[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » İman edənin qul haqqı, Bağışlanarmı? (BISMILLAH)
İman edənin qul haqqı, Bağışlanarmı?
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 06:58 | Yazı # 1
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Assalamu aleykum va rahmatullahi va barakatuh!
İmam Əhmədin və Hakimin təxric etdiyi hədisdə Allah rəsulu - sallAllahu aleyhi və əlihi və səlləm - buyurur:
"Allah qatında (günah yazılan) divanlar üçdür. Birincisindən Allah heç bir şeyi bağışlamır. Bu şirk yazılı olan divandır. Daha sonra Nisa surəsi 116-cı ayəni oxuyur. İkincisindən Allah heç nəyi tərk etmir, (hamısını hesaba alır). Bu da qulların biri birinə etdikləri zülmlərdir. Üçüncüsünə Allah elə də önəm vermir. Bu da qulun Rəbbi ilə öz arasında özünə zülm etməsi/günah işləməsidir."

Alimlər islama yeni girən birisindən qul haqqının qalxıb qalxmayacağı haqda ixtilaf etmişlər. Onlardan birinci tərəf, Ənfal surəsi 38-ci ayənin zahirini alaraq hətta qul haqqının da bağışlanacağını demişlər. Digər bir topluluq isə digər nasların arasını cəm edərək qul haqqını istisna etmişlər.
Məsuliyyət sahibi müsəlmana yaraşan isə, ixtilafdan çıxmaq və axirətə yük saxlamamaq üçün, üzərində olan hər haqq sahibindən halallıq almasıdır. Axirət meydanı dünya həyatı kimi yüngül deyil.
Allah daha gözəl biləndir
.
 
Muslimah_92Tarix: Şənbə, 09.06.2012, 06:59 | Yazı # 2
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Kafirlərin haqqlarına gəlincə Dinimizdə bəzi haqqlar müştərəkdir. Bunlara riayət edilməsi üçün qulun dininə baxılmaz. Buna qohumluq, qonşuluq, şəriklik, evlilik (əhli kitabla), borc, vəd, ticarət və digər haqlar daxildir. Müsəlman birisi qonşusunun qonşuluqla əlaqəli bütün haqqlarına riayət etməlidir. Bu ona fərzdir. Qonşusunun malına, irzinə, canına təcavüz etməkdən şiddətlə çəkinməlidir. Qonşusuna edilən təcavüzlərə qarşı şiddətlə əngəl olmalı, haqlı olduğu təqdirdə onu müdafiə etməlidir. Eyni şeyi qohumluq haqda da deyirik.
Həmçinin kafir birisiylə (əhli kitabdan bir qızla) evlənən birisi, evlilik haqqlarının tamamına riayət etməlidir. Qadının dolanışığını, yaşam, qida, geyim və s. ehtiyaclarını ödəməlidir.
Kafir birisindən borc alan, borcu vaxtında qaytarmağa riayət etməlidir. Əgər imkanı yoxdursa borc sahibindən izinsiz gecikdirməməlidir, əksinə borcu borc sahibinin izni çərçivəsində ertələməlidir.
Vəd verdikdə vədində durmalıdır.
Ticrətdə dəqiq olmalıdır. Ticarət insanın müruvvətini ortaya qoyan bir müamələdir. Müsəlman birisi xüsusən kafirlərlə bu cür müamələdə diqqətli olmalıdır. Deyərdim ki müsəlmanlara göstərdiyi titizlikdən daha artığını göstərməlidir. Belə olduqda kafirin İslama meyli artar, bununla da bir can oddan qurtulmuş olar.
Müvəffəqiyyət Allahdandır.
 
Forum » İslam » Sual-cavab » İman edənin qul haqqı, Bağışlanarmı? (BISMILLAH)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru