[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Tövhid və Əqidə » “Maidə” surəsinin 55-ci ayəsinin təfsir-xətaları haqqında
“Maidə” surəsinin 55-ci ayəsinin təfsir-xətaları haqqında
Anar1985Tarix: Çərşənbə, 09.03.2011, 11:57 | Yazı # 1
Qrup: Etibarlı
Yazı: 30
Reputasiya: 0
Status: Saytda deyil
Salamu aleykum.

Günümüzdə aktual məsələlərdən biri də təfsir və şərhlərdə bəzi xətaların olmasıdır. Bu xətalardan biri də “əl-Maidə” surəsinin 55-ci ayəsini bəziləri təfsir edəndə ortaya çıxır. Onlar hesab edirlər ki, bu ayə Əli ibn Əbu Talibə (radıyallahu ənhu) görə nazil olub. Biz də bu ayə ətrafında kiçik bir araşdırma apardıq.
Mövzu nədədir? Məsələ belədir: bəziləri deyir ki, Əli İbn Əbu Talib (radıyallahu ənhu) məsciddə namaz qılarkən, məscidə bir yoxsulun girib kömək istədiyini eşidir, sonra isə namaz qıldığı yerdə rüku halında öz əlini uzadaraq, barmağındakı üzüyü zəkat kimi o yoxsula verir. Onlar bundan bəzi nəticələr də çıxardılar ki, guya bu ayə onun imamətinə də işarə edir. Bizdə Əliyə (radıyallahu ənhu) qarşı heç bir şey yoxdur, çünki o əməli-saleh mömin, müsəlmanların rəşidi-xəlifəsi və əmiridir. Apardığımız araşdırmanın məqsədi isə həqiqəti öyrənməkdir, həqiqətən bu ayə Əliyə (radıyallahu ənhu) görə nazil olub yoxsa yox. Nəticəyə gəldik ki, baxmayaraq Əliyə (radıyallahu ənhu) görə başqa ayələr nazil olub, bu ayənin ona görə enməsini demək xətadır, aşağıdakı amillərə görə:
1. Bu ayənin Əliyə (radıyallahu ənhu) görə nazil olması heç bir hədis toplusunda qeyd olunmayıb, fəqət Təbəri bu ayənin şərhində müxtəlif rəvayətlər gətirir və Əli (radıyallahu ənhu) haqqında olduğuna dair iki rəvayət gətirir, lakin İbn Kəsir bu iki rəvayətin zəif olduğunu deyir;
2. Rəvayət nəinki sənəd cəhətdən, həmçinin mətnə görə də zəifdir. Çünki namazın fəziləti oldur ki, orada artıq hərəkət olmasın;
3. Əgər bu doğru olsa idi, onda ən fəzilətli zəkat rükuda olardı, ancaq bunu heç bir alim deməyib;
4. Rüku kəlməsi ərəb dilində müxtəlif mənalar verir: Allahdan qorxmaq, təvazökar olmaq, zəlil olmaq, həmçinin namazda duruşun adıdır. Cəhalət dövründə ərəblər bu sözü həniflərə deyirdilər, çünki onlar bütlərə ibadət etmirdilər. Bu da Quranda mövcuddur: Bax “əl-Bəqərə” surəsi ayə 43, “Sad” surəsi ayə 24. “əl-Maidə” surəsi 55-ci ayəsinin axırında “hum rakiun” ifadəsi həmin mənadadır. Yəni: “Allah və elçisinə iman gətirən odur ki, rüku halında namaz qılıb zəkat verərlər”. Burada namazda olan duruş növü olan rükudan söhbət getmir. Ayədəki rüku məs ixlas və təvazökarlıq ənasındadır, çünki ayədə namaz qeyd olunmuşdu və namaz halına ikinci dəfə qayıtmağa ehtiyac yoxdur. Göründüyü kimi, burada ayənin rüku kəlməsi namazı və zəkatı nə cür verilməyini göstərir;
5. Ayədə sözlərə fikir versək indiki zamanda işlədildiyini görəririk. Bu ayədə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı əməldən söhbət gedir. Yəni möminlərə keçmiş hadisədən bəhs edilmir, əksinə, davamlı bu halda olsun (yəni Allahdan qorxaraq, ixlasla, riyasız). Bu davamlı bir əməldir və zamana görə məhdudlaşmır;
6. Bəziləri deyirlər ki, bu əməl Əli (radıyallahu ənhu) ilə qurtarmır, hətta bütün imamlar rükuda zəkat veriblər. Belə olsa idi, onda niyə bu fəzilətli əməli Peyğəmbər (səllallahu əleyhi və səlləm) etməyib???
7. Həmçinin bu uydurma rəvayətə baxanda, görə bilərik ki, namaz qılanların namazı bitəndən sonra yoxsul zəkatı istəsə verilsin. Məgər əfzəl olmazdımı ki, namaz qılanlar namazı bitirdikdən sonra zəkatı ona versin? Elə bir zəruriyyət nədə idi?
8. Bilmək lazımdır ki, ibrət ləfzin xüsusiliyində yox, ümumiliyindədir. Əgər doğurdanda bu ayə Əlinin (radıyallahu ənhu) əməlinə görə olubsa, onda bu təkcə ona xas deyil. Yəni kim bu cür etsə, onlara aid olur;
9. Vəli kəlməsinin mənası bunlardır: idarəçi, rəhbər, kömək edən, dost və s. Məs bu ayə göstərir ki, ayədə keçən vəli sözünün mənası çox aydındır. Bunu bilmək üçün bu ayədən əvvəl və sonra gələn ayələri oxuyana aydın olar ki, söhbət nədən gedir. Məlum olur ki, söhbət kafirlə dostluq və sevgi əlaqəsindən gedir. Allah kafirlərə kömək və dostluq etməyi qadağan edir. Daha aydın olsun deyə “Tövbə” surəsiini 71-ci, “Nisə” surəsinin 89-cu və 139-cu ayələrinə müraciət etməyi məsləhət bilirəm. Onda “vəlinin” bu ayədə hansı mənada olduğu aydın olar. Həmçinin “Maidə” surəsinin 51-ci ayədən 57-ci ayəyə kimi oxuyun. Belə etdikdə ayədə söhbətin nə haqda getdiyi aydın olur, çünki ayədə kimlərlə vəli olmaq (dostluq etmək) qadağan olunur və kimlərlə vəli olmaq əmr olunur. Məlum olar ki, əvvəl və sonra qadağan edilən vəlilik, məs dində olan sevgi haqqındadır. Əvvəl və sonra ayələrin arasında keçən “Maidə” surəsinin 55-ci ayəsində də həmin vəlilikdən söhbət gedir. Ancaq başqa mənada olması üçün, güclü dəlilə ehtiyac duyulur, çünki dostluq və sevgi mənasında gələn ayələrdən sonra, “vəlilik” sözünün dərhal bir ayədə rəhbərlik mənasında işlədilməsi və sonradan yenə “vəlilil” sözünün dostluq və sevgi mənasına qayıtması, təfsir elminə və dilçiliyə görə (xüsusən Quranın dilinə görə) güclü səbəb tələb edir ya da düzgün hall deyil;
10. Başqa cəhətdən isə, burada imamət haqqında heç bir söhbət yox idi, əksinə, sevmək və dost mənasında işlədilmişdir;
11. Sonra bu cür demək, Əliyə (radıyallahu ənhu) eyb etməkdir. Çünki Allah “əl-Möminun” surəsinin 1-ci və 2-ci ayəsində olduğu kimi: “Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında muti olub boyun əyərlər!”. Şək yoxdur ki, Əli (radıyallahu ənhu) namazı bu cür qılardı və şək yoxdur ki, biz Əlini (radıyallahu ənhu) ayədə vəsf ounan mömin kimi namaz qılanlardan tanıyırıq. Əgər siz deyən olsa, onda elə çıxır ki, namaz qılarkən Əli (radıyallahu ənhu) qulaq asardı, kim məscidə girir, nəyi istəyir və s., hətta o, bunu rüku halında eşidərdi, hələm üzüyü də çıxarıb verərdi. Sizin dediyinizə görə, o, çox gözləyən idi və xilafəti 25 il gözləyirdi, bəs niyə namazın bitməsinə bir neçə dəqiqə gözləmədi?
12. Əgər bir adamın boynuna zəkat düşərsə, zəkatın şərtlərinə görə o gözləməməlidir ki, kimsə istəsin və zəkatı özü çıxartmalıdır;
13. Tarix göstərir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında yoxsul idi, hətta Fatiməni (radıyallahu ənhə) alanda onun mehri qalxan olub;
14. Əgər bu hadisə olubsa, onda niyə nə Peyğəmbər (səllallahu əleyhi və səlləm) nə də Əli (radıyallahu ənhu) “Nərçul-bəlağə”-də bunu deməyib?
15. Ayədə Allah namazı artıq qeyd etmişdir və namaz dedikdə qiyam, rüku, səcdə və s. nəzərdə tutulur. Siz deyən olsa, onda rüku olan namazdan sonra, təzədən rükuya qayıtmağın nə mənası var? Bu onu göstərir ki, burada rüku başqa mənadadır;
16. O ki qaldı ayənin nazil olma səbəbinə, bu səbəb tamamilə başqadır. O vaxt Bəni-Qeynuda qəbiləsi Peyğəmbərə (səllallahu əleyhi və səlləm) xəyanət etdilər və Übadə bin Samitin yanına ona qoşulmaq məqsədi ilə getdilər. Lakin Übadə bin Samit isə onlardan üz çevirib Allah və elçisinə tərəf döndü. Elə bu vaxt ayə nazil oldu;
17. Bəzilər iddia etdiyi kimi, hamı iddia edə bilər ki, bu ayə filankəsə və yaxud filankəsə gözə nazil olub. Hamı istədiyi adamın adını çəkə bilər. Yəni bu ayə Əlinin (radıyallahu ənhu) xəlifə olmasına işarədirsə, onda açıq-aydın ona işarə etməliydi, belə isə hər kəs istədiyinə uyğun yoza bilər. Ona görə, xəlifə təyin etməyə aid olsaydı, vacib məsələ olduğuna görə aydın işarə olunmalı idi;
18. Hətta qəbul etsək ki, Əliyə (radıyallahu ənhu) görə nazil olub, yenə də onun xəlifə olmasına dəlalət etmir. Fəqət onu sevməyin vacibliyini göstərərdi, biz isə onu bu ayəsiz də sevirik!
19. Ayədə kəlmələrə fikir versək, hamısının cəm şəkildə olduğunu görərik. “əl-ləzinə” o kəslər ki, “yuqimunə” qılarlar, “yutunə” verərlər, “hum” onlar. Gördüyünüz kimi sözlər cəm şəkildədir və şübhəsiz ki, Əli (radıyallahu ənhu) təkdir.
20. Sonra Əlinin (səllallahu əleyhi və səlləm) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında heç bir üzüyü yox idi və o vaxt üzük taxmazdılar, fəqət Peyğəmbər (səllallahu əleyhi və səlləm) sonradan zəruriyyət olduğuna görə özü üçün üzük taxtı. Buna səbəb var idi, amma Əli (radıyallahu ənhu) üçün səbəb yox idi, həm də imkansız idi. Bu da hamıya məlumdur;
21. Tərif (mədh) vacib və ya müstəhəb əməl üçün olunur, amma namazda zəkat vermək nə vacibdir, nə də müstəhəb, əksinə, artıq bir hərəkətdir;
22. Sabitdir ki, Əli (radıyallahu ənhu) Peyğəmbərin (səllallahu əleyhi və səlləm) vaxtında zəkat verənlərdən deyildi;
23. Həmçinin, taxılan üzüyə zəkat düşmür;
24. Onu da bilmək lazımdır ki, bir adamın zəkat verməsi üçün, əvvəl zəkatın şərtləri təmin olunmalıdır: 1. gərək miqdarı 85 qr. qızıl və yaxud 85 qr. gümüşə çatsın (ya da bu miqdarda pul); 2. bir il tamam olmalıdır;
25. Sonra soruşmaq istəyirik ki, bu rəvayətin sənədi səhihdir yoxsa yox?
26. Onu da bilmək lazımdır ki, bu rəvayət Səhləvinin təfsirində olması kifayət deyil, çünki onun təfsirində uydurma rəvayətlər də mövcuddur. Həmçinin onun tələbəsi Vahidi və başqa təfsirçilər səhih və zəif rəvayətçiləri öz kitablarında cəm edirlər. Buna görə də, Bəğəvi Səhləvinin təfsinini müxtəsər edib, orada olan uydurma rəvayətləri tərk etmişdir, bu isə Bəğəvinin hədis elmində mahir olduğundan irəli gəlir. Səhləvinin isə hədis elmində təcrübəsi az idi, bunu da kitabı göstərir;
27. Sonra əgər desək ki, vilayəti qazanan rüku halında zəkat versin, onda ortaya sual çıxır ki: bəs qiyamda, səcdədə və yaxud təşəhhüddə verərsə ona da vilayət düşürmü? Yoxsa ancaq rükuda verməlidir?
28. Fəqət hər hansı bir rəvayətin məstərdə olmağı, onun səhih olmağına dəlil deyil. Xüsusən də bu rəvayət. Çünki bu rəvayətin əsas məstəri Səhləvinin təfsiri, Vahidinin “Əshabul-Nüzul” və “Kənzul-Ummal” kitablarındadır. Bu kitablarda qeyd edilən rəvayətin olması onun səhihliyini sübut etmir. Qeyd etmək istəyirəm ki, bəzi təfsirçilər bu ayənin başqaları üçün nazil olduğunu deyirlər. Məsələn məşhur şiə təfsirçisi Əbu Bəkr ən-Nəqqaş Baqirdən rəvayət edir ki: “Bu ayə mühacir və ənsarlara görə nazil olub. Bu vaxt biri soruşdu: - Ya imam! Axı biz eşitmişik ki, Əliyə (radıyallahu ənhu) görə nazil olub. İmam isə dedi: Əli (radıyallahu ənhu) də onlardandır!”. Bəzi təfsirçilər isə İkrimədən rəvayət edirlər ki, bu ayə Əbu Bəkrə (radıyallahu ənhu) görə nazil olub, çinki o bütün malını İslam yolunda xərcləmişdi. Bəziləri də Übadə bin Samitə (radıyallahu ənhu) görə nazil olduğunu söyləyirlər. Görünür ki, Əlidən (radıyallahu ənhu) başqa bu ayə hamıya münasibdir. Çünki mühacir və ənsarlara görə nazil olmağı ayədə olduğu kimi cəm halında olanları göstərir. Həmçinin Əbu Bəkrə (radıyallahu ənhu) də münasib etmək olar, çünki ayədən qabaq mürtədlərdən söhbət gedir, Əbu Bəkrin (radıyallahu ənhu) isə mürtədlərə qarşı olan hadisəsi məşhurdur. Təbəri isə yahudilərdən üz döndərib uzaqlaşdığına görə, bu ayənin Übadə bin Samitə görə nazil olduğunu bildirir;
29. Vəli kəlməsinə gəlincə isə, bu Vilayə və Vəlayə sözləri kimi işlədilir, yəni “fəthə” və “kəsrə” ilə. Bu iki sözlərin fərqi isə ço böyükdür. Vəlayə (fəthə ilə olanda) sözünün mənası “düşmənin və düşmənçiliyin ziddi” deməkdir, yəni “dost” və “sevmək” deməkdir. Ayədə də məhz bu sözdür. Ancaq Vilayə (kəsrə ilə olarsa) “rəhbər, idarəçi” mənasındadır. Ayədə isə söhbət bundan getmir. Buna görə də, ayə ümumi möminlər barəsindədir, rəhbərlik isə ümumi ola bilməz;
30. Əgər rəhbər mənasını vermək istəsək, onda ayə gərək belə olsun:
innəmə yətəvallə aleykumullahu va rasuluhu vəl-ləzinə əmənu...
Bu cür düz olmaz, cünki Allah əmir kimi vəsf olunmayıb, yəni demək olmaz ki, Allah möminlərin əmiridir. Həmçinin peyğəmbərə də aid belə bir şey gəlməyib. Ən birinci Ömər (radıyallahu ənhu) belə vəsf olunub. Amma Vəlayə isə (fəthə ilə) düşmənçiliyin ziddi, dost və sevgi Allah və elçisinə vəsf oluna bilər;
31. Əgər birdən bəziləri desələr ki, burada zəkat sədəqə mənasındadır, onda biz onların bu rəyinə cavab olaraq deyərik: - Xeyr! Bu ayədə zəkat sədəqə mənasında ola bilməz, çünki bütün ayələrdə zəkat namaz sözündən sonra gələndə, sədəqə yox məhz zəkat mənasını verir.
32. Deməli zəkatdırsa, onda onu bir kəs istəməklə vermək olmaz, əgər verilsə, onda verilən şey zəkatdan sayılmaz, fəqət sədəqə olar. Aləyə isə namazdan sonra olan əsl zəkatdan söhbət gedir.
33. Həmçinin ayədə keçən “valləzinə” sözündə “vav” hərfi hall deyil, yəni rüku halına adi deyil, çünki o hall olsaydı, onda ayəyə görə yalnız rükuda zəkat verənlərlə dost olub, vəli seçmək olardı;
34. Ayınin əvvəlində “innəmə” ləfzi xüsusiyyətlik bildirir. Bu ayədə isə deyilir ki, dostluq, sevgi, məhəbbət xas Allaha, elçisinə və möminlərə aid edilir və bunu belə şərh edən dəlil odur ki, ayə nazil olan vaxt möminlərin bir-birinə kömək, sevgi, dostluq və s. hissiyatlarına uyğun olmuşdur. O zaman imamətdən söhbət ola bilməzdi.
35. Eyni zamanda ortaya sual çıxır ki, əgər rükuda zəkat vermək əfzəl əməldirsə, onda bu əməl niyə heç bir fiqh kitablarında qeydə alınmamışdır?

 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:18 | Yazı # 2
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Bu barede gelen hedis sehih deyil

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:22 | Yazı # 3
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
rafiziler hemise bu hedisi delil getirirler ki ali momunlerin valisidir ve sehadetde bunu demek lazimdir

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:22 | Yazı # 4
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Men ehli sunne tefsirlerine baxmisam hec bir alim bu fikri desteklemir

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:22 | Yazı # 5
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Bu haqqda alimlerinin reyini bilen varsa yazsin

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
muallimTarix: Bazar ertəsi, 30.05.2011, 06:23 | Yazı # 6
Qrup: İstifadəçi
Yazı: 32
Reputasiya: 0
Status: Saytda deyil
Rafiziler az qala butun qurani aliye nsibet elesinler bedbext milletdirler de

jjksdkjsdkjsdhkdshskdjhksdjhsdkjdshk
 
YaHuseynTarix: Bazar ertəsi, 30.05.2011, 14:30 | Yazı # 7
Qrup: Удаленные





YAZI ADMIN TEREFINDEN SILINDI ..METIN KOPEPASTE IDI, VE RAFIZI KITABLARINDAN YAZILAR
 
furqanTarix: Çərşənbə axşamı, 14.06.2011, 13:41 | Yazı # 8
Qrup: İstifadəçi
Yazı: 19
Reputasiya: 0
Status: Saytda deyil
BİSMİLLƏHİR RƏHMƏNİR RƏHİM

عن عمار بن ياسر رضي الله عنه، يقول: وقف على علي بن أبي طالب رضي الله عنه سائل وهو راكع في تطوع، فنزع خاتمه فأعطاه السائل، فأتى رسول الله صلى الله عليه وآله وسلم، فأعلمه ذالك، فنزلت على النبي صلى الله عليه وآله وسلم هذه الآية: {إنَّمَا وَلِيُّكُمُ اللهُ وَرَسُوْله وَالَّذِيْنَ آمَنُوا الَّذِيْنَ يُقِيْمُوْنَ الصَّلاةَ وَيُؤْتُوْنَ الزَّكَاةَ وَهُمْ رَاكِعُوْنَ} فقرأها رسول الله صلى الله عليه وآله وسلم، ثم قال: من كنت مولاه فعلي مولاه، اللهم! وال من والاه، وعاد من عاداه.

“Əmmar bin Yasirdən rəvayət olunur ki, bir dilənçi gəlib Əlinin (ə) yanında durur. O namazda rüku halında idi. Hz.Əli dilənçiyə işarə etdi və o, üzüyü çıxartdı. Sonra Əli (ə) Peyğəmbərə (s) bu barədə danışdı. BU zaman bu ayə nazil oldu: "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər." Allahın Rəsulu (s) bu ayəni oxudu və dedi: Mən hər kimin vəlisiyəmsə, Əli də onun vəlisidir. Rəbbim! Onunla dost olana dost, düşmən olana düşmən ol."

1. Təbərani “əl- Mucəm’ül-əvsat” (7/129-130, hədis 6228), “əl-Mucəm’ül-kəbir” (4/174, hədis 4053; 5/195, hədis 5068-69; 5/203-204, hədis 5092 və 5097), və “əl-Mucəm’üs-sağir” (1/65);
2. Əhməd b. Hənbəl, “əl-Müsnəd (1/119, 4/372);
3. Həkim, “əl-Müstədrək” (3/119, hədis 4576; 3/371, hədis 5594);
4. Diyə Məqdisi “əl-Əhədis’ül-muxtarə” (2/106, hədis 480; 2/174, hədis 553);
5. Heysəmi, “Məcmə’üz-zəvaid” (7/17); “Məvarid’uz-zaman”, səh.544, hədis 2205);
6. İbn Əsir, “Əsəd’ül-ğabə fi mərifətis-səhabə” (2/362, 3/487);
7. Hindi, “Kənz’ül-ümmal” (11/332-333, hədis 31662; 13/104, hədis 36340; 13/169, hədis 36511);
8. Xətib Bağdadi, “Tarix-i Bağdad” (7/377).
 
SelefTarix: Cümə axşamı, 16.06.2011, 17:55 | Yazı # 9
Admin
Qrup: Adminlər
Yazı: 257
Reputasiya: 8
Status: Saytda deyil
furqan, bu barede saytda meqale var


(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!
 
Forum » İslam » Tövhid və Əqidə » “Maidə” surəsinin 55-ci ayəsinin təfsir-xətaları haqqında
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru