[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 1 из 1
  • 1
Forum » İslam » Sual-cavab » Gecə yatanda uzanan yerde dua, zikr,salavat etmək olarmı? (Gecə yatanda uzanan yerde dua, zikr,salavat etmək olarmı?)
Gecə yatanda uzanan yerde dua, zikr,salavat etmək olarmı?
TeraneTarix: Çərşənbə, 23.05.2012, 19:15 | Yazı # 1
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
Dua, zikr və salavat Allaha yaxınlaşmaq yollarıdır. Bu vasitələrlə insan daha çox savab qazanmaq, təqvasını artırmaq, Allahın sevimli quluna çevrilmək istəyir. Deməli, zikr, dua və salavat insanın məqamını rəbbinin dərgahında ucaldan yollardır. Elə isə bunları bol-bol etmək lazımdır. Allah təala bu barədə buyurur:

- “Ey iman gətirənlər! Allahı çox zikr edin!” (əl-Əhzab, 41).

Digər ayələrdə isə deyilir:

- “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz! Yer üzü (Peyğəmbərin gəlməsi

sayəsində iman və ədalətlə) düzəldikdən sonra, orada fəsad törətməyin. Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!” (əl-Əraf, 55-56);

- “Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma!” (əl-Əraf, 205);

- “Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!” (əl-Mumin, 60)...

Sualınıza gəlincə, bu haqda konkret Quran ayəsi vardır:

- “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 191).

Ayədən görürük ki, Allah təala zikrin yalnız yatarkən deyil, həm də ayaqüstə və oturarkən edilməsini buyurur. Buradan iki nəticə hasil olur:

a) Zikri yatarkən uzandığımız halda edə bilərik;

b) Zikri yalnız yatarkən deyil, həm də digər vaxtlarda etmək lazımdır.

Elə isə sualınıza cavab olaraq deyirik ki, zikri (salavat, dua) yatarkən edərsinizsə, heç bir qəbahət yoxdur. Ancaq zikri təkcə yatarkən deyil, həm də digər vaxtlarda da edin.



انّا للہ و انّا الیہ راجعون
Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
 
Forum » İslam » Sual-cavab » Gecə yatanda uzanan yerde dua, zikr,salavat etmək olarmı? (Gecə yatanda uzanan yerde dua, zikr,salavat etmək olarmı?)
  • Страница 1 из 1
  • 1
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru