[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Ramazanla bağlı tez-tez verilən suallar
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 09:54 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Ramazan ayının yaxınlaşması ilə əlaqədar oruc tutulması ilə bağlı ünvanlanan sualların sayı nəzərəçarpacaq dərəcədə artıb. Aşağıda sizə orucla bağlı ən çox verilən sualları və cavablarını təqdim edirik:


انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 09:56 | Yazı # 2
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Orucun fidyəsi nə deməkdir?
Fidyə bəzi ibadətlər yerinə yetirildiyi zaman və ya yerinə yetirilmədikdə bir sıra qüsurlara yol verildiyindən dolayı ödənilən dini-maliyyə borcudur. İbadətlərlə bağlı fidyə oruc və həcc zamanı mövcuddur.

Yaşlılıq və ya sağalmaz xəstəlikdən dolayı oruc tuta bilməyən, daha sonra da qəza edə bilməyəcək şəxs oruc tuta bilmədiyi hər günün müqabilində fidyə ödəməlidir. Qurani-Kərimdə: “Buna (oruc tutmağa) taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir yoxsulu yedirtməklə fidyə verməlidirlər”, - buyurulur (əl-Bəqərə, 184).

Fidyənin miqdarı fitrə sədəqəsi qədərdir. Fitrə sədəqəsi isə bir nəfəri gün boyu doyduracaq qədər ərzaq və ya bu ərzağın pul ilə qarşılığıdır. Fidyə verməli olan, ancaq buna maddi imkanı çatmayan kimsələr isə Allahdan bağışlanma diləməlidirlər.

Günlər uzun olmasından dolayı oruc tuta bilməyən xəstə və ya yaşlı insanlar qısa günlərdə oruc tuta bilərsə, tuta bilmədikləri günləri qəza etməlidirlər. Belə şəxslərin verdiyi fidyə isə sədəqə sayılır. Oruca görə fidyə Ramazan ayı başa çatdıqda həm birdəfəlik, həm də Ramazan ərzində gündəlik və ya bu ayın əvvəlində də verilə bilər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 09:57 | Yazı # 3
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Orucu nə pozur?
Orucu pozan şeylər yemək, içmək və cinsi münasibətdir. Siqaret və nargilə kimi zövq verən tütün məmulatı tüstülü maddələr, narkotik vasitələr və bu qəbildən olan bütün maddələr oruc tutulması zamanı qəbulu qadağan edilən maddələrə daxildir. Hansı səbəblə olarsa olsun, ağız yolu ilə qəbul edilən dərmanlar da eyni hökmə tabedir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 09:59 | Yazı # 4
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Gözə damızdırılan maye-dərmanlar orucu pozurmu?
Oftalmoloqlar bildirirlər ki, gözə damladılan dərmanın miqdarı çox az (1 ml-nin iyirmidə biri - 50 mikrolitr) olub bunun bir qismi gözün qırpılması ilə xaricə atılır, bir qismi isə göz və burun boşluğunu birləşdirən kanallarda məsamələrlə əmilərək bədənə keçir. Damlanın yox deyilə biləcək qədər çox az bir qisminin həzm kanalına çatma ehtimalı da vardır. Bütün bunları nəzərə alaraq, göz damlasının orucu pozmadığını deyə bilərik.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:00 | Yazı # 5
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Yuyunmaq orucu pozurmu?
İnsan yuyunarkən ağız və burundan daxil olan su həzm sisteminə çatmadıqda oruc pozulmaz. Belə ki, möminlərin anaları Həzrəti Aişə və Həzrəti Ümmü Sələmə Peyğəmbərin (Ona Allahın salamı və xeyir-duası olsun!) Ramazanda imsakdan sonra yuyunduğunu rəvayət etmişlər. Beləliklə, oruc tutan şəxs ağız və burundan su qaçırmamaq şərti ilə yuyuna bilər, hovuz və ya dənizə daxil ola bilər. Ancaq üzmə zamanı su udmaq ehtimalı böyük olduğuna görə bu məsələdə ehtiyatlı davranılmalıdır.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:01 | Yazı # 6
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Nikotin yapışdırıcısından istifadə orucu pozurmı?
Bədənə sürtülən yağ, məlhəm və buna bənzər şeylər dəri və dəri altındakı xırda damarlar vasitəsilə sorularaq, qana qarışır. Ancaq cildin bunu “həzm” miqdarı çox az və yavaşdır. Digər tərəfdən, bu, qidalanma demək deyildir. Buna görə dəriyə sürtülən məlhəm, krem və digər preparatlar orucu batil etməz. Elə siqareti tərgitmək istəyənlərin istifadə etdiyi nikotin yapışdırıcıları da orucu pozmur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:01 | Yazı # 7
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Oruc tutan şəxs dişlərini müalicə etdirə bilərmi?
Oruclu ikən dişlərin müalicə etdirilməsindən dolayı oruc pozulmur. Ancaq müalicə əsnasında ağızı su ilə çalxalayarkən boğaza su, qan və ya müalicədə istifadə edilən dərmanlardan biri gedərsə, oruc pozulur və qəza orucu tutmaq lazım gəlir.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:03 | Yazı # 8
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Saqqız çeynəmək orucu pozarmı?
Hazırda istehsal olunan saqqızlarda ağızda həll olan qatqı maddələri olduğuna görə, çeynəndiyi zaman bu maddələr udulur. Bu səbəbdən, belə saqqızları çeynəmək orucu pozur. Dadsız saqqızlar çeynəmək isə orucu pozmur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:04 | Yazı # 9
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Peyvənd olmaq və iynə vurdurmaq orucu pozarmı?
Oruc yemək, içmək, cinsi münasibət və ya bu qəbildən olan şeyləri edərkən pozulur. Bu səbəbdən, qidalanma mənasına gəlmədiyinə görə, peyvənd vurmaq orucu pozmur. İslam dini müalicə alan xəstələrin oruc tutmamasına icazə verir. Bu səbəbdən, müalicəsi davam edən xəstələr sağlamlıqlarına qovuşub müalicələri başa çatanadək oruclarını təxirə sala bilərlər. Həmçinin, əgər bir kəs Ramazan ayında hamı ilə bərabər oruc tutmaq istəyirsə və oruc tutması üçün heç bir digər əngəl yoxdursa, iynə müalicəsini iftardan sonra apara bilər. Belə bir imkanı olmayanlar isə müalicə ala və peyvənd edə bilərlər. Ancaq oruclu ikən qidalandırıcı və vitamin iynələr vurdurmaq, sistem köçürülməsi orucu pozur. Belələri həmin günlərin qəza orucunu tutmalıdırlar.

Oruc tutan bir kəsin dişlərini morfinli və ya morfinsiz müalicə etdirməsi və ya çəkdirməsi orucu pozmur. Ancaq müalicə əsnasında qan və ya müalicədə istifadə edilən maddələrdən hər hansı bir şeyin udulması ilə orucu pozur



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:05 | Yazı # 10
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Hamiləlik vaxtı oruc tutmaq olarmı?
Ramazan orucunu tutmamaq üçün üzrlü səbəblərdən biri də hamiləlik və uşaq əmizdirməkdir. Hamilə və ya uşaq əmizdirən qadınlar özlərinə yaxud övladlarına bir zərər gəlməsindən qorxduqları zaman oruc tutmaya bilərlər. Belələri bir növ xəstə hökmündədirlər. Elə Peyğəmbərdən də bu mənada hədislər varid olmuşdur. Taqəti yerində olan və oruc tutması özünə və övladına təsir göstərməyəcək hamilə qadınlar və uşaq əmizdirən analar oruc tuta bilərlər. Bu məsələdə həkimlə məsləhətləşmək tövsiyə olunur. Hamiləlik və uşaq əmizdirmə kimi səbəblərdən dolayı oruc tuta bilməyən qadınlar tutmadıqları oruclarını əlverişli vaxtda qəza etməlidirlər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:05 | Yazı # 11
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Buruna damızdırılan maye orucu pozarmı?
Müalicə məqsədilə buruna damızdırılan dərmanın bir damcısı təxminə 0,06 kub santimetrdir. Damlanın bir qismi burun çəpərləri tərəfindən əmilir, çox az bir qismi isə mədəyə çatır ki, bu da məzməzədə (qüsl edərkən ağzı su ilə qarqara etmək) olduğu kimi bağışlanılan miqdarda sayıla bilər.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:06 | Yazı # 12
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Anesteziya (uyuşdurma) orucu pozarmı?
Üç növ anesteziya vardır: lokal, bölgə və ümumi anesteziya. Uyuşma nəfəs yolu və ya iynə ilə bədənə dərman verilməsi ilə meydana gəlir. Kiçik əməliyyatlarda əməliyyat bölgəsinin yaxın ətrafına çatmasına mane olan dərmanların verilməsi ilə əmələ gələn anesteziya lokal anesteziya (uyuşma) adlanır.

Nəfəs yolu və ya iynə ilə aparılan uyuşdurma ilə bədən qidalandırılmır. Bu səbəbdən, bu cür uyuşdurma orucu pozmur. Ancaq bölgə və ümumi anesteziya zamanı bəzən həb və maye qəbul edildiyindən dolayı belə müalicə formaları orucu pozur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:06 | Yazı # 13
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Akupunktur müalicəsi orucu pozarmı?
Akupunktur bədəndə müəyyən nöqtələrə iynə batırılması ilə müxtəlif xəstəliklərin müalicəsi metodudur. Burada bədənin qidalandırılmasından söhbət getmədiyinə görə bu cür müalicəyə baş vurmaq orucu pozmur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:07 | Yazı # 14
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Anjiyo əməliyyatı orucu pozarmı?
Xeyr, stend köçürülməsi (anjiyo) zamanı oruc pozulmur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
TeraneTarix: Çərşənbə axşamı, 24.07.2012, 10:07 | Yazı # 15
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Böyrək daşını “saldırmaq” orucu pozarmı?
Oruclu ikən bədənə qida qəbilindən bir maddə verilmədən böyrək daşının salınması orucu pozmur. Habelə belə əməliyyat əsnasında böyrəklərə qan axması da orucu pozmur.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru