[ Yeni yazılar · İstifadəçilər · Forum qaydaları · Axtarış · RSS ]
  • Страница 3 из 3
  • «
  • 1
  • 2
  • 3
Forum » İslam » Sahabilər » SAHABILERIN HEYATI (sahabeler)
SAHABILERIN HEYATI
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:39 | Yazı # 41
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
* SƏHABƏYƏ SÖYMƏNİN HÖKMÜ?FİSQ yoxsa KÜFR? *

İmam Əhməd dedi:

روى الخلال عن أبي بكر المروذي قال: سألت أبا عبد الله عمن يشتم أبا بكر وعمر وعائشة؟ قال: ما أراه على الإسلام

"İmam Xallal, Əbu Bakr Mərvazidən rəvayət edir: "Abu Abdullah (imam Əhməd), Əbu Bəkr, Ömər və Aişəni söyən haqqında soruşuldu. Dedi: "Onu (söyəni) İslam üzərində görmürəm".
Mənbə: Abu Bakr əl-Xallal "Sunnan" 2/557, səhih sənəd ilə.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:40 | Yazı # 42
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sufyan As-Sauri (v 161 h).

عن محمد بن يوسف الفريابي قال: سمعت سفيان ورجل يسأله عن من يشتم أبا بكر وعمر؟ فقال: كافر بالله العظيم
"Məhəmməd ibn Yusuf əl-Firyabidən: "Bir kişini eşitdim ki, Sufyana, Əbu Bəkr bə Öməri söyən haqqında soruşurdu. Sufyan dedi: "Əzəmətli Allah küfr edib".
Mənbə: Zəhəbi "Siyəru Aləmin Nubələ" 7/253
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:41 | Yazı # 43
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Məhəmməd ibn Yusuf Əl-Firyabi (v 212 h)

عن موسى بن هارون قال: سمعت الفريابي ورجل يسأله عمن شتم أبا بكر وعمر؟ قال: كافر...، قال: فيصلى عليه؟ قال: لا، وسألته كيف يصنع به وهو يقول: لا إله إلا الله؟ قال: لا تمسوه بأيديكم ارفعوه بالخشب حتى تواروه في حفرته
"Musa ibn Harundan: "Firyabidən bir kişi, Əbu Bəkr və Öməri söyən haqqında soruşurdu. Cəvab verdi: "Kəfirdi". Dedi: "(Cənazə) namazını qılınmalı?". Dedi: "Yox". (Kişi) sual verdi: "Yaxşı, onda nə edək onun ilə? O axı "Lə iləha ilə llah" deyənlərdən olub". Firyabi cavab verdi: "Əlləriviz ilə toxunmayın, iki cubux ilə itələyin onu qəbrə".
Mənbə: "Sunan" Xallal 1/499; "İbanatul Suğra" s 160.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:42 | Yazı # 44
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hafiz İbni Kəsir Nisa surəsi 31-ci ayənin təfsirində bu barədə dedi:

وقال ابن أبي حاتم : حدثنا أبو زرعة حدثنا عثمان بن أبي شيبة حدثنا جرير عن مغيرة قال : كان يقال : شتم أبي بكر وعمر رضي الله عنهما من الكبائر قلت : وقد ذهب طائفة من العلماء إلى تكفير من سب الصحابة وهو رواية عن مالك بن أنس رحمه الله وقال محمد بن سيرين : ما أظن أحدا ينتقص أبا بكر وعمر وهو يحب رسول الله صلى الله عليه و سلم رواه الترمذي

“İbni Əbi Hatim dedi: Bizə Əbu Zura, Umsan bin Əbi Şeybə və Cərir, Muğirədən onun belə dediyini rəvayət etdi:
Əbu Bəkr və Öməri – Allah hər ikisindən razı olsun - söymək böyük günahlardandır.
(İbni Kəsir deyir) Deyirəm: Alimlərdən bir qrup sahabəni söyənin təkfir edilməsi görüşündədirlər. Bu Məlik bin Ənəsdən – rahimahullah –gələn rəvayətdir.
Muhamməd İbni Sirin dedi: Zən etmirəm ki, biri Rəsullullahı – sallallahu aleyhi və səlləm – sevdiyi halda, Əbu Bəkr və Öməri pisləsin. Bunu Tirmizi rəvayət etmişdir.”

Hafiz İbni Kəsir: Təfsirul Quranil Azim: 2/284
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:42 | Yazı # 45
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Şafii fuqahasından Zeynuddin bin Abdul Aziz əl Məlibəri (v 987 h/ 1579 m) “Fəthul Muin” adlı kitabında, məhkəmədə şahidlik edənlər haqda deyir:

تقبل شهادة كل مبتدع لا نكفره ببدعته وإن سب الصحابة رضوان الله عليهم كما في الروضة
وادعى السبكي والاذرعي أنه غلط
“Ravdada (Ravdatut Talibin) da deyildiyi kimi, Səhabəni – Allah onlardan razı olsun - söyənlərdən olsa belə, bidəti səbəbilə kafir saymadığımız bütün bidətçilərin şəhadəti qəbul edilər.
Subki və Əzrai bu görüşün xəta olduğunu iddia etdilər.”

Zeynuddin əl Məlibəri: Fəthul Muin bi Şərhi Qurratil Ayn bi Muhimmətid Din: 4/332
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:42 | Yazı # 46
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
İmam Əbu Zura ər-Razi, rahiməhullah, deyir:
إذا رأيت الرجل ينتقص أحدا من أصحاب رسول الله - صلى الله عليه وسلم- فاعلم أنه زنديق ، وذلك أن رسول الله - صلى الله عليه وسلم- عندنا حق والقرآن حق ، وإنما أدى إلينا هذا القرآن والسنن أصحاب رسول الله - صلى الله عليه وسلم- وإنما يريدون أن يجرحوا شهودنا ليبطلوا الكتاب والسنة والجرح بهم أولى وهم زنادقة

"Əgər kimisə Allahın Elçisinin, salləllahu aleyhi va səlləm, səhabələrindən birini alçaldarkən görsən, bil ki, o zındıqdır! Bu isə ona görədir ki, Allahın Elçisi, salləllahu aleyhi va səlləm, bizim yanımızda haqqdır və Quran haqqdır və bu Quranı və bu sünnətləri bizə peyğəmbərin, salləllahu aleyhi va səlləm, əshabı təqdim etmişdir. Əgər onlar Kitab və Sünnəti ibtal etmək üçün bizim şahidləri cərh etmək (onların şahidliklərini etibarlı saymamaq) istəyirlərsə, onda onların özlərini cərh etmək daha uyğundur və buna görə onlar zındıqdırlar."
"əl-Kifəyə fi İlm ər-Rivayə", səh: 97

Əbu Zura ər-Razi
Ubeydullah bin Abdulkərim bin Yezid bin Fərrux, Əbu Zura ər-Razi
Qeyri adi güclü hifzinə görə "Seyyidul-Huffəz" (hafizlərin ağası)adlanmışdır. Özünün də söylədiyinə görə:

أحفظ مائتي ألف حديث كما يحفظ الإنسان قل هو الله أحد
"İnsanın "Qul huvallahu Əhəd" ayəsini hifz etdiyi kimi 200 000 hədis hifz etdim."

Rəy şəhərinin məşhur mühəddisidir. Ona görə də Rəy şəhərinə nisbət edilərək ər-Razi adlanmışdır. ər-Razi isə əl-Mərvazi adında olduğu kimi "zey" hərfinin əlavə edilməsi ilə formalaşır, çünki əl-Mərvazi də əslində Mərva şəhərinə nisbət edilir. Hicri 210-cu ildə anadan olmuşdur.
əl-Harameyndə, Şamda, İraqda, Cəzirədə, Xorasanda, Misirdə olmuşdur. Muslim, Nəsai, Tirmizi və İbn Macə ondan hədis rəvayət ediblər. Hicri 264-cü ildə vəfat etmişdir.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:44 | Yazı # 47
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
أخبرنا إسماعيل عن عبد العزيز حدثنا جعفر بن محمد حدثنا إسحاق بن إبراهيم قال: سمعت أبا عبد الله يسأل عن الذي يشتم معاوية نصلي خلفه قال: لا ولا كرامة.

"Mənə İsmayil rəvayət etdi, ƏbdulƏzizdən, Cəfər ibn Məhəmmədən, İshaq ibn İbrahimdən: "Eşitdim ki Abu Abdullah (imam Əhmədi) Muaviyanı söyənin arxasında namaz qılınması haqqında soruşuldu. Dedi: "Qılınmaz, və (belə şəxslərə) ikram olunmaz".
Qaynaq: Abu Yala Əl-Hənbəli "Tabakatul hənəbila" 1/41, İshaq ibn İbrahim Neysaburinin tərcüməyi-halında.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 22:45 | Yazı # 48
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
وقال الفريابي : من شتم أبا بكر فهو كافر لا يصلى عليه

"Firyabi deyib: "Əbu Bəkri söyən kəfirdi, (cənazə namazı) qılınmır".
Qaynaq: Abu Məhəmməd ibn Qudama əl-Makdisi "Muğni fi fiqh imam Əhməd ibn Hənbəl Şeybani" 10/64. Darul Fikr-Beyrut. 1405 il, birinci nəşr

Firyabi, Məhəmməd ibn Yusuf ibn Vakid ibn Osman əl-Firyabi. İmam, hafız.
 
Muslimah_92Tarix: Çərşənbə axşamı, 05.06.2012, 23:09 | Yazı # 49
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Səhabələrə nifrət etməyin hökmü?

Sual: Səhabələr (Allah onlardan razı olsun-Ridvanallahu anhum) barəsində bəzi şəxslər ilə dialoq aparırdıq və onlardan biri mənə dedi ki, bizlərdən birimiz səhabələrdən birinə nifrət edə bilər və bu islama zidd deyil. O dedi ki, ola bilsin ki səhabələrə nifrət etmək insanı iman dairəsindən çıxarsın, lakin o hələ də müsəlman olaraq qalmağa davam edir. Ümid edirik ki, bu məsələni bizə lazımınca açıqlayacaqsınız.

Cavab:

Həmd Allaha məxsusdur.

Şübhəsiz ki, bir insanın əqidəsi, inancı onun dünyasına və dininə fayda gətirən məsələlər üzərində deyil, bəşəriyyətin ən yaxşısının, üstününün (yəni peyğəmbərin sallallahu aleyhi və səlləm) dostlarına iftira atmaq, şər yaxmaq, söymək və yaxud onların (səhabələrin) arasında baş göstərən mübahisələri müzakirə etmək üzərində qurulubsa, bu böyük fəlakət, rəzillik, bədbəxtlik və zəlalətin nişanəsi, əlamətidir.

Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrinə şər yaxmaq, böhtan atmaq (söymək), onlara nifrət bəsləmək, onlara qarşı dişini qıcamaq, narazılığını bildirmək üçün əlbəttə ki, heç bir səbəb yoxdur. Onların fəzilətləri (üstünlükləri) saysız-hesabsızdır, çünki onlar islam dinini dəstəkləmiş, kömək etmiş və imanı yaymışdırlar; onlar müşriklər ilə cihad etmişdirlər; onlar Quranı, sünnəti və hökmləri bizə nəql etmiş, bizlərə ötürmüşdürlər. Onlar bütün səylərini ortaya qoymuş, qanlarını Allah yolunda tökmüş və mal-dövlətlərni bu yolda xərcləmiş kəslərdir. Allah onları Öz peyğəmbərinin sallallahu aleyhi və səlləm dostları seçmişdir. Onlara münafiqdən başqası böhtan atmaz və yaxud nifrət etməz. O münafiq ki, islamı sevmir və yaxud ona inanmır.

Rəvayət olunur ki, əl-Bəra radiyallahu demişdir: Mən peyğəmbərin sallallahu aleyhi və səlləm belə dediyini eşitdim: “Ənsar: onları yalnız mömin sevər və onlara yalnız münafiq nifrət edər. Kim onları sevərsə, Allah onları sevər, kim onlara nifrət edərsə Allah onlara nifrət edər”. Buxari 3672; Müslim 75 rəvayət etmişdirlər.

Ənsara nifrət edən insan mömin ola bilməzsə və bu əməli onu münafiq edirsə, o zaman Ənsarlara və Mühacirlərə, onlara haqq yolu üzərində tabe olanlara nifrət edənlərin, onlara iftira edənin, onlara söyənin, lənət oxuyanın və ittiham edənin, səhabələri sevəni kafir elan edənlərin halı necə olar görəsən? Necə ki, bunları Rafizilər edir! Şübhəsiz ki, bu cür sifətlərə malik insanlar kafir və münafiq hesab edilməyə, mömin hesab edilməməyə daha layiqdirlər.

Əl-Təhavi əhli sünnət vəl camaatın etiqadını, inancını müzakirə edərək buyurmuşdur:

Biz Allah rəsulunun sallallahu aleyhi və səlləm əshabələrini sevirik.

Biz onlardan hər hansı birinə qarşı sevgidə etinasız yanaşmırıq.

Nə də onlardan hər hansı birindən özümüzü uzaq tutmuruq.

Biz onlara (səhabələrə) nifrət edənlərə və onları tənqid edənlərə nifrət edirik.

Biz səhabələr haqqında yalnız xeyir danışırıq.

Onlara qarşı sevgi dini bağlılığın, iman və ehsanın bir hissəsidir.

Onlara nifrət hissi bəsləmək küfrdür, münafiqlikdir və zülmdür.

Şeyx Salih əl-Fauzan demişdir:“Əhli Sünnət vəl Camaatın yolu peyğəmbərin sallallahu aleyhi və səlləm ev əhlini (əhli beytini) sevməkdir”.

Nasibilər səhabələri sevirlər, lakin peyğəmbərin sallallahu aleyhi və səlləm əhli beytinə nifrət edirlər. Bu səbəbdən dolayı Nasibi adlandırılmışlar. Çünki onlar özlərini peyğəmbərin əhli beytinin düşmənləri kimi qələmə verirlər.

Rafizilər onların əksidir: onlar peyğəmbərin sallallahu aleyhi və səlləm əhli beytini sevirlər-və yaxud sevdiklərini iddia edirlər, lakin onlar səhabələrə nifrət edirlər, onlara lənət edirlər, təkfir edirlər və tənqid edirlər.

Səhabələrə nifrət edən islama dininə nifrət edir. Çünki səhabələr İslamın daşıyıcıları və seçilmiş peyğəmbərin sallallahu aleyhi və səlləm ardıcıllarıdır. Beləcə hər kim onlara nifrət edirsə, elə islam dininə nifrət edir və bu dəlalət edir ki, bu cür insanların qəlbində iman yoxdur və onlar islamı sevmirlər...

Bu müsəlmanların bilməsi lazım olan mühüm başlıca bir qaydadır. Yəni, səhabələri sevmək və onların qədrini bilmək prinsipi. Çünki bu imandandır. Onlara nifrət etmək və yaxud onlardan birinə nifrət etmək küfr, münafiqlikdir. Çünki onları sevmək peyğəmbəri sallallahu aleyhi və səlləm sevmək, onlara nifrət etmək peyğəmbərə sallallahu aleyhi və səlləm nifrət etməkdir.

Şərh əl-Əqidə əl-Vəəsitiyyə

Bəzi alimlər səhabələrə nifrət etmək məsələsinin nə anlama gəldiyini təfsilatı ilə şərh etmişdirlər.

Onlar demişdirlər: “Əgər bir kəs bəzi dünyəvi səbəbdən dolayı səhabələrdən bəzilərinə nifrət edərsə, o zaman bu küfr, münafiqlik deyil, lakin nifrət onların peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələri olmaları, dini səbəbdən isə, onların küfründə şübhə yoxdur.

Bu gözəl bir təfsilatdır, bizim yuxarıda qeyd etdiklərimiz ilə ziddiyyət təşkil etmir, əksinə məsələyə daha çox aydınlıq gətirir və dəstəkləyir, gücləndirir.

Əbu Zəra əl-Razi demişdir: “Birini Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələrindən birini tənqid edən görsəniz, o zaman bilmiş olun ki, o kəs zındıqdır.

İmam Əhməd demişdir: Bir kəsin Allah rəsulunun sallallahu aleyhi və səlləm səhabələrindən biri barəsində pis danışdığını, zikr etdiyini görsəniz, o zaman onun islamını sorğu suala tutun, ittiham edin.

Şeyx ul-İslam ibn Teymiyyə demişdir: “Bir kəs səhabələrə onların yüksək şəxsiyyəti, əxlaqı və yaxud dini bağlılığını təkzib etməyən şəkildə iftira edərsə, məsələn onlardan birini simic və yaxud qorxaq və ya elmi az olan və ya zahid olmayan və s. kimi vəsf edərsə, o zaman o kəs töhmət olunmağa, ədəbləndirilməyə və cəzalandırılmağa layiqdir, lakin biz mücərrəd olaraq ona kafir hökmü vermirik. Alimlər tərəfindən təkfir etməyənlərin sözləri bax bu cür başa düşülməlidir”.

Bir kəs onları mütləq şəkildə lənət etsə və iftira etsə, bu alimlərin mübahisə etdiyi bir sahədir. Mübahisə həmin lənətin hisslərdən (qəzəbdən) dolayı və yaxud etiqaddan dolayı meydana gəlməsi haqqında tərəddüdə görədir.

Bir şəxs bunun dairəsindən çıxaraq həddini aşarsa və Allah rəsulunun sallallahu aleyhi və səlləm vəfatından sonra, on və yaxud bəzi şəxslərdən ibarət kiçik bir dəstə istisna olmaqla, onların mürtəd olduğunu və ya onlardan çoxunun itaətdən çıxdığını iddia edərsə, o zaman şübhə yoxdur ki, bu kəs kafirdir. Çünki həmin kəs Quranda birdən çox yerdə, Allah təalanın onlardan razı olduğunu, onları təriflədiyinə dair bildirdiklərini təkzib etmişdir. Həqiqətən də, hər kim bu cür insanın kafir olduğunda şübhə edərsə o özü kafirdir. Çünki (onların bu sözündən) belə çıxır ki, Quranı və Sünnəni bizə nəql edənlər kafir, fasiq olmuşdurlar və yaxud Allah təalanın “Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz..”. (Ali İmran 3:110) ayəsində vəsf olunan bu ümmətin ən yaxşılarının-ən xeyirliləri ilk nəsil olmuşdur-əksəriyyəti kafir və münafiq olmuşdurlar. Bu o anlama gəlir ki, bu ümmət millətlərin ən pisidir və bu ümmətin ən birinci nəsli ən şərli olmuşdur. Şübhəsiz ki, bu açıq-aydın küfrdür, buna dair dəlil olduqca açıq-aydındır.

Nəticə etibarilə, şahid ola bilərsiniz ki bu cür baxışları, fikirləri ifadə edənlərin əksəriyyətinin gec-tez zındıq olduğu ortaya çıxır. Zındıqlar adətən öz məzhəblərini gizlədirlər, lakin Allah təala onlara ibrət göstərmək üçün onların bəzilərini cəzalandırmışdır. Bir çox hədislərdə varid olmuşdur ki, Allah təala onları bu həyatda və öləndə donuzlara çevirmişdir. Alimlər bu cür rəvayətləri cəm etmişdirlər. Bu alimlərdən məsələn Hafiz əl-Salih Əbu Abdullah Muhəmməd ibn Abdulvahid əl-Maqdisi Əl-Nəhyi an Səbb əl-Əshab adlı kitabında bu cür zındıqların başına gələn cəzaları rəvayət etmişdir.

Bir sözlə, bəzi dəstələr var ki səhabələrə iftira atırlar, şübhəsiz ki onlar kafirdirlər, bəziləri var ki, onlara kafir hökmü verilə bilməz və bəziləri vardır ki, bu məsələdə onların şübhələri, tərəddüdləri var.

Əl-Sarim əl-Məslul alə-Şəətim əl-Rəsul, səh.590-591

Təqiyiddin əl-Sübki demişdir:
...Bu səhabələrin bəzisinə iftira atanlara aiddir. Lakin bir kəs səhabələrin hamısına iftira atarsa şübhəsiz ki o kafirdir. Eyni hökm sadəcə səhabə olduğuna görə ona iftira atan kəsə də şamil edilir. Çünki onun bu əməli səhabələrin fəzilətini aşağılamaq və dolayı yolla peyğəmbərə sallallahu aleyhi və səlləm iftira atmaqdır. Beləcə sözsüz ki, bunu edən kəs kafirdir. Buna əsaslanaraq, Təhavinin “və onlara nifrət etmək küfrdür” sözlərindən bu cür başa düşülməlidir ki, səhabələrin hamısına nifrət etmək şübhəsiz ki, küfrdür, lakin bir kəs səhabəyə məhz səhabə olduğuna görə deyil, şəxsi səbəbdən dolayı iftira atırsa və həmin səhabə Məkkənin fəthindən əvvəl islamı qəbul edibsə və hansı ki, onların fəziləti barəsində yəqinlik-necə ki, Rafizilər iki şeyxə (Əbu Bəkr və Ömərə)iftira atırlar-o zaman Əl-Qazi Hüseyn bildirmişdir ki, iki şeyxə şər yaxan (söyən) kafirdir.

Bu məsələdə alimlər arasında tərəddüdün mövzusu bir şəxsin bəzi fərdi səbəblərdən dolayı müəyyən bir şəxsə iftira atması ilə dünyəvi səbəbdən dolayı və s. birinin-digərinə nifrət etməsidir. Bu onun kafir olduğu anlamına gəlmir. Lakin şübhəsiz ki, həmin insan, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsi olduğundan dolayı iki şeyxdən birinə nifrət edərsə o zaman bu küfrdür və həqiqətən də iki şeyxdən başqa səhabələrin hər hansı birinə, peyğəmbərin sallallahu aleyhi və səlləm səhabəsi olduğuna görə nifrət etmək əlbəttə ki, həmçinin küfrdür.

Fətəvə əl-Sübki 3/575
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:27 | Yazı # 50
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Sahabelerden Sözler Mumsema hz Ömer ra şöyle demiştir:

1 dünyada güç ve itibarın belirleyicisi, servettir
2 ahirette güç ve itibarın belirleyicisi ise, dinin emir ve yasaklarına uygun yapılmış işlerdir

hz Osman ra şöyle demiştir:

1 dünya hayatına tasa ve keder, kalbe karanlık ve gam getirir
2 ahiret hayatına yönelik tasa ve keder ise, kalbe nur ve huzur getirir

hz Ali ra şöyle demiştir:

1 kim ilim için çabalarsa, cennette onun için çabalar
2 kimde günah için çabalarsa, cehennemde onun için çabalar

hz Ebu Bekir ra şöyle demiştir; üç şey , üç şeyle elde edilmez:

1 zenginlik , arzu etmekle,
2 gençlik , makyaj yapmakla,
3 sağlık, ilaç kullanmakla

hz Osman ra şöyle demiştir:

1 dünyaya karşı gönülsüz olanı ALLAH sever
2 günahtan uzak duranı melekler sever
3 halkın malına göz dikmeyeni insanlar sever
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:28 | Yazı # 51
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Muaz b. Cebel (r.a.) öleceği zaman şöyle dedi;

"Ey Allah'ım! Senden korkuyordum, bugün ise ümit ediyorum.
Ey Allah'ım! Bilirsin ki dünya için ve dünyadaki nehirleri akıtmak, ağaçları dikmek için uzun yaşamayı istemiyordum. Dünyada sıcak günlerde (oruç tutmak suretiyle) susamak için ve ibadet yapmak suretiyle zahmet çekmek, zikir halkalarında alimlerle diz dize oturmak için istiyordum. Sekeratı şiddetlenince hiç kimsenin geçirmediği krizi geçirirdi. Her krizden ayrılırken gözünü açtıktan sonra 'Yârab! Beni boğdurduğunla boğdur (hükmüne razıyım). Sen izzetine yemin ederim! Kalbimin seni sevdiğini bilirsin'"
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:29 | Yazı # 52
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Hz. Selman öleceği zaman ağladı, 'Seni ağlatan nedir?' diye sorulunca 'dünya için ağlamıyorum. Fakat Hz. Peygamber (s.a.v.) bize dünyadan azığımızın, yolculuğunun azığı gibi olmasını tavsiye etti. (Bunun için ağlıyorum)' dedi.
 
Muslimah_92Tarix: Bazar ertəsi, 11.06.2012, 15:32 | Yazı # 53
UXTI
Qrup: İdarəçilər
Yazı: 522
Reputasiya: 6
Status: Saytda deyil
Bilal-i Habeşi (r.a.) öleceği zaman hanımı

"Vay üzüntüsüne!" dedi. O cevap olarak dedi ki: 'Hayır! Aksine vay onun sevincine! Yarın dostlarla Muhammed ve arkadaşlarıyla buluşacağım.'
 
Forum » İslam » Sahabilər » SAHABILERIN HEYATI (sahabeler)
  • Страница 3 из 3
  • «
  • 1
  • 2
  • 3
Поиск:


Səhifə başlığına qalx
Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru