Terane | Tarix: Bazar, 05.08.2012, 21:47 | Yazı # 1 |
BACI
Qrup: İdarəçilər
Yazı: 384
Reputasiya: 9
Status: Saytda deyil
| Onun adı qeyri-adi və natamam idi. Culeybib “az boyümüş” deməkdir və “* cəlbəb*” sozünün kiçildilmiş formasıdır. Bu addan məlum olur ki, Culeybib çox kiçik boylu idi. Bundan əlavə, o “*dəmim*” kimi təsvir olunmuşdu – yəni eybəcər, şikəst və ya nifrət doğuran zahiri görünüşə malik olan. Culeybibin yaşadığı cəmiyyətə xoşagəlməz digər hal onun nəsilinin naməlum olması idi. Onun anasının və atasının kim olduqları və hansı qəbilədən olduğu barədə heç bir məlumat yoxdur. Ailə və qəbilə əlaqələrinə çox böyük önəm verən cəmiyyətdə Culeybib qayğı və dəstəyə ümid edə bilməzdi. Onun barədə məlum olan odur ki, o, ərəb idi və yeni islam cəmiyyətində ənsarlardan biri idi.
Bəziləri ona ikrah hissi duyurdu, öz naqisliklərinə görə bəzən qadınlar arasında olub onları güldürərdi. Buna görə əsləm qəbiləsindən olan Əbu Bərzəh adlı bir kəs ailəsinə Culeybibi evə buraxmağı hətta qadağan etmişdir.
Belə şəraitdə Culeybibdə kişilər tərəfindən hörmət və diqqət görmək ümidi ola bilərdimi?
Başqalarının normal qəbul etdikləri münasibətlərdən onun da istifadə etmək ümidi ola bilərdimi?
Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) rəhbərliyi altında yeni qurulmuş cəmiyyətdə daimi Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) diqqətində olan dövlət əhəmiyyətli, ölüm-dirim məsələlərində Culeybibin iştirak etmək ümidi ola bilərdimi?
Aləmlərə rəhmət olaraq göndərilmiş Məhəmməd peyğəmbər (sallAllahu əleyhi və səlləm) həyati məsələlərdən agah olduğu kimi, öz səhabələrinin ehtiyac və həssaslıqları barədə də xəbərdar idi.
İbn Kəsir əl-Əhzəb surəsinin təfsirini yazarkən imam Əhməd ibn Hənbəlin “Müsnəd” əsərində qeyd etdiyi bir rəvayəti təqdim edir:
Bir gün, Peyğəmbər (sallAllahu əleyhi və səlləm) ənsardan olan bir səhabənin yanına gəlib dedi: “Öz qızını ailə qurmaq üçün mənə ver”. Səhabə çox şad olub dedi: “Bu mənim üçün şərəf və nemət olar, ey Allahın Elçisi”. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) dedi: “Mən onu özüm üçün istəmirəm”. Səhabə soruşdu: “Bəs kim üçün, ey Allahın Elçisi?” Peyğəmbər (sallAllahu əleyhi və səlləm) cavab verdi: “Culeybib üçün”. Səhabə – “mən onun anası ilə məsləhətləşərəm” – deyib zövcəsinin yanına getdi. O, Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) onların qızını ailə qurmaq üçün istədiyini zövcəsinə deyəndə, zövcəsi də çox şad olur. Amma qızlarını özü üçün yox, Culeybib üçün istədiyini biləndə zövcəsi təəccüblənib etiraz edir: “Culeybibə?! Yox, Culeybibə heç vaxt! Allaha and olsun, biz ona vermərik!”
Ənsarlı kişi zövcəsinin cavabını Peyğəmbərə (sallAllahu əleyhi və səlləm) demək üçün getmək istəyəndə anasının etirazını eşidən qız soruşdu: “Məni ərə verməyi sizdən kim xahiş etdi?” Onun anası dedi ki, Peyğəmbər (sallAllahu əleyhi və səlləm) onu Culeybibə ərə vermək istəyir. Qız bu xahişin Peyğəmbər tərəfindən edildiyini və anasının buna etiraz etdiyini biləndə çox təəccüblənib həyəcanla dedi: “Allahın Elçisinin xahişini redmi edirsiz? Məni onun yanına göndərin, həqiqətən o məni həlaka aparmaz”. Bu, özündən bir müsəlman olaraq nəyin tələb olunduğunu yaxşı anlayan həqiqi möminin cavabı idi. Müsəlman üçün Allahın Elçisinin xahiş və əmrlərinə cavab verməkdən daha böyük məmnuniyyət nə ola bilər!
Hafiz Əbu Ömər ibn ƏbdulBər “Əl-İsti`əb” kitabında yazır ki, bu səhabə qız (Allah ondan razı olsun) təklikdə özünə “sən Allahın Elçisinin əmrinə tabe olmağa imtinamı edirsən?” sözlərini deyəndə bu ayə nazil olmuşdur: “*Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür*”. (əl-Əhzəb: 36) Gənc qız valideynlərinə dedi: “Mən razıyam və Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) mənim üçün xeyir hesab etdiyi hər bir şeyə təslim oluram”. Onun atası Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) yanına gəlib dedi: “Onunla istədiyin kimi et”. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) o qızı Culeybiblə evləndirdi. Culeybib dünyasını dəyişənədək onlar bir yerdə xoşbəxt yaşadılar.
Bəs Culeybib dünyasını necə dəyişdi?
Bu barədə imam Muslim öz “Əl-Cəmi əs-Səhih” əsərində “Culeybibin fəziləti” babında bir hədis nəql edib.
Culeybib, Peyğəmbərlə (sallAllahu əleyhi və səlləm) döyüşə getmişdir. Döyüşdən sonra Peyğəmbər (sallAllahu əleyhi və səlləm) səhabələrdən soruşdu: “Siz kimisə itirdinizmi?” Səhabələr öldürülən qohumlarının adlarını çekdiklər. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) soruşdu: “Baxın siz kimisə itirdinizmi?” Onlar dedilər: “Heç kimi”. O (sallAllahu əleyhi və səlləm), dedi: “Lakin mən Culeybibi itirmişəm. Onu öldürülənlərin arasında axtarın”. Səhabələr onu axtarıb cəsədini onun öldürdüyü yeddi müşrikin arasında tapdılar. Səhabələr dedilər: “Ey Allahın Elşisi, budur o, öldürülməzdən əvvəl öldürdüyü yeddi düşmənin yanında”. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) yaxınlaşıb onun yanında durdu və dedi: “Yeddi nəfəri öldürdü və onu öldürdülər. Bu məndəndir, mən də ondanam”. O, bunu iki və ya üç dəfə təkrarladı, sonra Culeybibi əllərinə götürdü və onun Peyğəmbərin əllərindən daha yaxşı yatağı olmadı. Qəbr qazıldıqdan sonra Peyğəmbər (sallAllahu əleyhi və səlləm) özü onu qəbrə qoydu. Culeybibin cəsədi yuyulmadı, çünki şəhidlərin cəsədlərini yumurlar.
Səbit (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallAllahu əleyhi və səlləm) o qız üçün bu duanı etdi: “Allahım, onun üzərinə xeyri yağdır və onun həyatını çətin etmə”. Ənsarların dul qadınları arasında evlənmək üçün ən çox istənilən o qız idi.
Culeybibin və onun zövcəsinin (Allah onlardan razı olsun) hekayəsində çoxlu ibrətlər var. Culeybib islamdan öncə yetim, eybəcər, heç kimin diqqətini cəlb etməyən, qayğısız qalan bir adam idi. Amma islamın gəlişilə o, Allahın itaətkar qullarından və Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) sadiq səhabələrindən biri olur. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) onun üçün zövcə seçir, Osman ibn Affan və Əli ibn Əbu Talib (Allah onlardan razi olsun) evlənmək üçün ona maddi kömək edirlər. Öz fiziki naqisliklərinə baxmayaraq Culeybib döyüşdə nəinki qılıncı əlində tuta bilir, hətta Allahın yeddi düşmənini öldürür və özü də şəhid olur. Bu səhabəni Peyğəmbər (sallAllahu əleyhi və səlləm) öz əllərilə dəfn edir.
Adını bilmədiyimiz o gənc qızın davranışı islam dinini dərindən başa düşən və yaşadığı cəmiyyətin subyektiv prioritetlərinin təsirinə düşməyən bir insanın hərəkəti idi. O, öz istəklərini qırağa qoyub, hətta valideynlərinin dəstəyinə güvənə bildiyi halda, Allahın Elçisinin əmrinə tabe olur, onun hikmətinə əsl etibar göstərir və onun hər bir qərarına üstünlük verir. Bu, əsl möminin davranışıdır. Onun valideynləri əvvəlcə tərəddüd etsələrdə, qızlarının xatırlatmasından sonra, müasir valideynlərdən fərqli olaraq, onlar da Allahın Elçisinin (sallAllahu əleyhi və səlləm) qərarına təslim olur, onun (sallAllahu əleyhi və səlləm) istəyini öz istəklərindən üstün tuturlar.
Bu xatırlatma idi, həqiqətən xatırlatma möminlərə fayda verir.
انّا للہ و انّا الیہ راجعون Biz Allah’a âidiz ve vakti geldiğinde elbette O’na döneceğiz.
|
|
| |