَيْن وليْستا بِمُركّبَتيْنِ ولا جِسمٍ ولا مِن جِنسِ الأجْسامِ ولا مِن جِنسِ المَحدودِ والتّركيبِ ولا الأبْعاضِ والجَوارحِ ولا يُقاس على ذلك , ولا له مِرفَقٌ ولا عَضُدٌ ولا فيما يقْتَضي ذلك مِن إطلاق قوْلِهم : يد , إلا ما نطَق القرآن بِه أو صَحّتْ عَن رسولِ الله صلى الله عليه وآله وسلم فيه
قال الله تعالى : { بل يداه مَبْسوطَتان } , وقال رسول الله صلى الله عليه وآله وسلم « كِلْتا يَديْه يَمينٌ » , وقال الله عزّ وجلّ : { ما منَعك أنْ تسجُدَ لِما خلقْت بِيديّ } , وقال : { والسّماواتُ مَطوِيّات بيَمينِه } . ويفْسُد أنْ تكونَ يدُه القُوَةَ والنّعْمةَ والتّفَضُّلَ , لِأَنّ جمْعَ يدٍ أيْدٍ وجمْعَ تلك أيادٌ , ولوْ كانت اليدُ عِندَه القُوةَ لسقَطتْ فَضيلةُ آدَم وثبتَت حُجَة إبليسَ

"(İmam Əhməd) belə deyərdi: "Allahu Təalanın iki yədi var. Onlar Onun zatında Ona xas sifətdir. Orqan, mürəkkəb (hissələrdən ibarət) deyildir. Nə cism, nə də cismlər, həddi olan şeylər, tərkib, parçalar və orqanlar cinsindən deyildir.
Bunun üzərə qiyas edilməz. Onun dirsəyi və qol sümüyü də yoxdur. Nə də "yəd" dediklərində ağıla gələn şeylər yoxdur.
(Bu haqda) yalnız Quranın və yaxud Rəsulullahdan – sallAllahu aleyhi və əlihi və səlləm – o barədə səhih olaraq gələn xəbərin ifadə etdiyi isbat edilər.

Allahu Təala (təqribi məna olaraq) buyurur: "Əksinə hər iki "yəd"i açıqdır". Rəsulullah – sallAllahu aleyhi və əlihi və səlləm – də buyurur: "Hər iki "yəd"i yəmindir". Yenə Allah – azzə və cəllə - (təqribi məna olaraq) buyurur: "İki "yəd"imlə yaratdığıma səcdə etməyinə sənə nə əngəl oldu?", həmçinin (təqribi məna olaraq) buyurur: "Səmalar Onun yəminində büküləcəkdir".

Onun "yəd"inin qüdrət, nemət və lütf olması mümkün deyil. Çünki "yəd"in cəmi "əydin" dir. Bunların cəmi isə "əyəd"dir. Əgər Onun qatında "yəd" qüvvət olsa idi, Adəmin (İblis üzərindəki) fəziləti qalmaz, İblisin dəlili yerində olardı."

Qaynaq: Əbul Fadl Ət Təmimi: İtiqadul İməmil Munəbbəl: 22-23
Beyrut: Darul Kutubil İlmiyyə: 1422/2001




--------------------
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:53 | Yazı # 19
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
On ikinci əsr Hindistan alimlərindən Şeyx Nizamuddin Əl Bəlxinin başçılığında iyirmi üç nəfərlik bir Hənəfi fəqih heyəti tərəfindən hazırlanmış məşhur "Əl Fətaval Hindiyyə"də bu haqda belə deyilir:

وفي التخيير : ما جاء في القرآن مِن اليد والوجه لله تعالى وليس بجارحة

"... "Ət Təxyir" adlı kitabda deyilir: Quran uca Allah nisbət edilərək gələn yəd/əl, vəch/üz kimi şeylər orqan deyildir."

Qaynaq: Nizamuddin Əl Bəlxi: Əl Fətaval Hindiyyə: 2/281
Beyrut: Darul Kutubil İlmiyyə:1421/2000

 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 14:53 | Yazı # 20
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Böyük üsulçulardan Əbu İshaq Əş Şatibi (v. 790 h/1388 m) "Əl İtisam" isimli kitabında bidət əhlinin mütəşəbih ayələrə uyması haqda deyir:

ومثاله في ملة الإسلام مذاهبُ الظاهرية في إثبات الجوارح للربِّ - المنزَّه عن النقائص - من العيْن ، واليد ، والرِّجل ، والوجه ، والمحسوساتِ ، والجهة ، وغيرِ ذلك مِن الثابت للمحدَثات

"Bunun (mütəşəbihlərə tabe olma bidətinin) İslam ümmətindəki misalı, Zahiriyyə məzhəbinin nöqsanlardan münəzzəh olan uca Rəbbə göz, əl, ayaq, üz kimi orqanlar, hiss edilən şeylər, cəhət və məxluqat üçün sabit olan digər xüsusları nisbət etməsidir."

Qaynaq: Əbu İshaq Əş Şatibi: Əl İtisam: 2/43-44
Məktəbətut Təvhid
 
Forum » İslam » Tövhid və Əqidə » UCA ALLAHA ORQAN NİSBƏTİ, ƏL, GÖZ, BALDIR və s. (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru