[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » Форум » Forumun qaydaları » Forumun qaydaları (Mütləq oxuyun və əməl edin!)
Forumun qaydaları
gudstrelTarix: Çərşənbə, 28.07.2010, 23:43 | Yazı # 1
Qardaş
Qrup: Adminlər
Yazı: 5
Reputasiya: 0
Status: Saytda deyil
Əhli-sünnə Forumuna xoş gəlmisiniz. Əgər foruma daxil olursunuzsa, siz forum qaydalarına da əməl etmək məcburiyyətindəsiniz. Sizdən artıq dərəcədə xahiş edirik ki, aşağıdakı bəndləri diqqətlə oxuyub rayət edəsiniz:

1. İslama zidd olan materialların nümayiş etdirilməsi qadağandır. Hər hansı bir məsələ ilə bağlı şübhəsi olanların yazdıqları və ya kafirlərin etdiklərinə diqqət çəkmək və Müsəlmanların onları daha yaxşı tanıması məqsədilə bu cür materialların forumda nümayişi bu qaydadan istisnadır. Nümayiş yeri, forması və zamanı forum sahibləri tərəfindən müəyyən olunur!

2. Müsəlmanlar üçün faydası olmayan məsələlərin qaldırılması və ya növündən asılı olmayaraq hər cür oyun və əyləncə linklərinin verilməsi qadağandır. Məsələlərin faydalı olub olmamasına bölmənin nəzarətçiləri qərar verir.

3. Mövzuları ana dilimizdə yazmaq şərtdir. Transkripsiya ilə yazılan yazılar silinəcək. Şərhlərinizi də ana dilmizdə yazmanızı xahiş edirik. Transkripsiya ilə yazılan uzun şərhlər silinəcək.

4. İri hərflərlə yazmaq və eyni məzmunlu mövzuların açılması qadağandır. Həmçinin qırmızı rəngin istifadəsi. Bu rəngi nəzarətçilər xəbərdarlıq yazılarında istifadə edəcəklər.

5. İslam şəriətində və ya fiqhində ixtilaflı olan məsələlərin şişirilərək Müsəlmanlar arasında ayrılmaya və parçalanmaya səbəb olacaq bir formaya çatdırılması qadağandır. Bununla yanaşı hər kəs öz fikrini dəstəkləyən dəlilləri zikr etməkdə sərbəstdir.

6. Allah və Rəsulu (səlləllahu əleyhi və səlləm) adına elmsizcə danışmaq, İslam əxlaqına zidd bir formada mübahisə etmək qadağandır. Hər kəs tələb olunduğu zaman iddialarını üsula uyğun bir şəkildə isbat etməyə məcburdur. Elmi münazirələr “söz güləşdirmə” səviyyəsinə endikdə səbəbkarlar haqqında lazımi tədbirlər görüləcək. Mövzudan yayınma halında ismarışlar silinəcək. Ciddi xəbərdarlıq aldıqdan sonra qaydalara riayət etməyənlər forumdan xaric olunacaqlar!

Hörmətlə: Adminstarsiya Heyəti...

 
Forum » Форум » Forumun qaydaları » Forumun qaydaları (Mütləq oxuyun və əməl edin!)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru