[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Cümənin şərtləri nələrdir? (BİSMİLLAH)
Cümənin şərtləri nələrdir?
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:17 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Əvvəla cümə namazının fərziyyəti haqqda...
Onu deyim ki,cümə namazının fərziyyətini sübut edən bir çox nass var.
Sadəcə ibnul Munzirdən icma nəqli kafidir.Təbii ki,kiminsə iradı və etirazı olarsa o nasslarıda yerləşdirmək mümkündür.
İbnul Munzir "Əl İcma" kitabında,namaz babında,72-ci icmanı nəql edərkən deyir:

.وأجمعوا علي أن الجمعة واجبة علي الاحرار البالغين المقيمين,الذين لا عذر لهم

"Cümənin(namazının)azad olan,bəliğ olan (büluğ yaşına çatmış),muqim olan(səfəri olmamaq,yaşadığı yerdə iqamə etmək),üzrü olmayan kişilərin üzərinə vacib,fərz olması üzərində icma etdilər".

Qaynaq:İbnul Munzir:İcma:44

Görüldüyü kimi ibnul Münzir icma nəql edir.Bu icmanın sarih icma olduğuna heç şübhə yoxdur.
İcma üzərində ittifaq olunmuş şərii dəlillərdən olduğu üçün cümə namazının hökmünün isbatı üçün kifayətdir.
Əlavə olaraq onu demək olar ki,musannif "icma etdilər"demiş ancaq kimlər icma etdiyini deməmiş.
İcmanın tərifini bilənlər anladılar ki,məhzuf olan faillərdən qəsd ümmətin alimləridir və hətta belə demək mümkünsə ibn Münzirə qədərə yaşayan alimlər qəsd olunur.
Hətta ondan sonra yaşayanlar belə bu icmaya qatılmışlar.
Şərtləri olaraq da aşağıdakıları vurğulayır:
1.Azad olmaq-qul olmamaq
2.Bəliğ olmaq-büluğ yaşına çatmaq
3.Muqim olmaq-səfəri olmamaq
4.Kişi olmaq-qadınlara farzu ayn deyil
5.Üzrsüz olmaq



Yazını Muslimah_92 - Şənbə, 09.06.2012, 22:18
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 22:19 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Cümə namazının səhhət şərtləri
Cümə namazının səhih olması üçün tələb olunan şərtlər:
1.Cümə namazı qılınan yerin şəhər və ya kənd olması
2.Cümə namazının,üzərilərinə fərz olan qırx müsəlman tərədindən qılınması
3.Cümə namazının günörta(zöhr)vaxtında,cəmaat ilə əda ediləcək qədər vaxtın olması

Cümə namazının fərzləri
Cümə namazının fərzləri üçdür:
1.İki xütbə oxumaq.Bu xütbələr ayaqüstə oxunur.
2.İki xütbə arasında oturmaq.
3.Cəmaatla iki rükət namaz qılmaq.

Xütbənin rükunları
Cümə namazında oxunan hər iki xütbənin rükunları aşağıdakılardır:
1.Hər iki xütbədə də Allaha hamd etmək.
2.Hər iki xütbədə də Peyğambərimizə s.a.s salat və salam gətirmək.
3.Hər iki xütbədə də təqvaya təşviq etmək və nəsihət etmək.
4.İki xütbənin birində bir ayət oxumaq.Birinci xütbədə oxumaq daha əfdəldir.
5.İkinci xütbədə möminlər üçün dua etmək.

Qeyd:Yuxarıda vurğulanan şərtlər və rükunlar tahaqquq edərsə(cəm olarsa),fərzlərinə riayət edilərsə cümə namazı farzu-ayn olur.

 
Forum » İslam » Sual-cavab » Cümənin şərtləri nələrdir? (BİSMİLLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru